» » Tarixdə bu gün - 9 oktyabr

Tarixdə bu gün - 9 oktyabr

Müəllif: Vüsal от 9-10-2016, 00:06

 9 oktyabr

İlin 282- ci günü
İlin sonuna 83 gün qalır.

Mühüm hadisələr:

1874 - Beynəlxalq Poçt İttifaqı yaradılmışdır.
1941 - Azərbaycanlılardan ibarət 223-cü Milli Diviziya yaradılmışdır.
1992 - Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirilmişdir.
1997  - Strasburqda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü zamanı GUAM beynəlxalq təşkilatının yaradılması qərara alınmışdır.
2013 - Prezident seçkiləri keçirilmişdir. İlham Əliyev 84,55 % səslə üçüncü dəfə ölkə prezidenti seçilib.

 

Tarixdə bu gün - 9 oktyabr

 

Doğum günləri:

Tarixdə bu gün - 9 oktyabr1902 - Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın üzvü, Əməkdar elm xadimi Umnisə Süleyman qızı Musabəyova Qəbələ rayonunda anadan olmuşdur.
O, geniş ictimai, elmi fəaliyyətlə də məşğul olmuşdur. 1936-cı ildə Tibb elmləri doktoru adına, 1943-cü ildə professor adına, 1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasina başçılıq etmişdir. Elmi tədqiqatları, əsasən, traxoma, qlaukoma xəstəliklərinə, görmə sinirinin patologiyasına həsr edilmişdir. O bir sıra illərdə müxtəlif dünya səviyəsində olan toplantı və konqreslərdə iştirak etmişdir, geniş ictimai faliyyətlə məşğul olmuşdur.1958-ci ildə Brüsseldə keçirirlən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir. Lenin ordeni və medallarla təltif edilmişdir. Ümnisə Süleyman Qızı Musabəyova Azərbaycan xalqının görkəmli elm xadimi, Qəbələnin fəxridir.
15 noyabr 1974-cü ildə vəfat etmişdir.

1910 - Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov   Ərdəbil şəhərində anadan olub. 1928-ci ildə Tiflis hərbi məktəbini bitirib. Müharibənin ilk günlərindən diviziya komandiri kimi xidmət edib.

1943-cü ildə 658-ci zenit-artileriya diviziyası 268-ci qvardiya zenit-artileriyası ilə əvəz edildi və polkovnik Həbubulla Hüseynov bu diviziyaya  komandir təyin edildi.

Hüseynovun rəhbərlik etdiyi  birləşmələr Pribaltikanın və Şərqi Prussiyanın azad edilməsində1-ci Pribaltika cəbhəsinin tərkibində vuruşub. 1945-ci ilin yazında III  Belarus cəhbəsi Zenlaynd yarımadasının düşməndən azad edilməsinə başladı. Faşistlərin əks-hücümlarının ardı-arası kəsilmirdi. Düşmən nəyin bahasına olursa-olsun, Pillau rayonuna daxil olmaq istəyirdi, çünki oradan gəmilər vasitəsilə təxliyə olmaq hələ də mümkün idi. Əsasən Qaydau kəndi yaxınlığında vəziyyət daha da gərgin idi. Burada almanlar tankların köməyi ilə sovet müdafiəsini yarıb keçmişdilər. Bu vəziyyətdə polkovnik zenit hissələrinə irəli əmrini verir və düşmənin tanklarını birbaşa hədəfə alır.

6 aprel 1945-ci ildə 35 yaşlı komandir komanda məntəqəsini tərk edir və döyüşə şəxsən rəhbərlik edir. Düşmənin irəliləməsinin qarşısı alınır və onlar geri  cəkilməyə məcbur olurlar. Bu döyüşdə diviziya komandiri polkovnik Həbibulla Hüseynov qəhrəmancasına həlak oldu.

29 iyun 1945-ci ildə SSRI Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə qvardiya polkovniki Hüseynov Həbibulla Eynulla oğlu Sovet İttifaqı Qəhramanı adına layiq görüldü( ölümündən sonra). 


Tarixdə bu gün - 9 oktyabr1919 - Sovet İttifaqı Qəhrəmanı Məmməd Əli oğlu Məhərrəmov Qasım İsmayılov rayonunun (indi Goranboy) Qarasuçu kəndində dünyaya göz açmış və 1939-cu ildə hərbi xidmətə çağırılmışdır. Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlamışdır. Baş serjant Məmməd Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktayabr  gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində düşmənin arxasında onun silah ambarını partlatmış, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin  düşmən səngərlərini yararaq irəliyə doğru hucumunun genişlənməsini təmin etmişdir.
İgid həmyerlimiz Məmməd Əli oğlu Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü fevral yının 22-də  verilmişdir.
Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmiş, ömrünün sonuna kimi  arxa cəbhədə - dinc quruculuq işlərində iştirak etmişdir. 
1977 - ci ildə vəfat etmişdir.

1946 - Azərbaycan kinooperatoru, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü Kənan Əzizağa oğlu Məmmədov anadan olmuşdur.
"Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatıdır.
1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.

1958 - Azərbaycanın Milli Qəhrəmanı Yunis Əsgər oğlu Əliyev anadan olmuşdur.
Əliyev Yunis Əsgər oğlu 1958-ci il oktyabrın 9-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində davam etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına çağırılmış və hərbi xidmətini Tacikistanda başa çatdırmışdı. 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyona üzv yazılmışdı. Erməni quldurlarına qarşı ilk döyüşü Ağdərə bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün "Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün sonra ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli olmuşdular. Elə həmin döyüşdə Yunis erməni gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Onun meyiti 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılmışdı.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Yunis Əliyev 1992-ci il iyunun 16-da doğma Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulub.

Vəfat etmişdir:


1944 - General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini Sadıq bəy Ağabəyzadə Lvov şəhərində vəfat etmişdir.
Sadıq bəy Ağabəyzadə 5 mart 1865 -ci ildə Göyçayda anadan olmuşdur.

Bayram və xüsusi günlər:

1874 - Bu gün Ümumdünya poçt günü kimi qeyd olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan "Bern sazişi” imzalanıb. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılır. Hal-hazırda ÜPİ-nin tərkibində 189-dan çox ölkə var. Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində- "Beynəlxalq məktub həftəsi” adı altında keçirilir.

Tarixdə bu gün - 9 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz