» » Tarixdə bu gün - 8 oktyabr

Tarixdə bu gün - 8 oktyabr

Müəllif: Vüsal от 8-10-2016, 00:17
8 Oktyabr

İlin 281- ci günü
İlin sonuna 84 gün qalır.

Mühüm hadisələr:

1873 - ABŞ-da ilk qadın həbsxanası açılıb.
1906 - Lev Tolstoy Nobel mükafatından imtina edib.
1917 - Sovet Rusiyasında Leninin təklifi ilə Aleksandra Kollantay dünyanın ilk qadın naziri olmuşdur.
2005 -Kəşmirdə (Pakistan) Rixter cədvəli üzrə 7,6 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində 75000 nəfərə yaxın adam öldü, 106.000 nəfər yaralandı.

Doğum günləri:

Tarixdə bu gün - 8 oktyabr1601 - Məşhur şair Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır.
XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində gözəl əsərlər yaradan klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olmuşdur.

Saib Təbrizinin yaradıcılığı ilə müxtəlif dövrlərdə Seyid Əzim Şirvani, Hüseyn Əfəndi Qayıbov, Firidun bəy Köçərli, akademik Həmid Araslı, şair-ədəbiyyatşünas Balaş Azəroğlu, tədqiqatçılar Həsən Bicari və Məsiağa Məhəmmədi maraqlanmış və onun irsini tədqiq etmişlər. Saibin yaradıcılığı indi İranda, Hindistanda və Qərbdə də intensiv surətdə tədqiq olunmaqdadır. Bütün tədqiqatçılar Saibin istedadını etiraf edir və onun Şərq ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərini qeyd edirlər. Məşhur çex alimi Yan Ripka belə hesab edir ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir. Akademik Krımskinin dediyinə görə, Saib XVII əsr İran şairlərinin ustadıdır. Akademik Bertels onu öz əsrinin Hafizi sayır. Görkəmli hind alimi Şibli Nemani Saibi İran şerinin son böyük şairi adlandırır. Saibi həm Azərbaycan, həm İran, həm də Hindistan öz şairi hesab edir.

1677-ci ildə İsfahanda vəfat etmişdir.

1946 - Azərbaycanın Milli Qəhrəmanı Kamil Balədə oğlu Nəsibov Laçın rayonunda anadan olmuşdur.
1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.
1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.
Kamil Nəsibov ailəli idi, dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ağcabədi rayonunda dəfn edilmişdir.
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.
1968 - Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynov Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.
1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.

2009 - Görkəmli nasir Əlibala Hacızadə Biləsuvar rayonunda anadan olmuşdur.
Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Əfqanıstanda mütərcimlik etmişdir.
Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur.
"Təyyarə kölgəsi", "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş",
"Vəfalım mənim", "İtkin gəlin" kimi məşhur əsərlərin müəllifidir.

2010 - Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına Kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinfində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R.İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaratmışdır. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışmışdır. Bu müddət ərzində R.Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa etmişdir. Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərmişdir. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilmişdir. O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C.Bizenin "Karmen" operasında Eskamin, R.Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C.Verdinin "Riqoletto" operasında Riqoletto, C.Rossininin "Sevilya bərbərin"də Fiqaro və s. kimi rollarda oynamışdır.

Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaratmışdır. İ.Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F.Leqarın "Şən dul qadın" operettasında Danil, S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q.Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa etmişdir.

E.Əhədzadə respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak etmişdir. 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz