» » Tarixdə bu gün - 28 noyabr

Tarixdə bu gün - 28 noyabr

28 noyabr

İlin 332-ci günü (uzun illərdə 333-cü).
İlin sonuna 33 gün qalır.

Mühüm hadisələr:

1520 — Səyyah Ferdinand Magellan Amerikanın ən cənub nöqtəsi olan Magellan boğazını keçərək Sakit okeana daxil olmuşdur.
1789 — Fransız həkim Jozef Qilyotin ölüm alətini – qilyotini Fransa Məclisinə təqdim etmişdir. Bu bədnam alətin iş prinsipindən hazırda metal və kağız kəsən maşınlar düzəltmək üçün istifadə olunur.
1938 — Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanmışdır.
1943 — SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Tehran konfransı başlamışdır.
1945 — Ermənistan rəhbəri H.Arutyunov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir.
1991 — Arkadi Volskinin rəhbərlik etdiyi qondarma "Dağlıq Qarabağ üzrə Xüsusi İdarə Komitəsi" ləğv edilmişdir.
2002 — Abdulla Gül Türkiyənin 58-ci hökumətini qurmuşdur.
2007 — Rəcəb Təyyub Ərdoğan türk silahlı qüvvələrinə İraqda əməliyyat aparmağa icazə vermişdir.
 
Doğum günləri:

1820 —Məşhur alman filosofu və iqtisadçısı Fridrix Engels Almaniyada anadan olmuşdur. Marksizmin yaradıcılarından biri, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüləlifi olmuşdur.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
5 avqust 1895-vi ildə 74 yaşında Londonda vəfat etmişdir.
 
1821 —Görkəmli rus şairi Nikolay Nekrasov anadan olmuşdur.
Tarixdə bu gün - 28 noyabrNekrasov 1847-1866 illərdə "Sovremennik" jurnalının red. və naşiri, 1868 ildən M.Y. Saltıkov-Şedrinlə birlikdə "Oтечественныe 3anиски" jurnalının red. olmuşdur. Əsərlərində dövrünün realist mənzərəsini yaratmış, xalq səadəti haqqında arzularını təsvir etmiş, xalq həyatını inqilabçı-demokrat mövqeyindən işıqlandırmışdır. N.-un vətəndaşlıq və demokratik ruhlu poeziyası rus ədəbiyyatının inkişafına əhəmiyyətli təsir göstərmişdir. Hələ XIX əsrin axırlarında qabaqcıl Azərb. ziyalıları N.-un yaradıcılığına rəğbət bəsləmişlər. M. Qori seminariyasında təhsil alarkən N.-un əsərləri ilə tanış olmuşdur. M. ilə N.-un vətəndaşlıq mövqelərində bir yaxınlıq vardır. Onları sosial inkar məntiqi, etiraz enerjisi yaxınlaşdırır. Hər iki sənətkar üçün xalq və vətən mövzusu, xalqın taleyi, vətəndaş azadlığı və s. motivlər səciyyəvidir. Bundan başqa, onların publisistik fəaliyyətlərindəki kəskin satirik istiqamət də oxşardır. Bu baxımdan, N.-un demokratik yönlü "Coвpeмeнниk" və "Oтечественныe 3anиски " jurnalları ilə M.-nin nəşr etdiyi "Molla Nəsrəddin" jurnalının müqayisəsi kifayətdir.
"Filosoflar" felyetonunda M.-nin Volkonskaya və Trubetskayanın dekabrist həyat yoldaşlarına sədaqəti, "müsibətlərlə Sibirə gedib", "Sibir həbsxanalarında ərləri ilə bərabər ömürlərini başa vermələri" haqqında məhəbbət dolu sətirlərin birbaşa N.-un "Rus qadınları" poemasının təsiri altında yaranmışdır.
8 yanvar 1878-ci ildə vəfat etmişdir.

 
Tarixdə bu gün - 28 noyabr1829 —Məşhur rus bəstəkarı Anton Rubinşteyn Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır. 1854-58-ci illər isə Rubenşteynə şöhrət gətirən müddət oldu. Belə ki, o, öz əsərlərini Avropa ölkələrində ifa edərək konsertlər verirdi.
Silsilə konsertlər ona şöhrət gətirdi. Lakin, bəstəkar şöhrətdə batmadı...1862-ci ildə öz vətənində konservatoriyanın açılmasına nail oldu.
1872-1873-cü illər bəstəkarın Amerika Birləşmiş Ştatlarına səfəri ilə yadda qalır. Bir il ərzində Rubenşteyn Amerika musiqisi ilə yaxından tanış olur, hətta, burda bir çox bəstəkarlarla işbirliyinə imza atır. Alman romantizmi isə daim onun yaradıcılığında özünü büruzə verirdi.
Bəstəkar öz əsərləri ilə tamaşaçılara elə bir duyğu bəxş edirdi ki, sanki insan ruhu göylərdə uçurdu.
Ümumiyyətlə, rus musiqisində qərb meyllərinin izləri Antonun əsərlərində nəzərə çarpırdı. O, Avropa ölkələrində yetərincə sevilən və şöhrətlənən 19 operanın müəllifi kimi də tarixdə öz izini qazanıb.
20 noyabr 1894-cü ildə vəfat etmişdir.
 
Tarixdə bu gün - 28 noyabr 1915 — Görkəmli rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı , Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı Konstantin Mixayloviç Simonov petroqradda anadan olmuşdur.
Pyeslərin, ssenarilərin, publisistik oçerk və yol qeydlərinin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sov.İKP MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə böyük bir müzakirə keçirilir. Qırmızı imperiyanın hakim elitası: akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu "Az-Ya" kitabına görə mühakimə edirlər. Akademik B.A.Rıbakov özü ilə birlikdə 45 şovinisti ayağa qaldırır. Hamıdan çox qəzəblənən, Oljas Süleymanovu məşum "37-ci il" terminləri ilə hədələyənlərdən biri B.Y.Abayev olur. Yalnız bir nəfər - Konstantin Simonov qazax xalqının böyük oğlunun müdafiəsinə qalxır.
Böyük Vətən müharibəsinin başlanğıcından hərbi jurnalist kimi çalışmağa başlayan K.Simonov payız aylarında "Jdi menya" ("Gözlə məni") şeirini yazır. O, bu şeirini öz sevgilisinə həsr etsə də, "Jdi menya" müharibədə vuruşan ərlərini gözləyən bütün qadınların andına çevrilir. "Gözlə məni" şeiri poetik gücünün təsiri ilə dünyanın bir çox dillərinə, özü də dəfələrlə tərcümə olunaraq yayılıb.
Təsadüfi deyil ki, şeir 1942-ci il, yanvarın 14-də dərc ediləndən dərhal sonra ayrı-ayrı xalqların, o cümlədən, Azərbaycan ədəbiyyatında da təsirli əks-sədaları eşidildi.
Nəğmə olub dodaqlarda səslənən "Gözlə məni" şeirinin Azərbaycan dilində xeyli sayda uğurlu tərcümə nümunələri var, yəqin ki, hələ bundan sonra da olacaq. Çünki araşdırma zamanı məlum oldu ki, nisbətən yaşlı nəsillə (Ə.Kürçaylı, X.R.Ulutürk, Anar, İsa İsmayılzadə, S.Məmmədzadə və s.) yanaşı müasir dövrümüzdə poeziya aləminə gələn qələm sahibləri də (S.Babullaoğlu, Valeh Mirzə, X.Əfəndiyeva, Ü.Bünyadzadə və s.) həmin şeiri dilimizə tərcümə ediblər.
28 avqus 1979 –cu ildə 63 yaşında vəfat etmişdir.
 
 

 

Tarixdə bu gün - 28 noyabr

1938  Tanınmış fizioloq  alim - tibb elmləri namizədi  Mahmudov Rəşid Mahmud oğlu Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur.

1945-ci ildə Qaraməmmədli kənd 7-illik kənd məktəbinədaxil olmuş, həmin məktəbin VII sinfini əla qiymətlərlə bitirmişdir. 1952-ci ildə Füzuli adına Böyük Qaramurad kənd orta məktəbinin VIII sinfinə daxil olmuş və 1955-ci ildə həmin məktəbin Х sinfini əla qiymətlərlə qurtarmışdır. Həmin ildə (1955) Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində elmə böyük maraq göstərmiş və 2 elmi məqaləsi çap olunmuşdur. Tələbə elmi cəmiyyəti xətti ilə elmi konfranslarda çıxışlar etmişdir.

1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirərək, Səhiyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmişdir.

R.M.Mahmudovun səyi nəticəsində buradakı 15 çarpayılıq xəstəxana genişləndirilmiş, çarpayıların sayı artırılaraq 25-ə çatdarılmışdır. 1961-1963-cü illərdə Rəsullu kənd xəstəxanasında baş həkim işlədikdən sonra, elmə olan marağı onu elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna çəkib gətirdi (indiki Azərbaycan Tibb Universiteti). Burada normal fiziologiya kafedrasının aspirantı olmuş və 1966-cı ildə aspiranturanı bitirmişdir. 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında müəllim (assistent) kimi çalışmışdır. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim seçilmişdir. Hələ aspirant dövründə institutda fiziologiya fənnindən tələbələrə mühazirələr oxumuşdur.

1983-cü ildə elmi araşdırmalarını Moskva şəhərində kardioloji mərkəzdə aparmış və həmin ildə "Aterosklerozun yarananmasında böyrəküstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu” mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

 1991 -ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda dosent seçilmişdir.

Hal-hazırda Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. 50-dən çox elmi əsərin müəllifidir.

1985-ci ildə dünyanın ən aparıcı jurnalı olan "Cor et Vaza” ("Ürək və damar”) jurnalında 9 səhifədən ibarət elmi məqaləsi çap olunmuşdur.

R.M.Mahmudov Azərbaycan dilində nəşr olunan "Normal fiziologiya” adlı dərsliyin müəllfidir. Əsərləri keçmiş Çexoslovakiyada, Rusiyada, İsveçdə, Türkiyədə çap olunmuş və bir çox elmi konfranslarda çıxışlar etmişdir.


Tarixdə bu gün - 28 noyabr1939— Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti Sevda Mirzə qızı İbrahimova anadan olub.
1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 2 fakultəsinə (fortepiano və bəstəkarlıq) qəbul olmuşdu.
Fortepiano fakultəsini 1962-ci ildə, bəstəkarlıq fakültəsini isə 1964-cü ildə bitirmişdi.
1960 –ci ildə Bülbül adına Orta İxtisas musiqi məktəbində konsertmeyster, 1962-ci ildən isə müəllim vəzifəsində işləmişdir.
1968-1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi kafedrasının, 1971-ci ildən "Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim vəzifəsində çalışırdı.
Elmi fəaliyyəti: Əsərləri ABŞ, Fransa, İsveç, Almaniya, MDB ölkələri, Əlcazair və başqa ölkələrdə ifa olunur: fortepiano üçün 5konsert, 1 konsertino, "Əhval-ruhiyyələr", "Azərbaycan təranələri", 7 pyes, "Fortepianoda ifa təlimi üzrə müntəxabat”. Görkəmli tarzən Qurban Primovun nəvəsidir.
Görkəmli yazıçı,dramaturq Mirzə İbrahimovun qızıdır.
 
1941 — Azərbaycan əsilli rusiyalı sirk artisti və heyvan təlimçisi, Rusiyanın və Azərbaycanın Xalq artisti
Tofiq Hüseyn oğlu Axundov Bakı şəhərində rəssam və aktyor Hüseyn Axundovun ailəsində anadan olub.
1965-ci ildə Dövlət Sirk və Estrada sənəti məktəbini bitirib. Elə həmin ildən də "Rosqossirk"də işləməyə başlayıb. O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə "Rəqs edən begemotlar" proqramı ilə dünyanın 30-dan artıq ölkəsində çıxış edib.
2011-ci ilin martında Bakı Dövlət Sirkinin dəvəti ilə Tofiq Axundov Bakıda da konsert proqramı ilə çıxış edib
 
Tarixdə bu gün - 28 noyabr1965 — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın Əməkdar artisti
Almaz Hüseyn qızı Amanova Sumqayıt şəhərində anadan olub.
1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt Teatrında silsilə rollar oynayıb.
Pişik ("Öz xoşuna yaşayan pişik" R.Kiplinq), Saimət ("Varlı ev" G.Xuqayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəlişah" M.F.Axundov) və s.
Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır. İkinci qız ("Sokratı anma gecəsi" Ç.Aytmatov), Şiranə ("Burlaxatun" N.Xəzri), Rəqqasə ("Aydın" C.Cabbarlı), Şəmsi ("Ədirnə Fəthi" C.Cabbarlı), Zulya ("Bu dünyanın adamları" Hidayət), Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Arikiya ("Fedra" J.Rasin), Fizzə ("Dirilən adam" Mir Cəlal), Müxalifətçi qız ("Hərənin öz payı" H.Qoca), Brüsselli qadın ("Brüsseldən məktublar" H.Həsənov), Səltənət bəyim ("Hökmdar və qızı" İ.Əfəndiyev), Güləndam ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), Həyat ("İkinci səs" B.Vahabzadə), qisasçı qadın ("Generalın son əmri", Vaqif Səmədoğlu).
Almaz Amanova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

Tarixdə bu gün - 28 noyabr2005 — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zəhra Tahir qızı Quliyeva 82 yaşında vəfat etmişdir.
Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirmişdir.
1944-cü ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında ordinator, assistent, dosent, professor və kafedra müdiri işləmişdr. 1958-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Həmin illərdən Azərbaycan Tibb İnstitutunda dekanın əvəzedicisi, tədris işləri üzrə prorektor, 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru, 1975-ci ildən Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri, "Sevil" Qadınlar Məclisi sədrinin müavini, Bakı Şəhər Sanitariya-təmizlik məsələləri üzrə komissiyanın sədri, 1998-2005-ci illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.
Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.
SSRİ Ali Sovetinin (8 və 9-cu çağırış) və Bakı Şəhər Sovetinin deputatı olmuşdur. Amerika Bioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin qadını" seçilmişdir.
"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir. Əməkdar elm xadimi adına layiq görülmüşdür.
 
Tarixdə bu gün - 28 noyabr2005– Məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru , professor , Azərbaycan Əməkdar Elm Xadimi Zəhra Məmməd qızı Salayeva 83 yaşında Bakıda vəfat etmişdir.
Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub.
1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir.
1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur.
3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir.
SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur.
Əsərləri:
1.Nevropatologiyadan praktikum (dərslik),  1962;
2.Beyin qan-damar xəstəlikləri, 1964;
3.Neyrogenetika (dərslik), 1977;
4.Sinir xəstəlikləri,1982;

Tarixdə bu gün - 28 noyabr2009 — Azərbaycan Respublikasının Xalq rəssamı (qrafik), professor, Azərbaycan Rəssamlıq İttifaqının qrafika bölməsinin sədri, prezident təqaüdçüsü olmuş Rafiq Mahmud oğlu Mehdiyev76 yaşında vəfat etmişdir.
Rafiq Mehdiyev 1933-cü ildə iyunun 10-da Naxçıvan M R Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına rəssamlıq texnikumunu(1948-1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini (1953-1958) bitirmişdir. Əmək fəaliyyətini Ə.Əzimzadə adına rəssamlıq texnikumunda müəllim ( 1962), sonra M.Əliyev adına A D İ İ-da dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır.
1980-cı ildə əməkdar rəssam (18.12.1980)[1], 1988-ci ildə dosent, 1992-ci ildə isə professor və xalq rəssamı fəxri adına layiq görülmüşdür. 2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur. Mehdiyev Rafiq bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
 
Tarixdə bu gün - 28 noyabr2011 — Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın Əməkdar artisti Sevil Rza qızı Xəlilova 58 yaşında vəfat etmişdir.
Sevil Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970), 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S.Dağlı "Kölgələr pıçıldaşır" Çeşmə, Anar "Şəhərin yay günləri" Qumru, C.Məmmədquluzadə "Dəli yığıncağı" Zəvvar, S.Rəhman "Əliqulu evlənir" Humay, B.Vahabzadə "Kimdir haqlı?" Məlahət, İ.Əfəndiyev "Büllur sarayda" Səadət, Anar "Təhminə və Zaur" Mədinə, B.Brext "Üç quruşluq opera" Kitti, S Rəhman "Nişanlı qız" Zərifə, S.Vurğun "Vaqif" Gülnar, J.Rasin "Fedra" Enona, Elçin "Poçt şöbəsində xəyal" Züleyxa, Ə. Əmirli "Köhnə ev" Mələk, X. Qoca "Hərənin öz payı" Xədicə xala, H.Cavid "Afət" İlçay, Mir Cəlal "Dirilən adam" Telli, C.Məmmədquluzadə "Ölülər" Məşədi Orucun anası, İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın" Güləndam, A.Şaiq "Eloğlu" Cəvahir xanım və s.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundov "Hacı Qara" Sona, Ə.Məmmədxanlının "Şərqin səhəri" Nataşa, A.Məmmədovun "Kişilər" Səlimə, R.Kaşkauasın "Yağışlı gecə" Auşra, Anarın "Ötən ilin son gecəsi" Gülarə, R.Qasımovanın "Yollar görüşəndə" Rahidə, A.Qəhrəmanovun "Müsabiqə" Sevinc və s.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz