» » Tarixdə bu gün - 27 sentyabr

Tarixdə bu gün - 27 sentyabr

Müəllif: Vüsal от 27-09-2018, 00:15
27 sentyabr
 
İinin 270-ci günü (uzun illərdə 271-ci).
İlin sonuna 95 gün qalır.

Mühüm hadisələr:

2008 — Nyu-Yorkda Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
1994 — Azərbaycan Respublikası ərazisində MDB dövlətlərindən olan əlillərin iştirak etdiyi super-marafon başa çatıb.

Doğum günləri:

1958 — Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-
Tarixdə bu gün - 27 sentyabrpolkovnik Mədət Qəzənfər oğlu Quliyev Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Atası Qəzənfər Quliyev mühəndis, anası Zambaq Quliyeva isə dil-ədəbiyyat müəllimidir.
1965-ci ildə Gəncədə yerləşən 1 saylı orta məktəbə daxil olub, 1975-ci ildə 8 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Mədət Quliyev 1971-ci ildən müntəzəm olaraq idmanla məşğul olurdu. O, 1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRi yarışlarında çempion olub. Lvovda, Alma-Atada qələbələr qazanıb. 160-dan artıq fəxri fərmanlarla və mükafatlarla təltif olunub. Güclü idmançı olan Mədət Quliyev dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.
1980-1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır, bir müddət Ermənistanda, sonra isə Gürcüstanda həqiqi hərbi xidmət keçmişdir. 1982-ci ildə ordudan tərxis olunaraq Gəncənin "Dinamo" Cəmiyyətində təlimatçı işləyib, sonra Gəncə şəhər Daxili İşlər İdarəsinin komsomol təşkilatının katibi olmuşdur. 1983-cü ildən daxili işlər orqanlarında xidmət etmişdir.
1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi işləyib. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olur.
1994-1995-ci illərdə DİN-İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi vəzifəsinə yüksəlib. Mədət Quliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən bir sıra reket qrupları və axtarışda olan qatı cinayətkar dəstələri zərərsizləşdirilib. 1997-ci ildə DİN-in Polis Tarixdə bu gün - 27 sentyabr bitirmişdir. 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, 2011-2015-ci illərdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, 2015-ci ilin oktyabr-dekabr aylarında isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi, 20 noyabr 2012-ci il tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi, 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi, 26 sentyabr 2018-ci ildə general-polkovnik ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi təyin edilib.

Tarixdə bu gün - 27 sentyabr1958 — Azərbaycanın Milli Qəhrəmanı Elburus Hacı oğlu Allahverdiyev Gəncə şəhərində fəhlə ailəsində anadan olub.
18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır.
Elburus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyevin dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələnir və onlar geri çəkilir.
16 iyunda işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir o mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar lakin onu xilas etmək mümkün olmur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Elbrus Hacı oğlu Allahverdiyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Vəfat etmişdir:

1977— Görkəmli Azərbaycan şairi, , Azərbaycan Dövlət Mükafatı laureatı Əhməd Səttar oğlu Cəmilzadə 63 yaşında Tarixdə bu gün - 27 sentyabr
vəfat etmişdir.
Əhməd Cəmilzadə 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır.
Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933-1936), sonra Gəncədə (1936-1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940-1942).
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışmışdır (1942-1943). Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi (1944-1947), həm də idarə heyətinin üzvü seçilmişdir. Uzun müddət "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları redaksiya heyətinin üzvü olmuşdur.
1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953-1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956-1959), "Azərbaycan" jurnalırının redaktoru (1959-1960), Azərnəşrin baş redaktoru (1962-1963), Gənclik nəşriyyatında redaktor (1964-1967), "Ulduz" jurnalında baş redaktor işləmişdir (1973-1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Xidmətlərinə görə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunmuşdur.

1982 — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi,texnika elmləri doktoru, professor Tarixdə bu gün - 27 sentyabrMəcid Əhəd oğlu Mərdanov 69 yaşında vəfat etmişdir.
Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış; 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan təxris olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.
O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır.
1953-cü ildə "Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.
Elmi tədqiqatlarının əsas istiqaməti, neftlərin təşkilinin tədqiqi və onların əsasında yeni növ reaktiv yanacaqların istehsal texnologiyasının işlənməsi olmuşdur.
1959-cu ildə onun rəhbərliyi ilə keçmiş SSRİ-də ilk termostabil T-5 markalı reaktiv yanacağının Azərbaycan neftlərindən istehsal texnologiyası sənayəsində tətbiq olunmuşdur.
Bu sahədə apardığı tədqiqatlar digər region neftlərindən termostabil yanacaqların alınması istiqamətində aparılan tədqiqatların əsasını qoydu.
Rəhbərliyi ilə səs sürətindən iti sürətli təyyarələr üçün T-6 markalı yüksək termostabil yanacağın alınma texnologiyası yaradılmış və Başqırdıstanın Salavt Neft-Kimya Kombinatında istehsal olunub, sənayə-təcrübi nümunəsi ixtisaslaşdırılmış üsullarla sınaqdan müvəfəqiyyətlə keçmiş və aviasiyada istifadəsinə vəsadət verilmişdir.
Rəhbərliyi altında keçmiş SSRİ-də ilk dəfə olaraq piroliz prosesinin mayə məhsullarından yükək təmizlik dərəcəsinə malik tsiklopentadienin ayrılma texnologiyası işlənib, yarım sənayə qurğusunda tətbiqini tapmışdır. Bu qurğu Rusiya Federasiyasının Novokuybışev şəhərində Neft-Kimya Layihə İnstitutu tərəfindən layihələndirilmişdir.
Bu prosesin işlənib hazırlanmasına görə M.Ə.Mərdanov "SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri" sərgisinin gümüş medalı ilə təltif olunmuşdur. M.Ə.Mərdanov əməkdaşları ilə motor yanacaqlarının keyfiyyətini artıran aşqarların və korroziya inhibitorlarının yaradılması və tətbiqi sahəsində geniş tədqiqatlar aparmışdır. Karbamid və ortofosfat turşusu əsasında yaradılmış çoxfunksiyalı korroziya inhibitoru VFİRS-82 MDB ölkələrində geniş tətbiq tapmışdır.
Professor M.Ə.Mərdanov yanacaqlar sahəsində kadrlar hazırlanmasında böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 3 elmlər doktoru, 20 elmlər namizədi yetişdirilmişdir. M. Ə. Mərdanovun apardığı elmi tədqiqatların nəticələri 216-dan artıq elmi məqalədə və 75-dən çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.
M.Ə.Mərdanov 1920-ci ildə Göyçay rayonu məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə pedoqoji texnikumu bitirmişdir. 1931-1934-cü illərdə Qəbələ rayonunun məktəblərinə əvvəlcə müəllim sonra tədris hissə müdiri və direktor kimi fəaliyyət göstərmişdir.
1934-cü ildə M.Ə.Mərdanov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Universitetdə oxuduğu müddətdə, M. Ə. Əzizbəyov adına (indiki Neft Akademiyası) Azərbaycan Sənayə İnstitutunda laborant, baş laborant vəzifəsində çalışmışdır. Universiteti bitirdikdən sonra "Analtitik kimya” kafedrasında müəllim işləmişdir.

Bayramlar və xüsusi günlər:

Beynəlxalq Turizm Günü
 
 
1979-cu ildə Baş Qərargahı Madrid şəhərində yerləşən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, keçirilir. Həmin gün turizm və turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir. Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.
2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və "Ümumrespublika Daxili Turizm Sərgiləri” keçirilir.
Son illər ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb. 
Məhz ölkə prezidenti tərəfindən 2011-ci ilin "Turizm ili” elan edilməsi də turizm sektorunun Azərbaycan üçün xüsusi əhəmiyyətini göstərmişdir. 
Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir.
 
 

 

Tarixdə bu gün - 27 sentyabr

 

Ümumdünya Lal-karlar Günü
Beynəlxalq Lal-karlar Günü 1951-ci ildə Beynəlxalq Lal-karlar Federasiyasının yaranması şərəfinə təsis olunub.Statistikaya əsasən hər doqquz nəfərdən biri eşitmə qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti travma, xəstəlik keçirərək və ya anadangəlmə itirirlər.eşitmə və görmə qabiliyyətini itirmiş insanların içərisində də çox tanınmış, görkəmli şəxslər olub. Məsələn:Pyer De Rensar, Hüqo, Betxoven, Desen, Jan Jak Russo və s. 

Tarixdə bu gün - 27 sentyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz