» » Tarixdə bu gün - 16 sentyabr

Tarixdə bu gün - 16 sentyabr


16 sentyabr

İlin 259-cu günü (uzun illərdə 260-cı).
İlin sonuna 106 gün qalır.

Doğum günləri:

1909 — Azərbaycanlı kimyaçı alim, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki , texnika elmləri doktoru , Azərbaycan Tarixdə bu gün -  16 sentyabrƏməkdar Elm və Texnika Xadimi İzzət Mirzəağa qızı Oruczadə (Orucova) Bakı şəhərində anadan olmuşdur.
İzzət Oruczadə V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932-1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) olmuşdur.
Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir.
Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır.
Orucova həmçinin ilk Azərbaycan kino aktrisalarındandır. O, "Sevil" və "Almaz" filmlərində baş rollarda çəkilmiş, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və bir sıra medallarla təltif edilmişdir.
İzzət Orucova "Sevil" filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir: "Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: – Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kuliminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.
Nəhayət, "Sevil" filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C.Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi".
Bundan sonra Cəfər eyni adlı əsəri əsasında "Almaz" filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl "Sevil" filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir.
İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə həyatı qurmuşdu. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni "xalq düşməni" damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən ər dərhal İzzət xanımdan ayrılır. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olur.

1924— Məşhur arxeoloq, tarix elmləri namizədi Güllü Əbil qızı Əbilova Bakının "Qara şəhər” də anadan olmuşdur.
Tarixdə bu gün -  16 sentyabrMüharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir, ulularımızın keçdiyi uzun və çətin yolların yolçusu olur.
1948-ci ildə Güllü Əbilova ali təhsilini müvəffəqiyyətlə başa vurarkən ona universitetdə qalmaq, elmlə məşğul olmaq, arxeologiya ixtisası üzrə mühazirələr oxumaq təklif olunmuşdu. Gənc mütəxəssis bundan sonra universitetdə təzə yaradılan arxeologiya kafedrasında fəaliyyətə başlayır. Güllü Əbilova 1950-ci ildə universitetin aspiranturasına daxil olur və dünyaşöhrətli Azərbaycan alimi Yevgeni Alekseyeviç Paxomov un rəhbərliyiui ilə "Cənubi Qafqazın meqalit abidələri” mövzusu üzərində tədqiqat işlərinə başlayır.
Daim axtarış və yazıb yaratmaq əzmində olan Güllü xanım 1953-cü ildə dissertasiya işini uğurla başa çatdıraraq müdafiəyə təqdim edir. Dissertasiya işi fundamental tədqiqat kimi öz müəllifinin yetkin bir alim olduğunu nümayiş etdirir. İlk dəfə olaraq meqalit abidələrin dəqiq təsnifatı verilir, Avrasiya məkanının oxşar abidələri ilə müqayisə aparılır.
1954-cü il yanvar ayının 14-də Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında dissertasiyanın rəsmi müdafiəsi keçirilir. Şura üzvləri və rəsmi opponentlər - respublikanın adlı-sanlı alimləri Saleh Qazıyev və İshaq Cəfərzadə dissertasiya işini yüksək qiymətləndirirlər. Alimlik dərəcəsi aldıqdan sonra Güllü xanım Azərbaycan Dövlət Universitetində arxeologiyanın əsasları və Azərbaycan arxeologiyası ixtisasları üzrə mühazirələrini davam etdirməklə yanaşı, çox sevdiyi Tarix Muzeyində də elmi və təşkilati fəaliyyətlə məşğul olur. Muzeydə arxeologiya şöbəsinə rəhbərlik Güllü xanıma tapşırılmışdı.
Azərbaycanın qədim və zəngin tarixini geniş xalq kütləsinə çatdırmaq məqsədilə Güllü xanım ayrı-ayrı bölgələrdə diyarşünaslıq muzeylərinin yaradılmasının təşəbbüskarı olmuşdu. Mədəniyyət Nazirliyində işləyərkən bu sahəyə bilavasitə özü rəhbərlik etmişdi. Az vaxt içərisində bir sıra bölgələrdə Azərbaycanın tarixi-mədəni irsini öyrənən və onun qiymətli yadigarlarını qoruyub saxlayan və təbliğ edən muzeylər açılmışdı.

1940 – Görkəmli televiziya və kino rejissoru, Xalq artisti Vasif Babayev anadan olmuşdur.
Tarixdə bu gün -  16 sentyabr1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Vasif Babayev 1969-1987-ci illərdə onlarla geniş formatlı "Yeni il Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.
Vasif Babayev jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı KQB-nin arxivində araşdırmalar apararaq: "Mikayıl Müşfiq", "Abbaz Mirzə Şərifzadə", "Ülvi Rəcəb", "Ruhulla Axundov", "Hüseyn Rəhmanov", "Salman Mümtaz" kimi "siyasi məhbuslar"ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlamışdı.
Vasif babayev 40-a yaxın sənədli filmlərin müəllifi və rejissorudur.
"Sahil bağı", "Odlar torpağı", "Qızıl güllər diyarı", "Sovet Azərbaycanı", "Azərbaycan artistlərinin konserti", "Yaddaşdan xatirələr (Sovet ölkəsinin uşaqları)", "Sovet Azərbaycanı", "Azərbaycan təranələri", "Ənənələrə sadiq", "Bakı-Tümen", "Onuncu beşillik, birinci il", "Onuncu beşillik, ikinci il", "Sovet Azərbaycanı", "Onuncu beşillik, üçüncü il", "Şəki", "Azərbaycan geniş addımlayır", "Onuncu beşillik, dördüncü il", "Xuraman", "Sovet Azərbaycanı, yeni nailiyyətlərə", "Meksika görüşləri", "Onuncu beşillik, beşinci il", "Onbirinci beşillik, birinci il", "Partiyanın canlı sözü", "Sovet Azərbaycanı, yeni uğurlara", "Onbirinci beşillik, ikinci il", "L.İ. Brejnev Bakıda", "Qızıl yamaclar", "Yaxşı yol, Azərbaycan", "Onbirinci beşillik, üçüncü il", "İçərişəhərin əbədi nağılı", "Onbirinci beşillik, dördüncü il", "Həqiqətin anı", "Sovet Azərbaycanı, zaman və insanlar", "Nəbi Xəzri", "Sovet Azərbaycanı, Respublika haqqında monoloqlar", "Xahiş edirəm, hazırlıq haqqında məlumat verin", "Xuraman on il keçmiş", "Quşlar üçün tələ",. "Seçim", "Birlikdə", "Ot kökü üstə bitər"
Bu filmlərin bəziləri müxtəlif kinoforumlarda mükafatlara layiq görülmüşdür.
 
1943– Qarmon ustası, Əməkdar artist Zakir Qulam oğlu Mirzəyev Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə, atası Qulam Mirzəyev işi ilə əlaqədar olaraq Tarixdə bu gün -  16 sentyabrailəsi ilə birlikdə Xaçmaz şəhərinə köçmüşdür.
Zakir Mirzəyev 7 yaşında birinci sinifə getmiş və həmin ildən qarmon ifaçiliğı sənətini öyrənməyə başlamışdır. 1953-1957-ci illərdə Bakıda keçirilən baxış və olimpiadaların iştirakçısı olmuşdur. Qazandığı uğurlu çıxışlarına görə birinci dərəcəli medal və fəxri fərmanlarla təltif olunmuşdur.
1959-cu ildə Moskva şəhərində keçirilən "Azərbaycan Mədəniyyətinin Ongünlüyü Dekadası”na hazırlıq məqsədi ilə keçirilən festival baxışında iştirak etmək üçün Bakıya dəvət olunmuş, uğurlu çıxışlarına görə festivalın laureatına nail olmuşdır.
Bu festivalda ifa etdiyi iki musiqi nömrəsi, Teyyub Dəmirovun "Bayati-Şiraz Dəramədi” və "Bakı rəqsi”ni radioda lentə yazaraq "Qızıl Fond”a daxil edildi.
Azərbaycan Respublikasının xalq Artistləri Əfrasiyab Bədəlbəyli, Əhməd Bakıxanov, Cahangir Cahangirov, Gəmbər Hüseynli, Nazim Əliverdibəyov və Tofiqk Quliyev kimi böyük musiqi xadimləri atasına və Xaçmaz şəhər Mədəniyyət şöbəsinin müdiri Ə.Şirinova məktub yazaraq Zakirin Bakıya daimi göndərilməsini xahiş etdilər.
O, 1960-cı ildə Bakıya gələrək anadan olduğu babasıgilin mülkünə daimi qeydiyyata düşür. 1962-ci ildə Bakı şəhəri 36 №li orta məktəbi bitirib Azərbaycan İncəsənət İnstituna daxil olur.
1962-ci ildə ordu siralarina çağırılır və 1964-cü ildə xidmətini başa çatdırıb təhsilini davam etdirir.
1968-ci ildə İnstitutu bitirib təyinatla M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasına "solist qarmonçu” vəzifəsində işləmək üçün göndərilir.
Eyni zamanda, Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikomunu "Qarmon İxtisasi” üzrə müəllim kimi bitirmişdir və Bakı Musiqi Kollücində qarmon ixtisası, muğam müəllimi kimi fəaliyyət göstərir.
1978-1999-cu illərdə Azərbaycan Dövlət Konsert Birliyində çalışıb.
1979-2004-cü illərdə bir çox xarici ölkələrdə (Hollandiya, Polşa, Rumıniya, Belçika, Avstriya, Misir, Liviya, Anqola, Konqo, Türkiyə, Kombodca, İran, Hindistan və.s) yüksək səviyyəli konsert proqramları ilə çıxış etmişdir. 1983-cü ildə Vyetnamın fəxri vətəndaşı adına layiq görülüb.
2001-ci ildə ilk dəfə qarmonda görkəmli bəstəkar, professor, xalq artisti Tofik Bakıxanovun bir sayli, üç hissəli konsertini Niyazi adına Azərbaycan Dövlət Simfonik orkestrı ilə solist olaraq ifa etmişdir.
2002-ci ilin oktyabr tarixlərində Tehran şəhərində keçirilmiş beynəlxalq Konfransda azərbaycanın bir sıra alimləri ilə birlikdə işirak etmişdir. Əsər radio və televiziyanın "Qızıl Fondu”na daxil edilmişdir.
2005-ci ildə sənətşünaslıq namizədi, alimlik dərəcəsi almaq üçün "Azərbaycan musiqisində qarmonun rolu və əhəmiyyəti” mövzusunda disertasiya işini müdafiə etmişdir.
2007-ci ildə 30-il üzərində çalışdığı sol tərəfli yeni Azərbaycan qarmonunun ixtirasını tamamlayaraq 2008-ci il 21 may tarixli Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiyası və Patent üzrə Dövlət Agentliyinin " Patent ixtira” vəsiqəsini almışdır.
2008-ci ilin mayında dosent adına layiq görülmüşdür.
Kitabları və dərslikləri:
1. Monoqrafıya "Azərbaycan Qarmonu”, iki dəfə 2005-ci və 2007-ci illərdə cap edilmişdir;
2. "Qarmon Məktəbi” dərslik;
3. "Qarmon Məktəbi” (Qarmon ilə fortopiano üçün) dərslik; (Hər iki dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2008-ci il 26 may tarixli 636 nömrəli əmri ilə "İncəsənət bölməsinin” 2008-ci il 15 mart tarixli 14 nömrəli iclasının qərarına əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir.
4. 2010-cu il "Rast Muğamı” (Muğam fənni üzrə metodik dərs vəsaiti) Azərbaycan Respublikasının Təhsil Nazirliyi; Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət Universiteti (Azərbaycan Respublikasının təhsil nazirinin 2010-cu il tarixli 732 nömrəli əmri ilə təsdiq edilmişdir);
Zakir Mirzəyev Azərbaycan Radiosunun Qızıl fonduna daxil olmuş 135-a qədər musiqi nümunəsi ifa etmişdir. 100-ə qədər rəqs musiqisi bəstələmiş, onlardan 50-dən çoxu müntəzəm şəkildə radio və televiziya vasitəsilə səsləndirilir. İndiyənə kimi sadalanan hər iki təhsil qurumunda çalışır.
 
1950— Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Əlibala oğlu Axundov Astara şəhərində anadan olmuşdur.
Tarixdə bu gün -  16 sentyabr1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.
Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972-1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.
1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini,şöbə rəisi işləmişdir.
1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.
Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı, "Azərbaycan Bayrağı" ordeni və medallarla təltif edilmişdir. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətənə xidmətə görə 1-ci dərəcəli ordenlə təltif edilmişdir.

Vəfat etmişdir:

1937— Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev repressiyaya məhkum Tarixdə bu gün -  16 sentyabredilmişdir.
Hacı Kərim Sanılı kəndli ailəsində doğulmuşdur. 1886-93-cü illərdə mollaxanada oxumuş , 1898-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmişdir. 1898-1902-ci illərdə Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində , 1902-1904-cü illərdə Gəncə şəhər rus-müsəlman məktəbində , 1905-1918-ci illərdə Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində müdir işləmişdir
1905-ci ildə siyasi fəaliyyətə başlamış, "Difahi" partiyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik "Hümmət" təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir. Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur.
Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifi sahəsində çalışmış, 1933-35-ci illərdə Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda , 1933-36-cı illərdə Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim , Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı Xalq Maarifi şöbəsində inspektor işləmişdir.
Hacı Kərim Sanılı bədii yaradıcılıqla məşğul olmuş, "Aran köçü", "Namus davası", "Turut qaçaqları", "Zülmün sonu", "Novruz və Gülarə" kimi lirik-epik poemaların, "Canavarlar hökuməti" mənzum satirik əsərinin, lirik şeirlərin müəllifi kimi tanınmışdır.
1937-ci ildə repressiyaya məruz qalmışdır.

Tarixdə bu gün -  16 sentyabr2002 — Azərbaycan aktyoru Bahadur Əliyev 68 yaşında vəfat etmişdir.
Bahadur Əliyev 24 fevral 1934-cü ildə Masallının Sığıncaq kəndində anadan olub.
1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib .
Onu "dublyajın vuran ürəyi” adlandırırdılar
Azərbaycan kino tarixində elə sənətkarlar olub ki, onlar yalnız aktyor kimi filmlərə çəkilməklə kifayətlənməyiblər. Bu şəxslər həm də filmlərin istehsalı ilə məşğul olub, rejissor assistenti, film direktoru və digər inzibati işlərdə də çalışıblar. Misal üçün, Məmməd Əlili "Qız qalası”, "Bismillah” filmlərində rejissor köməkçisi, "Ögey ana”, "Koroğlu”, "Leyli və Məcnun”, "Ulduzlar sönmür” və s. filmlərdə II rejissor işləmişdir.
"Arşın mal alan” (1916), "Koroğlu”, "Arşın mal alan” (1965), "Dəli Kür”, "Nəsimi”, "Gənc qadının kişisi” və s. filmlərdə rollar ifa etmişdir.
2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir.

Bayramlar və xüsusi günlər:

Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü
Ümumdünya Ozon Qatının Mühafizəsi Günü - BMT-nin qəbul etdiyi qətnaməyə əsasən hər ilin 16 sentyabrında keçirilir.
Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı "Ümumdünya Ozon Qatının Mühafizəsi Günü” elan etmişdir. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilmişdir. "Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və 42 sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.

Tarixdə bu gün -  16 sentyabr


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz