» » Tarixdə bu gün - 15 avqust

Tarixdə bu gün - 15 avqust


15 avqust

Mühüm hadisələr:

1906 — Azərbaycan müəllimlərinin I qurultayı keçirilmişdir.
1992 — Azərbaycanın milli pul vahidi - manat dövriyyəyə buraxılmışdır.
1994 — Azərbaycan Respublikası Sinqapur ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1832— XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Mehdiqulu qızı Natəvan Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını Tarixdə bu gün - 15 avqustvermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda "Dürrü yeкta” (Təк inci), el arasında isə "Xan qızı” çağırmışlar.
Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdiкdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana - öz doğma кəndinə, оradan da Tiflisə aparmışdır.
Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlar­la görüşmüşdür. 1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bunun bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur. Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.
Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.
2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir

1867 — Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat Ziyadxanov İsmayıl xan Əbülfət ağa oğlu Gəncə şəhərində anadan olmuşdu.
Tarixdə bu gün - 15 avqustİlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Moskva Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb.
İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıl xan 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəçilərin xalqımızın başına açdığı bəlaları kəskin tənqid edib. İsmayıl xan təkcə Qafqazda deyil Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib. Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlar ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir ki, "Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar".
İsmayıl xan Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əli Mərdan bəy Topçubaşov da vardı) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdir. 1907-ci ilin martında Qafqaz və Krım müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.
1917-ci il Rusiya fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Gəncə şəhərinin asayişi İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.
1918-ci il 18-22 mart tarixində Stepan Şaumyan yaxın dostu Stepan Lalayevin başçılğı altında Daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martın 28-də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər Malokan kəndi olan Qozlu çaya çəkildilər. İsmayıl xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malokanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndən sonra verdikləri sözdən imtina etdilər. İsmayıl xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də ayıq-sayıq olsunlar. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı.
Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əks-ingilabçı kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə Şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı xalq arasında böyük rəğbət qazanır. Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə yeksan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirildi. Öldürülənlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Həm bu qırğın və talanlar ağlasığmaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriykən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.
İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cumhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilib. 1919–cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Onun başçılıq etdiyi nümayəndə heyəti qəməri təqvimi ilə cəmaüddisani 1337-ci ildə Tehrana gəlib. Azərbaycan heyətinə Möqtədirilmülk bağında iqamətgah verilib və Məcidüssəltənə onları qəbul edib. Sənədlər məcmusunda bildirilir ki, İsmayıl xan iki ölkə arasında yaxşı iqtisadi-siyasi əlaqələr qurulması üçün İranın rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirdi. Danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən Ismayıl xan, İran tərəfindən isə XIN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzaladı. Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmışdı.
Azərbaycan XI ordu tərəfindən işğal edildikdən sonra 5 may 1920-ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl Xan Ziyadxanovun mülkü və torpaqları müsadirə edilir. Özü isə Qızıl ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnir. Ziyadxanovların mülkü sovetlər dövründə içtimailəşib, uzun illər burada müxtəlif təşkilatlar fəaliyyət göstərib. Hazırda Gəncə Tarix-diyarşünaslıq müzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir.
İsmayil xan 1920-ci ildə vəfat edib.

Tarixdə bu gün - 15 avqust1922 — Sosialist Əməyi Qəhrəmanı , " Qəhrəman Ana "Sürəyya Abbasqulu qızı Kərimova Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir.
Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir.
Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8-9-cu çağırış), Azərbaycan Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 
Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı ordeni ilə təltif edilmişdir.
Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952 ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Tarixdə bu gün - 15 avqust1955 — Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti   Afaq Səfərova Bəşir Səfəroğlunun ailəsində anadan olub.
1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinifinə gedib. 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu(indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb.
Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb.İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb.Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indi kiAzərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda çalışır.Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycan Televiziyasında hazırlanmış Anarın «Evləri köndələn yar» (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam”(Zəhra), Əli Əmirlinin "Bala başa bəla”(Suğra), Məcnun Vahidov "Yarımştat”(Ayna), Aqşin Babayevin "Nekroloq”(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xaraktirli rollaryaradıb.
Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası”,”Ət kombinatında”,”Xaricdə belə deyil”,”Belə də olur” nömrələrinin süjetlərində çıxış edib.

Tarixdə bu gün - 15 avqust1968— Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist Dilarə Hamlet qızı Səlim Bakı şəhərində anadan olub.
Azərbaycan Pedaqoji, Xarici Dillər İnstitutun, Alman dili tərcüməsi fakültəsini bitirib.
1990-cı ildən AzTV-də çalışmağa başlayıb.
"Televiza”,"Kinofakt” və "Səhər” verilişlərində müəllif-aparıcı olub.
1994-cü ildə "Mir” Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib.
1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib.
2000-ci ildə "ABA” televiziyasında "Kontra” tok-şousunun müəllifi və aparıcısı olub.
2001-ci ildə "İnternyus” televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən” verilişini hazırlayıb.
2007-ci ildən AzTV-də "Səhər” proqramında müəllif və aparıcı, "Xəbərlər”də isə aparıcı kimi işləyir.
Ailəlidir, iki qızı var.

Vəfat etmişdir:

1950— Görkəmli Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru , professor , Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi Tarixdə bu gün - 15 avqustüzvü , SSRİ dövlət mükafatı laureatı Heydər Nəcəf oğlu Hüseynov intihar etmişdir.
Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. Ailədəki altı uşağın kiçiyi olmuşdur. Heydər anadan olandan az sonra atası vəfat edir. Böyük qardaçı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. Böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.
Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927-1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.
Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumun kitabxanasında işləmişdir.1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir.[2] 1931—1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olmuşdur. 1936—1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru olmuşdur.
1939—1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945—1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Akademiyanın eyni zamanda ictimai elmlər bölməsinin sədri olmuşdur. 1943—1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm - leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiridir. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru işləmişdir.
 
Tarixdə bu gün - 15 avqust1994 —Tarzən , Azərbaycanın Xalq artisti Həbib Əbdülhüseyn oğlu Bayramov 68 yaşında vəfat etmişdir.
Həbib Bayramov 1926-cı il iyunun 14-də Bakıda anadan olub. Hələ kiçik yaşlarından Həbibin tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar hədiyyə alır və musiqi məktəbinə, Əhməd Bakıxanovun yanına aparır.
H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblında çalışıb. 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim çatışmadığı üçün, burada həm muğamat sinfində dərs deyib, həm də əlaçı tələbə kimi təhsil alıb. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.
İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə olub. Berlində keçirilən tələbələrin üçüncü ümumdünya festivalında iştirak edərək, festivalın laureatı adına layiq görülüb. Sonralar Polşa, Kanada, Suriya, İordaniya, Hindistan, Əfqanıstan, Türkiyə, Danimarka, Avstriya, Fransavə s. ölkələrdə qastrol səfərləri edib, Azərbaycan musiqisini, Azərbaycan tarını xarici ölkələrdə sevdirib, şöhrətləndirib.
Həbib Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah”, "Humayun”, "Bayatı-Qacar” muğamları radionun qızıl fondunda saxlanılır. 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olub. Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib. Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim fərqlənib. Repertuarında "Rast”, "Şur”, "Çahargah”, "Segah”, "Xaric segah”, "Orta mahur” və digər muğamlar əsas yer tutub.

Tarixdə bu gün - 15 avqust2003— Məşhur aktrisa, Xalq artisti Məhluqə Ələsgər qızı Sadlqova 86 yaşında vəfat etmişdir.
Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.
Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.
Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.