» » Tarixdə bu gün - 9 avqust

Tarixdə bu gün - 9 avqust

Müəllif: Vüsal от 9-08-2017, 00:15

9 avqust

Mühüm hadisələr:

1945 – İkinci Dünya Müharibəsi ərəfəsində amerikalılar Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmışlar. Nəticədə 74 min nəfər həlak olmuşdur.
1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı qüvvələrindən təmizləmişlər.

Doğum günləri:

1912 —Azərbaycanın tanınmış ictimai xadimi, diplomat, tanınmış jurnalist, Əməkdar Mədəniyyət işçisi olmuş Bağır Mirqasım oğlu Seyidzadə əzəli Azərbaycan Tarixdə bu gün - 9 avqusttorpağı ilan İrəvanda Seyidovlar ailəsində dünyaya gəlmişdir.
Bağır Seyidzadənin babası, atadan-anadan yetim qalmış Seyid Məmməd Qəmərli kəndinin varlı maldarlarından birinin təsərrüfatında muzdurluq edirdi. Sonradan bu ailədən olan Ümmunisə ilə evlənərək onlarla qohum olmuşdu. Toydan sonra arvadının qardaşları gənc ailəyə torpaq sahəsi ayırmış, burada ikiotaqlı kiçik ev tikmişdilər.
Seyid Məmmədin əsas məşğuliyyəti təsərrüfat işləri idi. Eyni zamanda, o, müxtəlif müalicəvi ot və bitkilər toplamaqla məşğul olur, xəstələndikdə həkimə müraciət etmək imkanından məhrum olan kənd camaatına cürbəcür dərmanlar hazırlayırdı. Kənddə onu ehtiramla Seyid həkim çağırırdılar. Seyid Məmməd 1870-ci ildə özündən sonra dörd uşaq qoyaraq 40 yaşında dünyadan köçdü.
Bağır Seyidzadənin atası Mirqasım kişi və onun qardaşı Mirəli çox yaxın idilər. Onlar əsasən ticarətlə məşğul olurdular, sonradan işlərini genişləndirərək İrəvana, daha sonra Tiflisə köçürlər.
Onlar Tiflisdə əsasən azərbaycanlıların yaşadığı Şeytanbazar məhəlləsində yaşayırlar. Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir.
1925-ci ildə Bağır Seyidzadə Tiflisdən Bakıya gəlir. O, sonralar Leninin adını daşıyan Tağıyevin fabrikində işə düzəlir, fəhlə fakültəsinə daxil olur. 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay "Kəndli" qəzetinin redaksiyasında korrektor işləyir.
O, Azərbaycan Sənaye İnstitutunu bitirək mühəndis-texnoloq ixtisası almasına baxmayaraq, qəlbən həmişə jurnalist olaraq qalırdı.
1941-ci il sentyabrın 15-də Bağır Seyidzadə İrana yola düşür, atası isə infarktdan dünyasını dəyişir. Anam evə qayıdanda qapının bağlı olduğunu görür. Qapını sındırırlar, babam isə artıq keçinmişdi. Anam qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə MK-ya zəng edir. Onlar isə cavabında "Biz heç onun harada olduğunu bilmirik" deyirlər. Babamı MK dəfn edir. Sonralar atam uzun illər məzarlığa gedə bilmirdi.
Stalin və Bağırov Əziz Əliyevə müxtəlif profilli mütəxəssislərdən ibarət qrup yaratmağı tapşırırlar. Orada jurnalistlər, yazıçılar, hətta geoloqlar vardı. C.Həsənlinin "Cənubi Azərbaycan. Soyuq müharibənin başlanğıcı" kitabında bu barədə çox yaxşı yazılıb. C.Həsənli yazır ki, İrana gələndə Əziz Əliyev onlara göz qoymağa başlayır, - yeri gəlmişkən, bu fakt Qılman İlkinin xatirələrində də vardır və qərara gəlir ki, atam diplomatik işlə məşğul olmalıdır. Bir qismini "Vətən yolunda" qəzetini çıxarmağa göndərir, digərləri üçün məktəb yaradırlar, üçüncülər daha nə iləsə məşğul olurlar, atamı isə oxumaq üçün Moskvaya diplomatik kurslara yollayır. Atam Moskvada fars dilini mükəmməl öyrəndikdən sonra 1944-cü ildə İrana qayıdır, Azərbaycan komsomolu MK-nın ikinci katibi vəzifəsində qalır.
Fuad Seyidzadə həyatdan tez köçdü 1968-ci il 55 yaşında. Özündən sonra yeganə oğlu Ülvi qaldı. Onun tərbiyəsində Dilarə xanım yaxından iştirak etdi. İndi Ülvi ailə sahibidir: ömür-gün yoldaşı Cəmilə xanım və iki gözəl oğlu - Mirfuad və Mirmusa.
Seyidovlar nəsli dünyaya istedadlı insanlar bəxş etmişdir.
Bağır Seyidzadənin qardaşlarından biri Məmməd Miriyev iqtisadi ədəbiyyat tərcüməçisi idi.
Digər qardaşı İbrahim Seyidov Moskvada, məşhur aviakonstruktor A.Yakovlevin başçılıq etdiyi təyyarə zavodunun direktor müavini idi, yəni "YAK" təyyarələri istehsal edirdi. Müharibə illərində aviazavodun Novosibirskə köçürülməsinə İ.Seyidov başçılıq etmişdi. A.Yakovlev İbrahim Seyidovla birgə fəaliyyətindən "Aviakonstruktorun xatirələri" kitabında yazmışdır.
1934-cü ildən Moskvada "Kaliumun torpaqdan yuyulması" mövzusunda dissertasiya müdafiə edən Həsən Seyidov bu sahədə ilk azərbaycanlı mütəxəssis olur. Sonralar Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə işləyir, MK-nın katibi, Nazirlər Soveti sədrinin birinci müavini və s. kimi yüksək dövlət vəzifələri tutur. Bağır Seyidzadənin bacıları Hüzrə və Firuzə seçdikləri sahələrdə - torpaqşünaslıqda və baytarlıqda peşəkar mütəxəssislər idi.
Azərbaycanın ilk qadın mühəndislərindən biri Zəhra Seyidova idi. O, ötən əsrin 30-cu illərində Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra məsul bir vəzifənin öhdəsindən şərəflə gəlmiş, qida sənayesində konstruktor-texnologiya bürosu yaratmış və uzun illər orada çalışmışdır. Bağır Seyidzadənin daha bir bacısı Azərbaycanın ilk qadın travmatoloq alimi, professor Həqiqət Seyidovadır. Altı ixtiranın və 114 elmi işin müəllifi olan Həqiqət Seyidova layiqli davamçılar nəsli yetişdirmişdir.
Seyidovlar nəslinin iki nümayəndəsinin - Həqiqət xanımın və Hüseyn Seyidzadənin adları Azərbaycan Ensiklopediyasında yer almışdır. Azərbaycanda ilk rəngli filmin çəkilişi kinorejissor Hüseyn Seyidzadənin adı ilə bağlıdır. O, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.Kuleşovun və S.Eyzenşteynin emalatxanasında təhsil almışdır. Kino sənətinin V.Petrov, S.Yutkeviç, Q.Aleksandrov, M.Rom, V.Pudovken kimi adlı-sanlı ustadları ilə işləmişdir. Onun çəkdiyi kinofilmlər arasında S.Rəhmanın dahi Üzeyir Hacıbəylinin ölməz musiqili komediyası əsasında yazdığı ssenari üzrə "O olmasın, bu olsun", genişformatlı "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qaynana" kimi filmlər Azərbaycan kino sənətinin qızıl fonduna daxildir. Bu siyahını davam etdirmək olar. Seyidovları tanıyanlar bir ağızdan bildirirlər ki, onların hamısı nəcib, istedadlı, əməksevər insanlardır. Harada yaşayırlarsa yaşasınlar, harada çalışırlarsa çalışsınlar, ömür yollarında nə qədər çətinlik və maneələrlə üzləşsələr də məğrur "azərbaycanlı" adını şərəflə daşımış, bütün ömürlərini Vətənə və xalqa xidmətə həsr etmişlər.

1941— Məşhur Azərbaycan futbolçusu Valeri Nizami oğlu Hacıyev 1941-ci il avqustun 9-da Bakı şəhərində dünyaya göz açmışdı.
ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirmişdi.
Valeri Hacıyev 1959-1960, 1964-1968, 1970-1972-ci illərdə "Neftçi”nin şərəfini qoruyub. Bu müddət ərzində 229 oyunda 26 qol vurmuş futbolçu 1966-cı ilin bürünc mükafatçısıdır.
O, U-21 yığmamızın baş məşqçisi kimi fəaliyyət göstərib.
Valeri Hacıyev 8 yanvar 2016-cı ildə vəfat edib.

Tarixdə bu gün - 9 avqust1959 — Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Ələsgər oğlu Həsənov Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Kiyev şəhərinə gedir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilir. 1987-ci ildə Vətənə qayıdır və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir.
Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etdi. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Məhəmməd Ələsgər oğlu Həsənov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləmiş və hal-hazırda təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışır.

 1954 -  Görkəmli tarzən, Xalq artisti,  Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Möhlət Müslimov anadan olmuşdur.
Tarixdə bu gün - 9 avqustM.Müslümov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir.
1975-ci ildən S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində solist, 1988-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, 1988-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professorudur.
müəllim, baş müəllim vəzifələrində işləmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının dosentidir.
Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir.
M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir.
Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tayland, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Rumıniya, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır.
Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır.
M.Müslümov 2000-ci ildə Əməkdar Artist, 2005-ci Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısıdır.

Vəfat etmişdir:

Tarixdə bu gün - 9 avqust1980— Məşhur rəqqası, Azərbaycan SSR Xalq artisti Əlibaba Abdulla oğlu Abdullayev 65 yaşında vəfat etmişdir.
Əlibaba Abdullayev 23 mart 1915-ci ildə Bakıda anadan olub.
Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblının (1936), Mahnı və Rəqs ansamblının (1941) bədii rəhbəri olub.
Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb (1946-1947).
Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında (Moskva, 1957) qızıl medala layiq görülüb. Nəlbəki və Vağzalı rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur.
 Ə.Abdullayevi Ü.Hacıbəyov, S.Ələsgərov, T.Quliyev, C.Cahangirov və başqa bəstəkarlarla sıx əlaqədə işləyib, qədim xalq rəqslərini toplayıb, onların oynaq ritmlərindən istifadə edib, yenidən quruluş verib.  Odur  ki, sənətkarın quruluş verdiyi rəqslərin isə hamısı mənalı, rəngarəng olub.

 

Ə.Abdullayev "Çobanlar”, "Bənövşə”, "Bulaq başı”, "Bahar”, "Ay gözəl”, "Qazağı”, "Məzəli rəqs”, "Qaytağı”, "Gəlin tərifi”, "Nağaraçılar” rəqslərinə quruluş verib

1936-cı ildə Üzeyir Hacıbəyov onun haqqında yazıb: "Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır".

1983 —Xalq artisti , professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri olmuş Əşrəf Həsən oğlu Həsənov 74 yaşında vəfat etmişdir.
1909-cu il yanvarın 24-də Xankəndinin Daşkənd qəsəbəsində dünyaya göz açmışdır. Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə ("Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (J. Bize) və s.) dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.
Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.

2010 —Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanda ilk rok operettanın müəllifi, bəstəkar Oqtay Kazımi (tam adı: Oqtay Məmməd oğlu Kazımov) 70 Tarixdə bu gün - 9 avqustyaşında vəfat etmişdir.
Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O.Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir.[1] O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O.Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O.Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər. Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabağ rapsodiyası", təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik dram teatrında səhnəyə qoyulmuş "Büllür sarayda", "Qılınc və Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus dram teatrında səhnələşdirilmiş "Şeyx Sənan", Kamera teatrında səhnəyə qoyulmuş "İtlər", Musiqili tamaşa teatrında səhnələşdirilmiş ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") operettaları dillər əzbəri olmuş, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənmişdir.
O.Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi , Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməmişdir.

2011— Azərbaycanın tanınmış nəğməkar şairəsi və yazıçı-publisisti Rüzgar Əfəndiyeva (Rüzgar Şahmar qızı Əfəndiyeva(Qurbanova) 64 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 9 avqustRüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil başa vurduqdan sonra ADU-nun filologiya fakültəsində ali təhsil almışdır. 1970-1974-cü illərdə Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1975-ci ildə "Maarif” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor və "Azərbaycan dili və ədəbiyyatı dərslikləri” redaksiyasının müdiri vəzifələrində işləmişdir. Bədii yaradıcılığa orta məktəbdəikən coşqun həvəs göstərmişdir.İlk mətbu şeirləri ("Könül verərsənmi?”, "İstərəm”), "Lenin tərbiyəsi uğrunda” çoxtirajlım Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmışdır. Dövri mətbuatda, ədəbi almanaxlarda müntəzəm çıxış edir. Rüzgar Əfəndiyevanın şeirləri təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində- Türkiyədə, Rusiyada, Əfqanıstanda, Bolqarıstanda və Özbəkistanda müxtəlif mətbu orqanlarında çap olunub,şeirlərinə bir çox mahnılar bəstələnib."Axtarma məni", "O sənli günlərim", "Dəniz və məhəbbət", "Pıçılda", "Kimsə xoşbəxt oldu", "Niyə tələsdin", "Payız toyları" və sair mahnıları dillər əzbəri olmuşdur.Bu mahnıları sevimli sənətkarlarımız Zeynəb Xanlarova, Niyaməddin Musayev, İlhamə Quliyeva, məşhur türk müğənniləri Emel Sayın, Nəşə Qaraböcək ifa ediblər. Bu mahnılara hər dəfə qulaq asanda qəlbimiz nə qədər duyğulanır!..Oqtay Rəcəbov, Oqtay Kazımi, Bahadur Hüseynov, Həsənağa Qurbanov kimi bəstəkarlarımız Rüzgar Əfəndiyevanın yaradıcılığına müraciət etmişlər.
O, "Unuda bilməzsən”, "Gözlə”, "Ömürdən keçən illər”, "Lalənin ləçəyi”, "Aydınlıqdan gedən yolda”, "Gedən də var, qalan da var”, "Xatirələr çiçəkləyəndə”, "Vətəndir Arifin səsi”, "Əbədi günəş” və s. kitabların müəllifidir. Rüzgar Əfəndiyevanın "Lalənin ləçəyi" adlı kitabına şairin silsilə şeirləri daxil edilmişdir. Türkiyədə dərc olunan "Şeir dəftəri” jurnalında Havva Abdullayevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında maraqlı yazısı verilmişdir.
Rüzgar Əfəndiyevanın yaradıcılığı təkcə şeirlə tamamlanmır.O, həm də bir sıra nəsr əsərlərinin müəllifidir. Onun "Yol gözləyənlər" povesti əsasında radio-tamaşa hazırlanıb dinləyicilərə təqdim olunmuşdur və hazırda Azərbaycan radiosunun qızıl fondundadır . Bundan başqa "Uçuş", "Qorxuram ki...", "Sabah da qar yağacaq" kimi gözəl hekayələri də mətbuatda dərc olunub."Rüstəm - Napoleonun yavəri" adlı roman yazıçının son işlərindən sayılır.
Rüzgar Əfəndiyeva həm də Natəvan оpеrasının ariya və duеt mətnlərinin müəllifidir.1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovla birlikdə bu əsər üzərində işləmişdir.2003-cü il dеkabrın 7-də əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qоyulmuş və böyük uğur qazanmışdır.
Onun yaradıcılığı haqqında Xalq şairi Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif Əliyev, Sabir Rüstəmxanlı,Sərvaz Hüseynoğlu, Qasım Qasımzadə, Nəriman Həsənzadə və b. öz fikirlərini söyləmişlər. Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınmışdır. Rüzgar Əfəndiyeva "Araz” ali ədəbi , "Heyran xanım” ədəbi , "Qızıl qələm”, "Nigar Rəfibəyli” adına mükafatların laureatıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz