» » Tarixdə bu gün - 10 iyul

Tarixdə bu gün - 10 iyul


10 iyul

İlin 191-ci (uzun illərdə 192-ci) günü.

Mühüm hadisələr:

1992 - Azərbaycan Respublikası Kanada ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1869 — Azərbaycanlı şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev) Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Tarixdə bu gün - 10 iyulSinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.
Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir abu-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.
Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub. Onun Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb.
1987-ci ildə "Yazıçı" nəşriyyatında buraxılan "Mənim Göyçəm" adlı şeirlər kitabı neçə illər ərzində öz populyarlığını saxlayır. 2003-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərindəki "Əxdər" nəşriyyatında fars əlifbası ilə dərc edilən "Mənim Göyçəm" kitabı da o taylı ellərimizin böyük marağına səbəb olub.
2008-ci ildə "Nərgiz" nəşriyyatında Xəstə Bayraməlinin öz misrası ilə ad alan böyük tirajlı "Mən ulu Göyçəmin şair oğluyam" ünvanlı kitabı da geniş oxucu kütləsinin və mütəxəssislərin maraq dairəsindədir.
Bunlardan əvvəl və sonra da bir çox almanaxlarda şairin əsərləri özünəməxsus yer tutmuşdur.
Hələ sağlığında onun bütün həyatı canından əziz bildiyi doğma Göyçəsinə olan erməni təzyiqləri ilə mübarizələrdə keçib. Və bununla yanaşı möhtəşəm Göyçə epopeyasını yaradıb.
1952-ci ildə vətənpərvər şair, son dərəcə xeyirxah insan Xəstə Bayraməli ana yurdu Nərimanlı kəndində vəfat edib. 14 aprel 1995-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında ulu Göyçənin qüdrətli söz ustadı, şair Xəstə Bayraməlinin 95 illik yubileyi keçirilmişdir.

1930 — Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Burada orta təhsilini başa vurduqdan sonra 1946-Tarixdə bu gün - 10 iyulcı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləmişdir. 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilmiş, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru işləmişdir. Sabir Əhmədli Yazıçılar Birliyinin Mükafatlar Şurasının sədri olmuşdur.
O, ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxmışdır. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirmiş, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərmiş, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynamışdır. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilmişdir. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilmişdir.
19 aprel 2009-cu ildə 78 yaşında vəfat etmişdir.

1970 — Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şikar Davud oğlu Aslanov Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Tarixdə bu gün - 10 iyulŞikar 1987-ci ildə məktəbi bitirir.
1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır.
1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini xüsusi dəqiqliklə susdurmuşdur.
1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə v Şikar Davud oğlu Aslanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1981— Azərbaycanın Xalq şairəsi Nigar Xudadat qızı Rəfibəyli 68 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 10 iyulNigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932-1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930-1932), Azərnəşrdə bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur.
"Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin "Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir.
Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
Məzarı II Fəxri Xiyabandadır.

Bayramlar və xüsusi günlər:

10 iyul bütün dünyada Dünya Hüquq Günü kimi qeyd edilməkdədir. Günün rəsmi oaraq qəbul edilməsi isə keçən əsrin 70-ci illətinə təsadüf edir. 10 iyul 1967-ci ilə kimi, artıq "Hüquq yolu ilə dünya sülhü" adlı 2 konfrans keçirilmişdi. 10 iyul 1967-ci ildə isə Cenevrədə 3-cü konfrans keçirilir və bu tarixdən bşlayaraq, hər il 10 iyul Dünya Hüquq Günü olaraq qeyd edilməyə başladı.

 

Tarixdə bu gün - 10 iyul

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz