» » Tarixdə bu gün - 8 iyul

Tarixdə bu gün - 8 iyul

 
8 iyul
 
İlin 189-cu (uzun illərdə 190-cı) günü.

Mühüm hadisələr:

1996 — Azərbaycan Respublikası Boliviya ilə diplomatik əlaqələr qurmuşdur.
 
Doğum günləri:

1939 - Firuz Xudaverdiyev, Azərbaycan teatr və kino aktyoru.
 
Tarixdə bu gün - 8 iyul1938 – Azərbaycan Respublikasının Əməkdar jurnalisti Solmaz Abbas qızı Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Univnsitetinin jurnalistika fakültəsinə daxil olmuş, oranı 1961-ci ildə bitirmişdir.
1962-ci ildən 1968-ci ilə kimi "Azərnəşr"in elmi-kütləvi, uşaq ələbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışmışdır.
Solmaz Mirzəyeva jurnalistlik fəaliyyətinin 30 ili "Azərbaycan dəmiryolçusu" qəzeti ilə bağlı olmuşdur. 1980-1993-cü illərdə qəzetin redaktor müavini işləmişdir. 1993-cü ildən ömrünün sonuna kimi qəzetin redaktoru olmuşdur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən iqtisadi islahatların ölkə ictimaiyyətinə çatdırılmasında onun böyük zəhməti olmuşdur.
İşlədiyi müddət ərzində kollektivin dərin rəğbətini qazanan Solmaz Mirzəyevanın zəhmətini Dəmir Yol rəhbərliyi və MHİRK-nin Rəyasət Heyəti həmişə yüksək qiymətləndirmiş, "Fəxri dəmiryolçu" döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə "Ustad" Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ailəsi Azərbaycanda jurnalist Mirzəyevlər ailəsi tanınmışdır. Həyat yoldaşı, 20 noyabr Qarakənd faciəsində şəhid dünyasını dəyişmiş, jurnalist Osman Mirzəyev ölkə mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Qızları Nərgiz, Lalə və Sevinc bu gün də mətbuat sahəsində çalışırlar.
25 yanvar 2010 –cu ildə 71 yaşında vəfat etmişdir.
Jurnalist Osman Mirzəyevın həyat yoldaşıdır.
 
1967 – Akkademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi, professor Yusif Qəmət oğlu Əliyev Qərbi Azərbaycanda Göyçə mahalının Tarixdə bu gün - 8 iyulToxluca kəndində ziyalı ailəsində anadan olmuşdur. 1974-1984-cü illərdə Toxlucu kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, 1984-1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsini"Lenin təqaüdü” ilə bitirmişdir. . 1992-1994-cü illərdə ATU-nun III cərrahi xəstəliklər kafedrasına kliniki ordinaturanı bitirmişdir. 1994-1997-ci illərdə isə həmin kafedrada "cərrahiyyə” ixtisası üzrə aspiranturanı bitirmişdir. 2012-2014-cü illərdə Rusiya Xalqlar Dostluğu Universitetində(Rusiya federasiyası,Moskva) "cərrahiyyə” ixtisası üzrə doktoranturanı bitirmişdir. 1998-ci ildə "Eksperimental peritonitin gedişində müsariqə limfa düyünlərinin morfofunksional vəziyyəti və onların tənzimlənmə yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 2014-ci ildə "Хирургическое лечение больных с заболеваниями желчевыводящих путей” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. 1997-2012-ci illərdə ATU-nun III cərrahi xəstəliklər kafedrasında assistent, 2012-2014-cü illərdə isə dosent vəzifəsində çalışıb. 2002-2013-cü illərdə M.Əfəndiyev adına 2 saylı Bakı Şəhər Klinik xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdir. 2013-cü ildən indiyə qədər ATU-nun II cərrahi xəstəliklər kafedrasında dosent vəzifəsində çalışır. 2013-cü ildən ak.Topçubaşov adına ECM-ə baş həkim tıyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır. Elmi Tədqiqatları əsasən peritonitlərin müalicəsinə və hepatobiliyar cərrahiyyəyə həsr olunmuşdur. İndiyə qədər respublika və xarici mətbuatda 100-dən çox elmi məqaləsi çap olunmuşdur. Bir ixtiranın , bir səmərələşdirici təklifin ,bir monoqrafiyanın və bir dərs vəsaitinin müəllifidir.
 
Vəfat etmişdir:

 
Tarixdə bu gün - 8 iyul2013 – Azərbaycanın Xalq yazıçısı, ədəbiyyatşünas alim Gülhüseyn Hüseyn oğlu Abdullayev (Gülhüseyn Hüseynoğlu) 89 yaşında vəfat etmişdir.
Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 3-4 yaşındaikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda almışdır. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş, aspiranturaya qəbul olunmuş, lakin şəxsiyyətə pərəstiş dövründə həbs edilmiş, 25 il azadlıqdan məhrum olunmuşdur. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa edilmişdir. Universitetdə müəllim saxlanmışdır. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olmuşdur. "Ana" adlı ilk hekayəsi 1944-cü ildə, "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeiri isə 1946-cı ildə işıq üzü görmüşdür.
M.Müşfiq barədə elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır.
Mikayil Müşfiq adina 18 N-li məktəbdə dərs demişdir.
 
Tarixdə bu gün - 8 iyul2017 – Görkəmli Azərbaycan alimi, psixologiya elmləri doktoru, Azərbaycan Respublikası Əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramov 86 
yaşında vəfat etmişdir.
30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954-1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957-1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958-1960).
1959-cu ildə "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri” mövzusunda namizədlik və 1969-cu ildə "Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
1965-1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965-1983) orada işləmişdir.
1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir.
1960-2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.
1955-2004-cü illərdə Ə.S.Bayramovun 46-ya qədər monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitablar və 250-dan artıq elmi məqalə və məruzə tezisləri nəşr edilmişdir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlrinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz