» » Tarixdə bu gün - 7 iyul

Tarixdə bu gün - 7 iyul


7 iyul

İlin 188-ci (uzun illərdə 189-cu) günü.

Mühüm hadisələr:

1929 – Mussolini Papa ilə razılığa gəldikdən sonra Vatikan dövləti qurulmuşdur.
2005 – Londonda metro vağzalında olan terror nəticəsində 50-dən artıq insan həlak olmuşdur.
1923 – Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilmiş, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilmişdir.
1992 – Azərbaycan Respublikası Tailand ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1797 —Qafqaz dağlılarının rəhbəri Şeyx Şamil Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona Tarixdə bu gün - 7 iyuləvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən”)] adı vermişlər.
Anası avar bəyi Pir–Budağın qızı Vahu–Məsədu idi.[24] Şamilin əsil adı Əli idi.[24] Bu ad ona babasının şərəfinə verilmişdi.[24] Şamilin babası Əli qumuq əsilli Əmir xanın oğlu idi.[24] Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi. Şeyx Şamil ilk təhsilinə Səid Xərakinin yanında başladı. Daha sonra qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin tələbəsi oldu. İmam Şamil özündən əvvəl imamət məqamında olan Qazi Məhəmməd və Həmzət Bəyin müşavirliyini etmişdi. Şamil son dərəcə sadə, təvazökar və qənaətcil bir həyatı yaşamaqda idi.
İmam Şamil müxtəlif vaxtlarda 5 dəfə evlənmişdi. Şamilin Fatimat, Cevhərat, Zahidət, Əminə və Şovanət adlı həyat yoldaşlarından Əhməd Cəmaləddin, Məhəmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin və Məhəmməd Kamil adlı 6 oğlu ilə Fatimat, Nəfisat, Nəcabət, Bəhu-Məsadu və Safiyat adlı 5 qızı olmuşdu.
Şamil imam, yəni, dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başladı. Ruslara qarşı güclü müqavimət göstərmək üçün vacib olan əskəri və mülki təşkilatları yenidən qurdu. Bir tərəfdən hərbi tədbirlər görərək düşmənə qarşı müdafiə üçün müharibəyə girişərkən, digər tərəfdən də müntəzəm olaraq ədliyə və idarə etmə mexanizmini inkişaf etdirməkdə idi. Bu zaman mədrəsələrdə təhsilə diqqət verilməkdə, fikir və sənət sahəsində böyük addımlar atılmaqda idi. Onun hakimiyyətdə olduğu zamanlarda top, barıt, digər silah-sursat istehsalı və tədarükünə ciddi fikir verilmiş, əskəri təşkilatlanmada böyük irəliləyişlər əldə edilmişdi.
İmam Şamil güclü natiqlik qabiliyyəti, qətiyyətli iradəsi və əskəri dühası ilə böyük uğurlar qazanmış, şöhrəti qısa zamanda ətrafa yayılaraq nüfuzu Dağıstan bölgəsində yaşayan xalqlar tərəfindən qəbul edilmişdi.
İmam Şamil idarə sistemini yenidən qaydaya salarkən, ölkəni naiblik və vilayətlərə ayıraraq bunların başına həm hərbi, həm də mülki işləri idarə edən naibləri təyin etdi. Üç və ya dörd naiblik bir vilayət idi. Vilayətlərin başındakı naibin rütbəsi daha böyük idi. Ayrı-ayrılıqda hər biri böyük qəhrəman olan bu yüksək rütbəli naiblərdən Haqverdi Məhəmməd (Axberdilav Mohuma), Qabət Məhəmməd (Kebed Mohuma), Şuayıb Molla, Taşof Hacı, Daniyal Sultan, Nur Məhəmməd, Xiitinaf Musa, Sədullah, Düba Hacı,Hacı Murad və Şamilin böyük oğlu Məhəmməd Qazi qəzavatın adı unudulmayacaqı şəxsiyyətlərindən olmuşlar.
Şamil imam seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir.
Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan əsgəri qüvvəsi də gündən-günə azalmışdı.1839-cu ildə Axulqo Təpəsində 3 min müridi ilə General Qrabbenin komandanlığındakı sayı 10 mindən artıq yüksək səviyyədə silahlanmış rus ordusuna qarşı 80 günlük müdafiəsi hərb tarixinə düşmüşdür. Şamil bu müharibədə həyat yoldaşı Cevhəratı, oğlu Səidi və bacısı Məsudəyi itirmiş, 8 yaşındakı oğlu Cəmaləddini ruslara girov vermək məcburiyətində qalmışdı.
Bu dəhşətli müharibələrdə, sadəcə, insan itkisi olmurdu. Ruslar aylarla davam edən müharibə nəticəsində işğal etdikləri torpaqlarda ağacları, meşələri yandırıb heç bir canlını sağ qoymadan irəliləyirdilər.
Dost ölkələrdən heç bir kömək görməyən İmam Şamilin nəhayət əlindəki bütün qüvvə və qaynaqları tükəndi və 1859-cu il 6 iyununda Qunipdə General Baryatinskinin idarəsindəki 70.000 nəfərlik rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim oldu. İmam Şamili ailə üzvləri və 40-a qədər adamı ilə Peterburqa Çarın yanına apardılar. O, Rus Çarı II Aleksandr tərəfindən sarayın qapısında böyük hörmətlə qarşılanır. Çar atası I Nikolaya və onun ordusuna tam 35 il Qafqazı zindan edən zəmanənin bu böyük qəhrəmanını gördüyü zaman çox təsirləndi, onun saqqalından sevərək öpməkdən özünü saxlaya bilmədi. İmam Şamil bir aya qədər sarayda qonaq qaldı. Bundan sonra onun əsirlik illəri başladı. Lakin Şamil və ailəsinə əsarət çox ağır gəlirdi. 2 il içərisində Şamilin qapqara saçları ağappaq oldu. Böyük qızı Nafisat ilə gəlini – Məhəmməd Qazinin həyat yoldaşı Kərimət vərəmə yoluxub vəfat etdilər. Aradan 10 il keçəndən sora Çar onun Həccə getməsinə icazə verdi. Ancaq bir tədbir olaraq oğlu Məhəmməd Şəfini saxlayır və Həcci ziyarət etdikdən sonra dərhal Rusiyaya qayıtmasını şərt qoydu. Şamil 1870-ci ildə adamları ilə bərabər Rusiyadan çıxaraq əvvəlcə İstanbula gəldi. Sultan Əbdüləziz tərəfindən sarayda qarşılanan Şamilin İstanbula gəlməsi xəbəri yayıldı zaman şəhər bir-birinə qarışmış, xalq bu böyük qəhrəmanı görmək üçün saray qapısına axışmağa başlamışdı. Şamil arzuladığı son mənzilə vaxtında yetişmək üçün Sultanın məxsusi olaraq ona ayırdığı gəmi ilə yola çıxdı. Ciddə limanında Məkkə əmiri, şəhərin iləri gələnləri və böyük bir izdiham tərəfindən təntənəli mərasimlərlə İmam Şamili qarşılandı və Məkkədə şərəfli şəxslər üçün ayrılan Şürəfa dairəsində qonaq edildi.
Həcc zamanında Şamilin orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş yüz minlərlə müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökumət idarəçiləri onu Kəbənin üzərinə çıxardılar. Beləliklə insanlar onu gördülər.
Şamil həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə getdi. Mədinədə olarkən çox zəifləmiş olan İmam Şamil xəstələndi. Bütün həyatını Allah üçün cihada, ölkəsinin birliyinə həsr etmiş, əsgəri dühasını dünyaya və əbədi düşməni olan rus hökumətinə qəbul etdirən, adını dünya tarixinə "gəlmiş-keçmiş ən böyük müqavimət lideri" olaraq yazdıran İmam Şamil 4 fevral 1871-ci ildə 74 yaşında fani dünyaya gözlərini yumdu.

1893— Rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın Qeysər Seyfulla qızı Kaşıyeva Tiflisdə anadan olmuşdur.
Tarixdə bu gün - 7 iyulQafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq siniflərində oxumuşdur (1907-1908). Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir. 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir ("İ.Qonçarovun portreti", 1909, "Azərbaycan ziyalısı", 1912, "Göl sahili", 1914, "Küpəgirən qarı", 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, "Şərq qadını" jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, professioanal rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. Q.Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907-1908) yiyələnmişdir. O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında "Ziyalı qadın”, "Qoca keşıkçi”, "Gürcü qızı”, "Ovçu”, "Yanğınsöndürən”, "Qoqolun portreti”, "Azərbaycan ziyalısı”, "Küpagirən qarı”, "İ.Qonçarovun portreti”, "Azərbaycan ziyalısı”, "Göl sahili” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, "Şərq qadını” jurnalına (1923-1938-ci illərdə Bakıdaçap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.
Otuzuncu illərdə ərinin "xalq düşməni” güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
 
Tarixdə bu gün - 7 iyul1965 — "Hərbi хidmətlərə görə" mеdalı ilə təltif оlunmuş Ziyafət Qurban oğlu Balıyеv Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan оlmuşdur.
1983-1985-ci illərdə sоvеt оrdusu sıralarında sеrjant rütbəsilə hərbi хidmətdə оlmuşdur.
1985-1990-cı illərdə Bərdə rayоn 4 saylı ƏNG-da sürücü işləmişdir.
1990-1992-ci illərdə Bərdə rayоn DIŞ-də pоlis baş sеrjantı оlmuşdur.
24 mart 1991-ci ildə PPХ taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə еrməni quldurlarının хеyli sayda canlı qüvvəsini məhv еtmişdir.
13 sеntyabr 1992-ci ildə Ağdərə rayоnunun Çıldıran kəndi uğrunda gеdən döyüşdə şəhid оlmuşdur.
Məzarı Bərdə rayоnunun Yеni Daşkənd kənd qəbiristanlığındadır.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə  Ziyafət Qurban oğlu Balıyеv ölümündən sоnra 6 yanvar 1995-ci ildə "Hərbi хidmətlərə görə" mеdalı ilə təltif оlunmuşdur.
 
Tarixdə bu gün - 7 iyul1971 ―Əfsanəvi döyüşçü, "Azərbaycan Bayrağı" ordeni kavaleri Bəhruz Allahverdi oğlu Nuriyev 1971-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub.
Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub.
1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.
Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.
Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin də qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır. Anası Nadiyə xalanın dediklərindən: "Bir ilə yaxın idi ki, nişanlı idi. Toyuna hazırlaşırdıq. Amma o, hər dəfə deyirdi ki, tələsməyin, az qalıb. O qədər düşüncəli, hamını nəzərə alan idi ki, buna görə də həmişə ondan nigaran idim. Onun faciəli xəbəri gələndə 3 gün şokda olmuşam. Deyilənə görə, onu sevənlər dəfnini çox yüksək səviyyədə keçiriblər”.
Bəhruz Nuriyevə "Azərbaycan bayrağı” ordeni verilib. Bəhruza aid sənədlər arasında onun haqqında yazılmış "Vətənə sipər oğul” kitabçası da var. 826 saylı sabiq "Qurtuluş” batalyonunun qərargah rəisi, Azərbaycan Respublikası Bakı Əlil və Veteranlar Birliyinin sədri Fuad Rzayev Bəhruzun qəhrəmanlığından bunları yazıb: "Bəhruzun sərrast atma qabiliyyəti olduğu üçün o, daha çox düşmən öldürdü. 1993-cü ildə 30 düşməni sıradan çıxarmaq böyük hünər tələb edirdi. Bu hünərin səbəbkarı isə Bəhruz idi. Ümumiyyətlə, Bəhruz bütün döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Çox təəssüflər olsun ki, dəfələrlə mən də təqdimat yazıb göndərmişəm, lakin ona Milli Qəhrəman adını vermədilər. Amma Bəhruz əsl Azərbaycan qəhrəmanıdır”.
Bakının Nizami rayonunda Bəhruz Nuriyev adına küçə var. Bu küçə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xeyli düşmən yaraqlısı və onların döyüş texnikasını məhv edən şəhid Bəhruz Nuriyevin adını daşıyır. İyulun 7-də onun 42 yaşı tamam oldu.
Anası Nayidə Nuriyeva redaksiyamıza gələrək qəhrəman oğlu barəsində, Qarabağ döyüşlərində göstərdiyi şücaət haqda danışdı. Bildirdi ki, oğlunun itkisinin yeganə təsəllisi işğal olunmuş torpaqlarımızın qaytarılması olardı.

Vəfat etmişdir:

Tarixdə bu gün - 7 iyul1992 — Azərbaycanın Milli Qəhrəmanı Rəfael Sərafət oğlu Həbibov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Rəfael Həbibov 1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır.
Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.
Respublikamızın ərazi ütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir.
1992-ci il iyulun 6-da çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır...
 
Tarixdə bu gün - 7 iyul2014 — Gürcüstanın 2-ci prezideni Sosialist Əməyi Qəhrəmanı, Sov.İKP MK Siyasi Bürosu üzvü Eduard Şevardnadze 86 yaşında vəfat edib.
Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub.
1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalşıb.
1995-2003-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub.
SSRİ kimi superdövlətin xarici siyasət idarəsinin rəhbəri olaraq, XX əsrin II yarısında qlobal miqyasda baş verən proseslərdə - "Soyuq müharibə”nin başa çatdırılmasında, Almaniyanın vahid dövlət halında birləşməsində, Əfqanıstandan sovet qoşunlarının çıxarılmasında aktiv iştirak edib. Sonralar isə doğma vətəni- Gürcüstanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışıb. 
7 iyul 2014-cü ildə vəfat edib.
SSRİ prezidenti Mixail Qorbaçovun qudası olub.Qorbaçovun böyük qızı Nadejda Şevarnadzenin oğlu Paata Şevarnadze ilə evlidir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz