» » Tarixdə bu gün - 6 iyul

Tarixdə bu gün - 6 iyul


6 iyul

İlin 187-ci (uzun illərdə 188-ci) günü.

Mühüm hadisələr:

1885 - Fransız alim Lui Pasterin kəşf etdiyi penisilin ilk dəfə insan orqanizminə yeridilmişdir.

Doğum günləri:

Tarixdə bu gün - 6 iyul1927 — 5 sentyabr 1991 - 11 dekabr 1991 ci illərdə Azərbaycanın Müdafiə Naziri olmuş, general-leytenant Valeh Əyyub oğlu Bərşadlı Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir.
14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriyası Məktəbi) bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır.
1992-ci ildə  Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur.
1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, tağım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.
1999-cu il 15 may tarixində 71 yaşında vəfat etmişdir.
Məzarı Fəxri Xiyabandadır.

1973 — Azərbaycan Respublikasının Əməkdar müəllimi  Almaz İsrayıl qızı Həsrət 1973-cü ildə Bakı şəhərində anadan olub.
 
Təhsili
Tarixdə bu gün - 6 iyul1980-1990: Orta təhsil – Xətai rayonu 204 saylı məktəb (Gümüş medalla)
1991-1997: Bakı Dövlət Universiteti, Biologiya Fakültəsi (yaxşı və əla qiymətlərlə) Tam ali təhsilli
1998-1999: "Vışka” qəzeti nəzdində fəaliyyət göstərən Osman Mirzəyev adına jurnalistika kursu (Əla qiymətlərlə)
2009-2010: Moskva şəhərindəki 1 Sentyabr Pedagoji Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Pedagoji Təhsil Fakültəsinin təhsil proqramı üzrə "İnformasiya mədəniyyəti və biologiya dərsində kompüter” uzaqdan ixtisasartırması (vəsiqə)
2011-2012: Moskva şəhərindəki 1 Sentyabr Pedagoji Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Pedagoji Təhsil Fakültəsinin təhsil proqramı üzrə "Biologiya dərslərində oyunlar” uzaqdan ixtisasartırması (vəsiqə)
2013-2016-ci il Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İnstitutunun ( keçmiş Təhsil Problemləri İnstitutunun) fəlsəfə doktoru proqramı üzrə doktoranturası

Əmək və ictimai fəaliyyəti

1996-2011: Xətai rayonundakı Ə. Əliyev adına 204 № orta məktəbdə biologiya müəlliməsi.
1997-2001: "Savalan”, "Vışka”,  "Azərbaycan müəllimi”, "Respublika”,  "Azərbaycan” qəzetlərində müxtəlif yazılarla çıxış edib.
1998: Azərbaycan Qadınlar Qurultayının nümayəndəsi,
1998: Azərbaycan Müəllimlər Qurultayının nümayəndəsi,
1999-2002: Xətai rayonunda fəaliyyət göstərən Gənc Müəllimlər Məclisinin sədr müavini,
1999-2002: Jurnalistlərin Həmkarlar İttifaqının üzvü,
2007: "İntel - Gələcək üçün təhsil” kursunun təlimçisi.
2007-2008: Xətai rayonunun 245 saylı və 204 saylı orta məktəblərdə, 287 saylı "Zəkalar” liseyində "İntel” Gələcək üçün təhsil proqramı çərçivəsində müəllimlər üçün kursların təlimçisi,
2009 (avqust)-2015-ci ilədək – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Kurikulum İslahatının davam etdirilməsi və Kurikulumun tətbiqinə dəstək komponentinin məsləhətçisi.
2009-2010: Biologiya fənn kurikulumunun hazırlanması və dərsliklərin qiymətləndirilməsi işçi qrupunun üzvüdür
2009: Biologiya fənn proqramının hazırlanması işçi qrupunun üzvüdür
2009-2010: Biologiya fənn kurikulumu layihəsinin həmmüəllifi
2010: 10-cu sinif "Ümumi biologiya” dərsliyinin metodiki cəhətcə işləyəni
2010: 11-ci sinif "Ümumi biologiya” dərsliyinin metodiki cəhətcə işləyəni
2010: 10-cu sinif "Ümumi biologiya” dərsliyinin həmmüəllifi
2010: 11-ci sinif "Ümumi biologiya” dərsliyinin həmmüəllifi
2011-2012 – biologiya müəllimi, AAM Kurikulum Mərkəzinin rəhbəri.
2011: 7-ci sinif "Zoologiya” dərsliyinin həmmüəllifi
2011: 8-ci sinif "Zoologiya” dərsliyinin həmmüəllifi
2011: "Biologiya lüğəti” Məktəbli kitabxanası, həmmüəllif
2012 -2015: Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şuranın "Biologiya” bölməsinin üzvü.
2011- 2012 -ci il – Avropa Azərbaycan Məktəbində Kurikulum Mərkəzinin rəhbəri, biologiya və informatika müəllimi
2014 – Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İnstitutunun (keçmiş Təhsil Problemləri İnstitutun) Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri
2017-dən bu günədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri

Mükafatları

Azərbaycan Respublikasında 2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri olmuş və 5000 manat pul mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 4 oktyabr 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar müəllim"i fəxri adı verilmişdir.
Əlavə olaraq
1997-1998: Ən yaxşı pedaqoji mühazirəyə görə 204 saylı məktəb üzrə 1-ci, Xətai rayonu üzrə ikinci yer
1999-2000: Ən yaxşı pedaqoji mühazirəyə görə 204 saylı məktəb üzrə 1-ci, Xətai rayonu üzrə ikinci yer
1999-2000: 204 saylı məktəb, "İlin ən yaxşı dərs planı” müsabiqəsində 1-ci yer və Fəxri fərman
2006-2007: 204 saylı məktəb, ən yaxşı pedoqoji mühazirəyə görə 1-ci yer və Fəxri fərman
2007: 204 saylı məktəb, ən yaxşı metodiki tövsiyyəyə ğörə 1-ci yer
2007, 5-7 aprel: Çağ Öyrətim İşlətmələrinin təşkil etdiyi "Ətraf mühitin mühafizəsi” 1-ci Beynəlxalq layihə olimpiadasının iştirakçısı (seçilmiş 50 layihədən biri) (Sertifikat)
2007:”Müasir təlim metodlari və yeni pedaqoji texnologiyalarin tədbiqinə dair metodiki tövsiyə”yə görə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xətai və Suraxanı rayonlarında 1-ci yer
2008-ci ildə məktəblilərə tədris metodikasına uyğun yeni internet texnologiyalarınin öyrədilməsinə görə Diplom,
"Bayram istəyirik” adlı beynəlxalq şəbəkə layihəsinin 1-ci (2008) və 2-ci (2009) mərhələlərinin hər ikisində 1-ci dərəcəli Diplom,
"13 dəniz arxasına səyahət” adlı beynəlxalq şəbəkə layihəsinin qalibi, 1-ci dərəcəli Diplom,
"300 intellektual məktəb-2008” Beynəlxalq tədris layihəsi çərçivəsində məktəbdə yaratdığı "VİbioKİ” adlı komandasının qalib diplomu,
2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil” Respublika müsabiqəsində "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” və "Təhsildə İnternet texnologiyaları” nominasiyalarının hər birində 2-ci yer tutmuşdur.
2010-cu illər ərzində təhsildə və təlimdə apardığı işlərin nəticəsi olaraq Campus.ru beynəlxalq təhsil saytında mükafata – 1-ci dərəcəli medala layiq görülüb,
2010-cu il, "İntel: gələcək üçün təhsil” və Rusiyanın "Trans Telekom” şirkətlərinin birgə təşəbbüsü ilə fəaliyyət göstərən Letopisi.ru saytında "XXI əsrin müəllimləri” siyahısında yer alan yeganə Azərbaycan təmsilçisidir.

Həmmüəllifi olduğu dərslik və dərs vəsaitləri

2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan İnternet Forumu və Microsoft Azərbaycan təşkilatlarının birgə həyata keçirdiyi "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində dərc edilən eyni adlı kitabın Azərbaycan dilinə tərcüməsində və redaktə edilməsində iştirak etmişdir.
2009-2010: Biologiya fənn kurikulumu layihəsinin həmmüəllifi;
2010: 10-cu sinif "Ümumi biologiya” dərsliyinin metodiki cəhətdən işləyəni;
2010: 11-ci sinif "Ümumi biologiya” dərsliyinin metodiki cəhətdən işləyəni;
2010: 10-cu sinif "Ümumi biologiya” dərsliyinin həmmüəllifi;
2010: 11-ci sinif "Ümumi biologiya” dərsliyinin həmmüəllifi;
2011: 7-ci sinif "Zoologiya” dərsliyinin həmmüəllifi;
2011: 8-ci sinif "Zoologiya” dərsliyinin həmmüəllifi;
2011: "Biologiya lüğəti” Məktəbli kitabxanası, həmmüəllif.
2016: "Təhsildə İKT və informasiya mədəniyyəti" metodik vəsait. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun Elmi Şurasının 22 iyun 2016-cı il tarixli (protokol №2) iclasında müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun hesab edilmişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 6 iyul1893 — Məşhur fransız yazıçı Gi de Mopassan 42 yaşında vəfat etmişdir.
Gi de Mopasan 5 avqust 1850-ci ildə Qustav de Mopassanın ailəsində dünyaya gəlmişdir. Uşaq vaxtında ata-anası ayrılmışdır və iki qardaş - Gi və Hreve anasının himayəsində yaşamışdır. Klassik ədəbiyyatla maraqlanan anası Mopassanın həyatında mühüm rol oynamışdır. On üç yaşında olan Gi seminariyada təhsil almağa başlamışdır. Təhsil aldığı zaman böyük yazıçı Qüstav Floberlə tanış olmuşdur. 1870-ci ildə kollecdən məzun olmuş və orduya qoşulmuşdur.
Qustav Flober onu himayə etmiş və burada Mopassan Emil Zolya və İvan Turgenyevlə tanış olmuşdur.
Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan "Gonbul"u çap etdirmişdir.
Gi de Mopassan müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısıdır. Hekayələri lakonikliyi ilə seçilir. Bunlarda daha çox 1870-ci illər Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapmışdır. Henri Rene Albert Gi de Mopassan həm də altı kiçik romanın müəllifidir.

1904— Görkəmli qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və Tarixdə bu gün - 6 iyulavropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı olan Abay Kunanbayev 58 yaşında vəfat etmişdir.
Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır.
İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi. O qazax ədəbiyyatının banilərindən biridir. Həmçinin rus və qazax dillərinə tərcumələri ilə yadda qalmışdır.
Yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır.
Yaradıcılığını müxtəlif qaynaqlara əsaslanaraq formalaşdırmışdır:
1.Şərq ədəbiyyatı, o cümlədən Azərbaycan ədəbiyyatı (Nizaminin yaradıcılığı)
2.Rus və Avropa ədəbiyyatı
3.Qazaxıstan şifahi xalq ədəbiyyatı.
Müasirləri "Əqliyyə" əsərini onun yaradıcılığının zirvəsi hesab edirlər. Yazıçı bu əsəri cavanlara ünvanlamışdır. O burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışmışdır. Abay bu əsərində xalqa müraciət edərək: "Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə belə yoxsulluq içində yaşayırıq? Xarici varlılar az da olsa dövlətin inkişafı, xalqın güzaranının yaxşılaşması üçün nə isə edirlər, bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı" – deyir. "Əqliyyə" əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqının vəziyyətinə acıyır. Həmçinin onun Rusiyaya qeyri-adi rəğbəti də duyulur. Baxmayaraq ki, XIX əsrdə Rusiya Qazaxıstanı işğal etmişdir. O düşünür ki, Rusiya qanunlarıyla Qazaxıstan inkişaf edir. Amma ömrünün ahıl çağlarında o Rusiyanın işğalçılıq siyasətini anlayir. Bununla belə Abay xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarıyla, xalqın qanını içən rus məmurlarını eyniləşdirmir. Abay Kunanbayevin yaradıcılığı XX əsrdə xüsusilə tədqiq edilmiş, müxtəlif sənədlərə əsasən onun şəxsiyyəti araşdırılmışdır.

1995 — Məşhur türk yazıçısı, publisist və dramaturq Əziz Nesin (əsl adı Mehmet Nusret) 79 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 6 iyulDünya şöhrətli türkiyəli yazıçı Əziz Nesin (əsl adı Mehmet Nusret) 20 dekabr 1915-ci ildə Heybeliada (İstanbul) dünyaya gəlib.
Yazıçı, publisist və dramaturq olan Nesin, oxuduğu hərb məktəblərində öz düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944 cü ildə ordudan "vəzifəsini və rütbəsini pis yerinə yetirməsi" maddəsi ilə ordudan qovulur.
Himnin sözlərini yazdığına görə işgəncəyə məruz qalmış ədib sol təmayüllü "Tan" qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı olan "Partiya qurmaq, partiya vurmaq" 1946 ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə "Marko Paşa" adlı satirik qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır.
Nesin məhsuldar yazıçıydı və hədsiz dərəcədə işgüzar olub. O, 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda "Oluş" nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. DP hökuməti bu qanlı hadisələrdə kommunist izi axtarırdı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı.
Xəyanət üstündə boşadığı birinci arvadından sonra, ədəbiyyatçı Meral Çelenlə ailə qurub. Meral xanımın "Əziz Nesinli illər" kitabında onların arasında olan məhəbbətin ən gözəl anları təsvir edilib. Onlar 1957-ci ildə həbsxanada nişanlanıblar və ailə qurublar. 1967-ci ildə isə boşanıblar. Sonralar Meral Çelen yazacaqdı: "Mən çox yaxşı yazıçı ola bilərdim. Amma Əziz Nesinlə ailə həyatım bu karyerama son qoydu"…
Bütün həyatı və yaradıcılığı ilə Türkiyədə hadisə yaradan böyük ədib, ölümü ilə də hamını mat qoydu. Həyatda kimsədən qorxmadı, bir çoxlarının yuxusunu qaçıran satirik əsərlər yazdı. Təkəbbürlü idi, amma həyata sağlam baxırdı. İstər danışığında soyuq və birbaşa cümlələr işlədirdi.
Xalq yazıçısının həyat yoldaşı vəfat etdi.
Ehtimal var ki, Ə. Nesin məzarının bilinəcəyi təqdirdə, böyük məmurlar tərəfindən sümüklərinin narahat ediləcəyindən ehtiyat edirdi. Böyük satirik yazıçı bütün ömrünü qalmaqallar içərisində keçirmişdi. 1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində kitablarının imza günündə həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi.
Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi.
O, vəsiyyətində yazırdı: "Mən insanın ruhunun varlığına inanmıram. Demək, məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Görə, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürüməsinə acıyıram".
 
Tarixdə bu gün - 6 iyul2004  Tanınmış şair, jurnalist Akif Səməd oğlu Məmmədov 44 yaşında vəfat etmişdir.
Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şerləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır.
Əsərləri
"Qiblə yelləri" (1992),
"Uzaqlardan gəlirik" (1994),
"Adəmdən" (1995),
"Ömrü özünə yaşasan" (1996)
"Özümə yol" (2004)

 

Bayramlar və xüsusi günlər:

Öpüş Günü

 

Tarixdə bu gün - 6 iyul

 

Ümumdünya Öpüş Günü (ing. World Kiss Day və ya ing. World Kissing Day) hər il 6 iyulda dünyanın 60-dan çox ölkəsində həvəskarlar tərəfindən keçirilən qeyri-rəsmi beynəlxalq bayramdır.
Ümumdünya Öpüş Gününün vətəni Böyük Britaniya hesab olunur. Bu XIX əsrin sonlarında Albionun dumanlı sahillərində sevgililərin bir-biri ilə öpüşərək öz məhəbbətlərini bildirməsi bayramıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz