» » Tarixdə bu gün - 5 iyul

Tarixdə bu gün - 5 iyul


5 iyul

İlin 186-cı (uzun illərdə 187-ci) günü.

Mühüm hadisələr:

1687 - Nyutonun prinsipləri nəşr olunmuşdur.
1924 — Parisdə 42 ölkənin iştirak etdiyi VIII Yay Olimpiya Oyunları açılmışdir.
1606 — I Abbasın Gəncəni Osmanlılardan geri almışdır.

Doğum günləri:

1881 — Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri, azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı, ictimai-siyasi və dövlət xadimi, publicist Tarixdə bu gün - 5 iyulYusifbəyli Nəsib bəy Yusif oğlu 1881-ci ildə Gəncə şəhərində anadan olub. Odessa Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. İnqilabi hadisələrlə bağlı universiteti yarımçıq qoyub və təhsilini Xarkov universitetində davam etdirib, ancaq maliyyə çatışmazlığı ucbatından 4-cü kursdan oranı da yarımçıq qoyub Krıma getməli olub. Burada İsmayıl Qaspıralının "Tərcüman” qəzetiylə əməkdaşlıq edib, Qaspıralının qızı Şəfiqə xanımla evlənib. Nəsib bəy 1909-cu ildə Gəncəyə qayıdaraq ictimai-siyasi fəaliyyətə başlayır. Qurucusu olduğu Milli Federalistlərin Türk Partiyası 1917-ci ildə Müsavat Partiyası ilə birləşir. Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində maarif naziri olub. Azərbaycan Xalq Cümhuriyyətini quranlardan biri və hökumətinin bütün kabinetlərində təmsil olunmuş Nəsib bəy bəy 4-cü və 5-ci hökumətlərə rəhbərlik edib. Aprel inqilabından sonra Bakını tərk edib və 1920-ci il mayın 31-də yolda qətlə yetirilib.

Tarixdə bu gün - 5 iyul1989 — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, "İgidliyə görə" medalı ilə təltif edilmiş Cavid Gülbaba oğlu Dədəkişiyev İmişli rayonunun Qaralar kəndində anadan olub.
Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var idi. 2006-cı ildə İmişli rayonunda yerləşən Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi aldı. Daha sonra o, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı.
Baş leytenant Cavid Dədəkişiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Dədəkişiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Vəfat etmişdir:

2002 — Görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov 72 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 5 iyulYaqub Məmmədov 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.
Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.
O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.
Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz