Tarixdə bu gün - 1 iyul
Müəllif: Akif Əhmədov от 1-07-2017, 00:15
1 iyul
İlin 182-ci (uzun illərdə 183-cü) günü.
Mühüm hadisələr:
1966 — İlk rəngli televiziya yayını Kanadanın Toronto şəhərindən başlanmışdır.
2006 — Avstriya Avropa Birliyinin prezidentliyini Finlandiyaya vermişdir.
1996 — Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurmuşdur.
1998 — Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

Bilalabad yaxınlığındakı dağlarda yerləşən Bəzz qalasında Cavidan adlı varlı vilayət hakimi – xürrəmi yaşayırdı. O, bir dəfə qışda qalaya qayıdarkən qar fırtınasına düşür. Məcbur olub Bilalabada dönür. Həsənlə də bu zaman tanış olur. 16-17 yaşlı cavanın ağlına, fərasətinə heyran qalır və onu özü ilə Bəzz qalasına aparır. Həsən az vaxtda hamının hörmətini qazanır və məşhurlaşır. Cavidan döyüşlərin birində öldürüldükdən sonra onun vəsiyyətinə əsasən xürrəmilərə başçılıq edən Həsən 816-cı ildə özünə "Babək” təxəllüsü götürür.
Babək xürrəmilər hərəkatına başçılıq edib. O, həmfikirləri və silahdaşları qarşısında ərəbləri qovmaq və ədaləti bərpa etmək vəzifəsi qoymuşdu. Belə də oldu. Babəkin başçılığı ilə ərəblər öldürülür və ya ölkədən qovulurdu. Az sonra bütün Azərbaycan xürrəmilərin əlinə keçdi. Üsyan şimaldan cənuba adladı. Bu da olmuşdu 819-cu ildə. Bəs sonra nələr baş verir?
Ərəb xəlifəsi Babəkin üstünə bir-birinin ardınca say-seçmə qoşun göndərir. Hər dəfə də məğlub olur. Bu minvalla Babək xilafətə qarşı təxminən 17 il vuruşur. Döyüşlərdə 225 mindən çox ərəb əsgəri və sərkərdəsi öldürülür. Yeni xəlifə Möhtəsim Babəkin üzərinə sərkərdə Afşinin başçılığı ilə daha böyük qoşun göndərir. 836-c ldə Azərbaycana daxil olan Afşin Bəzz qalasını mühasirəyə alır. Qüvvələrin qeyri-bərəbər olduğu bu döyüşdə məğlubiyyətə uğrayan Babək qalanı tərk edir və özünü Bizansa yetirmək istəyir. Afşin onun ardınca hər yana dəstələr yollayır. Təqiblər başlayır.
Təəssüf ki, Babək bu təqiblərdən qaçıb qurtara bilmir. Köhnə tanışlarından olan Səhl ibn Sumbat adlı bir vilayət hakimi Babəki aldadaraq əsir alır və Afşinə təhvil verir. Xəyanət qurbanı olan Babək 838-ci ildə edam olunur...
O vaxtdan görün nə qədər vaxt keçir? Min ildən də çox zaman ötməsinə baxmayaraq Babək və onun başçılıq etdiyi xürrəmılər üsyanı yaddan çıxmır. Bu hadisələr Azərbaycan tarixinin parlaq səhifələrindən biri kimi xalqın hafizəsində yaşayır.

1 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əsas elmi işləri neft kimyasına və neft emalı texnologiyasına aiddir. Azərbaycanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində böyük xidmətləri olmuşdur. Azərbaycanda neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşdirilməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Azərbaycanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.
120 elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifidir.

1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb.
1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975-77-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal”a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə "Qızıl medal”la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Ulu öndərimiz Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayıb.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş "Baş sarıtel” kitabında öz əksini tapıb.
Aşıq İsfəndiyar Prezident təqaüdçüsüdür və bu gün də respublikada saz sənəti ilə bağlı bütün tədbirlərdə fəal iştirak edir.
2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən gənc aşıqların müsaqibəsində dəfələrlə münsiflər heyətinin sədri olmuşdur.
2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
9 fevral 2018 –ci ildə 80 yaşında vəfat etmişdir.

Sultan Mərzili 1978-ci ildən Moskvada yaşayır.
Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlamışdır. Lakin ilk mətbu şeri 1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Dünya bir pəncərədir" adlı ilk şeirlər məcmuəsi 1984-cü ildə "Yazıçı" nəşriyyatında çıxmışdır. "Bir addımlıq ömür..." (2006) "Bəyaz vərəq içində" (2009) kitabının müəllifidir. Yazıçı Əbdül Hüseynovun "Üsyankar Xaqani" romanını rus dilindən tərcümə etmişdir.
Klassik və modern şeirlər, hekayələr, ədəbi-tənqidi və elmi-publisistik məqalələr də yazır.
Şeirləri Azərbaycan və rus dillərində çap olunmuşdur.

Laçın şəhərinin işğalından sonra 811 saylı hərbi hissənin tərkibində Suarası, Səfiyan, Güləbird, Malxələf kəndləri uğrunda gedən döyüşlərdə iştirak edibdir. 1992-ci ilin payızında Aqşin Məmmədovun xidmət etdiyi 811 saylı hərbi hissə Kəlbəcər rayonu istiqamətindən Laçın rayon ərazisinə daxil olub Bülüldüz, Tığik, Qozlu, Təzəkənd və Sarıbaba dağını Ermənistan qoşunlarından azad edilib.
Aqşin Məmmədov 811-saylı Alayın ləğv edilməsindən sonra 1993-cü ilin noyabr ayında Laçın Polis Şöbəsinin Post Patrul Xidməti bölüyündə polis nəfəri kimi işə qəbul edilib. Laçın polisi Füzuli rayonunun Bəhmənli, Yağlıvənd, Kərimbəyli, Babalı, Arayatlı, Əhmədalılar, Horadiz kəndləri uğrunda gedən döyüşlərdə çox böyük fədakarlıq göstərmişdir və adları çəkilən yaşayış məntəqələri işğaldan azad edilmişdir. Aqşin Məmmədovun Laçın polisinin tərkibində döyüşlərdə göstərdiyi fədakarlıq Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, onu 18 dekabr 1992-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişdir.
Aqşinin Məmmədov 1999-cu ilə qədər yuxarıda adları çəkilən bölgələrdə xidmətdə olmuşdur. 2004-2008-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. Hal-hazırda Laçın Polis Şöbəsində baş leytenant rütbəsində polis sahə rəisi vəzifəsində işləyir.
1985 — Uzman həkim- otorinolarinqoloq Cavid Cabbarzadə Ağsu Rayonunda anadan olmuşdur. 2002-ci ildə Özəl Ağdaş Liseyini əla qiymətlərlə məktəb birincisi
olaraq bitirmişdir. Liseyi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olmuşdur. 2008-2009 – cu illər arasında 3 saylı Sumqayıt şəhər xəstəxanasında qulaq-burun-boğaz xəstəlikləri üzrə internatura kursu kecmişdir. 2009-cu ildə Türkiyə Respublikasında keçirilən TUS (Tibbdə Uzmanlıq Sınavı) imtahanında xarici vətəndaşlar arasında 2-ci nəticəni əldə etmiş və Hacəttəpə Universitetində uzmanlıq proqramı çərçivəsində, qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi ixtisasına qəbul olmuşdur. 2014-cü ildə ixtisası tamamlayaraq qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı olmuşdur. ABŞ və Avropada çap olunan bir çox elmi jurnallarda məqalələri dərc olunmuşdur. ABŞ və Avropada keçirilən qulaq-burun-boğaz və üz plastik cərrahiyyəsi ilə bağlı konfranslarda məruzələri olmuşdur. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən konfranslara rinoplastika (estetik burun cərrahiyyəsi) ilə əlaqədar məruzələr etmək üçün dəvət edilir.

Vəfat etmişdir:

1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.
Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.
Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi" xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:
Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" ,"Qafqaz müsəlmanlarına xitab" və s. satiralarıdır.

"Molla Nəsrəddin" jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).
Ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin "Ana", "Düşmənlər", Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.
Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır.
İki medalla təltif olunmuşdur.
Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.
Sadıq Hüseynov 29 dekabr 1924-cü ildə Kürdəmirin Atakişili kəndində anadan olub.
1974-cü ilə qədər teatrda işləyib.
"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.
1990-cı illərdə uşaqların axşam verilişində müdrik Savalan baba obrazı ilə yadda qalıb. Sadıq Hüseynov irili-xırdalı, qısametrajlı-tammertrajlı 98 filmə çəkilib.
Həmin filmlərdən "Axırıncı aşırım”, "Tütək səsi”, "Arxadan vurulan zərbə”, "Qaçaq Nəbi”, "Evlənmək istəyirəm”, "Qəm pəncərəsi”ni sadalamaq olar.
Ömrünün sonunda Dövlət Televiziyasının "Cizgi filmi” buraxılışında Savalan baba kimi özünə rəğbət qazanıb.
Aktyor 100-dən artıq filmə çəkilib.
Aktyor Arzu Hüseynovun atasıdır.
Oxşar postlar:
- Oxunub: 112
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Tapmaca bizdən, açması sizdən
Tapa bilsən, tap...
Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Küçələrə atılmış körpələr çoxalır
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Yazarlar