» » Tarixdə bu gün - 15 iyun

Tarixdə bu gün - 15 iyun

 
15 iyun

İlin 166-cı (uzun illərdə 167-ci) günü.

Doğum günləri:

1924 — Sevimli şair, Dövlət Mükafatı laureatı , Xalq şairi Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif Ağstafa rayonunun Yenigün kəndində anadan olub.
Əslən Tarixdə bu gün - 15 iyunrayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır.
Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1976-cı ildə Hüseyn Arifin Oğlu (Arif Hüseynzadə) rəhmətə gedir,məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüsü götürür. Oğlunun ölümündən sonra həyatı çox dəyişir. Hüseyn Arif Yaradıcılığının sonrakı dövrünün böyük bir qisminidə məhz oğluna yazdığı şeirlər tutur.
Qəza bir qapını bağlamayıbdır,
Bizim qapımızı bağlayan kimi.
Füzuli Məcnuna ağlamayıbdır,
Hüseyn Arifə ağlayan kimi
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub.
Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur. Dövrünün dəmir qayda və qanunlarına baxmayaraq , azad ruhlu,təbiət vurğunu olan bu şairi Sovet imperyası öz təsiri altına sala bilmədi. Hüseyin Arif müasiri Səməd Vurğun ilə çox yaxın dost və Səməd Vurğun ədəbi məktəbinin ən böyük davamçılarından biri olmuşdur.

1902 — Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Əməkdar elm xadimi, professor, 1956-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarixdə bu gün - 15 iyunrektoru , Ali Soveti n sədr müavini işləmiş Mehdixan Yusif ağa oğlu Vəkilov Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur.
Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə gondərilmişdir. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.
Gənc nəslin tərbiyə edilməsi, xalqın maariflənməsi sahəsində böyük səylər göstərən Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışmışdır.
1926-1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirdiyi dövrdə də vurğunu olduğu sevimli peşədən ayrılmamış, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs demişdir. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşmış görkəmli yazıçı Mirzə İbrahimov və tanınmış şərqşünas alim Məmmədağa Sultanov da var idi.
O, 1931-1934-cü illərdə Qəbələdə müəllim olmuş, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Bakı kolxoz məktəbində ictimai elmlərdən dərs demiş, 1934-1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938-1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının tarix institutunda şöbə müdiri vəzifələrind Azərbaycanın məşhur və tanınmış ziyalıları – Osman Sarıvəlli, Süleyman Rəhimov, Əli Vəliyev, Abdulla Şaiq, Əziz Əliyev, Mirzə İbrahimov, Əbdülkərim Əlizadə, Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Əziz Şərif, Cəfər Xəndan, Əkrəm Cəfər, Sabit Rəhman, Nazim Hacıyev, Şıxəli Qurbanov, Zeynal Xəlil, Mirvarid Dilbazi, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Hüseynzadə (Arif) , İmam Mustafayev, Heydər Hüseynov, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Əşrəf Hüseynov, Murtuza Nağıyev, Firudin Köçərli, Tofiq Köçərli, Əbdüləzəl Dəmirçizadə, Zülfəli İbrahimov, Mehdi İrəvanski, Yusif Yusifov, Xəlil Əlimirzəyev, Rəhim Sultanov, Mirəli Seyidov, Səlvər Aslanov, Səidə İmanzadə, Məmməd Qazıyev, Vaqif Vəliyev, Teymur Bünyadov, Şirməmməd Hüseynov, Seyfəddin Qəndilov, Fərhad Zeynalov, Aslan Atakişiyev, Mehralı Paşayev (Paşabəyov), Ömər İsmizadə, Faiq Hacıbəyov, Sabit Orucov, Bülbül, Xan Şuşinski, türk şairi Nazim Hikmət, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri, həmkəndlisi Maqsud Şeyxzadə ilə səmimi münasibətləri, 1925-1975-ci illərdə yetişən bir çox Azərbaycan ziyalısının müəllimi olmuşdur.
M.Y.Vəkilovun yarım əsrdən artıq elmi-pedaqoji və ictimai fəaliyyəti xalqa sədaqətlə xidmət etmək nümunəsi olmuşdur. Gəncliyindən bəri xalq arasındakı böyük hörmət və nüfuzu sayəsində 1960-cı illərdən etibarən bir el ağsaqqalı olmuşdu.
Mehdixan Vəkilov 1975-ci il oktyabr ayının 18-də Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

1966 — Azərbaycanın Milli Qəhrəmanı Şakir Şamil oğlu Salahov Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur.
Tarixdə bu gün - 15 iyun1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.
Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli]] kəndləri arasındakı "Darlı" adlanan yerdə "UAZ" markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı.
1992-ci il 28 yanvar Ağdam Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hərkəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vəfat etmişdir:

1160 – XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi Əxi təriqətinin üzvü Məhsəti Gəncəvi 71 yaşında Gəncədə vəfat etmişdir.
Tarixdə bu gün - 15 iyunMəhsəti Gəncəvi 12 may 1089-cu ildə Gəncədə anadan olmuşdur.
Məhsətinin günümüzə qədər gəlib çatan rübailəri həm ayrı-ayrı ədəbi təzkirələrdə, həm də çoxsaylı əlyazma toplularında özünə yer almışdır. Şairənin ədəbi irsinin ən qədim qaynaqları XIII-XIV yüzilliklərin yadigarlarıdır. Məhsəti Gəncəvinin Azərbaycan poetik fikrindəki bənzərsiz yerindən, ədəbiyyatımızın
inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq axtarışlarından söhbət açarkən onun nə qədər istedadlı şəxsiyyət olduğunu görürük. Təsadüfi deyildir ki, doqquz yüz ilə yaxın bir müddət ərzində Məhsətinin əsərləri müxtəlif qaynaqlarda qorunaqoruna bizə gəlib çatmışdır. Yüksək sənətkarlıq örnəyi olan bu poetik dördlüklər ilk dəfə Almaniyada ədəbiyyatşünasların diqqətini cəlb etmişdir. Görkəmli
şərqşünas Helmut Ritterin ardınca Frits Meyer Məhsəti irsini toplayaraq alman dilinə tərcüməsi ilə birgə çap etdirmişdir. Lakin keçən əsrin 60-cı illərindən sonra Azərbaycanda Məhsəti irsinin çağdaş elmi səviyyədə öyrənilməsi, tərcüməsi və nəşri böyük vüsət almışdır. Məhsətinin birbaşa varisi, Gəncə ədəbi mühitinin yetirməsi, xalq şairi Nigar Rəfibəylinin tərcümələri ilə Məhsəti rübailəri Azərbaycanda daha da populyarlaşmış, bu böyük sənətkar haqqında bir sıra elmi və bədii əsərlər yazılmışdır.
1. Məhsəti Gəncəvinin yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapmış, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2. Məhsəti Gəncəvi Ömər Xəyyam ilə yanaşı öz rübai məktəbini yaratmış, dünya lirik şeir dəftərinə öz imzasını qoymuşdur.
Xalq yazıçısı M. S.Ordubadi
3. Heç bir xalqın Məhsəti böyüklükdə şairəsi olmayıb. Millətinə bağışladığı bu əbədi birincilik və o birinciliyin gətirdiyi milli iftixar duyğusu Məhsəti Gəncəvini həmişə gənc edəcək.
Xalq şairi Nigar Rəfibəyli
4. Dünya şöhrətli rübailər yaradan Məhsəti həm mahir musiqiçi, həm də usta şahmatçı idi. Musiqi zərifliyi Məhsətinin rübailərinə çökübsə, şahmat mürəkkəbliyi onun taleyindən keçib. Vaxtın sərt küləkləri Məhsətinin şeirlərini və ömür yolu haqqında bilgiləri ən müxtəlif əlyazmalarının səhifələrində ölkə -ölkə, şəhər – şəhər yayıb.
Xalq şairi Mirvari Dilbazi
5. Məhsəti Gəncəvinin irsi yığma, qurama rübailər toplusu deyil, bir düşüncədən, vahid poetik üslubdan doğan ədəbi hadisədir.
Akademik Ziya Bünyadov
6. Məhsəti Gəncəvi Şərq poetikasının üsullarından məharətlə istifadə edərək sevən qəlbin hislərini, sevincini, kədərini rəngarəng boyalarla qələmə almışdır.
Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatında öz yeri olan və gözə çarpan parlaq ulduzlardan biridir.
Akademik, professor Həmid Araslı
7. Məhsəti Gəncəvi uca varlığıyla, yaşarı irsiylə adının yanındakı Vətəni hər zaman qorudu. Bu gün şairə nə tək Gəncənin, nə tək Azərbaycanındır. O, bəşəriyyətin Şairləri sırasında, dünya vətəndaşları cərgəsindədir.
Professor, yazıçı Rafael Hüseynov
8. Məhsəti Gəncəvi dahi söz ustaları Xaqani və Nizaminin sələfi, böyük Qətran Təbrizinin ləyaqətli xələfi olmuşdur.
Filologiya elmləri doktoru Qulamhüseyn Beqdeli

Əməkdar mədəniyyət xadimi, şairə Kəmalə Ağayeva
9.Məhsəti Gəncəvi Azərbaycan intibahının parlaq nümayəndəsi və həqiqətidir.
O,Şərq poetikasının üsullarından məharətlə istifadə edərək sevən qəlbin hislərini, sevincini, kədərini rəngarəng boyalarla qələmə almışdır.
Ədəbiyyatşünas, folklorşünas alim Məmmədhüseyn Təhmasib
10. Məhsəti Gəncəvi ədəbiyyata yeni bir ruh, ab-hava gətirmişdir. Dini ideologiyanın hakim olduğu bir dövrdə şairə şeirlərində dünyəvi məhəbbəti tərənnüm etmiş, insanın istək və arzularına bəraət qazandırmışdır.
Əməkdar mədəniyyət xadimi, şairə Kəmalə Ağayeva
1943— Azərbaycan karikatura sənətinin banisi , Xalq rəssamı , Əmək Qəhrəmanı Əzim Aslan oğlu Əzimzadə 63 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 15 iyunƏzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.
O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.
Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.

1971– Görkəmli heykəltaraş, Xalq rəssamı , Əməkdar incəsənət xadimi , SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü , Dövlət Mükafatı laureatı Fuad Həsən Tarixdə bu gün - 15 iyunoğlu Əbdürrəhmanov 56 yaşında vəfat etmişdir.
Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.
Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar M. Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.
Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Kazımağa Möhsün oğlu Kərimov Vətən uğrunda döyüşlərdə qəhrəmacasına həlak olmuşdur.
Tarixdə bu gün - 15 iyunKazımağa Kərimov 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur.
Kazımağa orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olmuşdur.
Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışmışdır.
1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxır . Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunur.
Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxılmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh düşgünlüyünün yarandığını hiss edən Kazımağa yenidən, döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olunduğu gün kimi Azərbaycan tarixinə həkk olur.
Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Kazımağa 15 iyun1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.
Kazımağa Kərimova ölümündən bir həftə sonra Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən onun adına Bakı şəhərində küçə verilmişdir. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır.
Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü qoyulub.

1992—Azərbaycanın Milli Qəhrəmanı. jurnalist Çingiz Fuad oğlu Mustafayevdöyüş zonasında (Xocalı rayonunun Naxçıvanlı kəndində) vəzifə borcunu yerinə Tarixdə bu gün - 15 iyunyetirərkən aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.
Çingiz Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətin in Axtyubinsk rayonunun Kapustin-Yar kəndində anadan olmuşdur.
Torpağlarımıza erməni təcavüzü başlayanda Çingiz Müustafayev kamerası ilə "müsəlləh əsgər ” kimi döyüşə atılır, ən qaynar nöqtələrdə olur, dəfələrlə həyatı təhlükə qarşısında qalır.
Xocalı qətliamı zamanı Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.
1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə Çingiz "ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi.[2] Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır. 1996-ci ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
2010-cu il avqustun 28-də ABŞ-ın CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub. 2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.
"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var…

1992 — Azərbaycanın Milli Qəhrəmanı Elşad Eunulla oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak oçuşdur.
Tarixdə bu gün - 15 iyunElşad Hüseynov Masallı rayonun Xıl kəndində 1960-cı ildə anadan olmuşdur. 1978-ci ildən sovxozda işləmişdir. 1979-1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Elşad Eynulla oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 15 iyunEtibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirmişdir.
Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə dogma vətəninə qayıtmışdır.
1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qoşulur. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Göygöl rayonunda dəfn edilmişdir.
Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Bayramlar və xüsusi günlər:

Azərbaycan xalqının Milli Qurtuluş Günü

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi, bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
 

Tarixdə bu gün - 15 iyun

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz