» » Tarixdə bu gün - 14 mart iyun

Tarixdə bu gün - 14 mart iyun


14 iyun

İlin 165-ci (uzun illərdə 166-cı) günü.

Doğum günləri:

1888 — Azərbaycan Demokratik Respublikasının 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Tarixdə bu gün - 14 mart  iyunAzərbaycan Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas
Camo bəy Süleyman oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi” qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi.
Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı.
O, "Nicat” Mədəni-Maarif Cəmiyyətinin işində də iştirak edirdi. 1916-cı ildə Müsəlman Dram Cəmiyyətinin, 1917-ci ildə isə Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından biri olmuşdu.
Camo bəy Hacınski 1917-ci ilin aprelində Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili təyin edilmiş, həmin ilin iyulunadək bu vəzifədə çalışmışdı. İyul ayında isə Zaqafqaziya Kəndli Deputatları İcraiyyə Komitəsinin sədr müavini seçilmiş və oradan nümayəndə kimi Rusiya Məclisi-Müəssisanına yeni seçkilər üzrə Zaqafqaziya Mərkəzi Komissiyasının sədri vəzifəsinə göndərilmişdi.
Hacınski 1918-ci ildə "Türk yurdu” Cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyur, dövrü mətbuatda "qubalı” imzası ilə yazılar da dərc etdirirdi. O, Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirovun və başqalarının da yaradıcılığı barədə məqalələr, resenziyalar yazırdı. 1919-1920-ci illərdə "Milli nəğmələr” adlı şeirlər kitabını nəşr etdirmişdi.
Camo bəy Hacınski 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin "Müsəlman fraksiyası”nın üzvü seçilmişdi. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq edilmiş "Müsəlman Sosialistlər Bloku”na daxi idi. 1918-ci il mayın 26-da seym buraxıldıqdan sonra isə 1918-ci il mayın 27-də yaradılmış Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Hacınski 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul olunmuş İstiqlal Bəyannaməsinə səs verən 26 nəfər deputatdan biri idi.[1]
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olunduqdan sonra Fətəli xan Xoyskinin başçılığı ilə yaradılan birinci milli hökumət kabinetində sosialist Camo bəy Hacinski dövlət müfəttişi vəzifəsini yerinə yetirmişdi. Həmin il iyunun 17-də Fətəli xan Xoyskinin 1-ci hökumət kabineti istefaya gedəndə Camo bəy də tutduğu vəzifəsini tərk etmişdi.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılışı oldu. Həmin vaxt Camo bəy Hacınski Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanuna” əsasən Parlamentin tərkibinə daxil edilmişdi. Camo bəy Parlamentin 4-cü "Sosialistlər fraksiyası"nda təmsil olunurdu. Fraksiyaya 13 nəfər daxil idi. Hacınskinin adı Parlamentə təqdim oxunuşunda 13 nəfərin içərisində sayca 6-cı çəkilirdi. Camo bəy Hacınski Parlamentdə Maddi-Ləvazimat Komissiyasının üzvü idi. O, Parlamentin elə ilk iclaslarından təqdim olunan qanun layihələrinin müzakirələrində bir qayda olaraq özünü fəal, təşəbbüskar deputat kimi göstərirdi. Məsələn, Parlamentin 1918-ci il tarixli ikinci iclasında intizamı pozan millət vəkilləri haqqında belə bir təkliflə çıxış etmişdi :
".... Parlament iclasına gəlməyən deputatlara həmin günün əmək haqqı verilməsin "
Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmişdi. 1919-cu il martın 14-də Azərbaycan Cümhuriyyətinin 4-cü hökumət kabineti təşkil olundu. Bu kabinetdə Aslan bəy Səfikürdskinin ədliyyə və əmək naziri təsdiq edilməsilə əlaqədar poçt və teleqraf naziri vəzifəsinə Parlamentdəki "Sosialistlər fraksiyası” nın üzvü Camo bəy Hacınski təyin olundu. Camo bəy Hacınski Nəsib bəy Yusifbəylinin 5-ci hökumət kabineti dövründə də poçt və teleqraf naziri vəzifəsini tutmuş və bu vəzifədə 1920-ci il aprelin 9-dək fəaliyyət göstərmişdi.
1920-ci ilin aprelində hökumət böhranı zamanı Nəsib bəy Yusifbəylinin 5-ci kabinetinin üzvləri istefaya getdikdən sonra Parlament yein hökuməti təşkil etməyi Məhəmməd Həsən Hacınskiyə həvalə etmişdi. Bu zaman "Sosialistlər fraksiyası” yeni yaradılacaq hökumətdə daxili işlər naziri vəzifəsinə Camo bəy Hacınskinin namizədliyini irəli sürmüşdülər.
1920-ci il 27-28 aprel "hadisələrindən” sonra Camo bəy Hacınski Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi təyin olunmuşdu (Sovet hakimiyyətinin Camo bəy kimi kadrlara ilk vaxtlar xüsusilə böyük ehtiyacı vardı). Hacınski bir müddət həmin vəzifədə işləmiş və ona hələ toxunmamışdılar. Bu vəzifədə çalışarkən Camo bəy Hacınski mədəniyyət və maarif sahəsində də fəaliyyətini dayandırmamışdı. O, Azərbaycan Tətbiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrimizin qorunması məsələləri ilə də məşğul olmuşdu. Keçmişinə görə təqsirləndirlən Camo bəy 1922-ci il aprelin 7-də həbs olundu.
1922-ci il dekabrın 10-da Camo bəy Hacınskiyə və onun məsləkdaşı sosialist Aslan bəy Səfikürdskiyə 3 il həbs cəzası kəsdilər. Moskvanın Butırski və Çelyabinskdəki həbs düşərgələrində 3 illik əzablı məhbəs həyatından sonra, onu SSRİ-nin şimalına Arxangelsk vilayətindəki Ağ dənizdə yerləşən Solevetski (əsası 1919-cu ildə qoyulmuşdu, dünyanın ilk konslagerlərindən biri sayılır) həbs düşərgəsinə göndərmişdilər. Camo bəy Hacınskinin Solevetski həbs düşərgəsinin ilk məhbuslarından saymaq olardı.
1928-ci ilin iyun ayında azad olunan Camo bəy Bakıya qayıtmış, həmin ilin iyulundan Azərbaycan Kəndə Təsərrüfatı Kooperasiyası İttifaqında ("Göybirliyi”) əvvəlcə Plan Şöbəsinin katibi, sonra isə müdiri olmuşdu. Camo bəy Hacınski 1938-ci ilin payızınadək daha başqa vəzifələrdə, o cümlədən 1933-cü il noyabrın 1-dən "Azərittifaq” sistemində çalışmışdı. 1934-cü il noyabrın 6-dan Sənaye Kooperasiyasında baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə 1937-ci il yanvarın 7-dək xidmət göstərmişdi. Sonuncu tarixdən həmin vəzifə ixtisara düşdüyündən C.Hacınski işsiz qalmışdı. Ən azı həm də ona görə ki, 1937-1938-ci illər bütün ölkədə repressiyasının tüğyan etdiyi bir dövr idi.
C. Hacınski əslən Tiflisdən olan Mariya Pavlovna ilə ailə qurmuşdu. Öz adını oğlu Camoya vermişdi. Oğlu Camo 1926-ci il mayın 2-də Ukraynanın Poltava şəhərində dünyaya gəlmişdi. Mariya xanım 1983-cü ildə Bakıda dünaysını dəyişmişdi. Oğlu Camo isə görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor olmuşdu. O, uzun illər Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixi kafedrasının müdiri və həmin məktəbin prorektoru vəzifələrində çalışmışdı. Baba Camonun iki nəvəsi – Emin və Nigar bu gün Bakıda yaşayırlar. Emin hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində çalışır.
1937-ci ildə Camo bəy Hacınski yenidən həbs olundu. Həmin il oktyabrın 25-də müstəntiq Martirosov Camo bəyi sorğu-suala tutmuşdu. 1938-ci il mayın 21-də Camo bəy yenidən dindirilmişdi. Ona qarşı belə bir ittiham irəli sürülürdü ki, guya o, Moskvadan gəlmiş fəal eser Osintsev tərəfindən Azərbaycanda yaradılan gizli eser təşkilatının üzvü imiş. 1938-ci il noyabrın 24-də Camo bəy Hacınskini cəzaçəkmə yerinə, bu dəfə Moskvaətrafı Kirov vilayətinə sürgün etdilər. Sonra isə oradan Sibirə göndərdilər. Camo bəy 1942-ci ildə Sibirdə vilayətnin Vyatka xüsusi həbs düşərgəsində vəfat etmişdi. Dünyanı dəyişən zaman 44 yaşı var idi.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1956-cı il 26 iyun tarixli 1878 nömrəli qərarı ilə Camo bəy Hacınskiyə bəraət verilmişdi. Bu haqda oğlu Camo Hacınskiyə xüsusi kağız (bəraət haqqında arayış) göndərilmişdi. Arayışda bildirilirdi ki, SSRİ Ali Məhkəməsinin Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Kollegiyasının Camo bəy Süleyman oğlu Hacınski və onun məslək yoldaşı Firuz bəy Ordubadski barədə çıxardığı 3 dekabr 1938-ci il tarixli cinayət tərkibi olmayan hökmü ləğv edilmiş və onlar bəraət almışlar.

1902— Görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anası, ilk azərbaycanlı heykəltəraş qadın Zivər Tarixdə bu gün - 14 mart  iyunNəcəfqulu qızı Məmmədova Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olmuşdur.
O, ilk orta təhsilinə yeddi yaşında "Müqəddəs Nina” qızlar gimnaziyasında başlamışdır. Zivər xanım Şərqin ilk heykəltəraş qadını olmaqla yanaşı gözəl skripka çalırdı. Üzeyir Hacıbəyov öz sevimli skripkasını ona bağışlamışdır. Zivər xanım 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirmişdir. O, bir müddət S.D. Erziya və P.V. Sabsayın emalatxanasında çalışmışdır.
Zivər xanım portret ustası kimi tanınmış və zəngin bir qalereya yaratmışdır. O, hələ tələbəlik illərində Hüseynqulu Sarabskinin büstünü yaratmışdır. Sonralar isə Məhsəti Gəncəvinin, Nizaminin əsərlərinə illüstrasiyalar işləmişdir. 1930-40 illərdə yaratdığı Ə.Əzimzadə, H.Sarabski, M.Əzizbəyov, Sovet İttifaqı Qəhrəmanı İ.Süleymanov, Bəsti Bağırova və b.-nın büst-portretləri, Ü. Hacıbəylinin heykəli (gips, 1950) ən yaxşı işlərindəndir[2]. Zivər xanımın yaratdığı ilk qadın təyyarəçilərindən olan Leyla Məmmədbəyova və pambıqçı Bəsti Bağırovanın büst əsərləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.Kiçik plastika əsərləri və tətbiqi sənət nümunələri (kasa, vaza, külqabı və s.) də yaratmışdır. Sənətkar dəfələrlə Üzeyir Hacıbəyov obrazına müraciət etmiş, böyük ustadın bir neçə variantda büst və heykəlini yaratmışdır. O, görkəmli pedaqoqun mühazirələrinin dinləyicisi olmuş, bəstəkarın 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka çalmış, 1923-cü ildə "Arşin mal alan” operettasının ilk tamaşasında əsas ifaçılardan olmuşdur. Zivər xanım 1924-cü ildə Həbib Məmmədovla ailə qurur. İlk övladı Gülbəniz xanım, bir il sonra isə gələcəkdə tanınmış heykəltəraş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəlir. Zivər Məmmədova sevimli müəllimi Əzim Əzimzadənin obrazınada müraciət etmişdir. Həmin abidə Fəxri xiyabanda Əzim Əzimzadənin məzarı üzərindədir. Zivər Məmmədova milli heykəltaraşlıq sənətimizin ilk yaradıcılarından sayılır. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların bədii obrazları, daşlaşmış surətlərini yaratmağa böyük əmək sərf etmişdir. Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat etmişdir.

1926 – Görkəmli tarzən, Xalq artisti Həbib Əbdülhüseyn oğlu Bayramov Bakıda anadan olub. Hələ kiçik yaşlarından Tarixdə bu gün - 14 mart  iyunbalaca Həbibin tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar alır və musiqi məktəbinə –Əhməd Bakıxanovun yanına aparır. H.Bayramov 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm əlaçı tələbə kimi təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs deyib. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.
H.Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah”, "Humayun”, "Bayatı-Qacar” muğamları radionun "Qızıl fond”unda saxlanılır.
Ustad sənətkar 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olub. H.Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib.
Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib, Bakıda II Fəxri xiyabanda dəfn olunub.

1947— Tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi , Xalq artisti, Tarixdə bu gün - 14 mart  iyun"Şöhrət” ordenli Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub.
Faiq Sücəddinov 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur.
1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. XX əsrin 80-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir.
1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakultəsinə qəbul olunur.
1981 il-də Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakultəsini bitirir.
2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kirpdə yaşayıb - fəaliyyət göstərir.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır.

1963 — Azərbaycanın Əməkdar mühəndisi Elyar Həbib oğlu Muradov Cəbrayıl rayonun Qumlaq kəndində Tarixdə bu gün - 14 mart  iyundoğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb.
Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb.
Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib.
Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb.
Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.
Elyar Muradov 9 mart 2004-cü ilədə günümüzədək Azərbaycan Dəmir Yolu Sərnişin daşımaları Departamentinin rəisi vəzifəsində çalışır.
2012-ci ildə Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alıb. Fəxri dəmiryolçudur.

Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına Tarixdə bu gün - 14 mart  iyunhəlak olmuşdur.
İxtiyar Qasımov 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir.
İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər İxtiyar özü isə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Salahlı kənd qəbristanlığında dəfn edilib.
Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.

1997 — Tanınmış şair, tərcüməçi, publicist İsa Mustafa oğlu İsmayılzadə 56 yaaşında vəfat etmişdir.
Tarixdə bu gün - 14 mart  iyunİsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra -1958-1963-cü illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.

Bayramlar və xüsusi günlər:

Son zəng

 

İyunun 14-də  Azərbaycanın bütün məktəblərində   "Son zəng" tədbiri keçiriləcək.   

Bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir.  27 min nəfərdən artıq şagird isə 9-cu sinfi  bitirəcəkdir.

Bir həftə sonra - iyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz