» » Tarixdə bu gün - 12 iyun

Tarixdə bu gün - 12 iyun

Müəllif: Vüsal от 11-06-2017, 21:11
 

12 iyun

İlin 163-cü (uzun illərdə 164-cü) günü.

Doğum günləri:

1908— İkinci dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı. ABŞ-ın "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının bаş rеdаktоru Əbdurrəhman bəy Tarixdə bu gün - 12 iyunFətəlibəyli Düdənginski Naxçıvanın Şərur rаyоnunun Düdəngə kəndində аnаdаn оlub.
Tiflisdəki hərbi-piyаdа məktəbini bitirib, sоnrа Azərbaycan diviziyаsındа хidmət еdib. Moskvadа Hərbi Аkаdеmiyаdа təhsil аlıb. Minbаşı (mаyоr) rutbəsində оlmuşdur.
Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.
1914-1915-ci illərdə onu bir neçə dəfə şəxsən görmüşdüm, boy-buxunlu, saqqallı kişi idi. Səfəvilər1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin katibi vəzifəsində işləmişdir. Tağı bəy Baş Noraşen natamam orta məktəbində rus dilini tədris etmişdir. Allah rəhmət eləsin, mən də ondan dərs almışam. Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov İsmayıl xanın (Nəso xanın) nəvəsi idi. Qərəz, İsmayılın övladları – Bəhlul xanı, Beytulla xanı, Rəşid xanı Sovet hökuməti zülmə düçar etdi, axırına çıxdı. Beytulla xandan başqa, hamısı məhv oldu. Səfəvilərin həm də Dərələyəzdə yaşayan Vəkilovlarla qohumluğu vardır. Səfiyevlər sülaləsində qalan nəslin az bir qismi hazırda Baş Noraşendə – Cəlilkənddə məskundur.
Bu sülalənin görkəmli şəxyyətlərindən biri də uzun illər ictimaiyyətimizə vətən xaini kimi təqdim olunan Əbdürəhman (Abo) Düdənginskidir. 1929-ci ildə Abonu komsomol sıralarından xaric edəndə gənc Əbdürəhman ona amansız mövqe tutanlar qarşısında əsəblərini cilovlaya bilməyib ağlayır və deyir ki, məni atama görə cəzalandırırsınız, axı mən onu görməmişəm, Allahın himayəsində böyümüşəm.
Beləcə, tənələrə, təhqirlərə dözməyən yeniyetmə kəndi gizlincə tərk edib Tiflisə gəlir. Tiflisdə hərbi məktəbdə oxuyan Əbdürrəhmanla tez-tez görüşərdik. Zaqafqaziya Kommunist Universitetində oxuyan naxçıvanlı tələbələrin yanına vaxtaşırı gələrdi.
Doğma kəndində verilən mənəvi əzablar ona rahatlıq verməzdi. Zavallı bilmirdi ki, qohumlarının qarşılaşacağı müsibətlər hələ irəlidədir. Açıq danışmağı sevirdi, düz sözün aşiqi idi. Qətiyyətlə deyirəm ki, o, heç zaman el-obasına, doğma xalqına dönük çıxa bilməzdi. Hər zaman bu fikirdə olmuşam. Ə.Fətəlibəylinin atası Əli bəy Fətəlibəyli də Naxçıvanın Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi olaraq, hörmətli, tanınmış şəxsiyyətlərindən biri olub. Əli bəy Çar Rusiyasının vaxtında Türkistan, sonralar İrəvan quberniyasının sərhədi boyu zabit kimi xidmət etmişdir. İrəvan quberniyasında olan vaxt zabitlər yığıncağında bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qılıncı ilə rus zabitini vurmaq istəmişdir. Oradakı zabitlər Əli bəyi sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam (Əbdürrəhman Fətəlibəylinin qardaşı) xatırlayırdı: "Biz gələn günün sabahı zabitlər yığıncağında axşam yeməyindən sonra atam özünü pis hiss elədi, gecə yarısında keçindi. Bu xəbər çatan kimi qaynı Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə gedərək, Əli bəyin cəsədini gətirib Düdəngədə dəfn elədi. Bu yolla Əli bəyi 1910-cu ildə zəhərləyib öldürdülər".
Atası belə faciəvi surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı var idi. F.Düdənginski gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, Azərbaycan diviziyasında zabit olmuşdu. 1935-36-cı illər Moskva Hərbi Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.
Ə.Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etikdən sonra Ə.Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.
Düdənginski haqda onunla tanış olan insanların, demək olar ki, hamısının fikirləri xeyli yüksək olub. Sonralar SSRİ-nin Müdafiə naziri olmuş, bir zamanlar Ə.Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A.Qreçko yazırdı: "O, heyrətedici bir aydın ağıla və təhlil düşüncəsinə malik idi və anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik".
İkinci Dunyа muhаribəsində leninqrad hərbi dаirəsinin qərаrgаhındа хidmət еtmiş, 6-cı şöbənin rəisi оlmuşdur. Sonradan almanların tərəfində bolşeviklərə qarşı vuruşmuşdur. Müharibədən sonra АBŞ kоnqrеsinin mаliyyələşdirdiyi "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının, еyni zаmаndа "Аzərbаycаn" jurnаlının (C.Hаcıbəyli ilə birlikdə) bаş rеdаktоru оlub. АBŞ-lа, Qərb dovlətləri ilə ciddi əlаqələr qurub, Аzərbаycаnın müstəqilliyi uğrundа böyük mübаrizə аpаrıb.
Mühacirət illərində Sovet rejiminə qarşı ideoloji mübarizə aparmış, "Hakimiyyətin texnologiyası", "Partokratiya", Stalin və Beriya haqqında kitablar müəllifi kimi tanınan, əslən çeçen olan Əbdürrəhman Avtorxanov Ə.Fətəlibəylini belə dəyərləndirirdi:
"Hardasa 1943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Komandanlığının (OKV) qəbulunda qafqazlı görkəmində, Sovet hərbi əsiri zabiti formasında olan (xarici görkəmindən hiss edilirdi ki, düşərgədən yenicə azad olunub) bir nəfərlə qarşılaşdım. Qəbul otağında adamlar çox idi və bir qədər tərəddüddən sonra ona yaxınlaşıb qafqazlı olub-olmadığını soruşdum. Gözlənilməz sualdan səksəndi və cavab vermək əvəzinə eyni sualla da mənə müraciət etdi. Mən özümü təqdim etdim. O da dedi ki, keçmiş Sovet ordusu mayoru, azərbaycanlı Əbo Düdənginskidir. Həmin vaxtdan bizim dostluğumuz başladı. İnanıram ki, Abonu ömründə bir dəfə görən şəxs bu qeyri-adi insanı heç zaman unuda bilməz. Onun şəxsi ünsiyyəti, şahzadəliyi, çətinliyə düşən bir şəxsə köməyə hazırlığı hamını heyran edirdi".
Onun alman əsirliyindəki həyatı, fəaliyyəti barədə söz açanda isə mütləq araya İkinci Cahan Savaşı dövründə Reyxin yaratdığı legionlar məsələsi düşür.
Bu baxımdan, ümumiyyətlə, legionlarla bağlı bir para məqamlara da aydınlıq gətirmək gərəkdir. Ancaq bəri başdan bir haşiyə çıxaq ki, Azərbaycanda adıçəkilən məsələ ən az araşdırılmış sahələrdən biridir. Bu gün əlimizdə legionlar, o cümlədən Azərbaycan legionlarıyla bağlı iki geniş araşdırma var. Bunlardan biri Nəsiman Yaqubun "Azərbaycan legionerləri" kitabı, bir də MTN əməkdaşı, tarix elmləri namizədi Məmməd Cəfərlinin arxiv materialları və dərin araşdırmalar hesabına ərsəyə gətirdiyi Azərbaycan legionerlərinin bədii yaradıcılığından bəhs edən monoqrafiyasıdır.
Mikayıl İsmayılov SSRİ DTK-nın casusu, "SMERŞ"in zabiti "Müller" ləqəbli Georgi Vladimiroviç tərəfindən Düdənginskini öldürmək sifarişi alır və yalnız bu halda onun yenidən Azərbaycana qayıda biləcəyini bildirilir. Əbdürrəhman bəyin dostlarının söylədiklərinə və o dövrün alman mətbuatının yazdığına inansaq, İsmayılov bir müddət bu sifarişi yerinə yetirməkdə nəinki tərəddüd edir, hətta özünün missiyası haqda Düdənginskiyə məlumat verir. Ancaq son dərəcə vətənpərvər bir insan olan və bolşevizmə sonsuz nifrət bəsləyən Abo əvvəlcə həmyerlisini fikrindən daşındırır və onunla birgə çalışmağa dəvət edir, belə görünür ki, o da razılaşır. Çünki hərdən mübahisələri olsa da, Əbdürrəhman bəylə İsmayılov arasında, həqiqətən, yaxşı münasibətlər varmış. Ancaq Mikayıl sonunda dostunu öldürdüyündən, görünür, ya həqiqətən, özünü çox bacarıqlı casus kimi apararaq Fətəlibəyin etimadını qazanıbmış, ya da İsmayılovu bu qətlə vadar eləyən səbəblər qarşı tərəfin onu bu yoldan çəkindirmək üçün gətirdiyi dəlillərdən güclüymüş. Beləcə, dostlar həmin gecə xeyli yeyib-içirlər və gecə saatlarında xanım Böhmün evinə gəlirlər. Ancaq onların iki nəfər olduğundan heç 80 yaşlı ev sahibəsi də xəbər tutmur.
İsmayılov əvvəlcədən planlaşdırdığı kimi hələ kafedə ikən usta Föstledən aldığı çəkiclə əvvəlcə daha çox içkili olan Fətəlibəyliyə başından iki-üç dəfə güclü zərbə endirir, sonra da pencəyini başına salıb boğur. Onun öldüyünə əmin olduqdan sonrasa, meyiti mətbəxdəki taxtın altına itələyir, özü də xanım Böhmün yanına çıxıb içki istəyir və deyir ki, o, mətbəxdə yatacaq. Ancaq təbii ki, daha qətlin törədildiyi yerə qayıtmır. Xanım Böhm də həmin gecənin səhəri taxtın altında meyit görür, polisə xəbər verir və hamı ölən adamın məhz Mikayıl İsmayılov olduğunu güman edir.
Fətəlibəyliyə "İsmayılov" adıyla yas tuturlar. Lakin həm sadaladığımız səbəblərdən (meyitin göstəricilərinin, əsasən də boyunun İsmayılovun göstəricilərinə uyğun gəlməməsi), həm də qətldən bir neçə gün sonra "Azadlıq" radiosu Azərbaycan bölməsinin redaktoru Əbdürrəhman bəy Düdənginskinin yoxa çıxması xəbəri yayılanda hamı ölən adamın məhz Abo olduğu qənaətinə gəlir.
Fətəlibəylinin cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbristanlığa – 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfullabəy Fətəlibəylinin uyuduğu yerə gətirilir. Alman mətbuatının yazdığına görə, qəzəblənmiş azərbaycanlıları coşdurmamaq üçün polis dəfn yerindən xeyli arxada dayanıbmış. Ancaq həmyerlilərinin tabutu açmaq və meyitin həqiqətən Fətəlibəyliylə məxsus olduğunu dəqiqləşdirmək istəmələrinə rəsmi qaydaya zidd olduğu üçün icazə verilmir. Sadəcə, iki qərib qardaşın məzarlarının yanaşı olması üçün Seyfullabəyin məzarının yeri dəyişdirilir.

1928 —Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (Muğanna) Ağstafa Tarixdə bu gün - 12 iyunrayonunun Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.
1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968)[4], redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib.
1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.
Xalq yazıçısı 1 aprel 204-cü ildə 85 yaşında vəfat etmişdir.

1932 — Məşhur komediya ustası, Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov Bakı şəhərində fəhlə ailəsində anadan olub.
Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.
1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.
1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z,Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir?"ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" triollogiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.
Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
1974-cü ildə Respublikanın Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. H. A. Bağırov 1998-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.
1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Hacıbaba Bağırov 4 oktyabr 2006-ci ildə 74 yaşında vəfat edib.

1943— Azərbaycan kinorejissoru, ssenarist, Xalq artisti Oqtay Mirəsədulla oğlu Mirqasımov Bakı şəhərində anadan olub.
Tarixdə bu gün - 12 iyun1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.
Filmləri Ümumittifaq festivallarında mükafat alıb.
Azərbaycanın Xalq artistidir.
1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.
2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.
AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun oğludur.
Aktrisa Ayan Mirqasımovanın atasıdır.
Xalq rəssamı görkəmli heykəltaraş Mirələsgər Mirqasımovun qardaşıdır.

1962 — 20 Yanvar Şəhidi İlham Əjdər oğlu Allahverdiyev
Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.
İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornçı işləmişdir.
1989-cu ilin 30 iyununda İlham ailə həyatı qurur. Sevgi əhdini tarixə yazan Fərizə xanımla.
1990-cı il 20 yanvarda Azərbaycanın müstəqilliyinə qəsd ediləndə o da etiraz hərəkatına qoşulur. İlham və onun dostları gülləbaran edilmiş dostlarına kömək üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.
Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevı bir yerdə telefon budkasının yanında vurmuşdular. Güllə ona qabaqdan dəymişdi. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirmişdi.Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.
İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyibmiş. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:

Tarixdə bu gün - 12 iyun

"Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da… "
Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir.
İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər.
2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.

Tarixdə bu gün - 12 iyun1975— Azərbaycanın Milli Qəhrəmanı Zabit Adil oğlu Quliyev Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur.
1992-ci il Ərəbxana kənd orta məktəbini bitirib. Zabit bir müddət rayonda təsərrüfat işlərində çalışmışdır. 1993-cü ild
Milli Orduya çağırılmışdır.
Zabit Quliyevİ birbaşa cəbhəyə apardılar. Zabit cəsur döyüşçü kimi Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində rəşadətlə vuruşmuşdu. Zabit çox tez bir zamanda hörmət qazanmışdı. Erməni faşistlərini zirehli texnikalarını dəfərəlrə sıradan çıxarmışdı. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı cəsur döyüşçü ermənilərin dörd tankını alova bürüdü. Zabit bu çətin günlərdən sağ-salamat çıxa bildi. Mahir atıcının adı elləri gəzirdi. Zabit Quliyevin həyatı Azərbaycan gəncləri üçün məktəbdir, əsl əsgər manifestidir.
Ailəlidir, bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zabit Adil oğlu Quliyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1920— General-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan generalı Həbib bəy Hacı Yusif oğlu Səlimov Tarixdə bu gün - 12 iyunNargin adasında güllələnmişdir.
Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub.
Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və gimnaziyanı birinciliklə bitirmişdir.
1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1il 2ay xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Həbib bəy 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Azərbaycana geri dönən polkovnik-leytenant Həbib bəy Səlimov Cümhuriyyət ordusunda Dəftərxana rəisi vəzifəsində çalışmışdır. Hərbi işi gözəl bildiyinə görə az sonra Nuru Paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərərgah Rəisi təyin edilmişdir və Azərbaycan qoşunlarını Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olmuşdur. Bu yürüş zamanı avqustun 1-də Ələti, Atbulağı və Nəvahini azad etmişdir. Bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdiri dövrdə ona polkovnik hərbi rütbəsi verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun dəftərxana rəisliyi ilə yanaşı, Azərbaycan korpusunun Baş Qərərgah Rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifəsində çalışmışdır. Qısa müddətə Lənkəranın valisi olmuşdur.
Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunmuşdur. 1920-ci ilin martında Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanıdır.
1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu avqustun 14-ü hərəkətə başladı və ertəsi günü Salyana çatdı. Dəstənin komandanı Həbib bəy Səlimov öz nümayəndələrini Lənkərandakı hərbi qüvvələrin yanına göndərərək, dərhal AXC hökümətini tanımağı tələb etdi. Həmçinin yolboyu yerləşən rus kəndlərindən də silahlar toplanıldı. Avqustun 17-18-i həmin kəndlərdən 3 top və 5 pulemyot müsadirə edilərək Bakıya yola salındı. Bakıdan Səməd bəy Mehmandarovun Həbib bəyə göndərdiyi teleqramda AXC ordusunun və hökümətinin nüfuzunun aşağı düşməməsi üçün qətiyyətlə hərəkət etməsini və əməliyyat bitdikdən dərhal sonra dəstə ilə birlikdə Bakıya gəlməsini əmr edirdi. Dəstə avqustun 20-də Pokrovsk kəndini mühasirəyə aldı və əhaliə olan silahları toplamağa başladı. Kənd əhalisindən 2 top və 4 pulemyot müsadirə edildi. Dəstə avqustun 23-də Lənkərana çatdı. Sürətli tədbirlər nəticəsində heç bir müqavimət görmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirdi. Bölgəni rus mənşəli əhalisi tərk-silah edildi, polkovnik İlyaşeviçin rəhbərliyindəki rus hərbi qruplaşması təslim oldu.
Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdir.
1920-ci ilin mart-aprelində baş vermişdir. Qarabağda ermənilərin Drastamat Kanayanın rəhbərliyi ilə üsyana qalxmasında sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun böyük bir qismi Həbib bəy Səlimovun rəhbərliyi ilə bu üsyanı yatırmaq üçün buraya göndərilir. Əsgəran keçidini tutan üsyançılar Azərbaycanın digər yerləri ilə Dağlıq Qarabağın əlaqə yolunu kəsmişdilər. Həbib bəy Səlimovun üstün hərbi zəkası və çalışqanlığı nəticəsində erməni üsyanı yatırılır .

1920 — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı 1920-ci ilin iyununda Tarixdə bu gün - 12 iyunGəncə üsyanında əli olmasında ittiham edilərək Nargin adasında güllələnmişdir.
Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüş və Rusiya imperiyası ordusunda xidmət etməyə başlamışdır. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşmüşdür.
Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olmuşdur. 1890-ci ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışması göstərilmişdir. Bu sənədlərdə həmçinin Şərif bəyin orden və medalarının da siyahısı göstərilmişdir.
Əbdülhəmid bəy Şərif bəyin ikinci həyat yoldaşından olan VII övladı idi.
Əbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirmişdir.
Təhsilini bitirdikdən sonra Şamaxıda yerləşən Yelizavetpol korpusunun 261-ci Piyada alayına leytenant kimi təyinat almışdır. I Dünya Müharibəsi başlanan zaman Qafqaz Korpusunun 52-ci Hərbi birləşməsinin 205-ci piyada bölüyünün komandanı kimi müharibədə iştirak etmişdir. Döyüşlərdə göstərdiyi üstün rəşadətə görə Ştabskapitan Qaytabaşı IV dərəcəli Müqəddəs Vladimir Ordeni ilə təltif edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 15 noyabr tarixli əmri ilə Ümumi qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Qaytabaşı general-mayor rütbəsinə layiq görülmüşdü. 1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edilərkən, Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Qaytabaşıya həvalə olunmuşdu. Bu vəzifəni Azərbaycan ordusunun qərargahı yaradılana qədər icra etmişdir. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan ordusu qərargahında Qaytabaşı növbətçi generalın idarəsinə rəhbərlik edirdi. Hərbi nazirlikdə struktur dəyişikliklərindən sonra ümumi bölmə, təftiş bölməsi, pensiya bölməsi və nəşriyyat işləri bu idarəyə verilmişdi. Aprel işğalından (1920) sonra Qaytabaşı qısa müddət Azərbaycan ordusu qərargahının rəisi vəzifəsini icra etmişdi.
Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının Qərərgah rəisi olmuşdur.

1992 — Azərbaycanın Milli Qəhrəmanı İnqilab Ələkbər oğlu İsmayılov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 12 iyunİnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1979-cu ildə burada məktəbi bitirmişdir. 1981-ci ildə ordu sıralarına çağırılmışdır. 1984-cü ildə Xarkov şəhərində xidmətini başa vuraraq doğma yurdu Xocalıya dönür. 1990-cı ildə burada polis nəfəri kimi işə düzəlir.
Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular… 1992-ci il 25-26 fevral Xocalı soyqırımı törədilən zaman İnqilab döyüşə atlılır bir neçə erməni yaraqlısını məhv edən döyüşçü yerli sakinləri təhlükəsiz əraziyə çıxarır. Daha sonra İnqilab Ağdamda Daşbaşı yüksəkliyini qoruyurdu, ermənilər buraya dəfələrlə hücum etmiş məğlub olaraq geri çəkilmişdir polis bölüyü öz sözünü demişdi… hücumlardan biri 1992-ci il 12 iyun oldu ermənilər 6 dəfə hücum etsələr də məğlub olub geri çəkildilər faşistlərin 6 postu tam məhv edildi, İnqilab bu qələbəni qanı ilə yazdı. Döyüşçü dostları bir neçə dəfə cəhd etsələrdə onun cəsədini döyüş meydanından çıxara bilmədilər.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır, həmin küçədə xatirə lövhəsi vurulub.

1993 — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü Şaiq Tahir oğlu Kəlbiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 12 iyunŞaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir.
2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur.
İyunun 12-nin ikinci yarısında xəbər gəldi ki, ağır texnika ilə Ağdamın cənub – şərqində yerləşən Mərzili kəndini alıb, artıq Yusifcanlı kəndinə soxulmaqdadır. Düşmənin qarşısını almaq üçün xüsusi tapşırıq alan Şaiq və dostları PDM ilə Yusifcanlıya doğru hərəkət etdilər. Düşmən nəinki Yusifcanlıya girə bilmədi, Mərzilidən çıxıb geri çəkildi. Bu döyüşdə Şaiqin PDM-i iki ağır zərbə alaraq döyüşə yararsız vəziyyətə düşdü. Maşını silahdaşlarından birinə verib, hissəyə aparmasını tapşırdı, özü isə ekipaj yoldaşı olan Asəf Mütəllimovla ilə birlikdə heç bir göstəriş almadan düşmən əlində olan əraziyə kəşfiyyata getdi. Onlar tam yeni quruluşlu bir döyüş maşını gördülər. Maşın sahiblərini – üç ermənini öldürüb, cəld maşına əyləşib öz hissələrinə doğru sürət götürdülər. Bundan xəbər tutan düşmənlər onları aramsız top atəşinə tutmağa başladılar. Məqsəd maşını xilas da olmasa, məhv etmək idi. Asəf və Şaiq döyüş maşınını sağ-salamat hissəyə gətirib, sevincək maşından çıxdı. Amma bu sevinc çox çəkmədi. Elə bu zaman bilavasitə döyüş maşınına tuşlanmış top mərmisi maşının yanında partladı. Şaiq ordaca şəhid oldu, hosbitala aparılan Asəf isə 3 gün sonra iyunun 15-də həyata gözlərini yumdu.

Bayramlar və xüsusi günlər:

Ümumdünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə Günü

2002-ci ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 12 iyun gününü Ümumdünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə Günü kimi elan etmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz