» » Tarixdə bu gün - 11 iyun

Tarixdə bu gün - 11 iyun

Müəllif: Vüsal от 11-06-2017, 00:15
 
11 iyun
 
162-ci (uzun illərdə 163-cü) günü.

Mühüm hadisələr:

1993 — Azərbaycan Respublikası Belarus ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — "Karvan” futbol klubu təsis edilmişdir.

Doğum günləri:

1896— Azərbaycanın maarif xadimi Qəribsoltan Həsən bəy qızı Məlikova Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Tarixdə bu gün - 11 iyunAzərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabinin ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir.
1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gərərək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir.
1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.
Ailə üzvlərinin repressiyası səbəbindən Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəmişdir. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Zərdaba getmiş və hər ikisi orta məktəblərdə müəllim kimi çalışmışlar. Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi təqib olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın dərdi ilə yaşamışdir. Həsən bəyin ailəsindən tək yadigar qalmış Qəribsoltan xanımı qardaşı Midhətin faciəli həyatı, anası Hənifə xanımın vaxtsız ölümü, Bibiheybət məscidinin yanından atası Həsən bəyin məzarı yerləşən qəbiristanlığın dağıdılması xəbəri çox sarsıtmışdır. Çox çətinliklə də olsa cənazənin qalıqlarını Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova-Abayevanın yanında basdırmışdır. Bütün bu çətinliklərə baxmayaraq vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak etmiş, qabaqcıl bir pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəməmişdir.
Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə Azərbaycan SSR-in Əməkdar müəllimi fəxri adı verilmiş, Lenin ordeni ilə təltif edilmişdir. Hətta bəzi tarixi mənbələrdə Qəribsoltan xanımın İmperator üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçərək "Xalq məktəblərinin müəllimi” adına layiq görüldüyü də göstərilir. Bu nailiyyət nəinki Qəribsoltan xanımın, eləcə də bütün Azərbaycanlı qadınlarının irəliləyişi, onların oxumaq imkanlarının təsdiqi idi.

1913— Görkəmli Azərbaycan kino və teatr aktrisası SSRİ Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova Bakıda ziyalı ailəsində doğulub.
TTarixdə bu gün - 11 iyuneatrda ilk illər aktyor Ələsgər Ələkbərovun həyat yoldaşı olduğu üçün "Ələkbərova" soyadı ilə çıxış edib.
Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib . Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra — 1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu".
Hökümə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır.
Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasma istiqamətləndirməkdə mahir ustad idi.
Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu."
Komediya rollarında (Bənovşə, Xanuma...) səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı.
Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini Personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi.
Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Janr-üslub və oyun-forma baxımından Hökümə Qurbanovanın yaradıcılığını aşağıdakı bölgülərə ayırmaq olar.

Romantik faciə rolları. Hökumə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri bu bölümə aiddir.

Realist faciə rolları. Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso), Nataşa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Reyhan ("Cavanşir", Mehdi Hüseyn) və müəyyən mənada Hermiona ("Qış nağılı", Vilyam Şekspir) obrazlarının ifası daxildir.
Realist-dramatik rollar bölümünün estetik prinsiplərini təhlil süzgəcindən keçirəndə nəzərlərimiz önünə ilkin Sona, Yaxşı ("1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Həyat, Maral ("Həyat" və "Közərən ocaqlar", Mirzə İbrahimov), Məhmənə banu ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Nataşa ("Mühəndis Sergeyev", Vsevolod Rokk), Sevgili ("Ana ürəyi", İslam Səfərli), Gülara, Sürəyya ("İşıqlı yollar" və "İntizar", İlyas Əfəndiyev. Qeyd: Əfəndiyev ikinci əsəri Mehdi Hüseynlə birgə yazıb), Yeva Qrant ("Bir evin sirri", Tur qardaşları), jsfərgiz ("Aslan yatağı", Məmmədhüseyn Təhmasib), Zöhrəxan ("İpək naxışlar", Abdulla Qəhhar), Reyhan ("Qardaşlar", Rəsul Rza) obrazları canlanır.
 
Psixoloji-dramatik rollar. Bu obrazların səhnə təcəssümü prinsiplərini aktrisa Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Vasantasena ("Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov), Serebryakova ("Vanya dayı", Anton Çexov), Amanda ("Şüşəli heyvanxana", Tennessi Uilyams), Xədicə ("Türkiyədə", Nazim Hikmət), Gülşən ("Son gülən", Kondrat Krapiva), Sevda ("Böyük məhəbbət", Cabbar Məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib.
Tarixi-dramatik səpkili rollar sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan), Cabbar Məcnunbəyovun "İliç buxtası" (Könül), Aleksandr Fadeyevin "Gənc qvardiya" (Valya) pyeslərinin tamaşalarındakı rollarını daxil etmək olar.
Lirik təmayüllü psixoloji rolların ən parlaqları Sevinc ("Sənsiz", Şıxəli Qurbanov), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Tolqanay ("Ana torpağı", Çingiz Aytmatov), Şəfəq, Gülara, Lalə ("Bahar suları", "İşıqlı yollar" və "Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yelena Andreyevna ("Vanya dayı", Anton Çexov), Zina ("Ailə namusu", Hüseyn Muxtarov), Qız ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) obrazlarının səhnə ifasıdır.
Yumorlu dramatik rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb.
Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarını?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına çəkilib.
Rəssam Nüsrət Fətullayevdən doğulmuş qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

1952 — Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur.
Tarixdə bu gün - 11 iyun1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.
İsrafil Şahverdiyev müharibənin ilk günlərindən torpaqlarımızın müdafiəsinə qalxmışdrı. O, Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi…
1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir.
6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə İsrafil Şahverdi oğlu Şahverdiyevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.

Vəfat etmişdir:

1987— Məşhur Azərbaycan müğənnisi, bəstəkarı, tanınmış xanəndə və pedaqoq Qulu Rüstəm oğlu Əsgərov 58 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 11 iyunQulu Əsgərov 1928-ci ildə  58 yaşında  Salyan şəhərində anadan olmuşdur.
Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq çalğı alətləri ansamblına rəhbərlik etmişdir.
1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur.
Qulu Əsgərov 1953-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamlaifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrı nda solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun”, "Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov- "Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz