» » Tarixdə bu gün - 11 may

Tarixdə bu gün - 11 may

Müəllif: Vüsal от 11-05-2017, 00:15
11 may

İlin 131-ci (uzun illərdə 132-ci) günü.

Mühüm hadisələr:

1906 — "Bakinski raboçi" qəzeti nəşrə başlayıb.
1911 — Nəriman Nərimanovun "Nadir şah" pyesi Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub.
1916 — Malazgirddə (Türkiyə) ermənilər iki min nəfəri qətlə yetirib.
1920 — Qaryagin qəzasında (indiki Füzuli) inqilab komitəsi təşkil edilib.
1920 — Qızıl ordu hissələri Zaqatalaya daxil olub.
1929 — Zaqafqaziya Sovetlərinin I qurultayı başa çatıb.
1938 — Atatürk bütün daşınmaz əmlakını dövlətə bağışlayıb.

Doğum günləri:

1904 — Salvador Dali - ispan rəssam

1915 —Məşhur heykəltaraş, Xalq rəssamı , Əməkdar İncəsənət Xadimi , SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü , Azərbaycan SSR-in Dövlət Mükafatı Tarixdə bu gün - 11 maylaureatı Əbdürrəhmanov Fuad Həsən oğlu  Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. 1929–1932-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və 1935-1939-cu illərdə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.
Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" , "Gənc aşıq" və ilk monumental əsəri olan Füzulinin heykəlini yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə , R. Mustafayev , Həzi Aslanov , B. Bağırova , Səməd Vurğun , kubalı Xesus və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri , Bakıda S. Vurğunun abidəsi və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" , "Azərbaycanlı qadın" , "Azadlıq" , "Azad qadın" və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.
Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri , Rudəki , S. Ayninin portretləri, Düşənbədə Rüdəkinin, Buxarada İbn Sinanın abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini yaratmışdır.

1935 — Görkəmli Azərbaycanlı yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan SSR Dövlət mükafatı laureatı , Əməkdar İncəsənət xadimi , Xalq yazıçısı Maqsud Tarixdə bu gün - 11 mayMammədibrahim oğlu İbrahimbəyov
Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Azərbaycan Texniki Universitetinin inşaat fakültəsində təhsil almışdır. Eyni zamanda universitetin çoxtirajlı "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışmışdır. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirmişdir .
Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis , Moskva Ali Ssenaristlər Kursunda müdavim , Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri , Moskva Ali Rejissorluq Kurslarında müdavim olmuşdur.
Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat etmişdir və Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü Məmmədibrahim İbrahimbəyovun oğludur.
Bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist[8] və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.

1955 —Xalq artisti Azərbaycan Respublikasının Xalq artisti Şamil Kamran oğlu Süleymanlı Bakıda anadan olub.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
"Azərbaycanfilm" kinostudiyasında işləyərək bir çox filmlərdə çəkilib.

Tarixdə bu gün - 11 may1975 — Azərbaycanın Milli Qəhrəmanı  Məmmədov Natiq Bəşir oğlu Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.
Natiq Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir. Natiq Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak edtmişdir. 1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevirilişinə cəhd etdi. Onlara xəbərdarlıq edilsə də silahı yerə qoymadılar. Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi.
Azərbaycan Resublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.
Buradakı uşaq bağçası qəhrəmanımız Natiqin adını daşıyır.

Vəfat etmişdir:

1992 — Məmməd Cəfər (Cəfərov Məmməd Zeynalabdin oğlu — tənqidçi, ədəbiyyatşünas, nasir, filologiya elmləri doktoru , professor ; Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü , Azərbaycan SSR Əməkdar elm xadimi
 
1992— Azərbaycanın Milli Qəhrəmanı Rövşən Şəmil oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.
Tarixdə bu gün - 11 mayRövşən Şəmil oğlu Hüseynov 1967-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər
Rövşən Hüseynov tələbələrlə birlikdə "N" saylı batalyona təhkim etmişdilər. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.

2016 – Görkəmli tənqidçi, ədəbiyyatşünas,. "Şöhrət" ordeni laureatı Qara Mustafa oğlu Namazov 86 Tarixdə bu gün - 11 mayyaşında Bakıda vəfat etmişdir.
Qara Namazov 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939-1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.
Qara Namazov 1949-1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951-1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1956-1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı” (1956), "Ədəbi Ermənistan”, "Gənc qələmlər”, "Aprel çiçəkləri”, "Tər çiçəklər”, "Gənclik nəğmələri”, "Molodyoj Azerbaydjana” toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə” poeması da "Ədəbi Ermənistan” toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi” ("Qibel Şamaxı” ("Salima”) poemasını "Səlimə” adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir.
Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı” (1920-1940-cı illər)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Namazov universitetə daxil olduğu 1956-cı ildən universitetin həyatında, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş (o, tələbə vaxtı universitet komsomol komitəsində mədəni-kütləvi işlər üzrə şöbə müdiri, fakültə komsomol təşkilatının katibi, müəllim işlədiyi illərdə universitet Həmkarlar Komitəsi bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri kimi vəzifələri aparmışdır), bir qayda olaraq respublikanın görkəmli yazıçıları, tanınmış elm adamları ilə görüşlər keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur.
Qara Namazov 1987-ci ildə "Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz