» » Tarixdə bu gün - 8 may

Tarixdə bu gün - 8 may

8 may

İlin 128-ci (uzun illərdə 129-cu) günü.

 Mühüm hadisələr:

1883 - Bakı-Tiflis dəmiryolu xətti açılıb.
1992 - Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olunub.
1992 - Azərbaycan Respublikası İtaliya ilə diplomatik əlaqələr qurmuşdur.
1992 - Azərbaycan Respublikası İsveç ilə diplomatik əlaqələr qurmuşdur.

Doğuml günləri:

1910 — Məşhur tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor Cəfər Zeynal oğlu Hacıyev (Cəfər Xəndan) İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur.
Tarixdə bu gün - 8 may1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).
Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda 1932-1941-ci illərdə institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir .
M.F.Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır .
1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olmuşdur .
Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri işləmişdir. 1947-1950-ci illərdə universitetin Filologiya fakültəsinin dekanı , sonra isə dörd il - 1950-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1954-1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. "1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası" mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır.
"Qırmızı ulduz", "Qırmızı Əmək Bayrağı" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.
1961-ci il avqustun 10-da Bakıda vəfat etmişdir.
Bakı küçələrindən biri onun adını daşıyır.

1919 — Böyük bəstəkar, dirijor, pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıloğlu Hacıbəyov Şuşada anadan olmuşdur. Gələcək bəstəkarın yetişməsində, Tarixdə bu gün - 8 mayformalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü. Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" musiqili komediyasıdır. "Qızıl gül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü. Hacıbəyli özü tədris edirdi.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, İki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.
Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. "Döyüşçülər nəğməsi", 416 – cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. 40 – cı illərdə milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərmişdir. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.
S. Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar "Karvan"da təsviri lövhələrə meyl edir, ayrı – ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər "Şur" muğamı üzərində bəstələnmişdir.
1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur.Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri ("Yeni il", "Bahar" və s.) vardır.
1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: "Oynaq topum", "Lay – lay", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı".
"İsgəndər və Çoban (opera)" uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin "İsgəndərnamə" əsərinin bir parçası təşkil edir. (Librettosu M. Seyidzadənindir).
1950-ci ildə S. Hacıbəyovun "Gülşən" baleti meydana gəlir. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletinin 1 – ci redaksiyasında (libetto Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən 2 –ci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadənindir və P. Abolimovundur). Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.
1950–ci illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, 50 – 53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləmişdir. "Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi" buna misaldır.
1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün "Konsert"ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasr musiqi dili, qeyri – adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə etmişdir. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uygunlaşır. "Konsert" milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
S. Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M. İbrahimovun "Məhəbbət", "Kəndçi qızı", S. Vurğunun "İnsan", S. S. Axundovun "Eşq və İntiqam", S. Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.
1947-ci ildən S. Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1947 – 62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969 – 1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır.
S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir.

1925 — Görkəmli Azərbaycan alimi, əməkdar elm xadimi, biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Siddiqə Rza qızı Tarixdə bu gün - 8 mayMəmmədova Şərur rayonunun Şəhriyar kəndində anadan olmuşdur.
Şəhriyar kəndində natamam orta məktəbi bitirib,
1940-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitirmişdir.
1943-1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxumuş və təhsildə göstərdiyi nəticəyə görə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1948-ci ildə AKTİ-də entomologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1952-ci ildə "Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələrində, o cümlədən fakültə partiya təşkilatının katibi işləmişdir.
1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru təyin edilmiş ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.
1971-ci ildə "Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparmış. müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1973-cü ildən isə ona professor, 1981-ci ildən "Əməkdar Elm Xadimi” adı verilmişdir. 1983-cü ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi seçilmiş və 2001-ci il iyun ayının 29-da Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvi seçilmişdir. Hal-hazırda AMEA-nın Biologiya bölməsi üzrə yaradılan Koordinasiya şurasının Bitkiçilik və Bitki mühafizə üzrə sədridir.
Akademik S.R.Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir. O, 205-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlər kataloqunun müəllifidir.
Yüksək ixtisaslı kadrların hazırlanması da alimin daim diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanmışdır. 2 Elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri şəxsən özü olmuşdur.
Akademik S.R. Məmmədova Azərbaycanda və xaricdə tanınmış alimdir. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə, bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin böyük medalı və diplomu ilə təltif olunmuşdur. Entomoloqların Ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.
1985-ci ildə II çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
5 mart 2010-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alim və pedaqoq, Respublikanın Əməkdar Elm Xadimi, AMEA-nın həqiqi üzvü, Akademik Siddiqə Rza qızı Məmmədovanın yubiley gecəsi keçirilmişdir.
5 avqust 2017-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

1930 — Görkəmli alim , texnika elmləri doktoru, professor, akademik, AMEA-nın Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft və Tarixdə bu gün - 8 mayqazın kimyası və texnologiyası” şöbəsinin müdiri Musa İsmayıl oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.
Azərbaycan Sənaye İnistitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir, texnika elmləri doktoru, professordur, 1980-ci ildə AMEA-nın müxbir üzvü,
1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 507 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir ki, onlardan 157-si xaricdə çıxmışdır.
Azərbaycan Sənaye İnistitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir, texnika elmləri doktoru, professordur, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. 507 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir ki, onlardan 157-si xaricdə çıxmışdır.
M.İ.Rüstəmovun elmi tədqiqatlarının istiqaməti heterogen-katalitik proseslərinin texnologiyasını, neft emalı və neft kimya prosesləri üçün katalizatorların yaradılmasını, neft emalı məhsullarının keyfiyyətlərinin yüksəldilməsini əhatə edir. O, heterogen-katalitik prosesləri aparmaq üçün lift reaktorlarının hidrodinamikasını, kiçik ölçülü mikrosiferik katalizatorların, qaynar lay və lift reaktorlar sistemində kimyəvi proseslərin effektivliyini nəzəri cəhətdən tətqiq etmiş, mikrosferik katalizatorların axıcılıq indeksinin proseslərin effektivliyinə təsirini öyrənmişdir. Akademik M.Rüstəmov yüksək effektivliyi Q. 43-107 katalitik krekinq kompleksinin müəlliflərindən biridir. Bu proses Bolqaristan, Rusiya, Ukrayna, Latviya, və Azərbaycan neft emalı zavodlarında istismar olunur. Onun tədqiqatlarının bir qismi neft emalı məhsullarının keyfiyyətini yüksəltmək məqsədi ilə hidrokrekinq, hidroizomerləşmə, destruktiv izomerləşmə, seolit katalizatorları iştirakinda oksigenli əlavələrin alınması proseslərinin yaradılmasına həsr edilmişdir. Nəticədə tərkibində qurquşun olmayan, ekoloji cəhətdən təmiz Aİ-93-, Aİ-95 avtomobil benzinlərinin alınma texnologiyası təklif etmişdir. M.Rüstəmov Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuşdur. Onun tərəfindən Azərbaycanda neft emalı qaz emalı və neft kimya sənayesinin inkişaf konsepsiyası yaradılmış və onun əsasında neft emalı zavodlarının 2010 –cu ilə kimi koimpleks modernizasiyasının tərkib hissəsi və sxemi hazırlanmışdır. M.Rüstəmov bir çox Beynəlxalq və Respublikada fəaliyyət göstərən elmi şuraların və assosiasiyaların üzvi olmuşdur, Beynəlxalq konfranslarda, Simpoziymlarda Azərbaycanı təmsil etmişdir.
1980-1991-ci illərdə Hidrogen energetikası üzrə Beynəlxalq assosiasiyanın, SSRİ EA Prezidiumu yanında Hidrogen energetikası bürosunun, SSRİ EA "Neft Kimyası" və "Kataliz" koordinasiya şuralarının, SSRİ Nazirlər Şurasının Elm və Texnika Komitəsi nəzdində "Kataliz və onun səeayedə tətbiqi" şurasının üzvü sosialist ölkələri Akademiyalarının Neft kimyası problemi üzrə katalitik krekinq və destruktiv izomerizasiya mövzusunun koordinatoru olmuşdur. 1979-cu ildə Azərbaycan Əməkdar Elm Xadimi, 1982-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, 2002-ci ildə İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının "Elm və Texnoloji sahəsində mükafatı", 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeninə layiq görülmüşdür.
AMEA Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru vəzifəsində 1987-2012-ci ilə kimi çalışıb.
Hal-hazırda "Neft və qazın kimyası və texnologiyası” şöbəsinin müdiri vəzifəsində çalışır.

1930 – Görkəmli tənqidçi, ədəbiyyatşünas,. "Şöhrət" ordeni laureatı Qara Mustafa oğlu Namazov Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. Tarixdə bu gün - 8 may1939-1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.
Qara Namazov 1949-1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951-1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1956-1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı” (1956), "Ədəbi Ermənistan”, "Gənc qələmlər”, "Aprel çiçəkləri”, "Tər çiçəklər”, "Gənclik nəğmələri”, "Molodyoj Azerbaydjana” toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə” poeması da "Ədəbi Ermənistan” toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi” ("Qibel Şamaxı” ("Salima”) poemasını "Səlimə” adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir.
Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı” (1920-1940-cı illər)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Namazov universitetə daxil olduğu 1956-cı ildən universitetin həyatında, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş (o, tələbə vaxtı universitet komsomol komitəsində mədəni-kütləvi işlər üzrə şöbə müdiri, fakültə komsomol təşkilatının katibi, müəllim işlədiyi illərdə universitet Həmkarlar Komitəsi bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri kimi vəzifələri aparmışdır), bir qayda olaraq respublikanın görkəmli yazıçıları, tanınmış elm adamları ilə görüşlər keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur.
Qara Namazov 1987-ci ildə "Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir.
Qara Namazov 2016-cı ildə vəfat edib.

1935— Fizika-riyaziyyat elmləri doktoru , professor, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Zərifə Abbasqulu qızı Əliyarova Naxçıvan şəhərində anadan Tarixdə bu gün - 8 mayolmuşdur.
Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını bitirmişdir.
Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi və doktoru adına layiq görülmüş ilk qadın fizikdir.
1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur.
1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi.
Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir.
20-dən çox müəlliflik şəhadətnaməsi almışdır.
Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
Əsərləri bir sıra xarici ölkələr də dərc olunmuşdur.
Bir çox beynəlxalq və keçmiş Ümumittifaq elmi məclislərin də məruzələr etmişdir.
Naxçıvan Dövlət Universitetinin Naxçıvan Elm mərkəzinin yaradılmasında xidməti var.
1999-cu il iyun ayının 28-də Bakı şəhərində vəfat etmişdir.
1938 — Azərbaycanın tanınmış dilçi və toponimist alimi, filologiya elmləri doktoru, professor Tofiq Mürsəl oğlu Əhmədov Quba şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1962-1967) təhsil almışdır. AMEA-nin Dilcilik institutuna işə dəvət olunmuşdur. AMEA-nın (1967-1969) müxtəlif şöbələrində işləmişdir. 1987-ci ildə Sovet Türkoloqları Komitəsinin XV plenumun qərarı ilə SSRİ EA Türk onomastikası bölməsinin büro üzvü və 1988-cici ildə Azərbaycan Mədəniyyət Fondunun elmi-ictimai Toponimiya şurası sədrin müavini seçilmişdi.Eyni zamanda Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyəti sədri müavini idi. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiri olmuşdur(1990-1998).
Professor T.Əhmədovun rəhbərliyi altında "Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti" hazırlanmışdır.Türkdilli ölkələr arasında ilk dəfə olarag "Azərbaycan dilinin dialektoloji atlası" (1990) adlı monumental əsərin müəlliflərindən biri olmuşdur. 100-ə qədər elmi əsərin müəllifi və 30-a yaxın regional, beynəlxalq konfransın iştirakçısı olub.

Tarixdə bu gün - 8 may1955 —Azərbaycanın Milli Qəhrəmanı Mixail Slesaryov Aleksandroviç Rusiyanın Smolensk şəhərində doğulmuşdur.
1970-ci ildə 4 saylı məktəbi bitirir. 1971-ci ildə traktorçu işləməyə başlayır. 1975-ci ildə hərbi xidmətə çağırılır. 1977-ci il xidmətini başa vurur. Həmin il Tbilisi Gizirlər Məktəbinə daxil olur.
7 yanvar 1999-cu il Qobustan həbsxanasında xidmətini yerinə yetirirdi. Axşamüstü dustaqlar qiyam etdilər. Mixail cəld əməliyyat qrupu yaratdı, silahlı məhbuslar zərərsizləşdirildi.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdi.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışırdı.
Mixail Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib.

1958— Tanınmış ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Əlizadə Bayram oğlu Əsgərli Sabirabad rayonunun Cavad Tarixdə bu gün - 8 maykəndində dünyaya gəlib.
1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1983-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb.
1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib.
1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub.
2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib.
2002-2017-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb. 2012-ci ildən həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub.
2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdindəki Elmi Seminarın sədri, Dissertasiya Şurasının üzvüdür.
2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
150-ə qədər elmi-nəzəri məqalənin müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdə nəşr olunub.
2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) müəllim, 1999-2007-ci illərdə Bakı Qızlar Universiteti Azərbaycan ədəbiyyatı və jurnalistika kafedrasının müdiri vəzifəsində çalışıb. 2007-2014-cü illərdə Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektoru olub.
1998-ci ildən respublikanın aparıcı ali məktəblərində Azərbaycan ədəbiyyatı tarixi, tənqid və nəzəriyyəsi, habelə türk xalqları ədəbiyyatına dair mühazirələr oxuyur. 15 fənn proqramı və 2 dərs vəsaitinin müəllifidir.
2017-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimidir.
2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, 2012-ci ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəxri fərmanı ilə təltif edilib.
2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatını alıb, "Rəsul Rza" mükafatına layiq görülmüşdür.
1987-ci ildə "Xəlqilik meyarı ilə” adlı ilk elmi məqaləsi "Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib.
1987-ci ildə "Osman Sarıvəllinin poetikası" mövzusunda namizədlik, 2011-cu ildə "XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya üzrə elmlər doktorudur.
XX əsr Azərbaycan ədəbiyyatının aktual problemləri ilə məşğul olur. 1995-ci ildən Azərbaycan ədəbiyyatının milli-ideoloji məsələləri, türkçülük, azərbaycançılıq və istiqlalçılıq məfkurəsinin elmi-nəzəri tədqiqi istiqamətində araşdırmalar aparır. Xəlil Rza Ulutürk ədəbi irsinin ardıcıl tədqiqatçısıdır. Eyni zamanda, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Səməd Vurğun, Osman Sarıvəlli, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Bəkir Nəbiyev, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, İlyas Əfəndiyev, Söhrab Tahir, Cabir Novruz və başqaları haqqında tədqiqatların müəllifidir.
Ədəbiyyat nəzəriyyəsi sahəsində ədəbi metod, ədəbi məktəb və ədəbi cərəyanlar, heca vəzni, sərbəst şeir və ədəbi janrlar, bədii təsvir və ifadə vasitələri, habelə, ahəng və intonasiyaya aid məqalələr çap etdirib.
Ə.B.Əsgərli 1980-ci illərdən publisistika fəaliyyəti ilə məşğuldur. Respublikanın dövri mətbuatında ictimai-siyasi və ədəbi məqalələri çap olunur.
1991-1994-cü illərdə "Demokrat”, 1994-1995-ci illərdə "Yurd” qəzetlərinin təsisçisi və baş redaktoru olub. 2008-2014-cü illərdə Bakı Qızlar Universitetinin "Elmi əsərlər” jurnalının baş redaktor müavini kimi fəaliyyət göstərib.
2017-ci ildən AMEA-nın "Ədəbiyyat məcmuəsi" jurnalı redaksiya heyətinin üzvüdür.

1968 —Antalyanın Sahəyə rayonuna bağlı Türklər kəndində anadan olub. Əslən, tərəkəmədir. Xüsusi H. Əmin Paşa Korpusunu  başa vurduqdan sonra - 1988-ci ildə Ankara Universitetinin Siyasi münasibətlər  fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə başa vurmuşdur.

Tarixdə bu gün - 8 may Universitet təhsilini başa vurduqdan sonra təqaüd ilə ABŞ-dakı LongIsland Universitetinə daxil olmuşdur. 1991-ci ildə "iqtisadiyyat" üzrə magistr dərəcəsi alıb və bu universitetdə baş müəllim işləmişdir. 1993-ci ildə Ankara Universiteti Avropa Birliyi Araşdırma və Tətbiqi Mərkəzində "Avropa Birliyi uzmanlığını" tamamlayan Çavuşoğlu  həmin il Bilkənd Universitetində doktorluq proqramına da başlayıb. Sonra Avropa İttifaqı təqaüdü ilə London İqtisadiyyat Məktəbində "Ətraf mühit iqtisadiyyatı və davamlı inkişaf" üzrə doktorluq  işi  müdafiə edib. 1995 ili içərisində Ekologiya Nazirliyində Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) üçün çalışıb.  

 "Ədalət və İnkişaf Partiyası”nın (AK Partiya) qurucu üzvüdür. 2002, 2007, 2011 parlament seçkilərində və 2015-ci il noyabr  parlament seçkilərində Antalyadan  millət vəkili seçilib. Partiyada "xarici əlaqələr üzrə sədr vəkili" olaraq sinə layiq görülüb.

2010-ci ildə, Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sədr seçilmişdir .

2013-ci ildə "Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun sədri" oldu.  

 29 Avqust 2014 cü il tarixində Əhməd Davudoğlu rəhbərliyi altında yaradılan 62-ci hökümətin tərkibində  Xarici işlər naziri   seçilmişdir. 

24 Noyabr 2015-ci il  tarixində yaradılan 64-cü hökumətdə yenidən  Xarici işlər naziri vəzifəsinə təyin edilmişdir.  

İngilis, orta səviyyədə yapon, rus və alman dillərini bilir. Evlidir və 1 uşaq atasıdır. 


Vəfat etmişdir:

1970—Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü Yusif Süleyman bəy oğlu Musabəyov 60 yaşında Yaroslavlda anadan olmuşdur.
Yusif Süleyman bəy oğlu 10 aprel 1910-cu ildə Tiflis şəhərində anadan olub. Əslən Qəbələ bölgəsindəndir.
 
 
Tarixdə bu gün - 8 may1992 — Azərbaycanın Milli Qəhrəmanı Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Asif Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi.
Qardaşı Rantik Aqarunovun xatirələrindən:
" Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi. "
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib.Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırıldı və xidməti dövründə tank komandiri oldu. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaratmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollandı.
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə məhv edilir.Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 2015-ci ildə "The Times of Israel” qəzetində amerikalı ravvin İsrail Barukun "Müsəlman torpağında yəhudi əsgəri” məqaləsi Aqarunova həsr olunmuşdur. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib.
2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən onun haqda "Dostuma məktub" filmini çəkib. Filmin ssenari müəllifi və rejissoru Yefim Abramovdur.
2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkib.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Tarixdə bu gün - 8 may2016 —Azərbaycan Silahlı Qüvvələrinin zabiti Nəcməddin Akif oğlu Savalanov 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur.
Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub.
Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi.
Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz