» » Tarixdə bu gün - 3 may

Tarixdə bu gün - 3 may

Müəllif: Vüsal от 3-05-2018, 00:15

3 may


İlin 123-cü (uzun illərdə 124-cü) günü.

Doğum günləri:

1857 —XIX əsrdə yaşamış yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və journalist Əsgər ağa Haqvеrdi bəy oğlu Goran-Boyəhmədli kəndində anadan olub. Tarixçi Tarixdə bu gün - 3  mayMirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb.
Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib.
Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə qurub. Əzət xanımın vəfatından sonra isə Əşrəf ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib. Bu еvlənmədən yеddi uşaq dünyaya gəlib. Üçü azyaşlı tələf olsa da, dördü ərsəyə çatıb. Sağ qalan övladları—Danyal bəy, Mikayıl bəy, Lülpər xanım (Lеyla xanım) və Əli bəydir.
Əsgər ağa Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist kimi fəaliyyət göstərib. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir.
Gimnaziyada Nəcəf bəy Vəzirovla dostluq etmişdi. Müəllimləri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi onların xətrini çox istəyərdi. Onun söhbətləri gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadardı. Günlərin birində Həsən bəy deyib: "Ağıllı balalar, bu əsərləri mənə Mirzə Fətəli göndərib. Rica edirəm, oxuyun, onlardan birini seçib səhnəyə çıxardaq". Hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Həsən bəy də bu qənaətlə razılaşdı. Rollar bölüşdürüldü, məşqlər başladı, ilk teatr elanları yazıldı. Həmin vaxtdan da milli teatr sənətinin əsası qoyuldu. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: "Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgərağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi". Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı. Əsgər ağa gimnaziyanı qızıl medalla bitirib təhsilini davam etdirmək üçün Moskvaya getdi. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxudu. Orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: "Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi"yə gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar". Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Nizami məqbərəsi İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir.

1923 — Məşhur hərbçi, vitse-admiral Həmid Həbib bəy oğlu Qasımbəyov Naxçıvanda anadan olmuşdur.
Heydər Əliyev onun haqqında deyirdi: "Bakıda Xəzər Hərbi Dəniz Donanması 1920-ci ildə yaranıbdır.
Hələ çar Rusiyasi vaxtından var idi. Orada da qətiyyən azərbaycanlı yox idi. Biz admiral Qasımbəyovu Kronştadtdan tapıb gətirdik. İlk dəfə olaraq Xəzər Hərbi Dəniz Donanmasına komandan admiral Qasımbəyovu təyin etdim".
20 aprel 2005 ci ildə 81 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 3  may1938— Azərbaycan Respublikasının Xalq artisti, Akademik Milli Dram Teatrının professional aktyorlarından biri olmuş Kamal Ağahüseyn oğlu Xudaverdiyev Bakıda doğulub.
Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb.
1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində bir-birindən maraqlı və rəngarəng rolları oynamışdır.
Müxtəlif illərdə "Azərbaycanfilm” kinostudiyasında "İstintaq davam edir” (Çingizov), "Ən vacib müsahibə” (Həsənov), "Dağlarda döyüş” (Rüstəmov), "Nəsimi” (Yusif), "Abşeron” (Əli), "Üzü küləyə” (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən” (ata), "Otel otağı” (alim), "Dədə Qorqud” (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 22 may 1991-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
Kamal Xudaverdiyev 23 aprel 2008-ci ildə ürək çatımazlığından həyata gözlərini yumdu.

Tarixdə bu gün - 3  may1975— Azərbaycanın Milli Qəhrəmanı Rəşad Akif oğlu Mirabov Mingəçevir şəhərində anadan olmuşdur.
1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.
1995-ci il Mart hadisələri zamanı həlak olmuşdur.
Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Rəşad Akif oğlu Mirabov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1984 —"Lenin" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Tarixdə bu gün - 3  mayqələbənin 20 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı təltif olunmuş, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Ağaməmməd oğlu Cəfərov 78 yaşında Neftçalada vəfat etmişdir.
Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur.
1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır.
Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.
O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır.
Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.
Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır.

1985 — Geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və 1950-1958-ci illərdə bu qurumun Prezidenti olmuş Tarixdə bu gün - 3  maygörkəmli paleontoloq, akademik Musa Mirzə oğlu 77 yaşında Moskvada vəfat etmişdir.
Musa Əliyev 11 aprel 1908-vi ildə Şamaxıda anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə "Geoloji-kəşfiyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.
Musa Əliyev Azərbaycanda mezozoy fauna­sının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1936-1938-ci illərdə Zaqafqaziya Geologiya Trestinin Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi, Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı, 1939-1941-ci illərdə rektor vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə Moskva Neft İnstitutunun "Paleontologiya və tarixi geologiya" kafedrasının dosenti, SSRİ Xalq Neft Sənayesi Komissarlığının tədris müəssisələri Baş idarəsinin rəisi vəzifəsində işləmiş, 1941-1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasına cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.
Musa Əliyev 1947-ci ildə Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilmiş, 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri olmuş, SSRİ Ali Sovetinin II, III və IX çağırışlarında deputat seçilmişdir. Musa Əliyev 1950-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmiş, 1957-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini və professor elmi adını almışdır. 1950-1958-ci illərdə o, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuş, onun fövqəladə təşkilatçılıq fəaliyyəti nəticəsində orada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. elm sahələrinin inkişafına güclü təkan verilmişdir. Qısa müddətdə onun təşəbbüsü ilə onlarla elmlər doktoru və namizədi hazırlanmış, 200-ə qədər doktorant və aspirant keçmiş İttifaqın nüfuzlu elm və tədris mərkəzlərinə göndərilmişdir.
Musa Əliyevin prezidentliyi müddətində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılmış, orada 4 laboratoriyanın fəaliyyəti bərpa edilmişdir. Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökumətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun müəllifliyi və redaktorluğu ilə 7 cildlik Azərbaycan geologiyası toplusu nəşr olunmuş, Şamaxı rəsədxanası, Fizika İnstitutunda "Astronomiya ekspedisiyası, astrofizika" şöbəsi yaradılmışdır.
1958-ci ildən başlayaraq Musa Əliyev Moskva şəhərinə dəvət olunmuş və SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yanar Qazıntı Yataqlarının Geologiyası İnstitutu"nun elmi işlər üzrə direktor müavini təyin olun­muşdur. Tez bir zamanda o, neftli-qazlı regionların biostratiqrafiyası laboratoriyasını təşkil etmiş, apardığı tədqiqatların coğrafiyası Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı və Qərbi Sibiri əhatə etmişdir. 1967-ci ildə o, SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfinlən Əlcəzairə ezam olunmuş və bu ölkə ilə bağlanmış böyük neft müqaviləsinə 1971-ci ilə kimi rəhbərlik edərək zəngin neft-qaz yataqlarının kəşfinə nail olmuşdur.
1971-ci ildən ömrünün sonuna kimi Musa Əliyev Moskvada sözü gedən institutda keçmiş vəzifəsində çalışmışdır. O, 210 elmi əsərin, 15 monoqrafiyanın müəllifi, çoxsaylı elmlər doktorları və namizədlərinin rəhbəri olmuşdur.
Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, Rusiya Elmlər Akademiyasının Yanar Faydalı Qazıntıların Geologiyası və Kəşfiyyatı İnstitututunun direktor müavini və Neftli-qazlı vilayətlərin stratiqrafik tədqiqi laboratoriyasının rəhbəri olmuşdur.
Təbaşir dövrünün inoseram faunası, sistematika və biostratiqrafiya sahəsində tanınmış mütəxəssis olmuş, Qafqazın, Orta Asiyanın, Qərbi Sibirin neft-qazlı komplekslərinin stratiqrafik tədqiqini aparmış, həmçinin Əlcazair Saxarası və Atlasların, Yaxın və Orta Şərqin regional geologiyası və neftliliyi ilə məşğul olmuşdur. Mezozoy üzrə Bakı paleontoloq və stratiqraflar məktəbinin yaradıcısıdır. Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
40 elmlər doktoru və namizədi yetişdirmişdir.
210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.

2014 – Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Aqşin Əliqulu oğlu Əlizadə 76 yaşında Bakıda vəfat Tarixdə bu gün - 3  mayetmişdir.
Aqşin Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962).
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır.
Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

2016— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əmrah Aydın oğlu Yüzbəyov 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini Tarixdə bu gün - 3  maypozması nəticəsində şəhid olub.
Əmrah Yüzbəyov 1997-ci ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində anadan olub.
Əsgər Əmrah Yüzbəyov 2016-cı ilin mayın 3-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 4-ü isə Əmrah Yüzbəyov doğulduğu Xaçmaz rayonunun Hacıməmmədoba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Yüzbəyov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Əmrah Yüzbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Bayramlar və xüsusi günlər

Tarixdə bu gün - 3  may3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür.
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb.
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox mötəbər beynəlxalq qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

Türkçülük Günü

Türkçülük bayramının keçirilməsinin tarixi 73 il öncəyə gedib çıxır. Bu tarixi gün ilk dəfə 1945-ci il mayın 3-də Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb. Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunmaqdadır. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparsılan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub. Həmin gündən etibarən, bu bayram Turan ideyasının daşıyıcıları arasında keçirilməkdədir.

 

Tarixdə bu gün - 3  may


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz