» » Tarixdə bu gün - 24 aprel

Tarixdə bu gün - 24 aprel

 
 
24 aprel

İlin 114-cü (uzun illərdə 115-ci) günü.

Mühüm hadisələr:

2004 – Kiprdə referendum keçirildi.
2007 – Rəcəb Tayyib Ərdoğan Abdullah Gülü prezidentliyə namizəd olaraq göstərdi.

Doğum günləri:

1907– Şair, tərcüməçi Abdulla Musa oğlu Əfəndiyev Azərbaycanın Göyçay rayonundakı Poti kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış ,
Tarixdə bu gün - 24 aprelsonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur. Ailə vəziyyətinə görə bir ildən sonra Bakıdakı Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna dəyişilir . Eyni zamanda, ali məktəblərin fəhlə fakültələrində, "Kommunist" qəzeti redaksiyasında işləyir. Nərimanov adına texnikumda müəllim, maarif şöbəsində pedaqqji kabinetin müdiri olur. "Qızıl Şərq" mətbəəsində Baş mətbuat idarəsinin nümayəndəsi işlədiyi il. Sovet Ordusuna xidmətə çağınlır. Sonra Baş mətbuat idarəsində çalışır. Qısa fasilələrlə "Ədəbiyyat qəzeti" və "Şərq qadını" jurnalları redaksiyalarında, Azərnəşrdə işləyir. İkinci dünya müharibəsi dövründə kiçik leytenant rütbəsində cəbhədə iştirak edir. "Sovet Gürcüstanı", "Qızıl əsgər" cəbhə qəzeti səhifələrində mübariz şeirləri dərc olunur. "Qara Məmməd" (5 pərdəli 15 şəkilli) mənzum pyesini, "Otuz qəhrəman" poemasını bu dövrdə qələmə alır. N.A.Nekrasov, İ.Franko və digər sə-nətkarların əsərlərini tərcümə edir. 1944-cü ildə Taqanroq ətrafında döyüşlərdə həlak olmuşdur.
Həyatdan erkən gedən şairin ədəbi irsi ilk dəfə 1987-ci ildə "Qəlbimin sahilsiz dalğaları" adlı kitabda toplanıb.
1930-cu illərdə, sovet rejiminin ən sərt dövründə latın əlifbasından kirilə keçidi tənqid edərən A.Faruq əsl ziyalı mövqeyi ortaya qoyub. Əlifba islahatı ilə bağlı etirazına görə cəzalandırmaq üçün Böyük Vətən Müharibəsinin başlandığı ilk günlərdəcə sovet rejimi onu cəbhəyə göndərir.
Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şairin bioqrafik məlumatı ilə birlikdə "Üfüqlər qızaranda", "Mübarizə yollarında", "Dalğalar", "Talış dağları", "Yarış", "Qartallar", "Qızıl əsgər" kitabları mühafizə olunur.

1911—Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, SSRİ Dövlət Tarixdə bu gün - 24 aprelmükafatı laureatı Azərbaycan KP MK-nın ikinci katibi Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji - kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-1946 və 1954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir. 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır. 1959-1970-ci illərdə Az-ETİ (NÇ)-nın, daha sonra 1970-1977 illərdə AzETLİ-nin direktoru olmuşdur. 1977-1985 illərdə Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda "Regional geologiya və tektonika" şöbəsinin müdiri olmuşdur.
Ələşrəf Əlizadə 1985-ci il 23 martda Bakıda vəfat etmişdir.
Akademik Ə. Əlizadə 1938-1948 illərdə Azərbaycan SSR EA akad. İ. M. Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının üzvü olmuşdur. 1944 ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi" mövzusunda dissertasiya müdafiə edib. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946 ildə isə kiçik həcmli-elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Ə. Əlizadə Azərb. SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuşdur. Türkmənistan SSR-də apardığı tədqiqatlar nəticəsində Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmiş, Akçaqılın faunasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında xidmətləri var. Akademik Ə. Ə. Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 500-dən artıq elmi əsərin müəllifidir. "Yer və zəlzələlər", "Azərbaycanın Açıqgölü", "Türkmənistanın Açıqgölü", "Azərbaycanın Sarmatı", "Azərbaycanın paleogen yataqları" və s əsərlərin müəllifidir. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü , Qubkin adına mükafatın laureatıdır. SSRİ Ali Sovetinin deputatı olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı orden və medallarla təltif edilmişdir.
 
1938— Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Xalq artisti, "Şöhrət" ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı
Tarixdə bu gün - 24 aprelHəsənağa Səttar oğlu Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.
2003-cü ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb.[3] "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

Tarixdə bu gün - 24 aprel1945— Azərbaycan kinorejissoru, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Məmməd oğlu Qasımov Naxçıvanda anadan olub.
M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.
Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib.
Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu.
Filmoqrafiya
"Əhməd haradadır?” (film, 1963)
"Cazibə qüvvəsi” (film, 1964)
"İnsan məskən salır” (film, 1967)
"Axırıncı aşırım” (film, 1971)
"Qatır Məmməd” (film, 1974)
"Ver verim” (film, 1974)
"Ürək... Ürək...” (film, 1976)
"Otel otağı” (film, 1998)
"Əlavə təsir” (film, 2010)

 
Tarixdə bu gün - 24 aprel1953 — Memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Hüseyn qızı Məmmədova
Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir.
1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir.
Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir.
1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.
2000-2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur.
1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 2006-cı ildə ona "Azərbaycan Respublikası Əməkdar Memarı" fəxri adı verilmişdir.

1986— Azərbaycanlı müğənni Amil Həsən oğlu Məmmədov 24 aprel 1986-cı ildə Baklda anadan olub. Bakı şəhəri Suraxanı rayonu 282 saylı orta məktəbdə təhsil alıb.
Bül-bül adına orta ixtisas musiqi məktəbində Orta ixtisas təhsili alıb.
Bakı Musiqi Akademiyasının solo oxuma kafedrasında ali təhsil almışdır.
2009 ildən Daxili İşlər Nazirliyin Daxili Qoşunlarının nümünəvi göstərici hərbi orkestirində çalışır.
1997-ci il - Bakıda keçirilən "Dan ulduzu”mahnı müsabiqəsinin diplomantı, 1998-ci ildə isə qalibi;
1998-ci il - Albaniyada keçirilən beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi və "Büllur qönçə” mükafatının sahibi;
1998-1999-2000 -ci illər - Qırğızıstanda keçirilən beynəlxalq musiqi festivallarında çıxış;
1998-ci il - Azərbaycan Prezidenti Heydər Əliyevin London səfəri zamanı, Azərbaycan incəsənət ustaları ilə birlikdə Londonun böyük konsert salonlarında uğurlu çıxış;
1998-ci il - Azərbaycan Prezidenti Heydər Əliyevin təsis etdiyi gənc istedadların "Qızıl kitabına” adı yazılmaqla prezident təqaüdünə layiq görülmə;
1999-cu il - Qazaxıstanda keçirilən "Bostorğay” Beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi,
1999-cu il - Ukraynanın Simferopol şəhərində keçirilən "Şəlalə” Beynəlxalq televiziya mahnı müsabiqəsində 1-ci yerin qalibi və "Qızıl mikrafon” mükafatının sahibi;
1999-cu il - Moskvada keçirilən Azərbaycan mədəniyyət günlərində uğurlu çıxış;
1999-cu il - ABŞ-nın Havay adalarında Amerika gənclərinin 1000 illik forumunda uğulu çıxış;
1999-cu il - ilk audio albomun təqdimatı;
2000–ci il - Şimali Kipr Türk Cümhuriyyətinin 26-cı ildönümü ilə bağlı konsertlərdə çıxış;
2001–ci il - Azərbaycanda keçirilən "Qızıl mikrafon” müsabiqəsində ilin "Gənc istedadı” nominasiyasının qalibi və "Qızıl mikrafon” mükafatının sahibi;
2001-ci il - Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq musiqi festivalının diplomantı;
2001-ci ilin 23 martı - ilk solo xeyriyyə konserti ilə kimsəsiz və əlil uşaqlar üçün Şəhriyar adına mədəniyyət sarayında çıxış;
2002-ci il - "Taleyimin şəhəri” ı ikinci albomun işıq üzü görməsi;
2004 -cü il - Moskvada "Lukoyl” şirkətinin keçirdiyi musiqi müsabiqəsində "Qızıl Səs” diplomuna layiq görülmə;
2004-cü il - Azərbaycan Respublikasın Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayevin adından Fəxri Fərmanla təltif edilmə;
2005-ci il - "Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyinin fəxri üzvü seçilməsi;
2005-ci ilin 30 iyunu - Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında sabiq prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsertdə müvəffəqiyyətli çıxış;
2005-ci il - 843-saylı Hərbi hissə komandiri F.Məmmədov tərəfindən Fəxri Fərmanla təltif edilmə;
2005-ci il - C.Naxçivanski adına Hərbi liseyin rəisi M.Almasov tərəfindən Fəxri Fərmanla təltif edilmə;
2005-ci il - Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev tərəfindən dövlət gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə fəal iştiraka görə Diplomla təltif edilmə;
2005-ci il - Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Siyasəti və İdarəçilik akademiyasının rektoru tərəfindən Fəxri Fərmanla təltif edilmə;
2006-cı il - Gənclər təşkilatlarının inkişafı yolunda göstərdiyi xidmətlərinə görə Fəxri Diplomla təltif edilmə;
2006-cı il - Moskvada "Lukoyl” şirkətinin keçirdiyi musiqi müsabiqəsində Qrand – pri və "Billur mikrafon” mükafatının sahibi;
2007-ci il - "Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyinin İdarə Heyətinin üzvü seçilməsi;
2007-ci il - "Bizim Gənclik” İctimai birliyi və Bakı Musiqi Akadeyasının Tələbə-Gənclər təşkilatının birgə təşkil etdiyi "Gələcək Gənclərindir” adlı tədbirdə verdiyi dəstəyə görə Diplomla təltif olunma;
2008-ci il - Bakı musiqi akademiyasını müvəffəqiyyətlə bitirmək;
2008-ci il - Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən * 2008-il ərzində Gənclər Siyasəti Sahəsində həyata keçirilən tədbirlərdə fəal iştiraka görə Fəxr
2008-ci il - Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən * 2008-il Ərzində Gənclər arasında Klassik müğənni adına layiq görülmə və Fəxri Fərmanla təltif olunma
2009-cu il - "Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyinin Sədr müavini seçilməsi;
2009-cu il - Bakı şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən ”Bakı Gecələri” adlı mahnı müsabiqəsinin diplomantı
2009-cu ildən bu günə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi orkertrinin Solisti;
2010-cu il - Rusiyanin Çelyabinsk şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərində iştirak və Dövlət İncəsənət Universitetində master dərslərinin keçirilməsi;
2011-ci il - Turkiyənin TRT AVAZ telekanalının dəvəti ilə Konya şəhərinə səfər və bir həftə boyunca həmin kanalda Azərbaycan mədəniyyətinin təbliği Bunlardan əlavə bir çox yerli və xarici qəzet və jurnallarda haqqında məqalələr yazılmış və bir çox dövlət konsetlərində və xeyriyyə tədbirlərində təmənnasız iştirak etmişəm.
2013-ü il Kırğızıstanın Bişkek şəhərində "Meykin Aziya” adlı Beynəlxalq Musiqi müsabiqəsində "OPERA ” müğənnisi adına təltif olunma
2014-ü il Yanvar ayından Azərbaycan Dövlət Musiqili Teatrinın Solisti və Aktyoru
2014-ü il Azərbaycan Dövlət Musiqili Teatrinında "Bu Bizik” adlı tamaşada Əli obrazında ilk aktyor işi
2014-ü il Azərbaycan Dövlət Musiqili Teatrinında Ü.Hacıbəyli "O OLMASIN BU OLSUN” operettasında baş rolun ifaçısı Sərvər obrazında ilk aktyor işi,
2015-ci il Azərbaycan Dövlət Musiqili Teatrinında Rauf Haciyevin "TALELƏR QOVUŞANDA ” əsərində baş rolun ifaçısı ƏLİ obrazında
2016-cı il "Xəyallar” adlı yeni mahnısının təqdimatı.
2017-ci il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bütün N saylı hərbi hissələrində keçirilən tədbirlərdə fəal iştirakı.

Tarixdə bu gün - 24 aprel

 

Vəfat etmişdir:

1934 - Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının
Tarixdə bu gün - 24 aprelüzvü, əməkdar jurnalist və mədəniyyət xadimiŞamil Fərzəliyev (Şamil Xurşud) Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Şamil Xurşud yaradıcılığa kiçik səhnə əsərləri yazmaqla başlamışdır. Ötən əsrin altmışıncı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış etməyə başlamış, bir qədər sonra isə hekayələri, povest və pyesləri işıq üzü görmüşdür. Onun "Özüm və özün" ilk felyetonlar kitabı böyük marağa səbəb olmuş, daha sonra isə bir-birinin ardınca "Azarkeş nənə", "Xəstələr", "Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Bahar yağışları", "Sən tək deyilsən", Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Bəxtiyar deyil" kitabları nəşr olunmuşdur. Müxtəlif illərdə yazdığı səhnə əsərləri Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında, İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Şamil Xurşud Fərzəliyevin "Səndən sonra" kitabı yazıçının ölümündən sonra "Şərq-Qərb" nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. Yazıçı və onun yaradıçılığı haqqında Azərbaycanın görkəmli nasir və şairləri, o cümlədən xalq yazıçısı Əli Vəliyev, xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, akademik Fəraməz Maqsudov, şairlər Rəfiq Zəka Xəndan, Məmməd Aslan, Flora Xəlilzadə, Hidayət, xalq artisti Ağakişi Kazımov, əməkdar incəsənət xadimi Cəmil Əlibəyov, yazıçı-publisist Yusif Kərimov, şair Şahmar Əkbərzadə, yazıçılar Əlfi Qasımov, İsmayıl Qarayev, Nahid Hacızadə, Əmir Mustafayev, əməkdar jurnalistlər Şakir Yaqubov, Vaqif Bayramov və onlarca digər tanınmış qələm sahibləri qiymətli fikirlər söyləmişlər. "Qızıl qələm" mükafatı laureatı olmuş və bir sıra Fəxri Fərman və medallara layiq görülmüşdür.

2012 –Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissoru" kafedrasının
Tarixdə bu gün - 24 aprelmüdiri, professor işləmiş Vəliyev Tariyel Təyyar oğlu İmişli rayonunda anadan olmuşdur. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olmuşdur. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. Rejissor öncə yalnız 1-ci filmi çəkməyi planlaşdırıb, lakin "Səni axtarıram" efirdə yayımlanandan sonra AzTV-yə çoxsaylı tamaşaçılar ardı-arası kəsilməyən məktublar yazır və beləliklə 2-ci hissə "Bağışla" çəkilir. Eyni hal yenidən baş verir, tamaşaçılar Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) qovuşmağını arzulayır. Beləliklə 3-cü hissə "Səndən xəbəriz" çəkilir. Bir-birinin ardınca İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib. Bundan başqa Azərbaycan prezidenti Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyilə bağlı "Xalqa həsr olunmuş ömür" televiziya verişinin, Qurtuluş günü ilə bağlı "Xilas günü", eləcə də "Heydər Əliyev-75", "Əbədiyyət" verilişlərinin, "Ata" klipinin (musiqisi və ifası Niyaməddin Musayevin, sözləri Fikrət Qocanın), Yeni il və Novruz bayram proqramlarının quruluşçu rejissoru olmuşdur.
1988-ci ildən etibarən həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, sonradan "Kinoşünaslıq" kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Daha sonra universitetdə "Televiziya Rejissoru" kafedrası yaradılır. 2007-ci ildən Tariyel Vəliyev kafedranın müdiri təyin olunur. Ömrünün son günlərinə kimi bu kafedrada çalışıb, professor idi. Tariyel Vəliyev yüksək mədəniyyətə sahib gözəl müəllim-pedaqoq idi. Onun yetişdirdiyi onlarca tələbələr bu gün Azərbaycan teleməkanında müxtəlif kanallarda rejissor, operator, aparıcı, baş rejissor və s. vəzifələrdə çalışırlar.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz