» » Tarixdə bu gün - 23 aprel

Tarixdə bu gün - 23 aprel

Müəllif: Vüsal от 23-04-2018, 00:15


23 aprel

İlin 113-cü (uzun illərdə 114-cü) günü.

Doğum günləri:

1922 –Musiqiçi, Azərbaycan Respublikasının Əməkdar artisti, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yara dıcısı Aida Tarixdə bu gün - 23 aprelHəmdulla qızı Abdullayeva Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir.
1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.

1938 – filologiya elmləri doktoru, professor Əjdər Tağı oğlu İsmayılov  Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur.
Tarixdə bu gün - 23 aprel1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filoloqiya fakültəsini bitirmişdi. 1963-1965–ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdu.
1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur.
1969–cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", ”Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə etmişdir.
1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamışdır. Burada ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəinin Zarvan ("Avesta”) fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk "Tənzimat ədəbiyyatı” başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığı demonizm kontekstində araşdırılıb. Kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri araşdırılmışdır. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir.
H.Cavidi dünya ədəbiyyatının nəhəngləri ilə eyni sırada görməyən, o biri tərfdən demonologiya fəlsəfəsini dərk etməkdə çətinlik çəkən məşhur alimlərimizə cavab olaraq, 1988-ci idə Moskvadan və Gürcüstandan dəvət edilmiş dünya ədəbiyyatı üzrə məşhur beş mütəxəssis alimin Müdafiə Şurasında etdikləri müsbət çıxışları və xüsusən moskvalı rəsmi opponent professor A.L.Şteynin: "Biz romantizm ədəbiyyatı mütəxəssisləri bu dissertasiyayadək dünya romantizminin XIX əsrdə sona yetdiyi fikirindəydik, sən demə XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış” - dediyi sözlər keçmiş Sovetlər Birliyində ədəbiyyatşünaslıqda və fəlsəfədə ilk dəfə demonizm problemindən, onun fəlsəfi-estetik və siyası dəyərlərindən danışan dissertasiyanın qabağını xudpəsəntcəsinə kəsməyə çalışan bizim məşhurlara tutarlı cavab oldu.
1961–ci ildə ADU-nu bitirib, anadan olduğu dogma kəndində, Çomaxtur kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Çomaxtur kənd səkkiz illik məktəbində yenidən müəllimlik fəaliyyətinə başlayaraq 1974-1977-ci dərs ilində özünün şəxsi təşəbbüsü ilə səkkiz illikdən orta təhsilə çevirilən və müasir tədris avadanlığı ilə təchiz edilmiş iki mərtəbəli məktəb binasının inşasında müstəsna xidməti olmuş və məktəb direktoru işləmişdir.
1977-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna dəvət edilmiş, Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur (1994–cü ilə qədər).

1965—Tanınmış nasir , yazışı, journalist, ehtiyatda olan ədliyyə mayoru Rövşən Yerfi (Həsənli Rövşən Həsənbaba oğlu) Quba rayonunun Yerfi kəndində anadan Tarixdə bu gün - 23 aprelolmuşdur.
1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.
1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuşdur, istefada olan ədliyyə mayorudur.
2014-2015-ci illərdə kitab redaktorluğu işi ilə məşğul olmuş, altmışadək kitabın nəşrində (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir.
1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. Yaradıcılığının mühüm hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Sanitarlar", "Həbsxana bənövşəsi" pyesləri və 7 hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir.
Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003)), məhbəs pyesi ("Sanitarlar" (2017)), qadın həbsxanası haqqında povest ("Qadın düşərgəsi” (2006)), pyes ("Həbsxana bənövşəsi”(2013)) və HIV təhlükəsi barədə hekayə ("HIV qasırğası”(2007)) yazmışdır. Eyni zamanda ilk dəfə Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.
Beş kitab redaktorudur. Əsərləri "Kaspi" qəzetində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 4 topluda çap olunmuşdur. Esse, memuar, hekayə və povestləri ondan çox saytlarda, o cümlədən, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 10 elektron kitabı yayımlanır.

1967—Azərbaycan Respublikasının Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçala rayonunda anadan olub.
Tarixdə bu gün - 23 aprel1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu teatrda beş tamaşada rol alıb. Həmin səhnə obrazları aşağıdakılardır:
Gültəkin ("Aydın", Cəfər Cabbarlı),
Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu),
Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə),
Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə),
Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya).
1993-cü ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. 
Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalarda  da müxtəlif obrazlar yaratmışdır:
Jalə ("Yad qızı", Orxan Kamal),
Əfsanə ("İtkin gəlin" Əlibala Hacızadə),
Cavidan ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin),
Sara ("Apardı sellər Saranı", Kəmalə Ağayeva),
Xurşidbanu Natəvan ("Güllələnmiş heykəllər", Hüseynbala Mirələmov)
2014-cü ildə Cəfər Cabbarlı adına Mükafata layiq görülüb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildəPrezident Mükafatına layiq görülmüşdür.

1972— Azərbaycan Əməkdar artisti Rafael Çərkəz oğlu İsgəndərov Bakı şəhərində anadan olub. Ailəsi əslən Bərdəlidir. 1979-cu ildə Bakıda 201 saylı orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Mədəniyyət və İncəsənət İnstituna daxil olub. Orada Gülşad Baxşıyeva, Şəfiqə Məmmədova, Şahmar Ələkbərov və Fuad Poladov kimi aktyorlardan dərs alıb. 3-cü kursda ikən Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrına aktyor kimi işə götürülüb.
Geniş tamaşaçı kütləsinə daha çox "Bu şəhərdə" layihəsindən tanışdır.
 baş direktoru Adil Bağırov Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, Tarixdə bu gün - 23 aprelbeynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında "Beynəlxalq munasibətlərin və dunya siyasətinin qloballaşmasında internet faktoru” movzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunda "Rusiya-Amerika munasibətlərində və dunya siyasətində neft-qaz faktoru” movzusunda dissertasiya mudafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xususi muşaviri və ABŞ-ın Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətci olub. 2004-cu ildən Umumdunya Enerji Strategiyasının Beynəlxalq İşlər uzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-da qeyri-hokumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsiscisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hokumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ Turkiyə Şəbəkəsi(USTN) qeyri-hokumət təşkilatının baş direktoru və həmtəsiscisidir. Hazırda ABŞ-ın Vaşinqton şəhərində yaşayır. 50-dən artıq elmi məqalənin muəllifidir. 15-dən cox elmi konfransda cıxış edərək,dunya ictimaiyyətinin diqqətini muasir dovrun aktual problemlərinə, o cumlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsinə cəlb etməyə calışıb. Azərbaycan diasporunun ən nufuzlu təşkilatlarından biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi” medalı ilə təltif olunub.

Vəfat etmişdir:

Tarixdə bu gün - 23 aprel1945 — Sovet İttifaqı Qəhrəmanı Məstan Aslan oğlu Əliyev 27 yaşında faşizmə qarşı mübarizədə qəhrəmancasına həlak olmuşdur.
Məstan Əliyev 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuşdur. 
   Kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cü ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu.
Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi.
Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu.
Ona 1945-ci il mayın 31-də Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Almaniyada dəfn edilmişdir.
Sovet İttifaqı Qəhrəmanı Məstan Aslan oğlu Əliyevin   bir vaxt müəllim işlədiyi  doğma kəndinin məktəb   indi onun adını daşıyır. Məktəbin qarşısında qəhrəmanın büstü qoyulmuşdur.

2011 — Dövlət və ictimai xadim,1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı, 1992, 1993, 1995-ci Tarixdə bu gün - 23 aprelillərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuş Anar Camal oğlu Məmmədxanov 40 yaşında vəfat etmişdir. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. "Ultra Production” şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub.
Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuşdur.
Evli idi, 3 övladı yadigar qalıb.
2018-ci ildə onun haqqında yazıçı-publisist Elmira Axundova "Anar Məmmədxanov. Kapitanın taleyi" kitabını yazmışdır. Kitabda Anar Məmmədxanovu tanıyan 100-ə yaxın şəxsin xatirələri yer alıb.

1970 — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın akademiki və Azərbaycan SSR EA akademik katibi Tarixdə bu gün - 23 aprelişləmiş Mirəli Seyidəli oğlu Qaşqay 70 yaşında vəfat etmişdir.
Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Akademik M.S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Geokimyəvi tədqiqatlarının nəticələri ona "Azərbaycanın geokimyəvi xəritəsi"ni tərtib etməyə əsas vermişdir.
Onun elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir. O, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf etmiş (A. Məmmədovla birgə) və filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O, respublikada 220-yə mineral və termal mənbələrin olduğu müəyyən etmişdir.
1938-ci ildə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu), 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olmuşdur. Bir neçə illər ərzində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda filiz yataqlarının mineralogiyası, petroqrafiyası və geokimyası şöbəsinə rəhbərlik etmişdir. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır.
Uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır. Rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.
Leninqrad , Moskva, Lvov mineralogiya və geologiya cəmiyyətlərinin üzvü, Böyük Britaniya və İrlandiya , ABŞ mineralogiya cəmiyyətlərinin həqiqi üzvü, Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. İran , Meksika , İngiltərə İsveçrə, Çexoslovakiya , Danimarka, Norveç, Hindistan , Bolqarıstan , Türkiyə ABŞ və b. ölkələrdə beynəlxalq geoloji konqreslərdə və simpoziumlarda çıxış etmişdir. İsveç sülh konfransının iştirakçısı olmuşdur. "Qırmızı Əmək Bayrağ”, "Şərəf nişanı”, "Oktyabr İnqilabı” ordenləri və medallarla təltif olunmuşdur.
M.Ə. Qaşqay böyük elmi irs qoymuşdur. Onun 600-dən çox elmi əsəri və 35 monoqrafiyası çap olunmuşdur. "Azərbaycanın əsas və ultraəsas süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı" kimi fundamental əsərlərin müəllifidir. 10 elmlər doktoru və 50 elmlər namizədi hazırlamışdır.
Mərhum akademik Bakıda I Fəxri Xiyabanda dəfn olunub.
Tanınmış tarixçi-alim Solmaz Qaşqay və coğrafiya elmləri doktoru Rəna Qaşqayın əmisidir.

Tarixdə bu gün - 23 aprel1990— Göyçəli ustad aşıq İmamquluyev Əli Əşrəf oğlu (İman Əlisi) 63 uaşında Naftalanda vəfat etmişdir.
Aşıq Əli 1927-ci ildə Göyçə mahalının Zərzibil (indiki Zərkənd) kəndində dünyaya gəlib. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Növrəs İmanın bacısı oğludur.
Kiçik yaşlarından saza-sözə maraq göstərən Aşıq Əli uzun illər Aşıq Talıb və Aşıq Nəcəfin yanında şəyirdlik etmiş, bu sənətin sirlərini dərindən mənimsəmiş və el arasında kamil bir aşıq kimi tanınmışdır. O da öz növbəsində bir çoxlarına ustad olmuş, saz sənətinin incəliklərini onlara öyrətmişdir.
Təkcə onu demək kifayətdir ki, sazın füsunkar sədaları ilə bülbülü dilə gətirən Aşıq Ədalət Nəsibov Aşıq Əlinin şəyirdidir.
O sonralar 1942-ci ildən Goranboy rayonunun Qızılhacılı kəndinə gəlmiş, oradan da Naftalan şəhərinə getmiş, orada binə bərkitmişdir.
Aşıq Əli 1990-cı il aprelin 23-də Naftalan şəhərində vəfat etmişdir.
Aşıq Ələsgərin qardaşı nəvəsidir.
Növrəs İmanın bacısı oğludur.

Tarixdə bu gün - 23 aprelНиколаевич Ельцин )2007 —Rusiya dövlət xadimi və siyasətçisi, Rusiya Federasiyasının ilk Prezidenti (1991—1999). Rusiya hərbi naziri (1992) olmuş Boris Yeltsin ( Борис  76 yaşında vəfat etmişdir.
Boris Yeltsin 1931-ci il fevral ayının 1-də Sverdlovsk vilayətinin Butka kəndində anadan olub.
1955-ci ildə Ural Politexnik İnstitununu bitirib.
O, Kommunist partiyasının Sverdlov vilayəti komitəsinin birinci katibi işləmiş, sonradan Moskvaya, partiya işinə göndərilmişdi. Orada Yeltsin SovİKP Mərkəzi Komitəsinin inşaat şöbəsinin rəhbəri, sonradanMərkəzi Komitənin katibi və nəhayət Moskva şəhəri komitəsinin rəhbəri işləmişdi.
1987-ci ildə SSRİ-nin o dövrdəki partiya rəhbərliyinin tənqidinə görə vəzifəsindən kənarlaşdırılımış və siyasətə bir daha 1989-cu ildə, yenidənqurma və islahatlar dövründə qayıtmışdı. O zamankı ilk demokratik seçkilərdə o SSRİ Ali Sovetinin xalq deputatı seçilmişdi.
1990-cı ildə Yeltsin SovİKP-ni tərk etdi. 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçildi.
Həmin ilin avqustunda "QKÇP" adı ilə tarixdə qalmış qiyamın qarşısını alaraq əvvəlki SSRİ dövrünə qayıdış ehtimalını aradan götürdü.
1994 dekabr ayında onun əmri ilə Çeçenistana ordu hissələri yeridilmiş və orada müharibə başlamışdı.
1996-cı ilin noyabr ayında onun ürəyi üzərində şuntlama əməliyyatı keçirildi.
1999-cu il dekabr ayının 31-də Boris Yeltsin istefa verdi və Vladimir Putini özünün xələfi kimi ictimaiyyətə təqdim etdi.
Boris Yeltsin 23 aprel 2007-ci ildə Moskva Mərkəzi Kliniki Xəstəxanasında vəfat edibdir.
2008 — Teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Kamal Xudaverdiyev 69 yaşında vəfat etmişdir.

2008 —Respublikasının Xalq artisti Kamal Xudaverdiyev 69 yaşında vəfat etmişdir. Azərbaycan Respublikasının xalq artisti Akademik Milli Dram Teatrının aparıcı Tarixdə bu gün - 23 aprelaktyorlarından biri idi.
Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda anadan olmuşdur.
Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb.
Kamal Ağahüseyn oğlu Xudaverdiyev
1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində müxtəlif rollar oynayıb.
Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar ifa etmişdir.
Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
23 aprel 2008-ci ildə ürək çatımazlığından həyata gözlərini yumdu. Prezident təqaüdçüsü idi.

2012— Texnika elmləri doktoru , professor, AMEA-nın həqiqi üzvü, Azərbaycanın əməkdar elm xadimi 85 yaşında Bakıda vəfat etmişdir.
Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub.
1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub.
1951-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir. 1960-cı ildən Abasov M.T. Azərbaycan EA sistemində işləyib: 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, direktor işləyib. 2003-cü ildən ömrünün sonuna kimi - Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi olub. 1962-ci ildə Moskva şəhərində ÜETNSİ-da "Qaz-neft və qaz-kondensat yataqlarının işlənilməsinin hidroqazodinamik məsələləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1968-ci ildə Abasov M.T. Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə isə SSRİ EA-nın (hazırda REA) müxbir üzvü seçilib. 1976-1990-cı illərdə Azərbaycan EA-nın Yer haqqında elmlər bölməsinin akademik-katibi, 1990-1997-ci illərdə isə vitse-prezidenti olub. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Şurasının üzvü, Dövlət katibi olmuşdur. O, Beynəlxalq geoekologiya akademiyasının və Beynəlxalq təbiət və cəmiyyət elmləri akademiyasının üzvü, Ümumrusiya elmi-tədqiqat geoloji-kəşfiyyat institutunun (ÜETGKİ) (Sankt-Peterburq ş.) fəxri doktoru idi. 1982-1992-ci illərdə neft və qaz yataqlarının işlənilməsi problemləri üzrə SSRİ EA Elmi Şurasına rəhbərlik etmişdir. O geologiyanın və neft-qaz yataqlarının işlənilməsi problemləri üzrə REA-nın elmi şurasının sədr müavini olmuşdur.
Abasov M.T. - neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində görkəmli alimi və bu sahədə tanınmış elmi məktəbin banisi və rəhbəri olmuşdur. Abasov M.T. neft elminin yeni perspektiv istiqamətlərinin inkişafının proqnozu üzrə dəfələrlə tədqiqatlar aparmışdır. Onun müxtəlif illərdə əldə etdiyi bir çox elmi nəticələr ən əhəmiyyətli elmi nailiyyətlər kimi SSRİ EA və Azərbaycan EA-nın illik hesabatlarına daxil edilmişdir. Abasov M.T. Azərbaycanda bir sıra karbohidrogen yataqlarının ilk kəşfiyyatçılarından biri olmuşdur.
Elmi tədqiqatların sahəsi: neft və qaz yataqlarının işlənilməsi və onların layihələndirilməsinin əsas prinsiplərinin inkişafı; qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin nəzəri əsaslarının və üsullarının yaradılması; neft və qaz yataqlarının, onların istismarının müxtəlif texnoloji şəraitlərində və çoxsaylı yataqlar üçün ilk dəfə olaraq işlənilməsinin texnoloji göstəricilərinin müəyyən edilməsinin hidroqazodinamiki əsaslarının və yeni üsullarının inkişafı; quyuların yüksək səmərəli hidrodinamiki tədqiqat üsullarının yaradılması; süzülmə nəzəriyyəsinin yüksək dərəcəli fəza məsələlərinin həllinin yeni üsullarının və yollarının işlənilməsi; layların neft veriminin artırılmasının yeni texnologiyalarının yaradılması və quyuların məhsuldarlığının artırılması; neft və qaz yataqlarının yetkin mərhələdə işlənilməsinin səmərəliliyinin artırılmasına yeni yanaşmaların (üsulların) yaradılması; neft-qaz hasilatının müxtəlif proseslərinin riyazi modelləşdirilməsi prinsipləri və üsullarının müəyyənləşdirilməsi; neft-qaz resurslarının mənimsənilməsinin çoxvariantlı və çoxfaktorlu layihələrinin həyata keçirilməsi zamanı qərar qəbul edilməsi prosesinin optimallaşdırılmasının iqtisadi-riyazi modellərinin işlənilməsi.
Onun rəhbərliyi altında bir çox neft şirkətləri ilə birgə ETİ aparılmışdır. 1992-ci ildə YUNOKOL şirkətinin elmi mərkəzi ilə birgə (şərikli) icra edilmiş iş, Azərbaycanın tarixində Azərbaycan və ABŞ-nın elmi təşkilatlarının ilk elmi layihəsidir.
Midhət Abasov 1991-ci ilin dekabrından AXC hakimiyyəti dövrünədək dövlət katibi vəzifəsini tutub.
1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M.Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləyib.
1982-ci ildə Abasov M.T. "Azərbaycanın dəniz qaz-kondensat yataqlarının ehtiyatlarının qiymətləndirilməsi və işlənilməsinin layihələndirilməsinin elmi üsulları kompleksinin işlənilməsi və istehsalata tətbiqi" işinə görə Azərbaycan Dövlət mükafatı, 1985-ci ildə isə "Mürəkkəb dağ-geoloji şəraitlərdə çoxlaylı neft və qaz yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik üsulları kompleksinin yaradılması və tətbiqi" işinə görə akad. İ.M.Qubkin adına mükafatın laureatı olub. O, "Azərbaycanın əməkdar elmi xadimi", "SSRİ fəxri neftçisi", "SSRİ qaz sənayesinin fəxri işçisi" adlarına layiq görülüb, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, "SSRİ İxtiraçısı" döş nişanı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
23 aprel 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş dövlət naziri, akademik Midhət Abbasov uzun sürən ağır xəstəlikdən 86 yaşında vəfat edib. 24 aprel 2012-ci ildə dəfn olunmuşdur.
Uzun illər ərzində Abasov M.T. SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri bölməsinin bürosunun, Dünya neft konqreslərində iştirak üzrə komitənin və SSRİ Milli geoloqlar komitəsinin, Neft yataqlarının işlənilməsi üzrə Mərkəzi komissiyanın və SSRİ neft sənayesi nazirliyi Texniki şurasının bürosunun, SSRİ qaz sənayesi nazirliyi Texniki şurasının, Yanacaq-energetika kompleksi üzrə SSRİ Nazirlər Soveti bürosunun elmi-texniki şurasının, SSRİ Lenin və Dövlət mükafatları üzrə komitənin dağ elmləri seksiyasının tərkibinə daxil olub, SSRİ Neft sənayesi nazirliyində SSRİ EA-nın daimi nümayəndəsi, bir neçə elmi nəşrlərin redkollegiyalarının üzvü olub. Abasov M.T. 660-dan artıq elmi məqalənin və 16 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Onun rəhbərliyi altında 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanıb.

2017 —Azərbaycan mədəniyyətinin görkəmli alimi, Xalq artisti, sənətşünaslıq doktoru, professor Zöhrabov Ramiz Fərzulla oğlu 78 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 23 aprelRamiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir.
Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir. Alimin tədqiqatları, eləcə də Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edir. Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici ölkələrdə nəşr olunaraq müxtəlif alimlər tərəfindən mötəbər mənbə kimi qəbul edilmişdir.
Ramiz Zöhrabov ölkəmizdə və onun hüdudlarından kənarda beynəlxalq simpoziumlarda, konfranslarda muğam sənətinə dair dərin məzmunlu çıxışları ilə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil etmişdir. Milli mədəni nailiyyətləri müxtəlif səviyyələrdə daim tanıtmağa çalışan alim uzun illər ərzində apardığı silsilə radio və televiziya verilişləri ilə musiqisevərlərin rəğbətini qazanmışdır. Yarım əsrə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş Ramiz Zöhrabov respublikada musiqişünas alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Alimin rəhbərliyi ilə sənətşünaslıq sahəsində bir çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində mühüm xidmətləri vardır. Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1990-cı ildə Əməkdar incəsənət xadimi və 2008-ci ildə Xalq artisti fəxri adlarını almış, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilmişdir.
Ramiz Zöhrabovun oğlu rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var idi.

Bayramlar və xüsusi günlər:

23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı günüdür.
Çünki bu tarix Türk millətinin iradəsini təmsil edən Birinci Böyük Millət Məclisinin açıldığı və Türk xalqının suverenliyini elan etdiyi tarixdir. Milli Suverenlik və Uşaq Bayramı da bu andan sonra ənənəvi olaraq qeyd edilməyə başlanmışdır. Vaxtilə "Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk bu bayrama müstəsna əhəmiyyət vermişdir.
Atatürk 23 Aprel 1924-də 23 Aprel gününün bayram kimi qeyd olunmasına qərar vermişdir. Bu tarixdən 5 il sonra 23 Aprel 1929-da Atatürk bu bayramı uşaqlara hədiyyə etmişdir və 23 Aprel 1929-ci ildə ilk dəfə Uşaq Bayramı kimi qeyd olunmağa başlanmışdır. 1979-da, yenə ilk olaraq altı ölkənin iştirakı ilə beynəlxalq arenaya çıxarılan bu milli bayram, ortalama olaraq hər il qırxın üzərində ölkədən gələn və Türk uşaqlarının qonağı olan xarici ölkə uşaqları da iştirak edir. Dünyada uşaqlara bayram hədiyyə edən və bu bayramı bütün dünya ilə bölüşən ilk və yeganə ölkə Türkiyədir.
Türk millətinin könlündə, onun dövlət müstəqilliyinin sarsılmaz ifadəsi kimi ən əhəmiyyətli yeri işğal edən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı, hər il Türkiyədə və xaricdəki nümayəndəliklərdə, bütün müəssisələrdə, məktəblərdə və hər evdə müxtəlif tədbirlərlə qeyd edərək milli birliyin birləşmiş ifadəsini təmsil edir. Atatürkün düşüncəsində uşaqlar, millətin gələcəyidir. Onlara duyduğu sarsılmaz inamın və böyük sevginin ifadəsi olaraq, milli bayram olan 23 Apreli uşaqlara ərməğan etmişdir. Türkiyə tariximinin qürur dolu səhifələrinin yeni nəsillərlə öyrənilməsi və Türk Dövlətinin davamını əmanət edəcəyimiz yeni Cumhuriyyət gözətçilərinin bu şüurla yetişməsi məqsədilə 23 Aprellər, mühüm bir vasitədir.
Atatürk deyir ki: "Bütün dünya bilməlidir ki artıq bu dövlətin, bu millətin başında heç bir qüvvə yoxdur, heç bir məqam yoxdur. Yalnız bir qüvvə var. O da milli hakimiyyətdir. Yalnız bir məqam var. O da millətin ürəyi, vicdanı və mövcudluğudur".

 

Tarixdə bu gün - 23 aprel

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz