» » Tarixdə bu gün -22 aprel

Tarixdə bu gün -22 aprel

Müəllif: Vüsal от 22-04-2018, 00:15
 
22 aprel

İlin 112-ci (uzun illərdə isə 113-cü) günüdür.

Mühüm hadisələr:

1724 – Alman filosofu Emmanuel Kant anadan olub.
1994 - Azərbaycan Respublikası Əlcəzair ilə diplomatik əlaqələr qurmuşdur.

Doğuml günləri:

1894— Aktyor, Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə "Səadət" Tarixdə bu gün -22 aprelməktəbini bitirib.
Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib.
Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov ("Məhəbbət", Mirzə İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", Sabit Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Cəlal, Soraq kişi ("Həyat" və "Yaxşı adam", Mirzə İbrahimov), Qənimət ("Cavanşir", Mehdi Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Usta Murad ("İldırım", Cabbar Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcmda", İslam Səfərli), İmran ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Savalan ("Dağlar qızı", Adil Babayev), Vasin ("Tanya", Aleksey Arbuzov), Kapitan ("Köç", Cavad Fəhmi Başqut), Luka Lukiç ("Müfəttiş", Nikolay Qoqol), Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Petruşin ("Canlı meyit", Lev Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", Bratislav Nuşiç), Houkinis ("Şeytanın şagirdi", Bernard Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", Hüseyn Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Maytreya ("Hind gözəli", Yuri Osnos və Vladimir Vinnikov), Almurad ("Mənim günahım", İlyas Əfəndiyev) rollarında çıxış edib. Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib. Aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 4 dekabr 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb
Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib.
Məzarı ikinci Fəxri xiyabandadır.

Tarixdə bu gün -22 aprel1909 —  Sovet İttifaqı Qəhrəmanı Müseyib Abdulla oğlu Allahverdiyev Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır.
1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir.
Böyük Vətən müharibəsində batalyon komandiri olub. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir.Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M.Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir.
Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.
19 may 1969-cu ildə vəfat edib.
Qazax avtovağzalının qarşısında büstü qoyulub.

1911 — Görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev oğlu naxçıvanın Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Tarixdə bu gün -22 aprel
3Narıngül xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur .
1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.
Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək "Xalq qəzeti”nin ("Kommunist») bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).
Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. O, "Qafqazın müdafiəsinə görə”, "1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə”, "Böyük Vətən müharibəsinin 30 illiyi” medalları və "Xalqlar dostluğu” ordeni ilə təltif olunub.
Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.
Hüseyn Əliyevin "Göygöl mənzərələri” adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.
Hüseyn Əlirza oğlu Əliyev 25 may 1991-ci ildə vəfat edib.

Tarixdə bu gün -22 aprel1942 — Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq Həsən Abbasqulu oğlu Əbluc Təbrizdə anadan olub.
Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib.
Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib.
Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.
Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.
Ənvər Əbluc оnun haqqında "Həsən Əbluc" filmini lentə alıb.

1946 — Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırov Ağdamda anadan olub.
Tarixdə bu gün -22 aprelO, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı.
Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda Ağdam - Cəbrayıl oynunda kapitan olmuşdur.
1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir.
1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər. Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyat görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
" Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik. "
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etmiş və 10 düşmən əsgərini əsir götürmüşdür.
Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı
1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur. Tankist Sevil Abbasovanın sözlərinə görə onu "ancaq sənədlərindən tanıya bildik."
Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.
Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var.

1946 — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı (1990-1991) Eldar Teymur oğlu BağırovAğdam rayonunda anadan olub. 1988-89-cu illərdə Azərbaycan Tarixdə bu gün -22 aprelXalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlamışdır. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olmuşdur.
Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını Eldar Bağırov Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancmışdır. 1991-ci il oktyabrın 4-də yaradılmış 745 saylı 790 nəfərlik batalyona Eldar Bağırovun adı verilir. Batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir.
1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Eldar Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. Ailəli idi, 2 qız övladı var.

Tarixdə bu gün -22 aprel1955— Sevilən şair, tədqiqatçı İlqar Qafur oğlu Süleymanlı (İlqar Bizəban) Bakının Xırdalan kəndində (əslən Novxanlı) ziyalı ailəsində doğulmuşdur.
1944-cü ildə atasının Xırdalan kənd məktəbinə direktor təyinatı ilə əlaqədar ailəsi Bakıdan Xırdalana köçmüş və orda məskunlaşmışdır.
Orta təhsilini Xırdalan 4 və 1 saylı məktəblərində alıb. Musiqi təhsili (tar) almaqla yanaşı BYST-nin mexanika şöbəsini bitirmişdir.
Ali məktəbə qəbul olunsa da (1976) müəyyən səbəbdən oxumaqdan imtina etmişdir.
Şeirə məktəb illərindən həvəs göstərmiş, yazdıqlarını əruz vəznini gözəl bilən atasından belə gizləmişdir və 2004-cü ilin sonlarınadək buna nail olmuşdur.
Seirləri mətbuatda dərc olunmuş və həmin müddətdən mütəmadi olaraq yaradıcılıqla məşğul olmağa başlamışdır.
2005-ci ildən "Vahid Poeziya Məclisi" və "Məcməüş-şüəranın" üzvüdür.
2014-cü ildə "İlin ən yaxşı şairi: seçilmişdir.

Tarixdə bu gün -22 aprel1961 - Müəllim, şair, tərcüməçi Sevil Məmməd qızı Nuriyeva ( Sevil Gültən) Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Nuriyev Məmməd traktorçu, anası Nuriyeva Gülasta kolxozçu olub. O 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib Xarici Dillər İnstitutunun ( hazırkı Dillər Universiteti) ingilis-dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik” qəzetində çap edilib.1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib. Yasəmən və Gültən adlı iki qızı var.
Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib. "Küsüb getmək istəyirəm dünyadan”, "Ürəyimin göz yaşları” adlı şeir kitablarının, " Uşaqlıq illərimin şəkiləri” adlı esselər kitabının müəllifidir. İngilis dilindən azərbaycan dilinə, azərbaycan dilindən ingilis dilinə çoxlu sayda kitablar tərcümə edib."Qanun" nəşriyyatı və TEAS-PRESS nəşriyyatı ilə əməkdaşlıq edir. Eləcə də, "Kaspi”qəzetində esseləri, tərcümə etdiyi 140-dan çox hekayələr çap olunub və olunmaqda davam edir. Tərcümə ilə bağlı məqalələri, şeirləri, tərcümələri "525-ci qəzet”-də, ” Ulduz” və "Azərbaycan” jurnalında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzrüdür.

1870 — Vladimir İliç Lenin - Sovet lideri.KP (B) partiyasının və Sovetlərin qurucusudur.(ö.21 yanvar 1924)

Vəfat etmişdir:

1980 — İlk azərbaycanlı heykəltəraş qadın, heykəltəraşı Tokay Məmmədovun anası Zivər Nəcəfqulu qızı Məmmədova Bakıda vəfat etmişdir.
Tarixdə bu gün -22 aprel
Şərqin ilk heykəltəraş qadını Zivər xanım Məmmədova 1902-ci ildə Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olmuşdur. O, ilk orta təhsilinə yeddi yaşında "Müqəddəs Nina” qızlar gimnaziyasında başlamışdır. Zivər xanım Şərqin ilk heykəltəraş qadını olmaqla yanaşı həmdə gözəl skripka çalırdı. Üzeyir Hacıbəyov öz sevimli skripkasını ona bağışlamışdır. Zivər xanım 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirmişdir. O, bir müddət S.D. Erziya və P.V. Sabsayın emalatxanasında çalışmışdır. Zivər xanım portret ustası kimi tanınmış və zəngin bir qalereya yaratmışdır. O, hələ tələbəlik illərində Hüseynqulu Sarabskinin büstünü yaratmışdır. Sonralar isə Məhsəti Gəncəvinin, Nizaminin əsərlərinə illüstrasiyalar işləmişdir. 1930-40 illərdə yaratdığı Ə.Əzimzadə, H.Sarabski, M.Əzizbəyov, Sovet İttifaqı Qəhrəmanı İ.Süleymanov, Bəsti Bağırova və b.-nın büst-portretləri, Ü. Hacıbəylinin heykəli (gips, 1950) ən yaxşı işlərindəndir.
Zivər xanımın yaratdığı ilk qadın təyyarəçilərindən olan Leyla Məmmədbəyova və pambıqçı Bəsti Bağırovanın büst əsərləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.Kiçik plastika əsərləri və tətbiqi sənət nümunələri (kasa, vaza, külqabı və s.) də yaratmışdır. Sənətkar dəfələrlə Üzeyir Hacıbəyov obrazına müraciət etmiş, böyük ustadın bir neçə variantda büst və heykəlini yaratmışdır. O, görkəmli pedaqoqun mühazirələrinin dinləyicisi olmuş, bəstəkarın 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində skripka çalmış, 1923-cü ildə "Arşin mal alan” operettasının ilk tamaşasında əsas ifaçılardan olmuşdur. Zivər xanım 1924-cü ildə Həbib Məmmədovla ailə qurur. İlk övladı Gülbəniz xanım, bir il sonra isə gələcəkdə tanınmış heykəltəraş kimi ad qazanacaq oğlu Tokay dünyaya gəlir. Zivər Məmmədova sevimli müəllimi Əzim Əzimzadənin obrazınada müraciət etmişdir.Həmin abidə Fəxri xiyabanda Əzim Əzimzadənin məzarı üzərindədir. Zivər Məmmədova milli heykəltaraşlıq sənətimizin ilk yaradıcılarından sayılır. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların bədii obrazları, daşlaşmış surətlərini yaratmağa böyük əmək sərf etmişdir.

1983 — Azərbaycanlı kimyaçı alim, ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki, texnika elmləri doktoru , Azərbaycan Əməkdar Elm Tarixdə bu gün -22 aprelvə Texnika Xadimi İzzət Mirzəağa qızı Oruczadə (Orucova) 73 yaşında Bakıda vəfat etmişdir.
İzzət Orucova 16 sentyabr 1909-cu ildə anadan olmuşdur.
İzzət Oruczadə V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932-1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) olmuşdur.
Əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir.
Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır.
Orucova həmçinin ilk Azərbaycan kino aktrisalarındandır. O, "Sevil" və "Almaz" filmlərində baş rollarda çəkilmiş, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olmuşdur. Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı” ordenləri və bir sıra medallarla təltif edilmişdir.
İzzət Orucova "Sevil" filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini xatirələrində belə təsvir edir: "Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsini israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: – Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kuliminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.
Nəhayət, "Sevil" filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini C.Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi".
Bundan sonra Cəfər eyni adlı əsəri əsasında "Almaz" filminin ssenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi öz öhdəsinə götürür, rejissor ssenarisini yazır. O, yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl "Sevil" filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir.

Şəxsi həyatı
İzzət Oruczadə 1935-ci ildə qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə həyatı qurmuşdu. Lakin 1937-ci ildə Mövsüm İsmayılzadəni "xalq düşməni" damğası altında həbs edirlər. Əvvəldən həbs olunacağını hiss edən ər dərhal İzzət xanımdan ayrılır. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olur.

1997 – Azərbaycanlı bəstəkar, "Ayrılıq" və "Sizə salam gətirmişəm" kimi məşhur mahnıların bəstəçisi, Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü Təbrizdə vəfat Tarixdə bu gün -22 apreletmişdir.
Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşlər - atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən idi, anası Məşədi Cəvahir isə bakılı idi. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir.
1930-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. 1938-ci ildə Əli Səliminin atası (eləcə də tarzən Adil Axundzadə – Tehran radiosunun solisti və tanınmış xanəndə Mustafa Payan – Tehranın məşhur xanəndəsi) məcburiyyət qarşısında İrana köçməli oldular.
"Sizə salam gətirmişəm" və "Ayrılıq" 1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur.
Əli Səlimi bildirir ki, Rəcəb İbrahimi[ "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şerə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılığ"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.
2007-ci il dekabr ayının ortalarında Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirildi. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Dekabrın 15–16-da Ərdəbildə (Səliminin ata-baba yurdu) görkəmli bəstəkar Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi.
Bayramlar və xüsusi günlər:
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer günü XIX əsrin 40-cı illərindən etibarən bayram olaraq qeyd edilməyə başlanmışdır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq "Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri də əhatə etməsi ilə əlaqədar olaraq bu bayram "Yer günü” adlandırılmışdır.
Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Əgər 1970-ci ildə ilk dəfə Yer gününün qeyd olunmasında 20 milyon insan iştirak etmişdisə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır.
 
  Tarixi gün və bayramlar:
 

 

Tarixdə bu gün -22 aprel

 

Yer günü

Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer günü XIX əsrin 40-cı illərindən etibarən bayram olaraq qeyd edilməyə başlanmışdır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq "Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri də əhatə etməsi ilə əlaqədar olaraq bu bayram "Yer günü” adlandırılmışdır.


Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Əgər 1970-ci ildə ilk dəfə Yer gününün qeyd olunmasında 20 milyon insan iştirak etmişdisə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır.


 

Tarixdə bu gün -22 aprel

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz