» » Tarixdə bu gün - 21 aprel

Tarixdə bu gün - 21 aprel

Müəllif: Vüsal от 21-04-2018, 00:15
 
21 aprel

İlin 111-ci (uzun illərdə 112-ci) günü.

Mühüm hadisələr:

E.ə. 753 – Romul və Rem qardaşları Romanı qurdu.1944 – Fransada qadınlar səs vermə hüququ əldə etdilər.
1944 - Fransada qadınların səs vermə hüququ əldə etməsi.
1978 - Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu) doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilmişdir.
2009 - Dünya Elektron Kitabxanası saytı nın rəsmi açılışı olub.

Doğum günləri:

1931— Azərbaycan pianoçusu, Azərbaycan SSR-nin Xalq artisti (1974), Rusiyanın Əməkdar artisti,"Şöhrət" ordeni laureatı, Tarixdə bu gün - 21 aprelMoskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professor Tamilla Zahid qızı Mahmudova Bakıda anadan olub.. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K.Səfərəliyevanın sinfində alıb.
1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y.Zakın sinfində aspiranturanı bitirib.
1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur. 1954-cü ildən Moskonsertin solisti idi.
Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q.Qarayev, F.Əmirov, C.Hacıyev və A.Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur.
3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdi

1938 — Alim, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Tofiq Hüseyn oğlu Hüseynov
Tarixdə bu gün - 21 aprelAğstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdır.
1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. "Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və "Qan içində” romanı” mövzusunda namizədlik (1975), ”Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı” mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib.
İmişli rayonu və Qazax rayonunun Bəyazatlı kənd məktəblərində müəllim işləmişdir. (1961-1968)
Azərbaycan Milli Ensiklopediyasında redaktor və BDU-da qiyabi təhsil şöbəsinin məsləhət məntəqə müdiri, metodist çalışıb. (1968-1975)
Bakı Dövlət Universitetinin "Müasir Azərbaycan ədəbiyyatı" kafedrasında işləyir (1976-cı ildən)
Ali təhsilin bakalavr pilləsində Müasir ədəbi proses, magistr pilləsində isə Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri və Elmin müasir problemləri fənlərindən dərslər aparır.
121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir.
Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi dərəcəsi alıb, 5 dissertant və aspirantı var.
4 doktorluq dissertasiyasında elmi məsləhətçidir.

Vəfat etmişdir:

1938 — Görkəmli siyasi və dövlət xadimi, publisist Həbib Pirican oğlu Cəbiyev 39 yaşında güllələnmişdir.
Tarixdə bu gün - 21 aprelHəbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda, xırda neft sahibkarı ailəsində anadan olmuşdur. Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur.
Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhval-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi.
1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır. Bu, onun gələcək həyatının inqilaba həsr olunmasına təkan verir. Həbib Cəbiyev həmin gündən açıq mübarizəyə başlayır və inqilabçı olur.
Rusiyada baş vermiş fevral inqilabı geniş xalq kütlələrini hərəkətə gətirdi. Müxtəlif partiyalar yaradıldı. Hər yeni yaranan partiya özünü demokratik ruhlu adlandıraraq, xalqı özünə cəlb etmək üçün onun arzu və iradəsini təmsil edəcəyinə vədlər verirdi.
Kommersiya məktəbinin son kursunda oxuyan Həbib Cəbiyev 1918-ci ildə bolşeviklər partiyasına daxil olmuş və həmin ildə bolşevik "Hümmət" təşkilatının Balaxanı şöbəsinin katibi seçilmişdir. O, xalqın arzu və istəklərini həyata keçirmək uğrunda ardıcıl mübariz olmuşdur.
Həbib Cəbiyev partiyanın tapşırığına əsasən Seyid Cəfər Pişəvəri, Nemət Bəsir və Əlisəttar İbrahimovla birlikdə Bakının şəxsi mətbəələri ilə danışıb, orada xalqı mübarizəyə çağıran siyasi ədəbiyyat nəşr edirdilər.
Həbib Cəbiyev 1919-cu ilin aprelində partiyanın tapşırığı ilə Gəncəyə göndərilir. O, bolşeviklər partiyasının Gəncə qəza komitəsinin fəal üzvlərindən birinə çevrilir və eyni zamanda Gəncə ətrafı rayonlarda, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarında inqilabi iş aparır və həmin rayonlarda partiya özəkləri və qrupları yaradır.
Həbib Cəbiyev eyni zamanda Şuşada və Hindarxda partiya konfranslarının keçirilməsində də yaxından iştirak etmişdir. M.Ağamirov öz xatirələrində yazır ki, Şuşada konfrans keçirmək üçün gizli olaraq göndərilən Həbib Cəbiyev çoban libasında Qarabağa gəlmişdi.
Həbib Cəbiyev ayrı-ayrı vaxtlarda Azərbaycan K(b)P-nin birinci qurultayının nümayəndəsi olmuş,RK(b)P MK-nın Qafqaz Bürosunun Vladiqafqazda çağırılmış Don və Qafqaz kommunist təşkilatlarının ölkə müşavirəsində iştirak etmiş, Balaxanı rayon partiya komitəsində çalışmış, ordunun siyasdi şöbəsində məsul vəzifələr tutmuşdur.
Həbib Cəbiyev jurnalistlik fəaliyyətinə "Azərbaycan füqərası" vaxtında başlamışdır.
1921-ci ilin mart-aprel aylarında o həmin qəzetin, 1921-ci ilin oktyabr ayından 1922-ci ilin yanvar ayına kimi "Kommunist" qəzetinin redaktoru vəzifəsində işləmişdir. O, sonralar yenidən iki dəfə "Kommunist" qəzetində məsul işə qaytarılmışdır.
1923-cü ilin iyunundan 1927-ci ilin oktyabrına kimi və 1929-cu ilin iyul ayından 1930-cu ilin axırlarına kimi - Moskvaya köçənədək qəzetin redaktoru işləmişdir. 1923-cü ildə "Kommunist" qəzetinin mininci sayının çıxması ilə əlaqədar "İdarəmizin güzgüsü" məcmuəsində Həbib Cəbiyevin dostluq şarjı şəklinin altında aşağıdakı şer parçası verilmişdi:
Mümkün ola fantanları çernil yaparam mən,
Həp məmləkətin xəlqini müxbir yaparam mən.
Hər işçi ki, bir ay gedə ya getməsə dərsə,
Yazdıqda əgər ruçkasınıtutsa da tərsə,
Məcbur edərəm mən onu yazmaqlığa hər an,
Azdan sora bir yaxşı mühərrir çıxar ondan.
Qocaman jurnalist, həmin illərdə "Kommunist" qəzetində fəaliyyət göstərən mərhum Süleyman Məlikovun dediyinə görə, şeri Cəfər Cabbarlı yazmışdır.
1929-cu ildə Həbib Cəbiyevin iştirakı və təşəbbüsü ilə "Azərbaycanı Tədqiq və Öyrənmə Cəmiyyəti" əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının özəklərindən sayıla biləcək bu institutun ilk həqiqi üzvləri sırasında R.Axundov, Ə.Haqverdiyev, S.Əfəndiyev, T.Şahbazi, V.Bartold, N.Marr, İ.Meşşaninov ilə yanaşı Həbib Cəbiyev də var idi.
Həbib Cəbiyevin həyat yoldaşı və yaxınları danışardılar ki, 20-ci illərin sonlarından Bağırovla Həbib Cəbiyev arasında münasibət gərgin xarakter daşımışdır. Buna görə də Həbib Cəbiyev 1930-cu ilin axırlarında Moskvaya köçür və SSRİ Xalq Yeyinti Sənaye Komissarlığında məsul vəzifələrdə işləməyə başlayır.
Moskvada işləyəndə o, Lenin ordeni ilə təltif olunmuşdur.
1938-ci ildə Həbib Cəbiyevi həbs edib Bakıya göndərirlər. Həyat yoldaşı Aleksandranın dediklərinə görə Həbib Cəbiyevi bir neçə dəfə Mircəfər Bağırov özü dindirmiş, lakin istədiyi ifadəni ondan ala bilmədiyindən şəxsən özü onu güllələmişdir.
Həbib Cəbiyevin həbsindən sonra onun iki azyaşlı oğlu və bir qızı əllərindən alınmış, arvadı sürgün edilmişdir. Sürgündən qayıtdıqdan sonra ona məlumat verilmişdir ki, azyaşlı oğlanlarından biri çayda boğulmuş, digəri şaxtadan donub ölmüşdür. Qızı haqqında isə heç bir məlumat ala bilməmişdir.
Həbib Cəbiyev 21 aprel 1938-ci il tarixində güllələnmiş, Stalinin ölümündən sonra bəraət almışdır. Şüurlu həyatını xalqın azadlığı və xoşbəxtliyinə həsr etmiş Həbib Cəbiyevin faciəli ömrü belə acınacaqlı halda başa çatmışdır.

1910 - Yazıçı Mark Tven 74 yaşında vəfat etmişdir.
Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn 30 noyabr 1835-ci ildə
Amerikanın Florida qəsəbəsi,ndə anadan olmuşdur.
Oxuculara daha çox "Haklberri Finin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Haklberri Finin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir Onun sinif yoldaşı ondan nifrət edir.
Yaşlılıq illərində müstəmləkəçiliyi, irq düşmənliyi, qazanc ehtirası, dini ikiüzlülüyü sərt bir dillə tənqid edən yazılar yazdı. 1905-ci ildə yetmişinci yaşını Ağ Evdə Theodore Rooseveltin qüruruna verdiyi yeməkdə qeyd etdi. 1907-ci ildə Oxford Universiteti özünə fəxri doktor rütbəsi verdi. 1909-cu ildə 29 yaşındakı kiçik qızı Jean infarkt nəticəsində həyatını itirdi. Mark Tven, 1906-ci ildə yazmağa başladığı bioqrafiyasını tamamlayamadan keçirdiyi ürək narahatlığı nəticəsində Connecutda həyatını itirdi.

1913—Bakı milyonçusu Şəmsi Əsədullayev 73 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 21 aprelŞəmsi Əsədullayev XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından olmuşdur. Şəmsi Əsədullayev Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxudadır.
Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxana torpaqlarında idi. 19-cu əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanada neft çıxarılması və kerosin e’malı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanada Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxana və Əmirhacıyan kəndliləri neft mədənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə qurşanır. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra o neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində o xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.
1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində böyük fantan vurur. Fantan 56 gün davam edir. Fantan hər gün bir milyon altı yüz min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fantanlardan biri idi.
Əsədullayevin neft hasilatı artdıqça onun Volqaboyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı. Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda daşıtdırardı Rusiyaya.
Neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya (Tolstoy) küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir. Başqa binaları da vardı.
Şəmsinin Bakıda bir müsəlman arvadı, iki oğlu və iki qızı vardı. İkinci dəfə Mariya Petrovna adlı bir rus qadınına evlənəndə arvadı Ümsəlmə, oğlanları Mirzə, Əli və qızları Sara, Xadicə və Ağabacı ilə onun arasında narazılıq baş verir və Şəmsi 1903-cü ildə Moskvaya köçməyə məcbur olur.
Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirir, xeyriyyə işləri ilə məşğul olur.
Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada noviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefi Rusiyaya öz müştərilərinə göndərməyə başlardı.
Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli arka qapısı ilə fərqlənirdi. Bağ 19-cu əsrin axırlarında salınmışdı.
Sovet hökuməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi. Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızına, kiçik oğlu Əli isə H.Z. Tağıyevin Leyla qızına evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun arvadı olub.
Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində yazırdı. O, iki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.

1938 — Həkim, ictimai xadim, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri, inqilabçı və publicist;Azərbaycanın ilk marksist Tarixdə bu gün - 21 apreldüşüncəli siyasətçilərindən biri Sultanməcid Məcid oğlu Əfəndiyev, yaxud Sultan Məcid Əfəndiyev 51 yaşında
Sultanməcid Məcid oğlu 1887-ci ildə Şamaxı şəhərində tacir ailəsində anadan olmuşdur. Cavan yaşlarında Marksizm-leninizm ideologiyasına maraq salmış, 1904-cü ildən RSDFP üzvü, RSDFP Bakı Komitəsi yanında Hümmət qrupunun rəhbərlərindən biri olmuş, burada Məmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Nəriman Nərimanov kimi görkəmli insanlarla yaxın dostluq əlaqələri qurmuşdur.
Birinci Rus İnqilabında fəal iştirak etmiş, zəhmətkeşlər arasında təbliğat aparmışdır. İnqilabi və anti-çarizm fəaliyyətinə görə təqiblərə məruz qalmışdır. 1907-ci ilin fevral ayında Kazan şəhərinə sürgün olunmuşdur, daha sonralar burada Kazan Dövlət Universitetindən məzun olmuş həkimlik peşəsinə yiyələnmişdir. O burada da kommunist təbliğatı aparmağa davam etmiş, fəhlələr arasında inqilabi iş aparmışdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günündə yer almış və orada alovlu bir nitq söyləmişdir.
"Hümmət”in 1917-ci ildən RSDF(b)P Bakı Komitəsinin üzvü. Fevral İnqilabından sonra Bakıya qayıtmış, burada inqilabı fəaliyyətini davam etdirmişdir. 1918-ci ilin 31 mart hadisələri dövründə Əfəndiyev Jizn Nasionalisti qəzetində bu haqda məqalə çap etdirmiş, Daşnakların müəyyən bir məbləğ qarşılığında əslində kapitalistləri müdafiə etdiyini, sadəcə Müsavatçıları yox, bütün müsəlmanları qırdığını qeyd etmişdir. O, Bakı Kommunasında məsul vəzifə tutan Stepan Şaumyan və Alyoşa Caparidzenin siyasi fəaliyyətini tənqid etmiş, onların özləri də bilmədən Daşnakların məhkumlarına çevrilib oyuna gəldiklərini qeyd etmişdir. Oktyabr İnqilabı sonrasında Rusiyada 1919-cu ilin avqustunda Həştərxanda dəmir polka daxil olmuş, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi bürosunun sədr müavini təyin edilmişdi. 1919-cu ilin iyunundan Milli işlər üzrə xalq komissarlığı yanında Zaqafqaziya müsəlmanları işləri üzrə komissar.
Azərbaycanda Sovet hakimiyyəti qurulundan sonra ölkəsinə gəlmişdir. 1920-ci illərin əvvəllərində hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmış əlifba islahatı sahəsində işlər yenidən canlandırıldı. 1921-ci ilin yanvar ayında Xalq Maarifi Komissarlığı yanında Əlifba İslahatı üzrə Komissiya, az sonra - 1922-ci ilin mayında Yeni Türk Əlifba Komitəsi yaradıldı. Komitənin tərkibinə isə Səməd ağa Ağamalıoğlu (sədr), Xudadad bəy Məlikaslanov, (AXC dövründə əlifba üzrə İslahat Komissiyasının sədri olmuşdur), Əhməd bəy Pepinov, Əli Tağızadə, Fərhad Ağazadə (Şərqli),Vəli Xuluflu, Teymur Hüseynov və o cümlədən Əfəndiyev daxil idi. Rəsmi yazışmalarda əski ərəb əlifbası ilə yanaşı, yeni latın qrafikalı əlifbadan da istifadəyə (oktyabr, 1923-cü il) icazə verilmişdi. 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakıda çağırılmış I Beynəlxalq Türkoloji Qurultay latın qrafikalı əlifbaya keçid prosesində müstəsna rol oynadı. Əlifba islahatı latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı hökumət qərarı ilə (iyul, 1928-ci il) başa çatdı. 1929-cu il yanvarın 1-dən yeni əlifbaya tam keçid rəsmən elan edildi, məktəblərdə tədrisin həmin əlifba ilə aparılmasına başlanıldı.
"Kommunist" və "Bakinski raboçi" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında isə "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialdan məlum olur ki, təntənəli yığıncağı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev açmışdır. Azərbaycan SSR maarif komissarı Məmməd Cuvarlinski məruzə ilə çıxış etmişdir. Təntənəli yığıncaqda Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərar elan edilmişdir: "SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilsin ki, Şahbazov, Məmməd Cuvarlinski və Əhməd Triniç Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsunlar".
1920-ci ilin yayında Gəncə quberniyasının Fövqəladə komissarı, sonra Gəncə İnqilab Komitəsinin sədri 1921-ci ilin mayından xalq torpaq komissarı 1922-ci ildən 1924-cü ilədək Azərbaycan SSR Xalq FKİ komissarı. 1924-cü ildən AK(b)P MHK sədri. 1931-ci ildə Azərbaycan SSR MİK-in sədri seçilmişdi. 1937-ci ildə Stalin Lev Trotski ilə bağlantıya keçən, keçənlərlə əlaqə saxlayan yaxud əlaqə saxlama ehtimalı olan insanları məhv etməyə başladı. Bu dövrdə bir çox günahsız keçmiş Bolşeviklər də ləkələndi, onların arasında Əfəndiyev də var idi. Siyasi motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur. Sonralar 1956-cı ildə Xruşovun hakimiyyətə gəlməsiylə Əfəndiyev də bəraət almışdır. Sabunçu rayonunda və Şəki şəhərində onun adını daşıyan küçələr durmaqdadır.
Əfəndiyev, yaxın dostu Nərimanovdan sonra Azərbaycandakı inqilabi publisistikanın ən görkəmli ikinci nümayəndəsi idi. O, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov və Həsən bəy Zərdabi ənənələrindən istifadə edərək, müasir dövrə uyğun və siyasi kəskinlik verilmiş şəkildə məqalələr hazırlayırdı. Partiya mətbuatında qızğın fəaliyyət göstərərək, dövrün Dəvət, Təkamül, Yoldaş, Qudok kimi bir çox fəhlə qəzetləriylə yaxın əməkdaşlıq etmişdir. Bu qəzetlərdə marksizm-leninizm, kommunizm və sosializm təbliğatı daşıyan onlarla dərin məzmunlu məqalə çap etdirmişdir. Əfəndiyevin 9 Yanvar, Avropa, rus və İran inqilabları, Bakı fəhlələri və sərmayədarlar, Öz hüqüqün uğrunda necə mübarizə aparmalısan, İşsizlər kimi məqalələrində bir çox mühüm məsələlərə toxunmuş, Çar Rusiyasının siyasətini tənqid etməkdən çekinməmiş, aydın bir üslübda dövrün problemlərini işıqlandırmışdır. Nərimanov ilə birlikde Hümmət qəzetinin redaksiyası ilə də sonralar məşğul olmağa başlayır. Əfəndiyev bu dövrdə Pravda qəzetinə istinadlar verərək məqalələr hazırlamış, tez-tez Lenin siyasəti haqqında, duma seçkilərində bolşeviklərin mövqeyi haqqında məlumatlar dərc etmiş, menşevikləri və müsavatçıları tez-tez tənqid etmişdir.
 
Bayramlar və xüsusi günlər:
 

1950-ci ildən bəri hər il aprel ayının 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Ümumdünya Sağlamlıq Gününü "Mikrob əleyhinə dərmanlara qarşı müqavimət. Bu gün tədbir görülməsə, sabah müalicə mümkün olmayacaq” devizi altında keçirir. 2011-ci il Ümumdünya Sağlamlıq Gününün mövzusu - mikrob əleyhinə dərmanlara qarşı müqavimət bu gün yoluxucu xəstəliklərin müalicəsi üçün istifadə olunan bir çox dərmanların bütün dünyada davamlı şəkildə öz təsirini saxlaması məsələsinin həllinə yönəldilir.


Biz insanların antibiotiklərdən, eləcə də bir neçə on il, hətta bir neçə il bundan əvvəl İİV/QİÇS halında öldürücü hesab olunan xəstəliklərin müalicəsi üçün istifadə edilən mikrob əleyhinə digər dərmanlardan asılı olduğu bir dövrdə yaşayırıq. Mikrob əleyhinə dərmanlara qarşı müqavimət (bu, dərmanlara qarşı müqavimət də adlanır) baş verdikdə, həmin dərmanlar təsirsiz qalır. ÜST bu dərmanları gələcək nəsillər üçün qoruyub saxlamaq işinə qlobal öhdəliyi gücləndirməyə çağırır.

Mikrob əleyhinə maddələr bakteriyaların, göbələklərin, parazitlərin və virusların yaratdığı infeksiyaların törətdiyi xəstəlikləri müalicə etmək üçün istifadə edilən dərmanlardır. Mikrob əleyhinə dərmanların kəşf edilməsi bəşər tarixində səhiyyənin ən mühüm nailiyyətlərindən biridir – onlar xəstəlikləri azaltmış və insanların həyatlarını xilas etmişdir. Bununla belə, son 70 ildə təbabətdə və baytarlıqda mikrob əleyhinə dərmanlardan səhv istifadə olunması həmin dərmanlara qarşı müqaviməti olan müxtəlif saylı və növlü mikroorqanizmlərin amansız şəkildə törəyib-artmasına səbəb olmuşdur ki, bu da ölümlərin, xəstəliklərin və əlilliklərin sayının çoxalmasına, eləcə də müalicə xərclərinin daha da artmasına səbəb olmuşdur.
Hesablamalara görə, hər il təkcə Avropa Birliyində 25000 nəfərdən çox insan əksər hallarda onlara xəstəxanalarda yoluxmuş antibiotiklərə müqaviməti olan bakteriya infeksiyalarından ölür. Əlimizdə məlumat olmadığına görə, ÜST-ün 53 ölkəni əhatə edən daha geniş Avropa Regionunda bu səbəbdən ölənlərin sayı məlum deyil, lakin özünü göstərən əlamətlər vəziyyətin daha da pis olduğundan xəbər verir. Regiondakı həkimlər və alimlər ehtiyat edirlər ki, antibiotiklərə müqaviməti olan infeksiyaların əmələ gəlməsinə və yayılmasına səbəb olan antibiotiklərdən səhlənkar istifadə ilə biz, antibiotiklər kəşf edilməzdən əvvəlki dövrə qayıda bilərik ki, o zaman sadə infeksiyalar müalicə olunmaya, adi əməliyyatlar və müdaxilələr həyat üçün təhlükə yarada bilər.

"Biz antibiotiklərə müqavimətin görünməz səviyyəyə qalxdığı kritik bir zamana gəlib çatdığımız və yeni antibiotiklərin kifayət qədər tez yaranmayacağı ilə bağlı həyəcan siqnalı qaldırmalıyıq, - deyə ÜST-ün Avropa üzrə Regional Direktoru Jujanna Cakab bildirmişdir. "Antibiotiklər dəyərli kəşfdir, lakin biz onları layiqincə qiymətləndirmirik, onlardan sui-istifadə edir və onları izafi işlədirik: indi hər hansı dərmanın təsir etmədiyi super-bakteriyalar yaranmışdır. Avropada və dünyada səyahətlərin və ticarətin artması ilə əlaqədar insanlar anlamalıdır ki, bütün ölkələr bu problemi həll etməsə, ayrılıqda heç bir ölkə təhlükəsiz olmayacaq”.

ÜST-ün Azərbaycandakı Nümayəndəliyi öz tərəfdaşları ilə birgə 2011-cu il Ümumdünya Səhiyyə Günü ilə əlaqədar silsilə görüşlər və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbirlər təşkil edir.

Ümumdünya Sağlamlıq Günü haqqında

1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında

Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində qeyd olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.
ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 Üzv Dövlət tərəfindən idarə olunur. Bu Assambleya ÜST-ə Üzv Dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcəsinin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.

Tarixdə bu gün - 21 aprel

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz