» » Tarixdə bu gün - 20 aprel,

Tarixdə bu gün - 20 aprel,

Müəllif: Vüsal от 20-04-2018, 00:15

20 aprel

Mühüm hadisələr:

1841 — İlk detektiv roman "Meyitxana küçəsinin cinayəti" dərc edildi.
1992 — Azərbaycan Respublikası Estoniya ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Paraqvay ilə diplomatik əlaqələr qurmuşdur.
2004
— Azərbaycan Respublikası Eritreya ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:


1880 - Çar ordusunun general-mayoru, Müqəddəs Anna ordeni Qılınclı və bantlı III dərəcəli Müqəddəs Stanislav ordeni
Tarixdə bu gün - 20 aprel,ilə təltif edilmiş Teymur bəy Mirzə Hacı bəy oğlu Yelizavetpol qəzasının Qovlar kəndində peşəkar hərbiçi, rus ordusunun general-leytenantı Mirzə Hacı bəy Novruzovun ailəsində anadan olmuşdur.Tiflis kadet korpusunda oxuduqdan sonra 1898-ci ildə hərbi xidmətə başlamışdır.Siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdir.
Azərbaycan Demokratik Respublikasının 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. 1920-ci ildə bolşeviklərin təzyiqindən Almaniyaya mühacirətə getmişdir. 1961-ci ildə Nitsada vəfat etmişdir.
Azərbaycan Milli Ordu quruculuğu tarixində iz qoymuş hərbi sərkərdələrdən biri, Cümhuriyyətin süqutundan təxminən 1 ay sonra tarixə «Gəncə üsyanı» kimi düşmüş üsyanda süvari diviziyasının komandiri olmuş, sağlığında əfsanələşən sərkərdə Teymur bəy Novruzov hələ Çar ordusunda xidmət etdiyi zaman 6 dekabr 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav", 1913-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 2 noyabr 1914-cü ildə 2-cü dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı", onların lentləri və qılıncla təltif edilmişdir.
O, 1961-ci ildə Nitsada vəfat edib.

1889 — Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Adolf Hitler Avstriya-Macarıstanın Braunau am İnn şəhərində anadan olmuşdur.
Adolf Hitler nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer) olmuşdur.
30 aprel 1945 -ci ildə 56 yaşında
Berlində naməlum şəraitdə ölmüş və ya öldürülmüşdür. Vəfatı ilə bağlı müxtəlif fərziyyələr mövcuddur.
Kremasiya olunaraq külü Elbaya səpilib.

1894
— Azərbaycannın görkəmli kino və teatr rejissoru, aktyor və pedaqoqu, Xalq artisti Rza Abbasqulu oğlu Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə Tarixdə bu gün - 20 aprel,
uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür
Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırmışdır.
Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.
Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.
Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında "Ordenli Azərbaycan" sənədli filmini çəkmişdi.
Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.
"Arşın Mal Alan" kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 60 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar. R. Təhmasib 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, görkəmli filoloq-alim M.Təhmasib yazmışdı.
Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.
Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynamışdır.
Onun Azərbaycan və Türkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndəliyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması, digər tərəfdən isə rus, ərəb, fars və türk dillərini mükəmməl bilməsi ilə bağlı olmuşdur. 1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə”də dərs almağa başlamışdır. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilmişdir. Beş il sonra "Məktəbi-tərbiyə”ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olmuşdur. 1909-cu ildə oranı da başa vurmuşdur. Tarixçi Musa Quliyev deyir ki, Rza Təhmasibin bu fəaliyyətə cəlb olunmasında Rzaqulu Nəcəfovun xüsusi rolu olmuşdur.
Rza Təhmasibin ictimai-siyasi fəaliyyətinin maraqlı dövrlərindən birini 1917-1918-ci illər təşkil edir. Naxçıvanın imperialist dövlətlərinin "didişmə mövqeyi”nə çevrildiyi, ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı qanlı qırğınların törədildiyi bir dövrdə – 1917-ci ilin qışında Rza Təhmasib Naxçıvana qayıdır. Rusiyada baş vermiş burjua inqilabının təsiri ilə Naxçıvanda keçirilən izdihamlı mitinqlərin əsas təşkilatçılarından və natiqlərindən birinə çevrilir. 1918-ci ilin yazında və yayında Naxçıvanda baş verən dəhşətli hadisələr zamanı ermənilərin Nehrəmdə, Şahtaxtı və başqa kəndlərdə törətdiyi qırğınların qarşısının alınması, Naxçıvan şəhərinin talanlardan qorunması üçün o, özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə aparır, şəhərin müdafiəsində fəal iştirak edir, erməni quldur dəstələrinə qarşı döyüşür.
1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirən Rza Təhmasib Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndə-likdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirir. Beləliklə, 1921-ci ilin sentyabr ayının əvvəllərində Tiflisdən Batuma yola düşən, buradan isə İtaliyanın "Reno” gəmisi ilə Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan SSR nümayəndə heyətinin tərkibində Rza Təhmasib də olur. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan "Azərbaycan SSR-in Ankaradakı səlahiyyətli nümayəndəliyinin tərkibi və onların aylıq əməkhaqqı cədvəli” adlı sənəddə göstərilir ki, Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olmuşdur.
Rza Təhmasib burada nümayəndəliyin ən fəal əməkdaşlarından, Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətindəki ilk səfiri olmuş İbrahim Əbilovun yaxın köməkçilərindən birinə çevrilir. Eyni zamanda Türkiyənin mədəni həyatı ilə də yaxından tanış olur. Bu dövrdə Azərbaycan diplomatik nümayəndəliyinin təşkil etdiyi xeyriyyə tədbirlərinin, demək olar ki, böyük əksəriyyətinin ideya müəllifi və təşkilatçısı rolunda Rza Təhmasib çıxış edir. "Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji aspektləri (elm, təhsil, mədəniyyət)” kitabında tədqiqatçı Fərqanə Hüseynova arxiv sənədləri əsasında nümayəndəliyin təşkil etdiyi bəzi tədbir və teatr tamaşaları haqqında məlumat vermişdir. Belə sənədlərdən biri olan "Azərbaycan Gecəsi Proqramı” ilə tanış olduğumuz zaman görürük ki, Rza Təhmasib həmin tədbirdə nümayiş etdirilən tamaşanın rejissorluğunu etməklə yanaşı, həm də burada iki rolun ifaçısı olmuşdur.
"Respublika” qəzetinin 17 fevral 2013-cü il tarixli nömrəsində "Diplomatiya tariximizdən” adlı məqaləsində müəllif Təranə Cəbiyeva da bu barədə məlumat verərkən yazır: "İbrahim Əbilovun rəhbərliyi ilə Azərbaycan səfirliyinin işçiləri xeyriyyə tədbirləri də keçirərdi. Belə tədbirlərin keçirilməsində məqsəd Türkiyədəki yetim uşaqlara maddi yardım göstərmək, qardaş ölkədə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək idi. O illərdə səfirliyin əməkdaşları tərəfindən "Aşıq Qərib” operası nümayiş olunur. Nadir İbrahimov, Əsgər Topçubaşov, İsmayıl İsmayılov, Mirzə Davud Rəsulzadə ifa etdikləri rolların öhdəsindən məharətlə gəlirlər. İ.Əbilov konsertdə tarın, kamançanın, tütəyin səsləndirilməsinə də diqqət yetirirdi. Xeyriyyə tədbirlərində Rza Təhmasibin rejissorluğu ilə Ə.Haqverdiyevin "Bəxtsiz cavan” pyesi də tamaşaya qoyulur”. Araşdırmalar göstərir ki, Rza Təhmasib nümayəndəliyin rəhbəri İbrahim Əbilovun vəfatından əvvəl, 1922-ci ilin avqustunda Vətənə geri dönmüş və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr etmişdir.

1906 — İlk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın əməkdar incəsənət xadimi Xurşid xanım Həsən bəy qızı Ağayeva anadan olmuşdur.
Tarixdə bu gün - 20 aprel,Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur.
Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.
Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı idi.
Musiqişünas Xurşid Abdullayevanın nənəsi, Xarici Dillər universitetinin müəllimi Sevda Pepinovanın anasıdır.
3 dekabr 1953 -cü ildə 47 yaşında vəfat etmişdir.

1916 —Azərbaycannın görkəmli teatr və kino aktrisası, Xalq artisti , Azərbaycan SSR Dövlət Mükafatı laureatı Nəsibə Zeynalova Bakıda doğulub. Atası Kərbəlayı 
Tarixdə bu gün - 20 aprel,Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), * Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.
 Aktrisa teatr tarixində  unudulmaz rolların ifaçısı sayılır.
Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.
"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974)[2].
1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib.
Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.
Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb.
Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib.
Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.
Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.
Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi.
Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Tarixdə bu gün - 20 aprel, 1920— Görkəmli uşaq yazıçısı Xanımana Sabir qızı Əlibəyli Bakı şəhərinin Keşlə kəndində dünyaya göz açmışdır.
Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.
Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Onların səyləri və şəxsi nümunələri zəminində qızcığaz mütaliəyə aludə olur, Azərbaycan və rus dillərində əvvəlcə xırda həcmli uşaq ədəbiyyatı nümunələrinin, sonra isə sanballı poeziya əsərlərinin, povest və romanların ardıcıl və potensial oxucusuna çevrilir.
Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.
16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu uğurla bitirən gənc həkim təyinatla vətənimizin dilbər guşələrindən olan Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan məhsuldar şairəmiz 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir

Tarixdə bu gün - 20 aprel,1929 -– Görkəmli nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru , professo, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynov Bakıda anadan olmuşdur.
Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955-1972). Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazmışdır.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Bədii tərcümə ilə də ciddi məşğul olur. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə olmuşdur.

1945
— Azad Mövlud oğlu Nəbiyev Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tarixdə bu gün - 20 aprel,Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır (1963-1967). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır (1967-1974). "Gənclik" nəşriyyatında redaksiya müdiri (1974-1976), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır (1976-1989). "Dirçəliş və Tərəqqi Partiyası"nın sədri olmuşdur (1992-2000). Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir (1997). Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvü olub (1998-ci ildən ölümünə qədər).
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1972). "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1980). İtalyan ("Bertoltonun sərgüzəştləri") və özbək ("Tülkü və qurd") xalq nağıllarından tərcümələr etmişdir. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirmişdir (2000). "Azərbaycan dastanları" (1977), "Nəğmələr, inanclar, alqışlar, adətlər" (1986), "Alqışlar, adətlər, nəğmələr" (1992), "Koroğlu dastanı" (2001) kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.

1948 — Filologiya elmləri doktoru,  Əməkdar mədəniyyət işçisi . "Azərbaycan" jurnalının baş redaktoru Vaqif Yusifli (Vaqif Əziz oğlu Yusifov) Masallı rayonunun 
Tarixdə bu gün - 20 aprel,Ərkivan kəndində anadan olmuşdur.
1967-1972 -ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır.
1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972-1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləmişdir.
1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1979-cu ilin oktyabr ayında «Müasir Azərbaycan nəsrində konflikt və xarakter» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından «Azərbaycan» ъurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin ъurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmişdir. 2002-ci ildən 0,5 ştat vahidi ilə Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi də çalışmaqdadır. 2011-ci ildə «Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 1000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır.
Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə və Almaniyada da çap olunmuşdur.

1959
– Nərimanova Zemfira Əli qızı Bakıda doğulub. 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil Tarixdə bu gün - 20 aprel,olub.1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb. Zemfira Nərimanova Akademik Milli Dram Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
Şeyda ("Yastı təpə", Əkrəm Əylisli),
Sofi ("Yad adam", L. Frank),
Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
Xumar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
Südabə ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),
Kəniz ("Atabəylər", Nəriman Həsənzadə),
Qadın ("Sizi deyib gəlmişəm…", Anar),
Nübar ("Məhəbbət yaşadır", N. Hacızadə),
Rəna və Qaraçı ("İblis", Hüseyn Cavid),
Kama ("Kərgədan buynuzu", Maqsud İbrahimbəyov),
Çiçək ("Torpağa sancılan qılınc", Nəbi Xəzri),
Nastya ("Həyatın dibində", Maksim Qorki),
Kleopatra ("Kölgələrin oyunu", Y. Edlis),
Nisə xanım və Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Banu çiçək ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
Züleyxa ("Ah, Paris… Paris!..", Elçin),
Xanım ("Mənim ərim dəlidir", Elçin),
Qadın ("Hərdən mənə mələk də deyirlər…", Kamal Abdulla),
Paolina ("Kəllə", Nazim Hikmət),
Marta ("Anlaşılmazlıq", A. Kamyu ).
Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da oynayıb.

Onların arasında:

Leyla ("Pəncərədə işıq", İlyas Əfəndiyev),
Sarıköynək ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev),
Rəna ("Ordan-burdan", Üzeyir Hacıbəyovun felyetonları əsasında),
Nərminə ("Göz həkimi", İslam Səfərli),
Zərnişan ("İtkin gəlin", Əlibala Hacızadə).
Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
Dəfələrlə Prezident Mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

Tarixdə bu gün - 20 aprel, — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri Bəhram bəy Qasım bəy oğlu Nəbibəyov 46 ya.ında vəfat etmişdir
Bəhram Nəbibəyov 1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olmuşdu. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olmuşdu. 1904-cü il 2 sentyabrda oranı birinci dərəcəli diplomla başa vurmuşdu. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Bəhram bəy 1909-cu il 7 sentyabrdaporuçik, 1912-ci il 31 avqustda isə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü.
Bəhram Nəbibəyov 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamışdır. İkinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir. 1918-ci il 27 noyabrda Azərbaycan topçu briqadasına təyinat almış, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət etmişdir. 1919-cu ilin noyabrında Şüvəlan-Türkan istiqamətində Bakının dənizdən müdafiəsinin təşkili onun rəhbərliyi ilə 3-cü topçu batareyasından və 5-ci Bakı piyada alayının bir bölüyündən təşkil edilmiş dəstəyə tapşırılmışdı. Denikin qüvvələrinin dənizdən ehtimal edilən təhlükəsinin qarşısını almaq üçün Şüvəlan-Türkan-Qala xətti üzrə dənizsahili böyunca müdafıə mövqeləri tutmuşdu. 1920-ci ilin mart-aprel aylarında cümhuriyyət hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Onun komandiri olduğu batareya 1920-ci il 8 apreldə Malıbəyli-Şuşakənd ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. General Həbib bəy Səlimovun hərbi nazir Səməd bəy Mehmandarova göndərdiyi teleqramda B.Nəbibəyovun bu xidmətləri xüsusi qeyd olunmuşdu. Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski ilə yaxın dostluq əlaqələri olmuşdur. Azərbaycanı bolşeviklər işğal etdikdən - Aprel işğalından (1920) sonra bir müddət sovet ordusu sıralarında xidmət etmiş, Şuşanın və Şəkinin hərbi komissarı olmuşdur. Şəki Hərbi Komissarlığında işləyərkən - 1930-cu ildə Şəki-Zaqatala bölgəsində (Bideyiz dağı) sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri idi. Həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olmuşdur.
Atası - çar ordusunun ştabs-kapitanı Qasım bəy Hüseyn bəy oğlu Nəbibəyov Orta Asiyada uzun müddət hərbi tərcüməçi işləmiş, eyni zamanda Şəkidə ipək istehsalı ilə məşğul olan müəssisələrə malik olmuşdur. 1925-ci ildə 95 yaşında vəfat etmişdir.
Qardaşları - Kapitan Zahid bəy, kapitan Vahid bəy və polkovnik Hüseyn bəy çar Rusiyasında tanınmış hərbçilər olmuşlar. Zahid bəylə Vahid bəy inqilaba qədər dünyalarını dəyişmiş, Hüseyn bəy isə 1930-cu ildə - bolşeviklər tərəfindən Şəki üsyanı yatırıldıqdan sonra həbs edilmiş və sonrakı taleyi haqda heç bir məlumat yoxdur.

1944 — Azərbaycanın Xalq artisti, bəstəkar, xanəndə Cabbar Qaryağdıoğlu 83 yaşında Bakıda vəfat etmişdir.
Cabbar Qaryağdıoğlu 31 mart 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu.

 

 

Tarixdə bu gün - 20 aprel, 

 

 

Tarixdə bu gün - 20 aprel,


Xanəndənin ifaçılığı "Heyratı" muğamında da yüksək qiymətləndirilmişdir. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzəhüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbaqi, Bülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Lakin onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməmişlər.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.
Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".
Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.
Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.

 

Tarixdə bu gün - 20 aprel,

 

 

Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M. İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier və başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.
Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.
Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur.
Şuşada 1906-ci ildə "Leyli və Məcnun" tamaşasını səhnəyə qoyublarmış. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırmış. Deyirdilər o, başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.
1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.
O, Bakıda Mərdəkan qəsəbəsində Yesenin və Şalyapinlə görüşmüşdü. Aralarında müəyyən söhbət də olmuşdu. Cabbar Qaryağdıoğlunun zil və məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırmış və ona bir şer həsr etmişdi.
Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. O, bir dəfə Irəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır...
XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.

1974 — Radio və televiziya diktoru, səs tembrinə görə Azərbaycanın "Levitanı" adlandırılan Jurnalist, filologiya elmləri amizədi Nizami Şamil oğlu Məmmədov 41 Tarixdə bu gün - 20 aprel,yaşında vəfat etmişdir.
Nizami Məmmədov 1933-cü ilin mart ayının 21-də Bakıda dövlət qulluqçusu ailəsində anadan olmuşdur. İstedadlı jurnalist, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin diktoru, SSRİ Jurnalistlər İttifaqının üzvü (1960), filologiya elmləri namizədi (1974). S.M.Kİrov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şö’bəsini (1956) və Bakı Ali Partiya Məktəbini (1971) bitirmişdir. 1951-ci ildən Azərbaycan radiosunda diktor işləməyə başlamış, 1958-ci ildən xarici ölkələrə radio yayımı redaksiyasında böyük redaktor vəzifəsində çalışmış, 1968-ci ildə Azərbaycan televiziyasında diktor tə’yin edilmişdir. O, Böyük Vətən müharibəsinə həsr olun: muş bədii və sənədli filmlərdə məşhur diktor, SSRİ xalq artisti, Ümumittifaq radiosunun diktoru Yuri Borisoviç Levitanı (1914-1983) dublyaj etmişdir. Çox çəkmədən respublikada bir diktor kimi məşhurlaşan Nizami Məmmədovu "Azərbaycanın Levitam” adlandırmışlar.
Nizami Məmmədov Azərbaycan radiosunda Gənclər üçün Verilişlər Redaksiyasında (1962-1964), Cənubi Azərbaycan redaksiyasında böyük redaktor işləmiş, televiziyaya yenidən diktor vəzifəsinə qayıtmış, 1971-ci ildən ömrünün sonunadək "Gənclik” redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır. İste’dadlı jurnalist işlədiyi dövr ərzində "Tələbə klubu”, "Nəsillərə nümunə”, "Hünər”, "İlham”, "Sabahın ustaları”, "Məş’əl” silsilə verilişlərinin və "Zaqatala qızıl gülü” televiziya filminin ssenari müəllifi olmuşdur. Ruscadan azərbaycancaya və Azərbaycan dilindən rus dilinə tərcümələr etmişdir.
Ötən əsrin altmışıncı illərində Nizami Məmmədov Bolqarıstan-Azərbaycan əlaqələri ilə məşğul olmuş, Bolqarıstanın türkdilli yazıçıları barədə material toplamağa başlamış, "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bolqarıstanın şair və yazıçılarına həsr olunmuş "Qızıl gül nəğməsi” (1974) kitabının müəllifidir. Bir sıra dövlət mükafatları, orden və medallarla təltif olunmuşdur. Nizami Məmmədov 1974-cü il aprelin 20-ci Bakıda vəfat etmiş və Bakının Dağüstü qəbirstanlığında dəfn edilmişdir.

Tarixdə bu gün - 20 aprel,— Neft-qaz sənayesinin görkəmli təşkilatçılarından biri, SSRİ Qaz sənayesi naziri (1972-1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı[1] (1980), Lenin (1970) və Stalin mükafatları (1951, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sov.İKP Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976-1981), 1953—1954, 1958—1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı. Sabit Atababa oğlu Orucov 68 yaşında Moskvada vəfat etmişdir.
Sabit Orucov 1912-ci il mayın 30-da Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929-31-ci illərdə orta məktəbdə dərs demiş, 1931-36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur.
1936-46-cı illərdə S.Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir.
1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949-53 və 1955-57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959-62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962-65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965-72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972-81-ci illərdə SSRİ Qaz sənayesi naziri olmuşdur.

 

S.A.Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir.

SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi. SSRİ Neft komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilmişdir. "Yüksəkdərinlikli iribloklu dəniz neft buruqları özülləri", "İranın neft sənayesi", "Qaz sənayesi inkişaf yolunda" kimi əsərlərin müəllifidir.

Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmiş, SSRİ orden və medalları ilə təltif olunmuşdur.

1981-ci il aprelin 20-də Moskvada vəfat etmiş və Novodeviçi məzarlığında dəfn olunmuşdur.

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz