» » Tarixdə bu gün - 19 aprel

Tarixdə bu gün - 19 aprel

Müəllif: Vüsal от 19-04-2018, 00:15
19 aprel

İilin 109-cu (uzun illərdə 110-cu) günü.

Mühüm hadisələr:

1948 — ABŞ yeni bir atom silahını Marşall adasında sınaqdan keçirdi.
1987 — Məşhur cizgifilm "The Simpsons" televiziyada nümayiş edildi.
2002 — Azərbaycan Respublikası San Marino ilə diplomatik əlaqələr qurmuşdur.
 
Doğum günləri:

1850 — Rus ordusunun general-mayoru bəy Camal bəy oğlu Vəzirov Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə Tarixdə bu gün - 19 aprelməhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Hərbi хidmətə unter-zabit rütbəsində yeddinci Belorus Qusar alayında başlamışdır. 1877-ci ildə Tver-Draqun alayında хidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaхınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi. Bu müharibədə komandirlik qabiliyyətinə görə onu tunc medalla, bir də üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə gümüş medalla mükafatlandırdılar. Müharibədən sonra хidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilən podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçdilər. 1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi хidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsilə təltif olundu. Həmin il ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz хidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur. O, 1882-ci il yanvarın 19-da üçüncü dərəcəli "Müqəddəs Stanislav" (müsəlmanlar üçün təsis olunmuş), 1889-cu il mayın 6-da üçüncü dərəcəli "Müqəddəs Anna", 1893-cü il iyunun 15-də ikinci dərəcəli "Müqəddəs Stanislav", 1898-ci il sentyabrın 22-də dördüncü dərəcəli "Knyaz Vladimir", 1902-ci il avqustun 1-də ikinci dərəcəli "Müqəddəs Anna", 1905-ci il noyabrın 20-də üçüncü dərəcəli "Knyaz Vladimir" ordenləri ilə təltif olunmuşdur.1919-cu ilin yazında istefada olan general Firiddun bəy Vəzirov Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Nazirliyi tərəfindən Azərbaycan ordusunda hərbi xidmətə dəvət olunmuş, milli ordu quruculuğunda fəal iştirak etmişdir. O, hərbi nazir Səməd bəy Mehmandarovun 1919-cu il 7 avqust tarixli əmri ilə həmin ayın 1-dən etibarən Bakı şəhərinin komendantı vəzifəsinə təyin olunmuş, eyni zamanda Bakı şəhər qarnizonu rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılmışdır. 1919-cu il avqustun 16-da 2-ci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov Bakı qarnizonunun rəisi təyin edildiyindən,Firidun bəy Vəzirov xidmətini yalnız Bakı şəhər komendantı kimi davam etdirmişdir. O, 1921-ci il iyulun 2-də "İslam" partiyasının agenti adı ilə həbs olunmuş, bir müddətdən sonra Azərbaycan XKS-nin sədri Nəriman Nərimanovun göstərişi ilə azad olunmuşdur. Lakin 1925-ci ildə yenidən həbs olunaraq güllələnmişdir. General-mayor Firidun bəy Vəzirova məхsus sənədlər arasında birisi diqqətimizi хüsusilə çəkdi. Rus və ərəb əlifbasında yazılmış "Beşik mahnıları". Məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuхa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnıla-rını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi хidmətdəolmasına baхmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saхlaya bilib.

1907 — Görkəmli bəstəkar, Xalq artisti, Əməkdar İncəsənət xadimi Əfrasiyab Bədəlbəyli Bakıda xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun ailəsində anadan olub. Ali Tarixdə bu gün - 19 aprelPedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib.
Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında "Qız qalası" baleti ilə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazıb. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətini geniş təbliğ edib.
Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti olan "Qız qalası"nın müəllifidir. 1940-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulan bu əsər yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk balet olaraq bilinir.
Bəstəkarın musiqi irsinə "Tərlan" baleti, müəllimi professor Boris Zeydmanla birgə yazdığı "Xalq qəzəbi" operası, Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə həsr olunmuş "Nizami" və "Söyüdlər ağlamaz" operaları da daxildir.
Əfrasiyab Bədəlbəylinin yaradıcı irsində dirijorluq sənəti xüsusi yer tutur. İlk dəfə 1927-ci ildə dirijorluq sənətinə başlayan bəstəkar Ü.Hacıbəyovun "Əsli və Kərəm" operasını müşayiət edib. Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dirijorluq fakültəsində ixtisasını təkmilləşdirən Bədəlbəyli sənətin sirlərinə dərindən bələd olduqdan sonra ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatdında dirijor vəzifəsində çalışıb və dünya musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının, həmçinin özünün səhnə əsərlərini fərdi üslubu ilə təfsir edib.
Qeyd edək ki, maraqlı və aktual mövzulara həsr olunmuş elmi-publisistik məqalələrlə dövrü mətbuatda çıxış edən Əfrasiyab Bədəlbəyli "Ədəbiyyat və incəsənət" qəzetinin, "Elm və həyat" jurnalının redaksiya heyətinin və "Azərbaycan Sovet Ensiklopediyası" Baş Redaksiyasının üzvü olub.
Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.

1920— Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət işçisi Xalidə Məmməd qızı Hasilova Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən Tarixdə bu gün - 19 aprelsonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir. N.Nosovanın "Şən ailə" (1951), N.Tixonovun "İgid partizan" (1955), İlda Pereranın "Zənci balası Atolo" (1965), Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972), Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir. Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.
1949 — Aktyor, Azərbaycanın Xalq artisti Qabil Əzizulla oğlu Quliyev Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, Tarixdə bu gün - 19 aprelorta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır.1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır.1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir.
Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.
1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışır. 100-dən artıq tamaşada rol alıb. Bir neçə bədii filmə çəkilib. Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib.

1954 —Azərbaycanın Milli Qəhrəmanı Tofiq Mirsiyab oğlu Hüseynov Xocalı şəhərində doğulmuşdur. 1961-1971-ci illərdə burada məktəbə getmişdir. 1974-cü ildə Tarixdə bu gün - 19 aprelsovet ordu sıralarına çağırılmış, 1976-cı ildə ordudan tərxis olunmuşdur.
1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı cəbhə boyu dolaşdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevral oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı o həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu...
Ailəli idi, üç uşağı- Yasəmən Hüseynova, Əfsanə Hüseynova, Murad Hüseynov. Müharibədə anası və atası öldürülmüşdür. Qardaşlarından biri əsir alınmış, digəri xilas olmuşdu.Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vəfat etmişdir:
1882 —Məşhur ingilis bioloqu, təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Robert Darvin 73 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 19 aprelAdı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Çarlz Darvin 1809-cu il fevral ayının 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşunas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu Torpaqda, Tasmaniyada olmuşdur. Darvinin son xarici səyahəti (ondan sonra Darvin heç zaman İngiltərəni tərk etməmişdir) 1836-cı ilin oktyabrında sona yetdi.
O, səyahətinin nəticələrini 1839-ci ildə "The Journal of a Naturalist", 1840-ci ildə "Zoology of the Voyage on the Beagle", 1842-ci ildə "The Structure and Distribution of Coral Reefs" və s. əsərlərində nəşr etdirmişdir.
1838-1841-ci illərdə London Geologiya Cəmiyyətinin katibi olmuşdur. 1839-cu ilin yanvarında Kral Cəmiyyətinin üzvü seçilmişdir. 1842-ci ildə növlərin mənşəyi haqqında ilk oçerkini yazmışdır. Darvin öz əsərlərini yazarkən ingilis təbiətşunası və geoloqu A. Layleylə, amerikan botaniki A. Qreemlə yazışmış, müzakirə aparmışdır. "Növlərin mənşəyi" əsərini yazarkən fikirləri ingilis təbiətşunası A. Uollesin fikirləri ilə çox yaxın olduğundan onların bəzilərindən istifadə etmişdir. A. Uolles və Darvin bir-birindən asılı olmadan növlərin müxtəlifliyi haqqında eyni cür fikirləşmişlər.
1858-ci il iyulun 1-də Qrey, Layley və Hukerin dəstəyi ilə Darvin öz "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərini Londonda Linyen cəmiyyətinə təqdim etdi. 1859-cu ilin noyabrında həmin əsəri nəşr etdirdi.
1868-ci ildə ikinci kitab "Mədəni bitkilərin və ev heyvanlarının mənşəyi" (The Variation of Animals and Plant under Domestification) nəşr olundu.
1871-ci ildə Darvinin daha bir kitabı "İnsanın mənşəyi və cinsi seçmə" (The Descent of Man, and Selection in Relation to Sex) nəşr olundu.
Darvin dəfələrlə Böyük Britaniyanın və digər Avropa ölkələrinin elmi cəmiyyətlərinin mükafatlarına layiq görülmüşdür.
Çarlz Robert Darvin 1882-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra Daunda vəfat etmişdir. Vestminster abbatlığında (Westminster Abbey) dəfn olunmuşdur.

1955 — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri Məşədi Süleyman bəy Mansurov 82 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 19 aprelMəşədi Süleyman bəy 15 oktyabr 1872 – ci ildə anadan olmuşdur: Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi.
İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir. Atası Məşədi Məlik bəyin vəfatından sonra Bakı muğam məclislərinə Məşədi Süleyman bəy başçılıq etmişdir. Onun təşkil etdiyi məclislər 1935-ci ilə qədər davam etmişdir. Məşədi Süleyman bəy Mansurov zəmanəsinin ən ziyalı nümayəndələrindən biri kimi tanınıb. O, musiqi, söz, sənət, bilicisi olmaqla yanaşı, həm də böyük iş adamı - dövrünün savadlı şəxslərindən, həmçinin tanınmış icarədarlarından biri idi. Bir çox neft şirkətlərinə boru kəmərlərinin çəkilişi üçün həm özünün, həm də ona etibar olunmuş torpaqları icarəyə verirdi. Bu şirkətlərdən bir neçəsinin adını çəkək: "Восточное Товарищество", "Русское Нефтяное Общество"(РУНО), Русское Товарищество "Нефть", "Общество Борн", Товарищество "Бр. Мирзоевы и К", Товарищество "Арамазд", "Русское Нефтепромышленное Общество", Товарищество "Бр. Нобель", "Восточное общество Товарных Складов" və s. Məşədi Süleyman bəy dövrünün ziyalı şəxslərindən olub - alman, fransız, ingilis, italyan, rus, fars, türk dillərində sərbəst danışıb və yazıb. Səyahət etməyi çox xoşladığına görə dünyanın bir çox ölkələrini gəzib.
Məşədi Süleymanın yaşadığı mənalı ömür vaxtilə yazdığı xatirələrində həkk olunub. 1941-ci ildə "Səbuhi" bədii filmində ağsaqqalların yığıncağı olan səhnədə epizodik rolda çəkilmişdir.
Məşədi Məlik bəy Mansurovun oğludur.
Tarzən Bəhram Mansurovun atasıdır.
Tarzən Nadir Mansurovun atasıdır.
Bəstəkar Eldar Mansurovun babasıdır.
Tarzən Elxan Mansurovun babasıdır.
Kinooperator Aydın Mansurovun babasıdır.

1991- Görkəmli ədəbiyyatşünas, tərcüməçi,   Gürcüstanın Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1 Azərbaycan SSR Ali Sovetinin deputatı Tarixdə bu gün - 19 aprel(1990) Dilarə Ələkbər qızı Əliyeva avtomobil qəzasında həlak olmuşdur.
Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.
Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir.
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olmuş, AXC İdarə Heyətinin üzvü seçilmişdir.
Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını daşıyır.
1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Aydın Məmmədov ilə birgə). Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

1991— Görkəmli Azərbaycan şairi , Azərbaycanın Əməkdar incəsənət xadimi Tofiq Qulam oğlu Bayram 56 yaşında vəfat etmişdir.
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959-1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960-1961), M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964-1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968-1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə etmişdir. A.T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988).
Bakının Əmircan kəndində dəfn olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz