» » Tarixdə bu gün - 18 aprel

Tarixdə bu gün - 18 aprel

Müəllif: Vüsal от 18-04-2018, 00:15


18 aprel

İlin 108-ci (uzun illərdə 109-cu) günü.

Doğum günləri:

1873— Məşhur Azərbaycan xanəndəsi Məcid Behbudalı oğlu Behbudov Şuşada doğulmuşdur. Hələ uşaq yaşlarından onun gözəl səsi eşidənləri heyran qoyurdu
Tarixdə bu gün - 18 aprelMüğənni olmağı arzu edən M. Behbudov gənc yaşlarından xanəndəliyə başlamışdır. Ailəsi ilə Tiflisə köşdükdən sonra o, burada uzun müddət yaşadı. Azərbaycan milli vokal məktəbinin körkəmli nümayəndələrindən olan M. Behbudov xalq musiqisinin populyarlaşdırılmasında əhəmiyyətli rol oynamışdır. 1914-cü ildə M. Behbudovun səsi Riqadakı "Qrammofon" şirkətində vala yazılmışdır. Mirzə Hüseyn segahı, Şüştər və Cahargah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M. Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmişdir. Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. Məcid Behbudov həm də opera səhnəsində çıxış edirdi. O, Azərbaycan bəstəkarlarının yazdıqları, demək olar ki, bütün opera və operettalarda iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsərlərində onun oynadığı rollar, xüsusilə, yaddaqalandır.
Məcid Behbudovun övladları da ata ilə gələn bu ailə ənənəsini davam etdirmişlər. Müğənninin oğlu, SSRİ Xalq artisti Rəşid Behbudov da bənzərsiz səsə malik idi. İkinci oğlu Ənvər Behbudov Rusiyanın Xalq artisti, qızı Nəcibə Behbudova isə Azərbaycanın Əməkdar artistidir.
Ailəsi
Firuzə Vəkilovanın həyat yoldaşıdır.
Rəşid Behbudov, Ənvər Behbudov və Nəcibə Behbudovanın atasıdır.

1962— Azərbaycanın Milli Qəhrəmanı Rasim Səxavət oğlu İbrahimov Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu Tarixdə bu gün - 18 aprelildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır...
1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladır.
Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.

Tarixdə bu gün - 18 aprel1972 — Azərbaycanın Milli Qəhrəmanı Fariz Əlövsət oğlu Mədətov Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə burada təhsil almışdır. 1990-1992-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı.
Milli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı. Daha sonra Kəlbəcər və Goranboy rayonlarında döyüşlərə girir. Fariz xeyli erməni yaraqlısını şəxsən özü məhv edir. 1994-cü il Tərtər rayonununda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən döyüşçü paltarını geyinir. 1996-cı il ordudan tərxis olunur və Yevlax rayon Polis İdarəsində çalışmağa başlayır. Fariz 1998-2003-cü illərdə Polis Akademiyasında təhsil alır. Hazırda Yevlax rayon Polis İdarəsində işləyir.
Azərbaycan Respublikası Prezidüntinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

1943 — İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano), SSRİ xalq artisti, bir neçə çağırış deputat olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Tarixdə bu gün - 18 aprelƏmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş Şövkət Həsən qızı Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.
1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.
Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər.
1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına ( indiki Kiyev Musiqi Akademiyası) daxil oldu.
1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.
Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911 ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır (ikinci dəfə Milanda 1927-29 illərdə olmuşdur). 1917-21 illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərb. musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923 ildə Bakı Teatr Texnikumu (1923-25 illərdə direktoru olmuşdur) açılmış, not nəşriyyatı təsis edilmişdir. Azərb. Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921 ildə Violetta ("Traviata", C.Verdi) partiyasında çıxış etmiş, 1948 ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərb. opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir.
Azərb. SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini 1927–1930-da tamamilə bitirdi.
Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi.
1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.
Əsas partiyaları: Rozina ("Sevilya bərbəri", C.Rossini), Lakme ("Lakme", L.Delib), Cilda ("Riqoletto", C.Verdi), Olimpiya ("Hofmanın nağılları", J.Offenbax), Marqarita Valua ("Hugenotlar", C.Meyerber), Qar qız ("Qar qız", N.Rimski-Korsakov), Antonida ("İvan Susanin", M.Qlinka), və s. Yaradıcılığında Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur. Repertuarına Azərb. xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış etmişdir. Azərb. Teatr Cəmiyyətinin ilk sədri olmuşdur (1945-52). 1945-81 illərdə Azərb. Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir.
Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.

Vəfat etmişdir:

1955 - Albert Eynşteyn Məşhur alman fiziki, Nobel mükafatı laureate Albert Eynşteyn 76 yaşında vəfat etmişdir.
Albert Einstein 14 mart 1879-cu ildə Almaniyanın Ulm şəhərində anadan olmuşdur.
Almaniyada (1879—1893, 1914—1933), İsveçrədə (1893—1914) və ABŞ-da yaşayıb (1933—1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926).
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1993 —Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, topçu İsgəndər Söhrab oğlu Aznaurov Vətən uğrunda qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 18 aprelİsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir.1963-cü ildə orda məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb.
1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.
Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə”, "Ərdağı”, "Kaftar qayası”, "Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.
1993-cü il 18 apreldə Gədəbəyin "Örükdaş"da gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi, 3 qızı var.
Azərbaycan xalqı arasında "Topçu İsgəndər" kimi tanınırdı.

Tarixdə bu gün - 18 aprel1994 - Vətən oğlu Mahir Şafa oğlu Hüseynov torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olmuşdur.
Mahir 1975-ci il sentiyabrın 19-da Quzanlı kəndində anadan olub. 1993-cü ıldə orta məktəbi bitirəndən sonra qısa bir müddətdə kolxozda çalışıb. Həmin il oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyinin ilk aylarını əvvəlcə Bakıda, sonra Qusarda - təlim düşərgəsində keçirib.
1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qurub əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə bölgəsinin bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib,işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib.
1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə minaatan qəlpəsindən həlak olub.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mahir Şafa oğlu Hüsenov ölümündən sonra "Döyüş xidmətinə görə" medalı ilə təltif olunub.

1994 — "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş hərbçi Nazim İbrahim oğlu Cəbrayılov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Tarixdə bu gün - 18 aprelNazim Cəbrayılov 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirən Nazim Cəbrayılov 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtiad Universiteti) daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Daha sonra Kalininqrad Milis Məktəbində oxuyan Nazim Cəbrayılov ikinci ixtisas diplomu alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdıb və 2711 nömrəli hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb.
1988-ci ilin Ermənistanın Azərbaycan torpaqlarına hücumundan sonra baş leytenant Nazim Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb.O, Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib.
1994-cü il aprelin 13-də göstərdiyi böyük hünər və şücaətdən sonra Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. Lakin bu rütbəni daşımaq ona nəsib olmayıb. Həmin il aprelin 18-i Nazim Cəbrayılov və onun əsgərləri döyüşdə şəhid olublar.
Şəxsi şücaət və qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Nazim İbrahim oğlu Cəbrayılov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

2016— Azərbaycan Silahlı Qüvvələrinin zabiti (polkovnik-leytenantı) Sənan Tahir oğlu Axundov Aprel döyüşlərində Vətən naminə şəhid olmuşdur.
Tarixdə bu gün - 18 aprel Nazim İbrahim oğlu Cəbrayılov aAlənin yeganə oğul övladı idi. Sənan Axundov 1979-cu ilin 29 sentyabr günündə Füzuli şəhərində Tahir və Roza Axundovların ailəsində anadan olub. 1993-cü ildə erməni quldurlarının Füzuli şəhərinin bir hissəsini işğal etməsi ilə Axundovlar ailəsi qaçqın həyatı sürməyə başladı. Sənan Axundov 1997-ci ildə Binəqədi rayonunda yerləşən N. Babayev adına 144 saylı tam orta məktəbi bitirdi. 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi, 2005-ci ildə Almaniya Hərbi Akademiyasını və 2009-cu ildə isə Bakı Dövlət Universitetinin "hüquq" fakültəsini bitirən Sənan Axundov daha sonra Müdafiə Nazirliyində fəaliyyətə başladı.
Polkovnik-leytenant Sənan Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmadan sonra doğulduğu Füzuli şəhərinin ətrafında yerləşən və döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən işğaldan azad olunan Lələ təpə strateji nöqtəsində olan zaman minaya düşdü və şəhid oldu.
Aprelin 19-u isə Sənan Axundov Beyləqan şəhərində yerləşən "İbadətgahımız-Həzrəti Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və polkovnik-leytenant Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz