» » Tarixdə bu gün - 17 aprel

Tarixdə bu gün - 17 aprel

Müəllif: Vüsal от 17-04-2018, 00:15

17 aprel


İlin 107-ci (uzun illərdə 108-ci) günü.

Doğum günləri:


1884
— Görkəmli bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi , Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri Zülfüqar Əbdülhüseyn oğlu Tarixdə bu gün - 17 aprelHacıbəyov də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı "böyük qardaş" rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır. Professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov, bəstəkar və dirijor Müslüm Maqomayev, səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənətkarlar sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır.
Bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
Bəstəkar və dirijor Niyazinin atasıdır.
Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası - "50 yaşında cavan"ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.
Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda, Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Lakin, naməlum səbəblərdən nə o zaman, nə də sovet hakimiyyəti illərində bu əsər tamaşaya qoyulmadı.
XX əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan "Kənd qızı", "Çoban qız", "Əsgər nəğməsi" məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.
O, 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - "Almaz"a musiqi yazmışdır.
Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndi. "Evli ikən subay", "11 yaşlı arvad və varlı" musiqili komediyaları və "Aşıq Qərib" operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirdi.
 

Tarixdə bu gün - 17 aprel1894 — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru - tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın Adilə İsa Sultan qızı ŞaxtaxtinskayaTiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.
Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən "Görkəmli Azərbaycanlılar” panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

1894 — Keçmiş sovet lideri Nikita Serqeyeviç Xruşşov anadan olmuşdur. O, 1953-cü ildən 1964-cü ilə kimi Sov.İKP MK Baş katibi, 1958-ci ildən 1964-cü ilə kimi SSRİ Nazirlər Sovetinin sədri. Sovet İttifaqı Qəhrəmanı, Üçqat Sosialist Əməyi Qəhrəmanı idi.
Stalinin şəxsiyyətə pərəstişini tənqid etmişdir, ölkənin idarəetmə apparatında bir neçə demokratik reforma aparmışdır, SSRİ ilə kapitalist ölkələr arasındakı münasibəti nisbətən yaxşılaşdırmışdır, SSRİ və Çin arasında gərgin münasibət yaratmışdır, siyasi məhbusların böyük bir hissəsi bəraət qazanmışdır.

Tarixdə bu gün - 17 aprel1915—Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Feyzulla oğlu Əliyev Dərbənd şəhərində anadan olmuşdur.
Şəmsulla faşişmə qarşı mübaruizədə şöphrətli bir hünər yolu keçmişdir. O, batalyon komandirinin siyasi hissə üzrə müavini idi. Kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir.
Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi.
1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə "İrəli, Qafqazın qartalları!" çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu
Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir.

Tarixdə bu gün - 17 aprel1923 — Tanınmış aktrisa, Əməkdar artist Mirvari Balaqardaş qızı Novruzova Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb.
20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib.
İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s.
Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.

1928 — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru, SSRİ Xalq artisti, Şöhrət" ordeni "İstiqlal" ordenLİ Tarixdə bu gün - 17 aprelLütfiyar Müslüm oğlu İmanov Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur.
İlk dəfə məktəbli olarkən -1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşıdaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakultəsini bitirmişdir. 1954-1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində "La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir.Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi.İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub.Pedoqoji fəaliyyətlə məşğul olub. Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991-1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs demişdir. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb.1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olmuşdur.1980 və 1985-ic illərdə Azərbaycan SSR-nın Ali Sovetinin deputatı seçilmişdir.
21 yanvar 2008-ci ildə Bakı şəhərində rəhmətə getmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1938 — Azərbaycanın siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995-ci ildən), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Tarixdə bu gün - 17 aprelAssosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri Ramiz Ənvər oğlu Mehdiyev Bakı şəhərində anadan olub.
1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma” İdarəsində işləyib.
1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.
1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.
1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.
1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub.
1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.
1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib.
1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub.
1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub.
1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. "Qırmızı Əmək Bayrağı” ordeni və 2008-ci ildə "İstiqlal”, 2013-cü ildə "Şərəf” , 2018-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.
2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1899— Azərbaycan əsilli Türkiyə dilçisi, ədəbiyyatşünas Əhməd Cəfəroğlu Gəncədə anadan olub.
Tarixdə bu gün - 17 aprelÜç yaşında atasını itirib. 1905-ci ildə erməni-müsəlman davası qalxanda ailəsi Səmərqəndə köçür. Əhməd ilk təhsilini orada alır, sonradan Gəncəyə qayıdırlar. 1909-1916-cı illərdə Gəncə gimnaziyasında təhsil alır. Sonra Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olur, üç semestr oxuya bilir. Həmin dövr situasiya ilə bağlı 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıdır.
Ə. CəfəroğluGəncə Gəncədə istiqlal mübarizəsinə qoşulur. Nuru Paşanın Qafqaz İslam Ordusu üzv olur. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti kimi iştirak edir.
Əhməd yenicə açılan Bakı universitetinin (1919) tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olur. Bu universitet də yarımçıq qalır, o Gürcüstana, oradan da Türkiyəyə keçir.
İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olur. Ünlü türkoloq Mehmet Fuad Köprülüdən dərs alır və axır ki, bu universiteti bitirir (1925). Bir il işlədikdən sonra yeni şans yaranır: Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslan universitetlərinə göndərilir, tanınmış türkoloqların mühazirələrini dinləyir. 1929-cu ildə Əhməd Cəfəroğlu İstanbul Universitetinə filologiya doktoru kimi dönür. Əvvəlcə türk dili tarixi kafedrasının dosenti, professor olur, 1946-cı ildən Mehmet Fuad Köprülünün ölümündən sonra kafedra müdiri. Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik edirdi.
"O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi". Bu sözləri Əhməd bəyin həmkarı Səadət Cağatay yazıb və əlavə edib ki, o "öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu". Bəs Cəfəroğlu nələr yapmışdı? Bu kiçik yazıda o böyük işlərdən necə danışım?
1923-1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb.
Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Roma universitetində bir müddət çalışıb da.
Dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü idi.
Əhməd Cəfəroğlunun "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" kitabı Türk Dil Qurumunun həqiqi üzvü idi. 30-cu illərdə bu qurumun Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarına da qatılıb.
1955-ci ildə oİspaniyanın "De Alfonso el Sabio" ordeninə layiq görülüb.
Əhməd Cəfəroğlu bir sıra türk dillərindən başqa, rus, fars, alman, fransız dillərini yaxşı bilirmiş.
"Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru idi.
"Türk amacı" dərgisinin (1942-1943) , "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olub.
Əhməd bəy uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub. Məncə, həmin dərgilərdə yazdığı məqalələrin adları hər şeyi deyir: "Azərbaycanın böyük matəmi—27 nisan", "28 mayıs 1920", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" və s.
Cəfəroğlu bu qədər işin içində imkan tapıb Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. Cəmi 3 əsərinin adını çəkəcəyəm: "Azərbaycan xalq ədəbiyyatında Aşıq Qərib dastanı", "XVII əsr Azəri şairi Məlik bəy Avçı", "Böyük Azəri türkçüsü Mirzə Fətəli" və s.
Onun Türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilərək, indiyədək dərslik kimi istifadə olunur.
Əhməd bəy 76 yaşını tamamlaya bilmədi. 1975-ci il yanvarın 6-da Vətəni görmədən dünyadan köçdü. "Həyatının sonuna qədər tam bir azəri olaraq qaldı" – bu da keçmiş tələbələrinin ustadları haqqında dedikləridir.

1989 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli Tarixdə bu gün - 17 aprel
medalı ilə təltif edilmiş Murad Vaqif oğlu Məmmədov Sumqayıt şəhərində anadan olub.
Əsgər Murad Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 5-i isə Murad Məmmədov doğulduğu Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Murad Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Tarixdə bu gün - 17 aprel1993  Aprel döyüşlərinin qəhrəmanı Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Adil Kamran oğlu Adilzadə Mingəçevir şəhərində anadan olub.
Ailənin yeganə övladı olan Adil Adilzadə Mingəçevir şəhərində yerləşən 20 saylı tam orta məktəbi bitirib. Adil Adilzadə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib.
Kiçik çavuş Adil Adilzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Adilzadə döyüş zamanı 17 erməni hərbçisini məhv edib. Qarşı-qarşıya döyüşlərdə Adil Adilzadə ilə bacarmayan ermənilər onu snayperdən açılan atəşlə qətlə yetirib.
Aprelin 11-i isə Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Adilzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
 
Vəfat etmişdir:

Tarixdə bu gün - 17 aprel1983  Tanınmış nasir, tərcüməçi Cəfər Səfər oğlu Bağırov 70 yaşında Ordubadda vəfat etmişdr.
Cəfər Bağır 1912-ci il mayın 5-də Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934-1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936-1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T.Drayzer, P.Abrahams, A.Sent-Ekzüperi, R.Taqor, Əziz Nesin, M.Broden, A.Kamenova, S.Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbavcan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955-1960), redaktoru (1960-1966), məsləhətçi redaktor (1966-1967), bədii tərcümə redaksiyasının müdiri (1967-1973) vəzifələrində çalışmışdır. 1973-cü ilin martından fərdi təqaüdə çıxmış və yaradıcılıqla məşğul olmuşdur. 1983-cü il aprelin 17-də vəfat etmişdir.

1993 — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993) Xəlil Turqut Özal 65 yaşında Tarixdə bu gün - 17 aprel
Ankarada vəfat etmişdir.
Turqut Özal 13 oktyabr 1927-ci ildə Malatyada doğulmuşdur.
Atası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
Turqut Özal ailəsinin istəyi ilə evləndiyi Ayxan İnalla 1952-ci ildə qısa müddətli bir evlilik yaşayır. Bu evlilikdən sonra işlədiyi Elektrik İşləri Etüd İdarəsində katibə vəzifəsində xidmət edən Səmra Yeyinmenlə evlənir. Bu evlilikdən sonra Əhməd, Zeynəb və Efe adında üç övladı dünyaya gəlir. Evləndikdən sonra Amerikanın Teksas Texniki Universitetində İqtisadiyyat təhsili alır. Geri qayıtdıqdan sonra, Elektrik İşləri Etüd İdarəsi baş direktorunun köməkçisi oldu və Türkiyədə elektrifikasiya üzrə layihələrdə işlədi. 1959-cu ildə Planlaşdırma Komissiyasında katib vəzifəsində çalışdıqdan sonra 1959-cu ildə Ankara Ordonat məktəbində fəaliyyətinə davam etdi. 27 May Çevrilişindən sonra əsgərliyə çağırıldı. Onunla birgə əsgərliyə gedənlər arasında 33 il sonra doqquzuncu prezident seçiləcək olan Süleyman Dəmirəl də vardı.
Əsgərlikdən sonra Dövlət Planlaşdırma Təşkilatının quruluşunda xidmət edən Özal, daha sonra Ortadoğu Texniki Universitetində pedaqoqluq fəaliyyəti ilə məşğul olub. 1965 seçimlərindən sonra Süleyman Dəmirəlin müşaviri olaraq xidmət etdi. Bir müddət Nazirlər kabinetinin Texniki Mütəxəssislər şöbəsinin üzvü olan Turqut 1967-1971-ci illərdə Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini icra edib. 1972-1973-cü illərdə Dünya Bankında məsləhətçi olaraq fəaliyyət göstərən Turqut Türkiyəyə qayıtdıqdan sonra müxtəlif sənaye qurumlarında çalışıb. 1979-cu ilin sonlarına doğru Baş nazirin müşaviri vəzifəsinə təyin olunan Turqut eyni zamanda Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini də vəkalətən icra edib.
1980-ci il 12 iyulda baş verən çevrilişdən sonra qurulan hökumətdə iqtisadi işlərdən məsul baş nazir köməkçisi təyin edilsə də 1982-ci ildə vəzifəsindən istefa verib. 1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyə respublikasının 19-cu baş naziri kimi hökuməti qurmaqla vəzifələndirilib. 1987-ci ildə keçirilən seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edərək baş nazir kimi fəaliyyət göstərib.

Baş nazirliyi dövrü

20 may 1983-cü ildə Ana Vətən Partiyasını quran Özal 6 noyabr 1983-cü ildəki seçimlərdə 400 nəfərdən ibarət parlamentdə 211 millət vəkilinin onun partiyasından seçilməsi ilə tək başına iqtidar və 45-ci Hökumətin Baş Naziri oldu. 1984-cü il seçkilərindən də uğurla çıxan Özal, 13 aprel 1985-ci ildə keçirilən konqresdə bir daha seçildi.
1987-ci ildə keçirilən seçimlərdə də 292 millət vəkili Ana Vətən Partiyasından seçildi və üstünlüyü bir daha ələ alan Özal 46-cı Hökumətin Baş Naziri oldu. İqtidarda olduğu 1983-1991-ci illər ərzində Türkiyə iqtisadiyyatı təqribən illik yüzdə 5,2 dəfə böyümüşdür. Turqut Özal 18 iyun 1988-ci ildə Ankara Atatürk İdman Salonunda Ana Vətən Partiyasının 2-ci Konqresinin təşkil edildiyi zaman Qartal Dəmirdağ adlı bir şəxs tərəfindən edilən sui-qəsddən yaralı olaraq xilas oldu. Müxbirlər və televiziya kameraları üçün hazırlanmış platformun qabağıdan və Özala 12 metr aralıdan saat 12:15-də iki dəfə atəş açan Dəmirdağ Turqut Özalı sağ əlindən yaralamışdır. Hücumdan sonra ətrafa atəş açan mühafizəçilər isə 18 nəfərin yaralanmasına səbəb olmuşdur. Nazir İmren Aykut da yaralananlar arasında idi.
Əvvəlcə ölüm cəzasına məhkum edilən, daha sonra cəzası iyirmi ilə endirilən Qartal Dəmirdağı prezidentliyi dövründə əfv etmişdir. Barzaniye beynəlxalq aləmdə rahat səyahət edə bilməsi üçün türk pasportu vermişdir. İllər sonra Barzani bu pasportu 2003-cü ildə Türkiyəyə geri qaytarmışdır.

Körfəz müharibəsi və Özal
Turqut Özalın baş nazirliyi müddətində baş vermiş ən vacib hadisə Birinci Körfəz Müharibəsidir. Bu hadisədə o, çox vacib bir rol oynamışdır. Petrol qaynaqlarının nəzarətini əlində tutan Səddam Hüseynin Türkiyə üçün böyük bir təhlükə təşkil etdiyini düşünərək, Səddamın bölgənin hakimiyyətini əlində tutmasına icazə verilməməsinin tərəfdarı olmuşdur. ABŞ-a Səddam Hüseynə qarşı mübarizədə açıq dəstək verən Turqut Özalın hərəkata türk ordusunun da qoşulub Mosul və Kərkükə girməsini istəməsiylə, o dövrün Baş Qərargah Rəisi Necip Torumtay səlahiyyəti müddəti bitmədən 3 dekabr 1990-cı il tarixində öz istəyi ilə təqaüdə çıxmış və bunun səbəbi olaraq Birinci Körfəz Müharibəsində hökumətin mövqeyinə etiraz etdiyini irəli sürmüşdür.

Prezident seçilməsi

Özal 1989-cu ildə prezident seçkilərinə namizəd oldu. Sosialdemokrat Xalqçı Partiya və Doğru Yol Partiyası məclisə girməyərək seçimi boykot etdi. İlk mərhələdə Turqut Özal 247, ANAP Burdur millət vəkili Fərhi Çelikbaş 17 səs aldı. 17 nəfər tərəfsiz qaldı və 3 səs etibarsız sayıldı. İkinci mərhələdə 284 millət vəkilinin iştirak etdiyi səsvermədə namizədlərdən baş nazir Turqut Özal 265 səs aldığı halda, Çelikbaş 17 səs aldı. 2 səs etibarsız sayılarkən 9 nəfər tərəfsiz qaldı. 31 oktyabr 1989-cu il tarixində yenə müxalifətin iştirak etmədiyi 3-cü mərhələdə Turqut Özal 263 səs alaraq Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti oldu və 9 noyabr 1989-cu il tarixində rəsmi olaraq vəzifəsinin icrasına başladı.

Ölümü
Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətindən sonra vəfat etmişdir. Özalın dəfn mərasiminə Türkiyənin dörd bir yanından yüzminlərlə adam axın etmiş, ölkədə bayraqlar yarıya endirilmişdir. Dövrün Amerika Birləşmiş Ştatları Prezidenti, Turqut Özalın yaxın dostu olan Corc Buş gözlənilənin əksinə olaraq dəfn mərasimində iştirak etməmişdir. Vəsiyyətinə əsasən, keçmiş baş nazir Adnan Menderesin də qəbrinin yerləşdiyi Topqapıda dəfn edilmişdir. Özalın bir sui-qəsdə qurban getmiş ola biləcəyi ehtimalı illərdir müzakirə edilir. Turqut Özalın içkisinə qatılan zəhərlə öldürüldüyünü iddia edən həyat yoldaşı Səmra Özal sübut olaraq saç nümunəsinin ABŞ-da yoxlatdırdığını bildirir. 2 oktyabr 2012-ci il tarixində Türkiyənin mərhum prezidenti Turqut Özalın qəbri 19 ildən sonra açılmış və ölümünün bir sui-qəsd olub olmadığının müəyyən edilməsi üçün aparılan araşdırmalar nəticəsində bədəndə zəhərin tapıldığı, lakin Özalın zəhərdənmi, yoxsa başqa səbəbdənmi öldüyünün müəyyən olmadığı bildirilmişdir.
 
2004 – Tanınmışsatirik şair Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə) 55 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 17 aprelBaba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açıb.
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.
Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Əsərləri həmçinin "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində də çap olunub.
1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub. 1996-cı ildə "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib. 1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib. Həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.
1998-ci ildə "21-ci gənclik dərgisi"ndə, 1999-cu ildə "Azərbaycan" jurnalında, 2004-cü ildə "İRS-наследие" jurnalında bir neçə şeiri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.
2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Klinik Xəstəxanasında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).
3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.
2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.
2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.
2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004 aprel ayının 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o "koma" vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

2009 - Görkəmli Azərbaycan yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli 78 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 17 aprelSabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Burada orta təhsilini başa vurduqdan sonra 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləmişdir. 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilmiş, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru işləmişdir. Sabir Əhmədli Yazıçılar Birliyinin Mükafatlar Şurasının sədri olmuşdur.
O, ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxmışdır. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirmiş, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərmiş, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynamışdır. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilmişdir. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilmişdir.
 
2015 – Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli 81 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 17 aprelRamiz Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi Tarixdə bu gün - 16 aprelbitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.
Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.
Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz