» » Tarixdə bu gün - 16 aprel

Tarixdə bu gün - 16 aprel


16 aprel

İlin 106-cı (uzun illərdə 107-ci) günü.

Mühüm hadisələr:

1992 - Azərbaycan Respublikası Monqolustan ilə diplomatik əlaqələr qurmuşdur.
 
Doğum günləri:

1889 – Məşhur ingilis aktyoru Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Tarixdə bu gün - 16 aprelAnası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar.
Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar.
Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı. Öz ilk şəxsi rolunu o 1901-ci ildə alır.
1913-cü ildə Çaplin ABŞ-a səfəri zamanı Keystoun film studiyası tərəfindən aktyor kimi film çəkilişində iştirak edir. Əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazanır. O, Ford Sterlinqdən (aktyor idi) bir cüt ayaqqabı, Arbrukledən bir şalvar, balaca bir pencək və Mark Svenin yalançı bığını götürür. Bu stil onun rollarına uyğun gəlməsə də, sonra ona studiyada bu paltarda çəkilməyə icazə verilir. Çaplin filmin ssenarisini, rejissorluğunu öz üzərinə götürür.
Onun bu filmi tezliklə sevilir və o təkliflərdən canını qurtara bilmir. 1915-1916-ci illərdə o yüksək honorarlara Essanaye və Mutual korporeyşinə işləməyə gedir. Burada Çarli Çaplin Edna Pörviens ilə tanış olur. Edna onun 35 filmində çəkilir. Çarli ilə Edna arasında şəxsi münasibətlər də mövcud olmuşdur. 1917-ci ildə ABŞ birinci dünya müharibəsinə qoşulduqdan sonra Çaplinə qarşı siyasi kompaniya başlayır. Çünki, o əsgər sıralarına yazılmışdır.
Sonralar Çaplin "First National"a keçir və burada ilk milyon dollar məbləğində müqavilə imzalayan ulduz olur. O getdikcə filmlərinin ssenarisini özü yazır və özü də istehsal edirdi. 6 fevral 1921-ci ildə Çaplin "Uşaq" filmini çəkir. Bu ilk uzun məzmunlu film idi. O, 51 dəqiqə davam edirdi.
1918-ci ildə 28 yaşlı Çaplin 16 yaşlı aktrisa Mildred Harris ilə evlənir. Onların 1919-cu ildə anadan olan oğulları az sonra vəfat edir. 13 noyabr 1920-ci ildə onlar ayrılırlar.
Çaplinin "First National" studiyasında müqaviləsi başa çatdıqdan sonra o həmkarları ilə birlikdə "United Artists" film studiyasını yaradır.
1924-cü ildə Çaplin "Qızıl hərisliyi" filminin çəkilişi zamanı tərəf müqabili olan 16 yaşlı Lita Qreyə vurulur. Lita Qreyin 1926-cı ildə ondan bir uşağı olur. Bu ikinci nikah da Çaplin üçün uğursuz olur. Onlar 1927-ci ildə aralarında baş vermiş münaqişəyə görə bir-birindən aralanırlar.
1936-cı ildə Çaplinin "Yeni zamanlar" adlı filmi işıq üzü görür. Bu filmdə Çaplin zamanənin inkişafını hər şey üçün səbəbkar sayır. Bu film Amerikada ciddi tənqidlərə məruz qalır. O sistem və kapitalizm əleyhinə bir film kimi pislənir.
1936-cı ildə Çaplin aktrisa Polett Qoddar ilə evlənir.
1940-cı ildə Çarli Çaplin "Böyük diktator" filmini ekranlaşdırır. Əslində Hitlerin hakimiyyətini pisləyən bu film ilk öncə Amerika senzurasından keçmir, çünki Hitlerin fəaliyyətinin əvvəlində Amerika konservatorları onun Avropada "bolşevizmə" və "kommunizmə" qarşı hərbi güc toplamasını alqışlayırdılar. Onlar Hitleri böyük siyasətçi adlandırırdılar. Ona görə də, Çaplinin bu filmi onlararın ürəyincə deyildi.
Bu filmdən sonra nasional sosialistlər ona yəhudi damğası vururlar. 1942-ci ildə onun nikahı Polett Qoddar ilə də sona çatır. Bir az sonra Çaplin dramaturq Yucin O'Nilin qızı Una O'Nil ilə tanış olur və onu sevir. Çaplin onunla öz xoşbəxtliyini tapmış olur. Onlar 16 iyun 1943-cü ildə evlənirlər. 1944-cü ildə onların sonrakı səkkiz uşağının birincisi Jeraldine anadan olur.
Müharibədən sonrakı illərdə o tez-tez dövlət məmurları qarşı sorğu suala tutulur. FBİ-ın şefi C. Edqar Huver Çaplinin əleyhdarlarından biri idi, o Çaplini Amerikada yaşamaq hüququndan məhrum etmək istəyirdi. 1947-ci ildə Çaplin ingilis həftəlik qəzetində "Mən Hollivuda müharibə elan edirəm!" adlı məqaləsini çap etdirir. O böyük nailiyyətlərinə Amerikada çatmasına baxmayaraq öz Britaniya vətəndaşlaığını saxlayır. O özünü dünya vətəndaşı adlandırır. Çarli Çaplin liberal, kritik və pasifist siyasi cərəyanlara qulluq edirdi. Ona görə də, film ulduzu kimi bu xasiyyətlərlə onun problemləri yaranırdı.
18 sentyabr 1952-ci ildə Çarli Çaplin ABŞ-ı tərk edərərək İngiltərəyə qısa səfərə çıxır. Məqsədi təzə çəkdiyi filmi nümayiş etdirmək idi. Huver bundan xəbər tutan kimi Çarli Çaplinin Amerikaya qayıdışının qarşısını alır. Çaplin Avropada qalmaq qərarına gəlir. 1952-ci ildə o İsveçrəyə köçür və Cenevrə gölü ətrafında Manoir de Banda yaşamağa başlayır.
1957-ci ildə Çaplin ABŞ ilə arasında olan problemləri satirik şəkildə çəkdiyi "Nyu-Yorkda bir şah" filmində ifşa edir.
1967-ci ildə Çaplin "Honkonqlu qrafinya" adlı filmi çəkir. Bu filmdə o ikinci rolda çıxış edir. Çəkiliş zamanı onun tez-tez fiziki sağlamlığı ilə problemlər üzə çıxır. Onun sağlamlığı son illər keçirdiyi streslər nəticəsində artıq zəifləmişdir.
1972-ci ildə o "Fəxri Oskar" mükafatını almaq üçün bir dəfə də ABŞ-a gedir.
25 dekabr 1977-ci ildə Çarli Çaplin 88 yaşında Veve (İsveçrə) şəhərində vəfat edir.
Maraqlı faktlar
Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalniz müsabiqədən kənar Oskara layiq görülüb.
Amerikada 40 ildən çox yaşasa da bu ölkənin vətəndaşı olmayıb. Həmişə Böyük Britaniya vətəndaşı olub.
Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.
Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.
Çaplin – fotosu Time jurnalının üz qabığında təsvir olunan ilk aktyor idi. 1975-ci ildə o, cəngavərlik titulu almışdı.
Başqa ad altında Çaplinin oxşarları müsabiqəsində iştirak edib. Bir versiyaya görə aktyor müsabiqədə ikinci, birinə görə üçüncü, başqa versiyaya görə isə beşinci yeri tutub.
Çaplin ayaqlarını 20 min dollar dəyərində sığorta etmişdi.
1928-ci ildə çəkdiyi "Sirk" filmində qulağına mobil telefona oxşayan qurğu tutan qadın təsvir edilib.
Çarli Çaplin sol əllə yazırdı.
"Qadın istənilən kişi milyarderi milyonçu edə bilər" və "Mən fillərə nifrət edirəm: onlar çox güclü və sözəbaxandılar" məşhur fikirlərinin müəllifidir.
Çarli San Fransisko teatrında kasıba (kasıb – onun ən populyar obrazı) oxşayan adamların müsabiqədə inkoqnito iştirak edəndə hətta finala keçməyi bacarmamışdı.

1916— Azərbaycan bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Məşədi Muxtar oğlu
Tarixdə bu gün - 16 aprelHüseynli Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast”ı, "Şur”u, "Zabul segahı”nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Həyatın nəbzini musiqiylə tutanda...
1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi” bacarır.
Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.
Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.
Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş” operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.
Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında”, "Gecələr uzanaydı”, "İlk məhəbbət”, "Düşür yadıma”, "Gülə-gülə”, "Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.
Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var - "Cücələrim”. Qəmbər Hüseynli deyəndə "Cücələrim”, "Cücələrim”in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.
"Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi”nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim”i ifa edir və qonaqlara üz tutuaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.

1934 – Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi Tarixdə bu gün - 16 aprelbitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.
Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.
Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
 
Tarixdə bu gün - 16 aprel1946— Məşhur özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru; "Yalla” qrupunun qurucusu, Özbəkistanın Dövlət mükafatı laureate, 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri” Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının Xalq artisti Fərrux Zakirov Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir.
Onun atası Özbəkistan SSR xalq artisti, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur.
Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar. Evlənən cütlüyün 5 oğlu və 1 qızı dünyaya gəlir: Batır, Luiza, Naufal, Cəmşid, Fərrux və Rövşən. Uşaqlar, Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyürlər. Belə bir mühitdə böyüyən uşaqların mədəniyyət və incəsənətə maraqları artır.
Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişir.
 
1966 — General-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Firudin oğlu Tahirov Rusiya Tarixdə bu gün - 16 aprelFederasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib.
1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A.M.Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib.
1992-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24.06.2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.
 
1972 — Bakı Slavyan Universitetinin "Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aynur Əlövsət Tarixdə bu gün - 16 aprelqızı Bəşirli Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta məktəbi medalla, BDU-nun jurmalistika fakültəsini fərlənmə diplomu ilə bitirib. 2007-ci ildə "ABŞ –Azərbaycan münasibətləri Amerika mətbuatında ("Nyu York Times” qəzetinin materialları əsasında 1991-2001-ci illər) mövzusunda namizədlik dissetrasiyasını müdafiə edib və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. İki dəfə ABŞ-da uzunmüddətli elmi ezamiyyətdə olub. "Prezident. Xronika.1993-1997”, "Xəbərçilik.Xəbərin toplanması və yazılması (dərslik), "Azad mətbuatın çərçivəsində” (monoqrafiya), "Qızıl kitabdan etüdlər” kitabının müəllifidir. 1990-ci ildən peşəkar jurnalist kimi "Dalğa”, "Gunay”, "Yeni Azərbaycan” qəzetlərində calışıb. Son iki qəzetin Prezident Administrasiyası üzrə xüsusi müxbiri kimi prezident H.Əliyevi 1995-2002-ci illərdə 30-dan çox ölkəyə rəsmi səfəri zamanı müşayiət edib.
1996-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda ilk dəfə 2011-ci ildə "Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının əsasını qoyub.
2005-ci ildən jurnalistika sahəsində 10-a yaxın layihəyə rəhbərlik edib. Hazırda Avropa Şurasının "Azərbaycanda jurnalistika təhsilinin inkişafına dəstək” layihəsinin meneceridir.
1995-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatına layiq görülüb.
 
Tarixdə bu gün - 16 aprel1987 — Azərbaycan Silahlı Qüvvələrinin giziri Rusif İbrahim oğlu Ağayev Lənkəran rayonunda anadan olmuşdur.
Rusif Ağayev Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. Rusif Ağayev ailəli idi, iki övladı yadigar qalıb.
Gizir Rusif Ağayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 7-si isə Rusif Ağayev doğulduğu Lənkəran şəhərinin Hirkan kəndində son mənzilə yola salındı.
Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Ağayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rusif Ağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Vəfat etmişdir:
1992— Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Arif Əmirbəy oğlu Nərimanbəyov 75 yaşında Bakıda vəfat etmişdir.
Arif Nərimanbəyov 13 aprel 1917-ci ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib. Müharibədən sonra Bakı kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi bir "Mozalan" kinojurnalı çəkib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz