» » Tarixdə bu gün - 15 aprel

Tarixdə bu gün - 15 aprel

Müəllif: Vüsal от 15-04-2018, 00:15

15 aprel

İlin 105-ci (uzun illərdə 106-cı) günü.

Mühüm hadisələr:

1970 – Yaponlar ilk elektron kalkulyator hazırladılar.
1912 - Dünyanın ən böyük gəmisi olan "Titanik” aysberqlə toqquşaraq batmışdır (Bəzi mənbələrdə gəminin batmasını siyasi səbəblərlə əlaqələndirirlər, çünki Titanik elə materialdan hazırlanmışdı ki, qırılmaz, deşilməz bir buz parçası ilə (aysberqlə) batacaq gəmi deyildi).
1992 - Azərbaycan Respublikası Fələstin ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1915 — Məşhur İran inqilabçısı Xosrov Ruzbeh anadan olmuşdur. Atası ordunun təsərrüfat zabiti olmuş, sonra Silas Məlayir vilayətində jandarm rəisi, daha sonra Tarixdə bu gün - 15 aprelxəstəliyinə görə ordudan çıxarıldıqda maliyyə nazirliyi xətti ilə vilayətdə kiçik məmur vəzifəsində çalışmışdır. Həyat Xosrov Ruzbehi əzizləməmişdir. O, ehtiyacla çox tez üzləşmişdir. Xosrov orta məktəbə daxil olanadək Ruzbehlər ailəsi çox ehtiyac içərisində yaşamışdır.
İranın orta məktəbi–iki dərəcəlidir. Xosrov birinci dərəcəni çox da böyük olmayan Məlayir şəhərində keçirmiş, sonra təhsilini davam etdirmək üçün Həmədana gəlmişdir. Xosrov Məlayirdə atasının ona göndərdiyi otuz rialla, Həmədanda isə əlli rialla yaşayırdı. Bu da onun kömür, yemək və təhsil xərcinə çox çətinliklə çatırdı.
Xosrov onun yaşayış xərcini təmin etməkdə çox çətinlik çəkən atasının vəziyyətini yüngülləşdirmək uçün böyük ciddiyyətlə çalışaraq orta məktəbi vaxtından iki il əvvəl qurtarmağa və fərqlənmə attestatı almağa müvəffəq olur. Ona məktəbdə riyazi məsələləri həll etmək xüsusilə asan gəlirdi və bu fənndən həmişə əla qiymət alırdı. Riyaziyyata marağı və bu sahədə qeyri-adi bacarığı Xosrovun gələcək təhsilinin istiqamətini müəyyənləşdirirdi. O, orta məktəbi bitirdikdən sonra Tehran universitetinin mexanika fakültəsinə daxil olur və riyaziyyat sahəsində ixtisaslaşır.
Xosrov hələ orta məktəbin 5-ci sinifində oxuyarkən "Bir-birinin ardınca gələn rəqəmləri bölmək yolu ilə dörd dərəcəli və yuxarı dərəcəli tənliklərin həll edilməsi” barədə kitabça yazdı. O, universitetdə bu mövzu üzərində çalışmağı davam etdirdi. Daha sonralar o, "Həndəsə məsələlərinin həllinə dair nəzəri əsaslar»” adlı kitabını yazır. Xosrov Ruzbehin universitetdə təhsilini davam etdirmək imkanı olsaydı, o riyaziyyat sahəsində böyük bir alim olardı. Lakin ailəsinin ağır maddi vəziyyəti onu universiteti buraxmağa, dövlət hesabına təhsil almaq imkanı verən Ali hərbi məktəbə daxil olmağa məcbur etdi.
Elə o zaman Xosrov Ruzbehdə mövcud üsuli-idarəyə qarşı nifrət hissi oyandı. O, məhkəmədə son sözündə demişdi ki, mövçud üsuli-idarə məndə müasir cəmiyyətin bütün bədbəxtliklərinin mənbəyi olan kapitalizmə qarşı tənqidi fikirlər doğurmaya bilməzdi. Sonralar bu baxışlar onu kapitalizmə qarşı fəal mübarizlər cəbhəsinə gətirib çıxartdı.
Xosrov Ruzbeh Ali hərbi məktəbdə topçuluq fakültəsində təhsil alırdı. Oradakı məşğuliyyət ona çox sevdiyi riyaziyyat fənnini daha dərindən öyrənməyə imkan verirdi. Ruzbeh topçuluq fakültəsinin ən yaxşı tələbələrindən biri sayılırdı. Ruzbeh Ali hərbi məktəbdə oxuduğu dövrə aid xatirələrində yazırdı ki, "müəllimimiz olan diviziya generalı Zəngene ballistikadan, mərmilərdən və topçuluğa aid başqa sahələrdən nəzəri məşğələlərdə tələbələrin suallarına cavab verməkdə çətinlik çəkəndə zarafatla deyərdi: "Doktor, sualı izah elə görək”. Xosrov da hər çətin sualı çox gözəl həll edirdi.
1937-ci ildə Xosrov Ruzbeh Ali hərbi məktəbi leytenant rütbəsi ilə bitirib, topçu alayında xidmət etməyə başladı. O, zenit toplarındakı elektrik və optik cihazlarının nəzəri əsaslarını öyrənməklə məşğul olmuş və "Zenit toplarındakı optik qurğuların nəzəri əsasları” adlı kitabını yazmışdır. Ruzbeh həm də mərmilərin hədəfini dəqiq hesablamaq üçün qurğu işləyib hazırlamış və bunun məsafələrə görə hesablama cədvəlini tərtib etmişdir. Döyüş zamanı bu cədvəldən istifadə edildikdə vaxta xeyli qənaət olunur. Ruzbeh, hərəkətdə olan hədəflərə yüngül silahdan atəş açmağı məşq etmək üçün sistem yaratmış və "hərəkət edən hədəflərə yüngül toplardan atəş açmağın nəzəri əsasları” mövzusunda kitab yazmışdır. Onun təklif etdiyi sistemə görə daha arxasınca hədəf aparan təyyarələrdən istifadəyə ehtiyac qalmırdı. Bundan başqa Ruzbeh piyada ordu üçün nəzərdə tutulan müxtəlif silah növlərinə dair hesablamalar təklif etmişdir. Riyaziyyat sahəsində, topçuluğa dair xariqülada istedadına və yazdığı kitablarına görə Ruzbeh komandanlığın diqqətini özünə cəlb etdi. Ruzbeh baş leytenant rütbəsi alaraq Ali hərbi məktəbin topçuluq fakültəsində müəllimliyə dəvət olundu. Bir neçə vaxtdan sonra ona kapitan rütbəsi verdilər. Burada, Ali hərbi məktəbdə onun müəllimlik və alimlik istedadı xüsusilə özünü göstərir. Xosrov Ruzbeh iki cildlik "Topçuluq fakültəsi üçün ali riyaziyyat kursu” əsərini, "Daxili ballistika”, "Xarici ballistika”, "Sahil toplarının atəşi” və topçuluğa dair bir sıra başqa kitablar yazır. Yüzlərlə topçu zabiti onun Ali hərbi məktəbdə oxuduğu mühazirələri dinləyir və əsərlərini öyrənir. Bütün bunlar ona gənc zabitlər arasında böyük şöhrət qazandırır.
Ruzbehin istedadı çoxcəhətli, maraqlandığı məsələlərin dairəsi isə son dərəcə geniş idi. Ali riyaziyyat və topçuluq nəzəriyyəsindən başqa, o, ədəbiyyatı, fəlsəfəni, şahmatı və xarici dilləri, iqtisadiyyatı və estetikanı öyrənir. O, çox yazır və tərcümə edir. Onun əsərləri içərisində "İkinci dünya müharibəsinin qısa tarixi” və "Koreya müharibəsi” kimi elmi–publisist kitablara, "Eşq ilə ölüm əylənir”, "Xirosimalı qız Sumiko”, "Solmuş qönnçələr”, "Roz-frans”, "İnadcıl kənd” kimi bədii kitablara və uşaqlar üçün yazdığı "Yoldaşlar” (uşaqlar üçün dərs kitabı), "Uşaq evdə və məktəbdə” kimi tərbiyəvi mövzulara rast gəlinir. Şahmatla maraqlanan Ruzbeh "Şahmat”, "Şahmatı təkbaşına öyrənənlərə kömək”, "Şahmat oynamağın məharəti”, "Şahmatı nə cür oynamaq olmaz”, "Şahmata dair yeni müfəssəl məlumat (endişpil–oyunu bitirmək qaydaları)” kitablarını yazır.
Ruzbeh tərcümə ilə məşğul olur, mexanikaya, termodinamika, ali riyaziyyat, fizika, həndəsə və astronomiyaya dair əsərlər onu çox maraqlandırır. O, "Qrafostatika”, "Analitik həndəsə”, "Tərsimi həndəsə”, "Həndəsi optika”, "Fiziki optika”, "Maddələr müqaviməti”, "Nəzəri mexanika”, "Termodinamika”, "Astronomiya və kosmoqoniya” kimi tədris vəsaitlərini tərcümə etmişdir. Eləcə də o, "Rus dilini təkbaşına öyrənənlərə kömək” kitabını fransız dilindən fars dilinə tərcümə etmiş və onu fars dilinin xüsusiyyətlərinə müvafiq olaraq işləmişdir. Ruzbeh fəlsəbəyə aid "Fəlsəfənin əsasları”, "Elmi sosializm və utopik sosializm” adlı kitabların da müəllifidir.
Ümumiyyətlə, gənc alim riyaziyyata, topçuluğa, nəzəri problemlərə, ədəbiyyata, fəlsəfəyə, siyasətə və şahmata aid 35 kitab yazmış və nəşr etdirmişdir. Xosrov Ruzbeh kitabı sevirdi. O, heç də yüksək olmayan maaşının çox hissəsini kitab almağa sərf edir və özü üçün üç min əsərin toplandığı qiymətli bir kitabxana yaradır. Ruzbehin Tehran küçələrindən birində kirayə ilə yaşadığı balaca otaq kitab rəfləri ilə dolu idi.
Xosrov Ruzbeh orduda qalsaydı ən yüksək rütbələrə çatar, mühüm vəzifələr tutar, dolanacağını təmin edə bilərdi. Lakin Xosrov Ruzbeh bu yolla getmədi. Ruzbeh məhkəmədə belə dedi: "Mən, arxayın həyat tərzinə və qarşımda açılan gözəl perspektivlərə uyub təhqir və məşəqqətlərlə dolu öz keçmişimi necə unuda bilərdim! Daha çətin və daha ağır şəraitdə yaşayan və güzəranlarının yaxşılaşacağına heç bir ümidi olmayan yüz minlərlə Ruzbehlərin halını necə düşünməyə bilərdim! Yalnız yoxsul olduğuma görə kübarzadələrin mənə sarı yönəldilən o təhqiramiz nəzərlərini, nəştər kimi qəlbimə sancılan o tərs baxışları necə unuda bilərdim! Nail ola biləcəyim təkcə rahat, tox həyat xatirinə bunların hamısını mən necə unuda bilərdim! Hətta belə etsəydim də bunu bir muzd kimi qəbul edib, xoş güzəranıma uyub susmağa və mənimlə olduğu kimi başqa Ruzbehlərlə də belə bir təhqiramiz tərzdə rəftar edilməsinə yol verməyə nə haqqım var idi? Mənim belə bir haqqım yox idi və ola da bilməzdi. Sözümün əsil mənası budur ki, mənim əqidələrimi müəyyən edən artıq öz şəxsi mənafeyim deyildir. Mənim baxışlarım daha genişdir”. Ruzbeh öz ətrafında həm milyonlarla həmvətəninin müsibətli yoxsulluğunu, İran xalqının bədbəxtlik və əzablarını, həm də kapitalistlərin və mülkədarların var-dövlətini, cahi-cəlalını görürdü. Ruzbeh məhkəmədə dedi: "İran cəmiyyətinin hazırkı vəziyyətinin ötəri nəzərdan keçirilməsi və müxtəlif siniflərin həyat tərzlərinin müqayisəsi belə, adamı dəhşətə gətirir, belə bir vəziyyətə kədərlənir, acıyırsan. Cəmiyyətin imtiyazlı və məhrum sinifləri arasında böyük, dərin və eyni zamanda gündən-günə daha da dərinləşən uçurum həssas ürəyi olan bir insana təsir göstərir, onu kədərləndirir və düşündürməyə vadar edir”.
Əlbəttə, Xosrov Ruzbehi ölkədə mövcud quruluşa qarşı mübarizə yoluna təkcə şəxsi məhrumiyyətləri və bədbəxtliyi sövq etməmişdir. Onda həyata müəyyən dünyagörüşü qərarlaşdığı zaman, öz həyatını xalqa xidmət üçün sərf etmək qərarına gəldiyi zaman onun şəxsi bədbəxtlikləri və maddi çətinlikləri artıq geridə qalmışdı. Lakin Xosrov Ruzbeh öz xalqının bir sədaqətli oğlu kimi, bir vətənpərvər kimi ətrafında baş verən hadisələrə qarşı etiraz etməyə bilməzdi. Ruzbehin ölkədəki mövcud istibdad quruluşuna qarşı barışmaz münasibəti, onun dünyagörüşünün formalaşmasında başlıca rol oynayan bu münasibət ictimai fırtınalarda və daxili axtarışlarda yaranmışdı. Ruzbehin dünyagörüşünün bərqərar olduğu dövrdə İranda inqilab hərəkatı yüksəlməkdə idi. Ətrafda hər şey coşurdu. İranın tarixində ilk dəfə olaraq ölkənin bnr çox şəhərlərində minlərlə nümayişçinin iştirakilə çoşqun mitinqlər ksçirilirdi. Həmkarlar ittifaqları meydana gəlir, partiyalar işləməyə başlayır, İran Xalq Partiyası yaradılır. 1943-cü ildə Ruzbeh bu partiyanın üzvu olur. Bu dövrü xatırlayaraq Ruzbeh deyirdi: "qəzetlərdə və ümumiyyətlə bu partiyanın mətbuatında dərc olunmuş məqalələri oxuyanda hiss etdim ki, bu–mənim istədiyim təşkilatdır və o, mənim çoxdankı arzu və meyllərimi fəal bir formaya sala bilər”. Bu dövrdən başlayaraq Ruzbeh marksizm-leninizm klassiklərinin əsərlərini inadla öyrənir və marksizm-leninizm ideyalarının alovlu təbliğatçısı olur. Ruzbeh öz haqqında belə deyirdi: "Artıq mən, əsər yazmaq, tərcümə etmək və ya tədqiqat aparmaq yolu ilə cəmiyyətə xidmət etmək istəyən Ruzbeh deyildim. Mən birdən-birə dəyişdim. Əzəmətli bir tufan əsəblərimə və ruhuma hakim kəsildi. Kiçik işlərlə məşğul olmaq haqqındakı məhdud fikirləri bir kənara atdım və milyonlarla həmvətənimin bədbəxtliyinə son qoymaq üçün vəziyyəti kökündən və əsaslı surətdə dəyişməyi qət etdim”.
Xosrov Ruzbeh cəsarətlə öz ürəyini tufanlara tapşırır. Ruzbeh İranın Ordu zabitlərindən birinci olaraq İran Xalq Partiyasının sıralarına daxil olur. O, siyasi mübarizədə fəal iştirak edir və partiyanın tapşırığı üzrə orduda böyük iş aparır. Ruzbeh İran kommunistlərinin qocaman nəslinin gözəl nümayəndələrindən, ölkədə kommunist hərəkatının veteranlarından olan polkovnik İzzətulla Siyaməklə görüşür. Siyamək Ruzbehdəki istedadı görür və marksizm-leninizm təliminin əsil mahiyyətini düzgün başa düşməkdə və məqsədinə çatmaqda ona kömək edir. Ruzbeh, Siyaməklə və İran ordusunun partiyaya daxil olmuş digər ən yaxşı zabitləri ilə birlikdə "İranın azadlıqsevən zabitlər təşkilatı”!nı yaradır və bu təşkilatın mərkəzi komitəsinə üzv seçilir. Ruzbeh demişdir: №Bu təşkilatın məqsədi ondan ibarət idi ki, asayişi qoruyan qüvvələri hakim siniflərin tabeliyindən çıxarsın, azlığı təşkil edən əlvan geyimli və qəşəng papaqlıları millətin əksəriyyətinin, yəni nəsibsizlərin, talan olunanların xidmətinə versin... Milli hökumət yaratsın, əsil xalq hakimiyyəti qursun, sevimli vətənimizin tərəqqisi, azadlığı, ləyaqəti və istiqlaliyyəti naminə suveren hüquqlarımız bərqərar olsun”. Zabitlər təşkilatına vətənpərvər əhvali-ruhiyyəli, həqiqi, namuslu və bilikli bir adam kimi tanınmış ən yaxşı zabitlər daxil idi. 1945-ci ildə İranda irtica baş qaldırırdı. Baş qərargah tərəfindən İranın mütərəqqi zabitləri şiddətli surətdə təqib olunmağa başlandı. "İranın azadlıqsevən zabitlər təşkilatı”nın üzvlərindən bəziləri həbs olunub sürgün edildilər, çoxları isə gizləndi, Xosrov Ruzbeh gizli fəaliyyətə keçməyə məcbur oldu. Ruzbeh yaratmış olduğu zabitlər təşkilatının fəaliyyətinə rəhbərliyini gizli şəraitdə davam etdirdi. O, böyük risqə baxmayaraq, İran Xalq Partiyasının zabitlər təşkilatına yeni mübarizlər cəlb edirdi. Gələcəyin məşhur publisisti olan Ruzbeh ordudakı vəziyyəti ifşa edən çoxlu məqalələr yazır. Bu dövrdə Ruzbeh "Kor–korana itaət” və başqa kitablar yazır ki, bunlar da İran ordusunda olan biabırçı vəziyyəti tənqid edir. Bu kitabları orduda oxuyan zabitlərdən, xüsusilə gənc vətənpərvərlərdən mütaliənin təsiri altında demokratik hərəkata qoşulanlar az olmadı. Hökumət orqanları Xosrov Ruzbehi üç dəfə həbsə almış, lakin o hər dəfə həbsxanadan qaçmış və işini davam etdirmişdir. Ruzbeh hər dəfə həbsxanadan çıxdıqda zabitlər təşkilatını möhkəmləndirmək üçün yeni quvvətlə işə başlayırdı. 1950-ci il dekabrın 15-də "Qəsr” həbsxanasından qaçmaq xüsusilə cəsarətli bir iş idi. Günün günorta çağı yük maşını ilə uzun müddətli həbs cəzalarına məhkum olunmuş on nəfər partiya rəhbəri həbsxanadan qaçmışdı; Xosrov Ruzbeh də onların sırasında olmuşdu. Bu iş qabaqcadan düşünülmüş və yaxşı təşkil edilmişdi. Ondan sonra Ruzbehin şöhrəti geniş xalq kütlələri içərisində, xüsusilə orduda daha çox artdı.
Polis xəfiyyələri aldən–ayaqdan düşdülər, lakin qaçanları tapa bilmədilər. Hay-küy hərisi olan burjua qəzetləri yazırdılar ki, Ruzbeh xarici ölkəyə qaçmışdır. Lakin o, İranda qalmışdı və inqilabi fəaliyyətini davam etdirirdi. Hərbi təşkilata mənsub olan yoldaşlarından biri xüsusilə Ruzbehin xarici ölkəyə getməsini təkid etdikdə–ona cavab olaraq Ruzbeh demişdi: "Mənim qanım sənin qanından qırmızı deyil, nə üçün sən qalasan, mən isə ölkədən çıxıb kedim?”. Partiya ağır dəqiqələr keçirirdi. İrtica azğınlaşır və bütün azad düşüncəli adamları şiddətli surətdə təqib edirdi. Opportunistlər və hər növ vəzifəpərəstlərdən kimi irtica cəbhəsinə qoşulmaq üçün, kimi də partiya üzvlərinin məruz qaldığı təqib və zülmlərdən yaxa qurtarmaq üçün partiya sıralarını tərk edirdilər. Xain və fitnəkarlar partiya üzvlərinin inam və etimadını sarsıtmaq və təşkilatı tamamilə dağıtmaq üçün partiyanın ən məşhur rəhbərləri əleyhinə hücuma başladılar. Partiyanın fəaliyyətinin tamamilə dayandırılması həqiqətən onların öz xəyanətlərini xalqdan gizlətmələri üçün ən yaxşı vasitə olardı. Belələri də var idi ki, partiya sıralarında qalmaqda davam edirdilər, lakin zindana düşdükdə qətiyyətsizlik göstərir, xəyanətkarlıq yolu ilə gedirdilər. Xəyanətkarlıq "İranın azadlıqsevən zabitlər təşkilatı”nın dağılmasına gətirib çıxardı. 1954-cü il avqust ayının ikinci yarısında həmin təşkilat üzvlərinin kütləvi həbsləri başlandı. Ordu, polis və jandarmın yüzlərlə ən bilikli və şərəfli zabitləri həbs edildi.
O zaman İran qəzetləri xəbər verirdilər ki, hərbi təşkilata kapitan Xosrov Ruzbeh, polkovnik İzzətulla Hüseyn Siyamək, Podpolkovnik Məhəmməd Əli Abbas Mübəşeri və sair zabitlər rəhbərlik edirdilər. Gizlənməyə imkan tapan kapitan Ruzbehdən başqa onların hamısı həbs olundu. Zabitlər, Xosrov Ruzbehin silahdaşları məhkəmədə özlərini görünməmiş mərdliklə aparıb qəhrəmanlar kimi həlak oldular. Polkovnik Siyaməkin, Podpolkovnik Mubəşerinin, mayor Vəkilinin, mayor Vəziryanın və onların silah yoldaşlarının adları İran xalqlarının xatirində həmişəlik yaşayacaqdır. Hökumət orqanları çox çalışdılar ki, polkovnik Siyaməki–İranın bu görkəmli inqilabçısı və vətənpərvərini inqilab işinə xəyanət etmək yoluna yuvarlatsın və onun, guya ki, sovet casusu olduğunu özünə etiraf etdirsinlər. Çünki bu, hökumət orqanlarına və beynəlxalq irticaya növbəti antisovet kampaniyası qaldırmağa imkan verirdi. Siyamək nifrətlə dedi: «Bəli, siz düz deyirsiniz. Mən hər gün səhər jandarm haqqında bütün sənədləri hazırlayıb xarici zabitlərin birinə verirdim. Lakin həmin zabit rus deyildi. O, ABŞ Dövlət departamentinin kəşfiyyat xidməti məmurudur ki, müşavir adı ilə mənim vətənimin jandarmına başçılıq edir». Kapitan Mərzvan öz həbsxana kamerasının divarına belə yazmışdı: «Bu axşam mənim həyatımın axırıncı gümüdür. Öz ürəyimi yoxladım–sakitdir. Ümid edirəm ki, bütün siyasi məhbuslar özlərini mənim kimi hiss edirlər». Mehtəri ölüm çağında habsxana kamerası divarında bu sözləri yazmışdı: "Mehtəri ölümə hazırdır. Siyasi məhbuslara salam!”. Həlak olmuş zabitlərin öz qohum və dostlarına müraciətlə dedikləri onların ölümündən sonra hamıya məlum olmuşdur. Mayor Rəhim Behzad ölümünə bir saat qalmış yazmışdı: "Bir saatdan sonra mən, Mehtəri, Nasiri, Mərzvan, Mohəqqət və Saruşyan güllələnəcəyik. Bəli, İran xalqı qələbə çalacaqdır! Mən ölümün yaxınlaşdığı son dəqiqələrdə İran xalqı və sevimli partiyam barəsində, əziz arvadımvə Kavənin taleyinə oxşayan taleyim haqqında düşünürəm. Mən İran xalqı yolunda məhkum olunub güllələnəcəyimlə fəxr edirəm”.
Podpolkovnik Mübəşeri gecə ölümdən qabaq arvadına yazmışdı: "Gecə yarısından 3 saat keçmiş mənə və mənim yoldaşlarıma bildirdilər ki, məhkəmənin hökmü, yəni güllələnmə hökmü olduğu kimi yerinə yetiriləcəkdir. Mənim gözlədiyim bir şey varsa, o da sizin səbirli və möhkəm olmanızdır... Həmişə yadda saxla ki, sənin vicdanlı bir kişin var idi. Mən İran xalqlarına xoşbəxtlikdən başqa ayrı bir şey istəmirdim və bu yolda mən güllələnirəm. Bu ölüm–alicənab ölümdür. Uşaqlarım böyüyəndə onlara deyərsən ki, "Sizin atanız İran xalqının səadəti naminə güllələnmişdir”.
Elmli zabitlərdən biri, inqilab üçün çox iş görmüş olan mayor Vəkili güllələnməsinə bir gün qalmış ailəsinə yazdığı məktubunda bslə qeyd etmişdi: "Mən sevdiyim adamların hamısı ilə və məni sevənlərin hamısı ilə, əziz xalqımla, naminə güllələnəcəyim xalqla vidalaşıram. Mən günahsız öldürülürəm. Mən nə xəyanət etmişəm, nə də çasus olmuşam. Mənim təqsirim bundan ibarətdir ki, öz xalqım və vətənim üçün çalışmışam. Mən ölümdən qorxmamışam və son dəqiqəyədək ölümlə üz-üzə getmişəm. Sizə və öz xalqıma səadət diləyirəm”. Polkovnik Siyamək öz ailəsinə göndərdiyi məktubda yazırdı: "Bilmək istədiyiniz həqiqət budur ki, mən öz ölkəmi satmamışam, xəyanət etməmişəm, casusluqla məşğul olmamışam. Başınızı uca tutun, çünki mən nəcib arzu yolunda həlak oluram. Məqsədim–ölkənin yenidən qurulması, xalqımın səadətə çatmasıdır. Haqq işin, zabitlər təşkilatı üzvlərinin uğrunda mübarizə apardıqları və öz həyatlarını qurban verdikləri işin qələbəsinə möhkəm inamla və tam nikbinliklə dolu olan bu məktublardan qeyri-adi bir ruhi qüvvə və saf qəlblərin səmimi hərarəti hiss olunur.
Siyamək güllələnməzdən qabaq zarafatla dedi: «Bu bizim komitəmizin axırıncı yığıncağıdır”. Cəlladlar, güllələnən zaman zabitlərin gözlərini bağlamaq istədilər, lakin onlar buna qəti surətdə müqavimət göstərdilər. Mayor Vəziryan dedi: "Mənim gözlərimi bağlamayın, mən gözü açıq ölmək və ölüm qarşısında düşmən əlinin necə titrədiyini görmək istəyirəm”. Mayor Vəkili güllələnərkən dirəyin yanında bu sözləri demişdi: "Mənim ayaqlarımı dirəyə möhkəm bağlayın, lakin güllələndikdən sonra sevimli xalqıma sitayiş etməkdən ötrü qollarımı və bədənimi azad buraxın”. Siyamək güllələnərkən ucadan dedi: "Yaşasın İran xalqı! Xalq bizim intiqamımızı alacaq! Bizim hər birimizin yerini minlərlə fədakar kommunist tutacaqdır”. İran kommunistləri belə həlak oldular. Onların qəhrəmanlıq və igidlikləri indi minlərlə İran vətənpərvəri üçün imperializm və irtica əleyhinə mübarizədə nümunə olmuşdur. Xosrov Ruzbehin axtarılması davam edirdi. Növbəti xəyanət nəticəsində polis onun izini tapa bildi. 1957-ci il iyulun 6-da saat 9-da Tehran küçələrinin birində Ruzbeh İran xəfiyyə polisi agentlərinin böyük bir silahlı dəstəsi tərəfindən mühasirəyə alındı. O, qəhrəmancasına müqavimət göstərdi və özünü möhkəm bir iradə ilə ələ ala bildi. O, üç ağır güllə yarası almasına baxmayaraq,–güllənin biri sol dirsəyinə, o birisi sol buduna, üçüncüsü isə ürəyinin altından dəyərək daxili qan axmasına səbəb olmuşdu,–o, nərdivanla ən yaxın bir evin damına çıxa bilmiş, xəyanət etmiş şəxsi xalqa tanıtdırmaq üçün həmin xainin adını cib dəftərinin vərəqlərinə yazıb imzalamış və səpələyərək küləyə vermişdi. Gücdən salınmış Ruzbeh tutuldu və "Qızılqala” həbsxanasının təkadamlıq kamerasına salındı. Burada o doqquz aydan artıq bir müddətdə son dərəcə ağır şəravtdə qaldı. Ruzbeh demişdvr. "Mənim saxlandığım kamera, əslində, keçmiş hamamların hücrəsinə oxşayır. Onun ancaq bir qapısı var, həmin qapı da başqa bir otağa, bu otağın qapısı isə yolu bağlı bir dalana açılır. Buna görə də cəsarətlə demək olar ki, bu otağın havası həştad il bundan əvvəl, elə tikilən gündən burada kəsb etdiyi bütün üfunətli xassələri ilə yığılıb qalan, uzun illər boyu bir çox məhbusların sinəsini doldurub–boşaldan və nəhayət mənə qismət olub ciyərlərimə əziyyət verən pozğun havadır. Lakin buna baxmayaraq, mən çox dözümlüyəm və bütün şəraitə tam mətanətlə dözəcəyəm. Sədi yaxşı deyib: İşığa çatmaq üçün can atsan pərvanətək, Səni yandırsalar da səsin çıxmasın gərək”. Ruzbeh qohumları və yoldaşları ilə görüşmək hüququndan məhrum edildi, ona yazışmaq da qadağan olundu. Ona həbs olunduqdan iki-üç ay sonra yalnız Sədinin külliyyatını, Hafizin lirik şeirlərini, Firdovsinin "Şahnamə”sini oxumağa icazə verdilər. Ruzbehin mühakiməsi məhkəmə binasında deyil, bütün normalar pozulmaqla həbsxananın dəftərxanasında, onun acı xatirələri ilə əlaqədar olan bir otaqda aparılırdı. Onu vəkil tutmaqdan məhrum etdilər, işi ilə tanış olmaq və müdafiəyə hazırlaşmaq üçün qanunda nəzərdə tutulan qədər vaxt vermədilər. Hətta mətbuat numayəndələri də mühakiməyə buraxılmadı. Gizli məhkəmə prosesinin təşkili, qəbul olunmuş ümumi hüquq normalarının pozulması ancaq Ruzbehə təzyiq göstərmək məqsədi güdürdü. Hökumət orqanları Ruzbehin işini adi cinayət işinə çevirmək istəyirdilər. Lakin onun göstərdiyi mətanət və şücaət İran irticasının bu niyyətini pozdu. Ruzbeh özü özünü müdafiə etmək qərarına gəldi və bu vəzifəni ləyaqətlə yerinə yetirdi. Ruzbehin məhkəməsi İranın mövcud quruluşunun mühakiməsinə çevrildi. Xosrov Ruzbeh məhkəmədə deyirdi: "Məndə nifrət oyadan kapitalizm quruluşudur, bəşər cəmiyyətinin, eləcə də İran cəmiyyətinin bütün bədbəxtliklərini doğuran quruluşdur”.
1958-ci il mayın 11-də məlum oldu ki, dan yeri ağaranda Tehrandakı Hişmətiyyə atəş təlimi meydanında görkəmli İran kommunisti Xosrov Ruzbeh güllələndi, Xosrov Ruzbeh məhkəmədə olduğu kimi, edam günündə də özünü son dərəcə mərdanə aparmışdı, başını uca tutaraq qəhrəmancasına həlak olmuşdur..

1957 —Azərbaycanın teatr və kino aktrisası, Respublikasının Əməkdar artisti Firəngiz Manaxim qızı Babayeva Xudatda anadan olub.
Tarixdə bu gün - 15 aprel1982-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub.Təhsil aldığı illə ərzində o,Tədris Teatrının səhnəsində Polina ("Tribunal"A.Makayonok), Elektra ("Elektra",Sofokl),Krucinina ("Günahsız müqəssirlər",A.Ostrovski), Knyaginiya ("İki qardaş",M.Y.Lermontov),kimi obrazlar yaratmışdır.1986-cı ildə İncəsənət İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olub.Bu teatrın səhnəsində aşağdakı rolları ifa edib:
Sənubər ("Xoşbəxtlər"S.Rəhman)
Aygül ("Kimin sualı var?", N.Həsənzadə)
Kiçik gəlin("Gəlinlərin üsyanı",Ş.Başbeyev)
Nigar ("Solğun çiçəklər", C.Cabbarlı)
Qadın ("Bağlı qapı arxasında iki nəfər", V. Sergeyev)
Bəyaz saçlı qız("Qətl günü",Y.Səmədoğlu)
1987-ci ildə ilin aktrisası mükafatına layiq görülüb.Mingəçevir Teatrında çalışdığı dövrdə Bütün şəhər tədbirlərinin həm Rus həmdə Azərbaycanca aparıcı olub.1990-cı ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına (indi ki H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) dəvət alır 1990-1999-cu illərə kimi teatrda çalışır.Sumqayt Dövlət Dram Teatrının səhnəsində aşağdakı rolları ifa edib:
Telli-(2Məlikməmmədin nağılı»”,M.Məmmədov)
Ana-("Anlaşılmazlıq”,A.Kamyu)
Çiçək-("Subaylarınızdan görəsiz”,S.Ələsgərov)
İrma-("Varlı evində”,G.Xuqayev)
Asya-("Arşın mal alan”,Ü.Hacıbəyov)
Zeynəb-("Ölülər”,C.Məmmədquluzadə)
Nərgiz-("Dünya ay Dünya”,Ş.Qəribli)
Münəvvər-("Mənim ağ göyərçinim”,T.Vəliyeva)və s. rollar oynayıb.
1999-cu ildən Bələdiyyə Teatrının aktrisasıdır.Aktrisa işlədiyi illər ərzində o,Oğlundan şikayətçi qadın ("Oğul"A.Babayev), Salatın("Vətənə oğullar gərəkdir", R.İçərişəhərli), Firəngiz ("Daşa dönmüş ürəklər",X.Əlimirzəyev), Xırda ("Bəylik dərsi", M.Süleymanlı), Arxitektorun arvadı ("Domokl qılıncı ", N.Hikmət), Xanpəri ("Müsyö Jordan və Dərviş Məstəli şah",M.F.Axundov), Fəridə Fəridova ("Qaravəlli", Anar), Sofi("Məkr məhəbbət", F.Şiller), Zeynəb ("Ölülərlər", C.Məmmədquluzadə),3-cü aparıcı("Unutqanlıq qorxunc bəladır", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır.Eyni zamanda aktrisa şəhər tədbirlərinin aparıcılarından olub.Dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir.
2002-ci ildə səhnə sənətindəki nailiyyətlərinə görə "Əməkdar artist” fəxri adına layiq görülüb.
2017-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən "Sənətkar” medalına layiq görülüb.

Vəfat etmişdir:

1985 —Azərbaycan əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 61 yaşında Moskvada vəfat etmişdir.
Tarixdə bu gün - 15 aprelƏliyeva Zərifə Əziz qızı 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respubli­kasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müa­licə-profilaktika fakültəsini fərqlənmə diplo­mu ilə bitirmişdir. 1947-1949-cu illərdə Ümum­ittifaq Mərkəzi Həkimləri Təkmilləş­dirmə İnstitu­tun­da (Moskva) diplomdan son­rakı hazırlıq fəaliyyəti nəticəsində oftal­molo­giya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.
Z.Əliyeva fəlsəfə doktoru (1959), M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda (Moskva) elmlər doktoru (1976) dissertasiya­larını mü­da­fiə etmiş, professor elmi adını almış (1977), Azərbaycan Elmlər Akademi­yasının həqiqi üzvü seçilmişdir (1983). Z.Əliyeva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi (1949), böyük elmi işçi (1960-1967), sonralar Azər­bay­can Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafed­rası­nın müdiri vəzifələrində çalışmışdır (1967-1985).
Z.Əliyevanın təşəbbüsü ilə 1979-cu ildə Fiziologiya İnstitutunun Bakı Məişət kondisionerləri zavodu nəzdində işçilərin görmə orqanının fiziolo­gi­yası və pro­fessional patologiyasının problemi ilə məşğul olan ilk ixtisas­laşmış laboratori­yası təşkil edilmişdir. Eksperimental tədqiqatlar nəticəsində istehsa­latda aşağı­in­tensivli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğun­luqları alim tərəfindən aşkar olunmuşdur. Z.Əliyevanın oftalmologiya sahəsin­də çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologi­yası və peşə xəstəliklərinin təsiri nəticəsində baş ve­rən göz patologiyalarının profi­laktikası, diaqnostikası və müalicəsi, kimya sə­nayesi müəssisələrinin işçilə­rində görmə orqanının vəziyyəti, herpetik göz xəs­təlikləri, ağır virus kon­yunk­tivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakte­ris­tikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə mü­a­­li­cəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, irido­diaq­nostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.
Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur. Z.Əliye­va onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəh­bəri və məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpo­zium­larda iştirak etmiş akademik Z.Əliyevanın təşəbbüsü və təşkilat­çılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu yüksək səviyyədə keçirilmişdir (1977). Z.Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, "Of­tal­­mo­logiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika "Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olmuşdur.
Z.Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının "Akademik M.Aver­bax” müka­fatı ilə təltif olunan (1981) ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına (1982) layiq görülmüş, "Qırmızı Əmək Bayrağı” ordeni (1982) ilə təltif olunmuşdur.
AR Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Z.Əliyevanın adı­nı daşıyır, Bakı şəhərində mərkəzi küçələrdən birinə alimin adı verilmişdir.
Akafemik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Bayramlar və xüsusi günlər:

Tarixdə bu gün - 15 aprelHər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz