» » Tarixdə bu gün - 14 aprel

Tarixdə bu gün - 14 aprel

Müəllif: Vüsal от 14-04-2018, 00:15


14 aprel

İlin 104-cü (uzun illərdə 105-ci) günü.
 
Mühüm hadisələr:

1865 – ABŞ-ın XVI prezidenti Avraam Linkoln bir sui-qəsdçi tərəfindən öldürüldü.
1900 – Paris Beynəlxalq sərgisi açılıb.
1912 – "Titanik” gəmisi batdı.
1944- Cənubi Qafqaz Müsəlman Idarəsi yaradıldı.

Doğum günləri:

1870 — Azərbaycanlı ictimai-siyasi xadim, yazıçı, publisist, həkim; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri,
Tarixdə bu gün - 14 aprelAzərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.
1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirmişdir. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.
1913-cü ildə Ba Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisi kimi qalır. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N.Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir.kıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.
Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.
1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.
N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.
1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir.
N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

1907 — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk professional teatr təhsili görmüş qadın-aktrisa, Xalq artisti Fatma xanım Qədir qızı Qərbi Rusiyanın Odessa Tarixdə bu gün - 14 aprelşəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir.
29 fevral 1968-ci ildə 60 yaşında Bakıda vəfat etmişdir.

1937 — Professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr Tarixdə bu gün - 14 aprelmüavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidenti Minirə Gülməmməd qızı Qarayeva
Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M.Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri, daha sonra uzun müddət Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində professor, bölüm başqanı vəzifələrində işləmişdir.
Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir. Ayrı-ayrı ölkələrdə bir çox elmi dərnəklərin, eləcə də ECA-nın (Avropa Topluluğu Assosiasiyası) üzvüdür. Bu cəmiyyətlərin dəvəti ilə Kiprdə (Qazimağusa, Lefkoşa), Yunanıstanda (Selanik), Almaniyada (Münhen), Türkiyədə (Ankara, İstanbul, Ərzurum, Kayseri, İsparta, Sivas və s.) konfranslarda, assembleya və konqreslərdə məruzə etmişdir.
İngilis dilinin fonetikasına həsr olunmuş üç kitab, əlliyə yaxın məqalə müəllifidir. Hələ tələbə ikən ali təhsil nazirinin imzası ilə "Fəxri fərman"a, müəllim işlədiyi dövrdə isə səmərəli əməyinə qiymət verilərək bir medal, fəxri fərmanlarla təltif olunmuşdur.
1994-cü ildə Türkiyənin Sivas şəhərindəki Cumhuriyyət Universitetində dərs deməyə dəvət olunmuş və Ali Təhsil Nazirliyinin icazəsi ilə işə başlamışdr. Eyni universitetdə on il professor, bölüm başqanı olaraq işləmiş və bu müddətdə də bir çox fəxri adlarla təltif olunmuşdur.
Mimirə Qarayeva İngiltərənin Kəmbric Universiteti tərəfindən "20-ci əsrin qabaqcıl elm adamları" arasında "Müvəffəqiyyət şərəf Diplomu"na layiq görülmüşdür. Eyni zamanda o, "Dünya Bioqrafik Mərkəzi" tərəfindən "Milleniumun Beynəlxalq Qadını Naminatoru" və "2003-cü ilin ən yaxşı beynəlxalq qadın pedaqoqu" fəxri adlarına layiq görülmüşdür.

1950 — Tanınmış teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru , professor , Əməkdar incəsənət xadimib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Tarixdə bu gün - 14 aprelUniversitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əli qızı Əlizadə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır .
Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində baş laborant kimi başlamışdır. Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş , M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna dəyişilmiş, teatr tarixi kafedrasında müəllim , baş müəllim , sonra isə dosent və professor vəzifəsində çalışmışdır.
Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. "Əhməd Ağdamski" və "Həbibbəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü , Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür .
"SSRİ və Yunan Teatr Əlaqələri. Ənənə və novatorluq" simpoziumunda (Afina – 1986, oktyabr) Sovet nümayəndə heyətinin tərkibində Yunanıstanda olmuşdur.
2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.

1952 — Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev Azərbaycan, telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan 
Tarixdə bu gün - 14 aprelRespublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur.[1971-1976-ci illərdə Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. Alı Mustafayev "Günün ekranı” proqramının aparıcı əməkdaşlarından biri idi. O, 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü.
Alı Mustafayev, Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. O, 1989-1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur.
1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi. Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır.
Onun adını həm də 1992-ci ildə gəmi daşıyır.
O, 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb. Ölümündən sonra Alı Mustafayevə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

1953— Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil İsrafil oğlu Hüseynov Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Tarixdə bu gün - 14 aprelUniversitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.
15.08.1969-05.02.1977-ci illərdə Bərdə rayonu "Kommunizm yolu” qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır. 15.02.1977-25.08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsnin ikinci katibi, 02.07.1980-03.10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 03.10.1981-22.12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi, 22.12.1988-30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri, 30.10.1990-23.10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 23.10.1991-05.11.1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991-10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 10.07.1992-18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,18.12.1992-04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 04.10.1996-10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998-23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 26.09.2003-05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 01.02.2006- 03.02.2007-ci illərdə "Qara Torpaq” konsalting MMM-in icraçı direktoru, 03.02.2007- 13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 13.07.2007-04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 04.09.2007-31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 31.03.2009-04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 04.08.2010-14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.
Dövlət qulluğunun baş müşaviridir. "Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Vəfat etmişdir:

1988 — Məşhur Azərbaycan alimi, tibb elmləri doktoru, professor Rəşid Rüstəm oğlu Talışinski
Tarixdə bu gün - 14 aprel60 yaşında Bakıda vəfat etmişdir.
R.R.Talışinski 1928-ci il sentyabrın 13-də Bakıda həkim ailəsində anadan olmuşdur. 1953-cü ildə o, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Tacikistanda iş fəaliyyətinə başlamışdır. 1953-1956-cı illərdə o, Orconikidzeabad rayon xəstəxanasında cərrah işləmişdir. 1956-1958-ci illərdə isə Semaşko adına Bakı klinik xəstəxanasında (hazırda Klinik Tibbi Mərkəzi) təcili cərrahiyyə şöbəsinin ordinatoru və travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Yüksək səviyyəli ortoped-travmatoloq, alim kimi Ukraynanın Xarkov şəhərində yetişmişdir. O, 1958-ci ildə Ukrayna Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmaaologiya və ortopediya kafedrasının assistenti seçilmişdir. 1962-ci ildə Moskva Mərkəzi Travmotologiya və Ortopediya İnstitutunda "Döş fəqərələrinə transplevral müdaxilənin anatomik-cərrahi əsaslanması" mövzusunda tibb elmləri namizədi dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə dosent elmi adını almışdır. 1968-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda "Geniş sümük və oynaq qüsurlarının homoplastikası" mövzusunda dissertasiya müdafıə etmiş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
R.R.Talışinski 1969-cu ildən M.İ.Sitenko adına Xarkov Travmotologiya və Ortopediya İnstitutunun ortopediya və bərpaedici cərrahiyyə şöbəsinin rəhbəri və Xarkov vilayətinin baş travmatoloqu işləmişdir. 1972-ci ildə professor elmi adına layiq görülmüşdür. 1973-cü ildə professor Talışinski vətənə qayıtmış və 1973-cü ildən 1975-ci ilə kimi Azərbaycan ET Ftiziatriya İnstitutunun klinik şöbəsinə rəhbərlik etmişdir.
R.R.Talışinski yüksək səviyyəli mütəxəssis, görkəmli cərrah idi. Onun geniş dünyagörüşü ətrafında olan insanları valeh edirdi. O yeni fikirlər və ideyaların daşıyıçısı idi. R.R.Talışinski çanaq sümüklərində cərrahiyyə əməliyyatlannın əsasını qoyanlardan biri idi. Döş fəqərələrində və çanaq sümüklərində aparılan 2 cərrahi müdaxilə onun adını daşıyır və indiyə kimi geniş istifadə edilir. Professor R.Talışinski dünyada lazer şüalanmasının sümük toxumasına təsiri haqqında ilk elmi əsər yazmışdır. Ortopedlər axill vətərinin uzadılması ilə əlaqədar əməliyyatlar zamanı məhz onun üsuluna üstünlük verirlər. Professor Talışinski əzələ plastikası üsulunun, oma endoprotezinin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 11 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, 144 əsərin o cümlədən, "Döş və bel fəqərələrində cərrahi müdaxilələr" (Moskva, 1968), "Sümük şişlərinin müalicəsində homoplastika" (Kiyev, 1973) adh 2 monoqrafiyalarının müəllifi idi. Digər monoqrafiyada isə fəsl müəllifi olmuşdur.
Onun elmi işlərinə M.V.Volkov, Q.A.İlizarov, A.P.Skoblin, V.F.Trubnikov, V.D.Çaklin, İ.A.Movsoviç və digər məşhur alimlər əsərlərində istinad edirlər. O, 10 ixtiraya müəlliflik şahadətnəməsinin sahibidir və "Əməkdar ixtiraçı" medalı ilə təltif edilmişdir. R.R.Talışinski 1975-çi ildən 1988-ci ilədək Azərbaycan Travmatoloqlar və Ortopedlər Elmi Cəmiyyətinin sədri olmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz