» » Tarixdə bu gün - 11 aprel

Tarixdə bu gün - 11 aprel

Müəllif: Vüsal от 11-04-2018, 00:15



11 aprel

İlin 101-ci (uzun illərdə 102-ci) günü.

Mühüm hadisələr:

1905 — Eynşteyn Nisbilik Nəzəriyyəsini açıqladı.
1919 — Beynəlxalq İş Təşkilatı (İLO) quruldu.

Doğum günləri:

1902 — Görkəmli azərbaycanlı aktyor, SSRİ Xalq artistiNuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki Tarixdə bu gün - 11 aprelipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və "Cehizsiz qız", Aleksandr Ostrovski).
İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.
İsmayıl Osmanlı 4 may 1940-cı ildə Əməkdar artist , 21 iyul 1949-cu ildə Xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ Xalq artisti fəxri adları ilə təltif olunub.
22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

1908— Geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və 1950-1958-ci illərdə bu qurumun Prezidenti olmuş, Tarixdə bu gün - 11 aprelpaleontoloq Əliyev Musa Mirzə oğlu 1908-ci ildə Şamaxı şəhərində anadan olmuşdur
Orta məktəbi əla qiymətlərlə bitirərək 1926-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1931-ci ildə "Geoloji-kəşfiyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturaya qəbul olunmuş, daha sonra assistent vəzifəsinə təyin edilmiş və 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir.
Musa Əliyev Azərbaycanda mezozoy fauna­sının sistemli öyrənilməsinin əsasını qoymuşdur. 1936-1938-ci illərdə Zaqafqaziya Geologiya Trestinin Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi, Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı, 1939-1941-ci illərdə rektor vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə Moskva Neft İnstitutunun "Paleontologiya və tarixi geologiya" kafedrasının dosenti, SSRİ Xalq Neft Sənayesi Komissarlığının tədris müəssisələri Baş idarəsinin rəisi vəzifəsində işləmiş, 1941-1945-ci müharibə illərində cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasına cavabdeh olmuş və uğurlu fəaliyyətinə görə Lenin ordeni ilə təltif olunmuşdur.
Musa Əliyev 1947-ci ildə Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilmiş, 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri olmuş, SSRİ Ali Sovetinin II, III və IX çağırışlarında deputat seçilmişdir. Musa Əliyev 1950-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmiş, 1957-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini və professor elmi adını almışdır. 1950-1958-ci illərdə o, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuş, onun fövqəladə təşkilatçılıq fəaliyyəti nəticəsində orada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. elm sahələrinin inkişafına güclü təkan verilmişdir. Qısa müddətdə onun təşəbbüsü ilə onlarla elmlər doktoru və namizədi hazırlanmış, 200-ə qədər doktorant və aspirant keçmiş İttifaqın nüfuzlu elm və tədris mərkəzlərinə göndərilmişdir.
Musa Əliyevin prezidentliyi müddətində Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda paleontologiya və stratiqrafiya şöbəsi yaradılmış, orada 4 laboratoriyanın fəaliyyəti bərpa edilmişdir. Akademiya şəhərciyinin layihəsinin başa çatdırılması, tikintiyə icazə alınması, Moskvada SSRİ hökumətində maliyyə vəsaitlərinin ayrılması işlərində Musa Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Onun müəllifliyi və redaktorluğu ilə 7 cildlik Azərbaycan geologiyası toplusu nəşr olunmuş, Şamaxı rəsədxanası, Fizika İnstitutunda "Astronomiya ekspedisiyası, astrofizika" şöbəsi yaradılmışdır.
1958-ci ildən başlayaraq Musa Əliyev Moskva şəhərinə dəvət olunmuş və SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yanar Qazıntı Yataqlarının Geologiyası İnstitutu"nun elmi işlər üzrə direktor müavini təyin olun­muşdur. Tez bir zamanda o, neftli-qazlı regionların biostratiqrafiyası laboratoriyasını təşkil etmiş, apardığı tədqiqatların coğrafiyası Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı və Qərbi Sibiri əhatə etmişdir. 1967-ci ildə o, SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfinlən Əlcəzairə ezam olunmuş və bu ölkə ilə bağlanmış böyük neft müqaviləsinə 1971-ci ilə kimi rəhbərlik edərək zəngin neft-qaz yataqlarının kəşfinə nail olmuşdur.
1971-ci ildən ömrünün sonuna kimi Musa Əliyev Moskvada sözü gedən institutda keçmiş vəzifəsində çalışmışdır. O, 210 elmi əsərin, 15 monoqrafiyanın müəllifi, çoxsaylı elmlər doktorları və namizədlərinin rəhbəri olmuşdur.
Akademik Musa Əliyev 1985-ci ilin may ayının 3-də Moskva şəhərində vəfat etmiş və Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

1914— Məşhur azərbaycanlı nasir, M.F. Axundov adına Dövlət mükafatı laureatı , Azərbaycanın Əməkdar incəsənət xadimi Qılman İsabala oğlu Musayev (Qılman Tarixdə bu gün - 11 aprelİlkin) Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, 1963-1966 "Azərbaycan" jurnalının baş redaktoru , 1966-1971-ci illərdə "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru olub.
"Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarini də Qılman İlkin yazıb.
Kitabları:
"Qalada üsyan" (1959)
"Şimal küləyi" (1962)
"Hədiyyə" (1969)
"Dağlı məhəlləsi" (1978)
"Dəniz qapısı" (1984)
"Madam Qədri" (1988)
Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musa oğlu Musayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Tarixdə bu gün - 11 aprelFəxrəddin Musayev 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə barelyefi vurulub.

 
Tarixdə bu gün - 11 aprel1994 — Azərbaycan Milli Ordusunun giziri Səhiyəddin İsmayıl oğlu Abbasov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Səhiyəddin Abbasov 1 mart 1968-ci ildə Zəngilan rayonunun Gənlik kəndində anadan olub.
1985-cu ildə Zəngilan rayonu Genlik kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Səhiyəddin Abbasov 114 saylı texniki peşə məktəbini bitirib.
1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Səhiyəddin Abbasov hərbi xidmətini Əfqanıstanda keçib.
Səhiyəddin 1 mart 1993-cü il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına qatıldı.
Səhiyəddin Abbasov bu müddət ərzində gizir rütbəsi alıb və taqım komandiri təyin olunub.
Səhiyəddin Abbasov 11 aprel 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən qızğın döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmiş və döyüş zamanı özü də qəlpə yarası alaraq şəhid olub.
Səhiyəddin Abbasov Bakı şəhərində Şəhidlar Xiyabanında dəfn olunub.

Bayramlar və xüsusi günlər

2018-ci il 11 aprel. Bu gün Azərbaycan Respublikası Prezidenti postuna nəzərdə tutulan VIII rəsmi ümumilli seçki. keçiriləcək.

Tarixdə bu gün - 11 aprel

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz