» » Tarixdə bu gün - 10 aprel

Tarixdə bu gün - 10 aprel

Müəllif: Vüsal от 10-04-2018, 00:15
 
10 aprel
 
İlin 100-cü (uzun illərdə 101-ci) günü.

Doğum günləri:

1910 —Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü Yusif Süleyman bəy oğlu Musabəyov Tiflis şəhərində anadan olub. Əslən Qəbələ bölgəsindəndir.
Yusif Musabəyov 8 may 1970-ci ildə Yaroslavlda vəfat edib.

1923 — Məşhur Azərbaycan yazıçısı, dramaturq Salam Dadaş oğlu Qədirzadə Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Tarixdə bu gün - 10 aprelQədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.
1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik” povestini Rusiyanın məşhur "Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. Moskvada oxuyarkən Salam ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir. 1960- cı ildə S. Qədirzadə "Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966 ilədək həmin vəzifədə çalışır. 1975-1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə "Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.
Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun "Qış gecəsi”, "46 Bənövşə”, "Kəndimizdə bir gözəl var”, "Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmişdir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. "Hardasan, ay subaylıq”, "Həmişəxanım”, "Gurultulu məhəbbət”, "Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.
Salam Qədirzadə yaradıcılıq baxımından çox dolgun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi.

1939 — Azərbaycanın Xalq artisti Teymur Ağaxan oğlu Mustafayev Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.
Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. Sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir.
1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998 ci ildən Muğam Teatr-ında fəaliyyət göstərir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir.

1940 — Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası "Kompyuter texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri işləmiş Sabit Qəhrəman oğlu Kərimov Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir.
Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Alim 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır.
16 iyun 2013-cü ildə 73 yaşında Bakıda vəfat etmişdir.

1956— Tanınmış şairə, bəstəkar Bakı şəhərində anadan olmuşdur. Əslən Goranboyludur. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir. "Gənclik" Tarixdə bu gün - 10 aprelNəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq
işləmişdir. Efiopiyada yaşaması ilə bağlı nəşriyyat işindən ayrılmış, Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıtmışdır. ADU-nun nəşriyyatında şöbə müdiri, Azərbaycan Tərcümə Mərkəzində şöbə müdiri, sədr müavini , "Bilik" Maarifçilik Cəmiyyətinin "Bayatı" Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini , direktor, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləmişdir.Xanım İsmayılqızı (tam adı Qarayeva Xanım İsmayıl qızı)
Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, ilk şeri "Yol" qəzetində dərc olunmuşdur. Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınamışdır. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlamış, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunmuşdur. AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də "Dünyam qəfil işıqlansa" adlı müəllif verilişi ilə çıxış etmişdir .
"Kimlər keçir bu dünyadan" ilk nəşr olunan publisistik kitabıdır. Vasili Şukşinin "İlan zəhəri" adlı hekayələr toplusunu tərcümə etmişdir. Dünya işığından məhrum olan insanların – korların dünyasından, daxili aləmindən bəhs edən "Ruhun da gözü var" adlı fəlsəfi-publisistik kitabı (1997) çap olunub. "Bir məndim, bir də özüm", "Ağ və qara", "Dua yağışı" şeir toplularının müəllifidir. Şeirləri bir çox xarici dillərə tərcümə edilmiş, xarici mətbuatda dərc olunmuş, antalogiyalara daxil edilmişdir.
Şair kimi ilk dəfə bəstəkar Faiq Sücəddinovla əməkdaşlıq etmişdir. F.Sücəddinovun onun sözlərinə yazdığı "Harda qaldın" ( Kaman) mahnısı şair kimi onun vizit vərəqinə çevrildi. Mahnı bəstəçisi kimi ilk işi "Sevgimizi qoruyaq" mahnısıdır . Efirdə ilk səslənən manhısı da məhz "Sevgimizi qoruyaq". Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" pyesinə yazdığı musiqi bəstəkarın ilk iri həcmli əsəridir. 300-dən çox mahnının müəllifidir. Mikayıl Müşfiq, Məmməd Araz, Ramiz Rövşən, İsmayıl Qarayev, Vaqif Bayatlı Önər, Vahid Əziz, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Davud Aslan, Paşa Qəlbinur, Rəşad Məcid, Tamara Vəliyeva, Elçin Mirzəbəyli, Elman Tovuz, Leyla Əliyeva və b. şeirlərinə musqiqi bəstələmişdir. 500-dən çox şerinə Faiq Sücəddinov, Eldar Mansurov, Emin Sabitoğlu, Nadir Əzimov, Səyavuş Kərimi, Aygün Səmədzadə, Novruz Aslan, Məryəm Əlibəyli, Cabbar Musayev, Vüqar Camalzadə, İsa Məlikov, Nazim Əhməd və b. bəstəkarlar musiqi bəstələmişdir. Mahnıları İlhamə Quliyeva, Flora Kərimova, Brilliant Dadaşova, Mübariz Tağıyev, Faiq Ağayev, Mətanət İsgəndərli, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Səməd Səmədov, Zöhrə Abdullayeva, Gülyanaq Məmmədova, Elçin Cəlilov, Sənubər İsgəndərli, Hacıbaba Bağırov, Cavan Zeynallı, Rəşad İlyasov, Könül Kərimova, Aygün Kazımova, İradə İbrahimova, Röya, Elnarə, Samir Piriyev, Mətanət Əsədova, Zakir Əliyev, Teyyub Aslan, XAN qrupu, Ayan və b. tərəfindən ifa olunmuşdur. 1999-cu ildə "Respublika" Sarayında, 2001-ci ildə Sumqayıtın "Kimyaçılar" Sarayında yaradıcılıq gecələri keçirilmişdir. Qocalar, Əlillər, Yetimlər evində xeyriyyə gecələri keçirmişdir. Həm şair, həm bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı və qalibi olmuşdur.
 
Tarixdə bu gün - 10 aprel1956 — Tanınmış şair, tərcüməçi Maarif Soltan ( Maarif Soltan oğlu Qəniyev Maarif Soltan İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. 
İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973).
Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986).

Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir. Şeirləri qardaş xalqların dillərinə tərcümə olunmuşdur. Bir sıra yaradıcılıq seminar-müşavirələri və beynəlxalq ədəbi tədbirlərinin iştirakçısıdır. Ədəbi mükaatlara layiq görülüb. Müasir rus şairlərindən bədii tərcümələr etmişdir.

 

 

1961— El şairi Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənli)Tovuz rayonunun Şıxheybət kəndində doğulub.
8 illik təhsilini həmin kənddə, orta təhsilini isə Tovuz rayon Bozalqanlı kənd orta məktəbində alıb.
1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) ümumi iqtisad fafültəsini bitirib. Eyni zanamda həmin illərdə Təhsil Nazirliyi tərəfindən təsis edilmiş İçtimai Peşələr Fakültəsində (axşam) təhsil alıb və jurnalist ixtisasına yiyələnib. Uzun illər ixtisası üzrə müxtəlif sahələrdə çalışıb. 1998-ci ildə avtomovil qəzasına düşüb (1-ci qrup əlildir). Əmək qabiliyyətini itirdiyi üçün o vaxtdan etibarən işləmir.
Elman Tovuz ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb. "İqtisadçı" qəzetinin redaksiya heyyətinin üzvü olub. Şeirləri Respublika mətbuatında müntəzəm olaraq dərc edilib və edilir, internet portallarında yayımlanır. Bir çox şeirləri dillər əzbəridir.
Aşıqlar şairin şeirlərinə tez-tez müraciət edirlər.
 

Tarixdə bu gün - 10 aprel

 

Tarixdə bu gün - 10 aprel


Vəfat etmişdir:

Tarixdə bu gün - 10 aprel1992— Azərbaycanın Milli Qəhrəmanı Şahlar İsa oğlu Hüseynov Hüseynov Vətən uğrunda döyülərdə qəhrəmancasına həlak olmuşdur.
26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur.
1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.
Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər, çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Gəncə şəhərində adına küçə var.

Tarixdə bu gün - 10 aprel2008– Məşhur Azərbaycan bəstəkarı, Xalq artisti , "Şöhrət" ordenli , professor Mustafayev Ramiz Hacı oğlu 81 yaşında Bakıda vəafat etmişdir.
Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.

Bayramlar və xüsusi günlər:

10 aprel Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur. Bu günün inşaat sahəsində çalışanların peşə bayramı kimi qeyd edilməsi prezident İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamı ilə təsbit edilmişdir.
Bu gün ölkədə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Hər ötən gün özünün yenilikləri ilə diqqəti daha çox cəlb edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.
Azərbaycanda inşaat sahəsi durmadan inkişaf edir. Təkcə paytaxt Bakıda yox, eləcə də, regionlarda bir-birindən gözəl tikililər istifadəyə verilir.

 

Tarixdə bu gün - 10 aprel

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz