Tarixdə bu gün - 8 aprel

Surxay Tağızadə həyat yoldaşı Solmaz xanımla
Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti” qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir.
Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veteranlarla görüşündə Surxay Tağızadə
Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress” (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri” jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar.
S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Respublika Şurası sədrinin 1-ci müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı” qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin Dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945 ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır.
S.Tağızadə 2010-cu ilin 24-26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir.
S.Tağızadə 2013-cü ildə Respublika Veteranlar Təşkilatının V Qurultayında Təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Hazırda Azərbaycan Baytar Həkimləri Assosiasiyasının fəxri sədri və "Baytarlıq” jurnalı redaksiya heyətinin üzvü kimi ictimai fəaliyyətini davam etdirir.
Surxay Tağızadənin həyat yoldaşı Əmir bəy Ağayevin qızı Solmaz xanım Tağızadədir. Onların Namiq, İmran, Aytən adlı üç övladı, 5 nəvəsi və 4 nəticəsi var. Surxay Tağızadənin oğlu Namiq Tağızadə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi metodik və texniki-kriminalistika şöbəsinin əsasını qoymuş və şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
İmran Tağızadə də hüquqşünasdır, öz ixtisası üzrə işləyir. Aytən Tağızadə isə musiqi müəllimidir, mayestro Niyazi haqqında tədqiqat əsərinin müəllifidir.

Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülmüşdür.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmmədbağır Cavad oğlu Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalamışdır.
150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Rəhbərliyi altında bir çox elmlər namizədi və doktor yetişmişdir.
Şəhriyar Məmmədov 1988-ci ildə Babək rayonunun Qahab kəndində Bayramqulu və Ceyran Məmmədovların ailəsində anadan olub. Şəhriyar Məmmədov 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.
Leytenant Şəhriyar Məmmədov 2013-ci ildə, aprelin 8-i saat 20.00 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu.
Aprelin 9-u isə Şəhriyar Məmmədov doğulduğu Babək rayonunun Qahab kəndi son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
2016— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Yalçın Namiq oğlu Osmanov Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
Yalçın Osmanov 1997-ci ildə Qusar rayonunun Köhnə Xudat qazmalar kəndində anadan olubHərbi xidməti
Əsgər Yalçın Osmanov 2016-cı ildə, aprelin 8-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Doğulduğu Qusar rayonunun Köhnə Xudat kəndində dəfn olunub. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.
Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Osmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Oxşar postlar:
- Oxunub: 1 035
- Şərhlər: 1
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar