» » Tarixdə bu gün - 7 aprel

Tarixdə bu gün - 7 aprel

Müəllif: Vüsal от 7-04-2018, 00:15
7 aprel 

İlin 97-ci (uzun illərdə 98-ci) günü.

Mühüm hadisələr:

1906 – Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi "Molla Nəsrəddin" jurnalının ilk sayı çıxıb.
1946 – Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib.
1969 – İnternetin simvolik ad günüdür.
1992 – Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurmuşdur.
1906 – Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in birinci sayı bu gün Tbilisidə çapdan çıxıb.
1991 – Ermənilər Qubadlı rayonu ərazisində (Ermənistanla sərhəddə) yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. 2 nəfər (o cümlədən rus zabiti) öldürülmüş, 4 nəfər yaralanmışdı.
2001 – Azərbaycan və Ermənistan prezidentlərinin Ki Vest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmadı. Hərçənd danışıqların təşkilatçısı olan Amerika Birləşmiş Ştatları Dövlət Departamenti nisbi irəliləyişin olması barədə bəyanatla çıxış etmişdi. Vasitəçilər danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyi barədə açıqlama versələr də, bu təşəbbüs də reallaşmadı.

Doğum günləri:
 
1907 —Azərbaycanın xalq şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Məmməd Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim) Bakıda kiçik Tarixdə bu gün - 7 aprelsahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş , eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir. Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır. 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı – "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi müdafiə bölməsinin rəhbəri, həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir. Türkiyəyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. "Xaqani" mənzum dramını, "Sayat Nova" , "Natəvan" poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə, "Oktyabr inqilabı" , "Qırmızı Əmək bayrağı" ordenlərinə və medallara layiq görülmüşdür. 
1977-ci il mayın 6-da Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
1930– Görkəmli jurnalist, ictimai xadim Azad Ağakərim oğlu Şərifov Bakıda teatr xadimi ailəsində anadan olub.
Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A.Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi.
Azad müəllimin 19 yaşında ikən”Molodyoj Azerbayjana” qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. "Fizkulturnik Azerbayjana” qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra "Pionerskaya pavda”nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbayjana” qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür.
Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A.Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur. Tezliklə məşhur "Vokruq sveta” jurnalında baş redaktorun müavini vəzifəsini tutur. A.Şərifovun bu jurnalda Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri kimi sayılır. Məhz bu materiallar "İzvestiya” qəzetinin diqqətini cəlb edir. Nəşrin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edir.
1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan A.Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sədr vəzifəsində çalışır. Görkəmli jurnalistin doğma peşəsinə qayıdışı 1988-ci ilə təsadüf edir. Həmin il o, "Azərinform” informasiya agentilyinin (indiki "AzərTAc” Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunur. Azad müəllimin müxtəlif illərdə çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz dərin təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədir, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəmirdi.
2009 –cu ildə 79 yaşında Bakıda vəfat etmişdir.

1959 — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru; "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri 
Tarixdə bu gün - 7 aprelÇingiz Abdullayev (tam adı: Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Ç.Abdullayev 1976-cı ildə Bakıda 189 saylı şəhər orta məktəbini bitirmişdir. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir. 
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır. Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur . Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Polşanın Krakov Universitetinin fəxri professorudur. H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin katibi seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir . Azərbaycan PEN klubunun vitse-prezidentidir .
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır.
1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir[3]. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. 
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
30 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Tarixdə bu gün - 7 aprel1964 — Azərbaycanın Milli Qəhrəmanı İntiqam Atakişi oğlu Atakişiyev Qəbələ rayonunun Tüntül kəndində doğulmuşdur.
1991-ci il buradakı Tüntül kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə Milli Orduya çağırılmışdır. Bir müddət sonra onu Türkiyəyə göndərirlər. Vətənə hərbçi kimi dönən İntiqam Ağdam, Tərtər, Qubadlıda ən qaynar döyüşlərdə iştirak etmiş, qəhrəmalıq və şücaəti ilə ad qazanmışdır. Murovdağ döyüşlərindən birində yaralanmış, müalicə olunandan sonra yenidən kimi yenidən cəbhəyə dönmüşdür. 
İntiqam 1995-ci il mart hadisələri zamanı qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində xüsusi şücaət göstərmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1963 — Azərbaycanlı teatr və kino aktyoru, Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə .Coşğun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji Tarixdə bu gün - 7 aprelaləmi, pafoslu danışıq ahəngi kiassik faciə obrazların mahir ifaçısı 56 yaşında vəfat etmişdir.
Əşrəf Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşma kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub.
Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə bütün SSRİ-də dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub, eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin "Zorən təbib" komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), Qabriel Sundukyanın "Pepo" (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını cəsarətlə çəkən, demək olar, bütün qəhrəman və əsas rolları oynayan barınaqla sayılacaq aparıcı aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram və hörmətini qazanmışdı, kollektivin populyar aktyoru kimi sevilirdi. Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları Əşrəf Yusifzadə ifa etmişdir. Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə görkəmli səhnə xadimi Rəmziya xanım Veysəlovanın həyat yoldaşıdır.

1964 — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru, professor, Əmək Qəhrəmanı, Azərbaycan SSR Əməkdar elm xadimi Əli bəy Qulu bəy oğlu Tarixdə bu gün - 7 aprelƏlibəyov 86 yaşında vəfat etmişdir.
Əlibəyov Əli bəy Qulu bəy oğlu 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli оbasında anadan оlmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sоnra Bakıya gəlmişdi. Elm-təhsil yоlunda fədakarlığı bundan sоnraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır.Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kоntоrunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir.Çоx zaman elə limanda da gecələməli оlurdu.
Ə.Əlibəyоvun əmək yоlu sоnralar Bakı limanından Qara şəhərə-zavоdlara keçmişdir.Fəhləlik etməklə, axşam ümumtəhsil kurslarında оxumuşdu.1905-ci ildə оnu şəhərin tibb-sanitar bürоsuna təlimatçı vəzifəsinə qəbul edirlər.
Gecə-gündüz yоrulmadan çalışan, müntəzəm mütailə edən, elmə sоnsuz həvəs göstərən Əli bəy kamal attestatı imtahanlarını ekstern üsulu ilə müvəffəqiyyətlə vermiş, 1911-ci ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil оlmuşdu. 1916-cı ildə universitetin tibb fakültəsini tamamlamışdı.
Ə.Əlibəyov keçmiş Terek Sovet Respublikasında Nazran Dairə İcraiyyə Komitəsi (indiki İnquşetiyanın Nazran ş.) Səhiyyə şöbəsinin müdiri işləmişdir (1918—1923). Tədqiqatı, əsasən, Azərbaycan SSR-də epedemiоlоgiya və sоsial-gigiyena məsələlərinə və sairəyə həsr оlunmuşdur. 1932-ci ildən ömrünün sоnunadək N. Nərimanоv adına Azərbaycan Dövlət Tibb Institutunun ictimai gigeniya kafedrasının müdiri vəzifəsində çalışmışdı.
Əli bəy Əlibəyоv tibb elmləri dоktоru, prоfessоr, Azərbaycanın Əmək Qəhrəmanı , Azərbaycanın Əməkdar elm xadimi adlarına layiq görülmüşdü.
Tədqiqatı, əsasən, Azərbaycanda epidemiologiya və sosial-gigiyena məsələlərinə və s. həsr olunmuşdur. 1932-ci ildən ömrünün sonunadak Azərbaycan Dövlət Tibb Universitetinin ictimai gigiyena kafedrasının rəhbəri olmuşdur.
 
1997 – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyev 75 yaşında dünyasını dəyişmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Tarixdə bu gün - 7 aprelTamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular.
T.Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı.
Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.
Həkim Əziz Əliyevin oğludur.
Oftalmoloq Zərifə Əliyeva, onkoloq Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın qardaşıdır.
Prezident Heydər Əliyevin qaynıdır.
Müharibə illərində Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti 4 ilə qədər azaldıldığına görə Tamerlan Əliyev artıq 1944-cü ildə institutu bitirmiş və əmək fəaliyyətinə başlamışdı. Lakin o, hələ 1943-cü ilin sentyabrında sonuncu kursda oxuyarkən artıq Bakı şəhərindəki Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda epidemioloq vəzifəsini yerinə yetirmiş, 1944-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında assistent kimi fəaliyyət göstərmişdir. Gənc məzun 1945-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun fakültativ terapiya – Azərbaycan Tibb Universitetinin indiki II müalicə – profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasında əvvəlcə kliniki ordinator, sonra isə assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmış və onun bütün sonrakı fəaliyyəti Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur.
Professor T.Əliyev pedaqoji, müalicəvi, təşkilati fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işlərinə də böyük əmək sərf etmişdir. O, XX əsrin 50-ci illərinin əvvəllərində Azərbaycan kurort amillərinin, o cümlədən İstisu və Darıdağ sularının, Naftalan neftinin insan və heyvan orqanizminə təsir mexanizmlərinin öyrənilməsi ilə məşğul olmuş, 1954-cü ildə "Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
Sonrakı illərdə o elmi-tədqiqat işlərini endokrin sistem xəstəliklərinin patogenezinin, klinika və müalicə üsullarının, həmçinin miokard infarktının müalicəsi və hemostaziologiya problemlərinin öyrənilməsi istiqamətinə yönəltmişdir.
Professor T.Əliyev apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən 1969-cu ildə "Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə, periferik damarların vəziyyəti: metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1970-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun professor elmi adını təsdiq etmişdir. Elə həmin ildə Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmişdir. O, 20 il bu vəzifədə çalışmışdır.
Professor T.Əliyev XX əsrin 70-80-ci illərində əməkdaşları ilə birlikdə tədrisin islahatlar yolu ilə təkmilləşməsinə böyük töhfələr vermişdir. O, tədris-metodiki işlərin müasir tələblər səviyyəsində aparılmasına, tədrisin keyfiyyət göstəricilərinin, həmçinin nəticələri səhiyyə praktikasına tətbiq olunan elmi-tədqiqat işlərinin sayının və sanbalının artmasına nail olmuş, nümunəvi bir kafedra yaratmışdır. Tamerlan Əliyev təkcə ATİ-də deyil, bütövlükdə ölkədə tədris-metodiki işlərin ən gözəl bilicilərindən biri kimi tanınırdı.
Tarixdə bu gün - 7 aprelGörkəmli alim 1990-cı ildə o dövrün yaş senzinin tələblərinə riayət edərək ərizəsinə görə kafedra müdiri vəzifəsindən çıxmış, öz yetirməsinin həmin vəzifəyə seçilməsinə zəmanət vermişdir. O, 1990-cı ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində çalışmışdır.
1975-ci ildə professor T.Əliyev Fuad Əfəndiyev adına 4 nömrəli Bakı şəhər Klinik Xəstəxanası nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaratmışdır və bu şöbə hazırda da fəaliyyətini davam etdirir. Həmin dövrdə Tamerlan Əliyev təşəbbüsü ilə daxili xəstləlikər kafedrasının nəzdində Azərbaycan Respublikasında ilk dəfə olaraq intensiv kardioloji yardım şöbəsi yaradılmış, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilmişdir.
T.Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafına böyük əmək sərf etmişdir. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə olaraq Bakıdakı 4 nömrəli şəhər Klinik Xəstəxanası nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilmişdir və bu da respublikada həmin xəstəliklərdən ölüm faizinin azalmasına səbəb olmuşdu.
Tamerlan Əliyevin Azərbaycan səhiyyəsində xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı və təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu olmuşdur. Belə bir möhtəşəm müalicə-diaqnostika mərkəzinin fəaliyyətə başlaması Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafına güclü təkan vermişdir.
Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri olan Tamerlan Əliyev endokrinologiya sahəsinin inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətləri ölkəmizin hüdudlarından kənarda da qiymətləndirilirdi və görkəmli alimə geniş nüfuz qazandırırdı. Azərbaycan alim əldə etdiyi mükəmməl elmi nailiyyətlərinə görə vaxtilə keçmiş SSRİ-də Ümumittifaq Endokrinoloqlar, Kardioloqlar və Nefroloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdir.
Professor T.Əliyevin 1983-cü ildə Ümumittifaq Endokrinoloqlar Cəmiyyətinin səyyar elmi sessiyasının Bakıda keçirilməsinə nail olması Azərbaycan səhiyyəsində böyük tarixi hadisəyə çevrilmişdi. Görkəmli alim uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti, Bakı şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, ictimai əsaslarla ATİ-nin elmi işlər üzrə prorektoru və s. vəzifələri yerinə yetirmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, Respublika Hərbi Çağırış Komissiyasının və "Azərbaycan Tibb Jurnalı"nın redaksiya heyətinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışmış, bu sahə üzrə gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına rəhbərlik etmişdir.
Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilmişdir.
Professor T.Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin və səmərələşdirici təklif, ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur.
Tamerlan Əliyevin müəllifi olduğu "Klinik-diaqnostik laborator tədqiqat üsulları" , "Şəkərli diabet haqqında ətraflı məlumat" , "Biokimyəvi tədqiqat üsulları" , "Şəkərli diabet", "Prediabet", "Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi", "Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi", "Endokrinologiya" və s. bu kimi əsərlər indi də öz aktuallığını saxlayır. Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı "Endokrinologiya" adlı dərslik bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli nəşrdir. Alim həmçinin A.V.Sumarokov və A.A.Mixaylovun "EKQ üzrə vəsait" adlı kitabını rus dilindən Azərbaycan dilinə çevirmişdir.
Tamerlan Əliyev Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Almaniya, Kanada, İsveçrə, Finlandiya və başqa xarici ölkələrdə keçirilmiş elmi toplantılarda dəfələrlə novator məruzələrlə çıxış etmişdir.

2005 — Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Hacı Dadaş oğlu Xanməmmədov 86 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 7 aprelHacı Xanməmmədov 1918-ci il iyunun 15-də Dərbənd şəhərində anadan olub. 14 yaşında Ü.Hacıbəyovun himayədarlığı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakultəsinə daxil olur və Səid Rüstəmovun tar sinfində təhsil alır.
1934-cü ildə Ü.Hacıbəyov H.Xanməmmədovu özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosu nəzdindəki Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edir.
1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu" operası tamaşaya qoyulanda Ü.Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri H.Xanməmmədov idi.
1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündə H.Xanməmmədov "Koroğlu" operasının tamaşasında orkestrin tərkibində iştirak etmişdir və 1941-ci ildə həmin teatrla İranda qastrol səfərində olmuşdur.
1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin təşəbbüsü ilə "Xalq musiqisinin əsasları" şöbəsi açıldıqda H.Xanməmmədov bu şöbəyə qəbul olunur. İkinci Dünya Müharibəsi illərində H. Xanməmmədov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərməklə yanaşı, müəlliminin rəhbərliyi ilə bir sıra mahnı və marşlar, habelə o zaman tez məşhurlaşmış "Gözəl Pəri" mahnısını, Xalq Çalğı Alətləri Orkestri üçün "Qəhrəmani" əsərini bəstələyir.
1947-ci ildə H. Xanməmmədov öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində davam etdirir. Əvvəl professor Boris Zeydmanın sinfinə daxil olan H. Xanməmmədov sonralar öz yaşıdı, böyük bəstəkarımız Qara Qarayevin sinfinə keçir. H. Xanməmmədov Qara müəllimin məsləhəti ilə diplom işi kimi tar ilə orkestr üçün "Konsert" əsərini yazır. Bu əsər Dövlət Imtahan Komissiyası tərəfindən əla qiymətləndirilir və gənc bəstəkarın istedadı musiqi ictimaiyyətinin diqqətini cəlb edir. O vaxtlar hamı Azərbaycanın qüdrətli bəstəkarlar dəstəsinə öz sözü, öz nəfəsi olan bir bəstəkarın gəlişini çox yüksək qiymətləndirirdi. Bu əsərdəki işıqlı cəhətlər solo tar aləti sahəsindəki müvəffəqiyyətli axtarışlar və tapıntılar onun 2,3,4 və 5 saylı Konsertlərində də davam etdirilir. Bu konsertlərin ilk ifaçıları Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyev kimi görkəmli ustad tarzənlərimiz olub. Əlamətdardır ki, H. Xanməmmədovun tar konsertləri nəinki Respublikamızda, habelə Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarında müvəffəqiyyətlə səslənmiş, tədris repertuarına daxil edilmişdir. Onun ardınca bir çox tanınmış bəstəkarlarımız – S. Rüstəmov, S. Ələsgərov, C. Cahangirov, T. Bakıxanov, R. Mirişli və b. bu janra müraciət etmiş və sanballı əsərlər yaratmışlar. Onu da xatırladaq ki, 2 saylı "Konsert" görkəmli dirijor V.Fedoseyevin idarəsi ilə Ümumittifaq Radiosunda lentə yazılmışdır, həmçinin Mərkəzi Televiziyada videoyazısı var.
1990-cı ildə H.Xanməmmədov yenə də musiqimizdə ilk dəfə olaraq kamança və orkesrt üçün "Konsert" bəstələyir və əsər mərhum sənətkarımız Ədalət Vəzirovun ilk və kamil ifasından sonra tez bir zamanda məşhurlaşır, ifaçıların repertuarına və tədris proqramlarına daxil olur.
H. Xanməmmədovun istedadı digər janrlarda da özünü bariz şəkildə nümayiş etdirmişdir. Keçən əsrin 60-cı illərində bəstəkar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilmiş "Bir dəqiqə" (librettosu Məhərrəm Əlizadənin), "Bütün ərlər yaxşıdır" (librettosu Aleksandr Xaldeyevin) musiqili komediyalarını yaradır. Diqqətəlayiqdir ki, "Bir dəqiqə" musiqili komediyası 1965-ci ildə teatrın Moskvada qastrol səfəri zamanı Kremlin Qurultaylar Sarayında uğurla göstərilmişdir.
Bəstəkarın Xalq Çalğı Alətləri Orkestri ilə yaradıcılıq əlaqəsi də geniş idi. Onun orkestr üçün "Azərbaycan eskizləri", "Kolxoz", "Bayram" süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını nümunə göstərə bilərik. Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun "Azərbaycan eskizləri" süitasında və "Simfoniyetta"da bariz nəticəsini vermişdir.
H. Xanməmmədov həm də gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şerləri təşkil edir. Xüsusilə, H.Xanməmmədovun lirik mahnıları xalqımız arasında geniş yayılmışdır. Bu baxımdan "Yaşa, könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Güllü", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və s. gözəl örnəklərdir.
H. Xanməmmədov 40 ildən artıq bir dövrdə H.Xanməmmədov Bakı Musiqi Texnikumunda dərs demiş, 1957-ci ildən isə indiki Bakı Musiqi Akademiyasında çalışmışdır. O, "Xalq çalğı alətləri" kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının məsləhətçisi idi.
Bəstəkar müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış, bir bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görmüşdür.

2006 - Azərbaycanın ilk balet rəqqasəsi Qəmər Hacıağa qızı Almaszadə 91 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 7 aprelQəmər Almaszadə 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir).
1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışmışdır.

Bayramlar və xüsusi günlər:

Ümumdünya Sağlamlıq Günü
1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı yaradılıb, 1950-ci ildən isə 7 aprel Ümumdünya Sağlamlıq Günü (World Health Day) kimi qeyd edilir.
Ötən illər ərzində 194 ölkə: ABŞ, İtaliya, İspaniya, Fransa, Türkiyə, Almaniya, İsrail, RF, Böyük Britaniya və s. ölkələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olub. Azərbaycan da BMT-nin ixtisaslaşdırılmış təşkilatlarından olan ÜST ilə sıx əməkdaşlıq edir.
ÜST-nin yaradılması ilə bağlı hər il keçirilən tədbirlər Yer kürəsinin səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur. İndiyə qədər keçirilən tədbirlər:
"Sənin qanının təhlükəsizliyi – çoxlarının həyatını xilas edə bilər”, "Fəal həyat tərzi – uzunömürlülüyə aparan yoldur”, "Hamiləlik – həyatınızda xüsusi hadisədir. Onun təhlükəsizliyini qoruyaq”, "İqlim dəyişikliyindən sağlamlığımızı qoruyaq” və s. kimi müxtəlif mövzuları əhatə edib.
2014-cü il "Transmissiv xəstliklərə qarşı mübarizə və prafilaktika” mövzusuna həsr edilib. Xatırladaq ki, belə xəstəliklərin daşıyıcıları, patogen və parazitləri infeksiyalı şəxsdən (və ya heyvandan) ötürərək, insanlarda ciddi xəstəliklərə səbəb olurlar.
Keçirilən tədbirlərin əsas məqsədi: insanlara sağlamlığın nə qədər önəmli olduğunu anlatmaq, səhiyyə müəssisələrini isə insanların sağlamlıqla bağlı problemlərini həll etməkdə səylərini əsirgəməməyə çağırmaqdır.

Tarixdə bu gün - 7 aprel

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz