» » Tarixdə bu gün - 5 aprel

Tarixdə bu gün - 5 aprel

Müəllif: Vüsal от 5-04-2018, 00:15


5 aprel

İlin 95-ci (uzun illərdə 96-cı) günü.

Mühüm hadisələr:

1993 — Azərbaycan Respublikası Malayziya ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Azərbaycan Respublikası Antiqua və Barbuda ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Çad ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Şərqi Timor ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1909 — məşhur Azərbaycan bəstəkarı Asəf Zeynalabdin oğlu Zeynallı Dərbənddə doğulmuşdur.
Tarixdə bu gün - 5 aprel1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm”, "Sərhədçi”, "Çadra”, "Sual”, "Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitası” silsiləsi, "Çahargah” Pyesi, violino və piano üçün "Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır. "İbtidai not savadı” adlı dərslik tərtib etmişdir.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.
O, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır.
Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…
Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən vəfat etmişdir. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Tarixdə bu gün - 5 aprel1929—Məşhur pianoçu, Azərbaycan Respublikasının Xalq artisti ,Bakı Musiqi Akademiyasının professoru Çingiz Hacı oğlu Sadıqov Bakıda anadan olmuşdur.
İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində (X), 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.
1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə "Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.
Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.
1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.
Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərmişdir.
Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir.

Tarixdə bu gün - 5 aprel1941— Azərbaycan bəstəkarı, Azərbaycanın Xalq artisti, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim, Prezident təqaüdçüsü , Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Məmmədağa oğlu Rəcəbov  Bakıda anadan olub.
Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb.
Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan ETPEİ-də kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

1969 — Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayev qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir.
1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirətrək Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub, Bakıya qayıtmışdır. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
29 avqust 1992-ci ildə Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Tarixdə bu gün - 5 aprel1971 — Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra
1992-ci ildə könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Göygöl rayonunda dəfn edilmişdir.
Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Vəfat etmişdir:

1992— Məşhur rus tarixçi alimi, etnoqraf Lev Nikolayeviç Qumilyov 79 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 5 aprelLev Nikolayeviç 1912-ci il oktyabrın 1-də Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub. Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində, nənəsinin himayəsində keçib. 1917-ci ildə ailəsi əyaləti tərk edərək, Bejetsk şəhərində məskunlaşıb. 1929-cu ilə qədər buradakı orta məktəbdə oxuyub.
L. Qumilyov hələ orta məktəbdə oxuyanda məktəb müəlimləri və şagirdləri tərəfindən özünə qarşı "ağ qarğa" münasibəti görürdü. Onu "akademik kulaklıq"da ittiham edirdilər – guya o, öz biliyi, uğurları ilə özünü hamıdan üstün tutur, başqalarından fərqlənmək istəyir. Orta məktəbin sonuncu sinfini Lev Qumilyov Leninqradda, Krasnoarmeyets küçəsindəki 67 saylı məktəbdə bitirdi.
1930-cu ildə o, sənədlərini universitetə versə də, qəbul imtahanlarından kəsilir. Səbəb onun sosial mənsubiyyəti idi. Elə həmin il şəhərin tramvay parkında fəhlə kimi işə düzəlir. Əmək birjasında iş üçün növbəyə dayanır. Bir il sonra onu o vaxt "Qeyri metal mənşəli faydalı qazıntılar institutu" kimi məşhur olan Geoloji-Kəşfiyyat İnstitutuna işləməyə göndərirlər. 1931-ci ildə geoloji qazıntılar aparan ekspedisiyanın tərkibində Sayana gedir.
1932-ci ildə Lev Qumilyov elmi-texniki işçi kimi Pamiri öyrənən ekspedisiyaya qoşulur. Amma burada da gülməli bir səbəbdən işindən məhrum olur. Belə ki, o boş vaxtlarını suda-quruda yaşayanların həyatını öyrənməyə sərf edir və bu da rəhbərliyin xoşuna gəlmir. Bununla da ekspedisiyadan ayrılmalı olur.
Sonra o, Doqar sovxozunun malyariya stansiyasına malyariya kəşfiyyatçısı kimi işə düzəlir. Bütün diqqətini səfərbər edərək, tacik və fars dillərini öyrənməyə başlayır, ərəb dilində yazıb-oxumağı öyrənir. Daha sonradan o, universitetdə müstəqil şəkildə fars dilinin qrammatikasını mənimsəyir.
1933-cü ildə Lev Qumilyov Krıma yollanır. Burada o, Litva tatarlarından olan Q.A. Bonç-Osmolovskinin arxeoloji ekspedisiyasının elmi-texniki işçisi olur. Payızda Lev Qumilyov Leninqrada qayıdır və Geoloji İnstitutda elmi-texniki işçi kimi işə başlayır. Elə həmin il ekspedisiyanın rəhbəri Q.A. Bonç-Osmolovski həbs olunur, Lev Qumilyov isə Geoloji İnstitutdan qovulur.
"Qovulmağından" istifadə edən Lev Qumilyov qəbul imtahanlarına hazırlaşır. 1944-cü ildə Leninqrad Universitetinin tarix fakültəsinə qəbul olunur. Burada Lev V.V Struyevin, E.V. Tarlenin, S.İ. Kovalyovun tarix barədə mühazirələrinə qulaq asır.
1935-ci ildə həbs edilir. Oğlunun həbsindən sonra Anna Axmatova Stalinə müraciət edir və həm öz oğlunu, həm də onunla birlikdə həbs olunan digər tələbələrin həyatını xilas edə bilir. Lev və tələbə yoldaşları "hərəkətləri cinayət tərkibli olmadığından" azadlığa buraxılırlar. Buna baxmayaraq, onu universitetdən xaric edirlər. Bu vaxtlar o, Şərqşünaslıq İnstitutunun Leninqrad şöbəsinə müntəzəm olaraq baş çəkir və burada müstəqil şəkildə qədim türklərin tarixi haqda yazılı mənbələrlə tanış olur. 1937-ci ildə onu Leninqrad Dövlət Universitetinə bərpa edirlər. 1938-ci ilin əvvəllərində tələbə Lev Qumilyov yenidən həbs olunur. Bu dəfə ona beş il həbs cəzası kəsirlər. Həbs müddətini Norilskdə, Norillaqedə çəkir, miss-nikel şaxtasında işləyir. Onun həbs müddəti 1943-cü ildə bitir, amma şəhərdən çıxmaq üçün icazə ala bilmədiyi üçün elə oradaca qalır. Həmin müddətdə Norillaqedə və Norilskdə texnik-geoloq kimi çalışır.
Tatarların və qazaxların qonşuluğunda yaşayan Lev Qumilyov onlarla ünsiyyət zamanı tatar və qazax dillərini öyrənir. Həbs müddəti bitdiyindən könüllü olaraq, Sovet ordusuna xidmət etmək üçün müraciət edir. Müraciətinə cavabı isə bir ildən sonra alır və yalnız 1944-cü ilin payızında sıravi əsgər qismində Birinci Belorus cəbhəsinə göndərilir.
Lev Qumilyov müharibə vaxtı Berlinə qədər gedib çıxır. 1945-ci ildə hamı ilə birlikdə demobilizasiya olunaraq Leninqrada qayıdır və təzədən Leninqrad Universitetinə bərpa olunur. 1946-cı ilin əvvəllərində o, 10 imtahan verir və bu ali məktəbi bitirir. Elə həmin müddətdə də bütün namizəd imtahanlarını yüksək səviyyədə verərək, aspiranturaya daxil olur. 1946-cı ilin yayında artıq aspirant olan Lev Qumilyov M. İ. Artamonovun arxeoloji ekspedisiyasının tərkibində Podoliyaya gedir.
Jdanovun "Zvezda" və "Leninqrad" jurnallarında çap olunan müəlliflər haqda hesabatı və Mərkəzi Komitənin "bu münasibətlə" qərarından sonra adı "qara siyahıya" düşən müəlliflər arasında Anna Axmatova da vardı. Və buna görə də Lev Qumilyovu aspiranturadan xaric edərək, bunun adını "seçilmiş ixtisas üzrə filoloji hazırlığın çatışmazlığı" qoyurlar.
1947-ci ildə Lev Qumilyov kitabxanaçı qismində Leninqrad psixoterapevtik xəstəxanasına işə düzəlir və xəstəxananın ona verdiyi müsbət xasiyyətnamə sayəsində 1948-ci ildə Leninqrad Dövlət Universitetində namizədlik dissertasiyasının müdafiəsinə buraxılır.
1948-ci ilin yazında Lev Qumilyov S. İ. Rudenkonun rəhbərliyi altında, "Pazırık" kurqanının qazıntıları üçün Altayda aparılan arxeoloji ekspedisiyada elmi işçi kimi iştirak edir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, "SSRİ xalqlarının etnoqrafiyası muzeyi"nə elmi işçi kimi işə qəbul olunur.
1949-cu il noyabr ayının 7-də bir daha, bu dəfə heç bir səbəb göstərilmədən həbs olunur. O, on il həbs cəzası alır və Çurbay Nuradakı "xüsusi rejimli" düşərgəyə göndərilir. Buradan Omska, oradan isə Sayana köçürülür. 1956-cı ildə "hərəkətlərində cinayət xarakterli heç nə olmadığı" üçün bəraət alır.
Stalinin vaxtında, məşhur "ata oğula görə cavabdeh deyil" tezisinin at oynatdığı zamanlarda Lev Qumilyov iki dəfə həbs çəkib. Birinci dəfə atasına, ikinci dəfə anasına görə.
1956-cı ildə Lev Qumilyov Leninqrada qayıdır. Ermitajın direktoru M. İ. Artamonov ona iş tapmaqda kömək edir. Levi kitabxanaçı kimi işə düzəldir. Kitabxanaçı kimi işlədiyi vaxtlarda o, özünün "Qədim türklər" doktorluq dissertasiyasını yazır və müdafiə edir. Doktorluq dissertasiyasının müdafiəsindən sonra LDU-nun rektoru A. D. Aleksandrov Lev Qumilyovu universitetin nəzdində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutunda işləməyə dəvət edir. Qumilyov burada əvvəlcə elmi işçi, sonra böyük elmi işçi kimi çalışır. Təqaüdə çıxmazdan əvvəl isə o, aparıcı elmi işçilərdən biri olur. Elmi-tədqiqat institutundakı işindən başqa Lev Qumilyov, eyni zamanda LDU-da mühazirələr də oxuyur.
1974-cü ildə Lev Qumilyov ikinci, coğrafi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edir. Amma dissertasiya təsdiq olunmur – "doktorluqdan yüksəkdir, deməli, doktorluq dissertasiyası deyil" deyə. "Yerin etnogenezi və biosferi" adı ilə məşhurlaşan bu dissertasiya işi 15 ildən sonra – 1989-cu ildə ayrıca kitab şəklində nəşr olundu və ikicə günün içində LDU-nin nəşriyyat zirzəmisindəcə satılıb qurtarır.
Lev Qumilyovun xidmətlərini – həm pedoqoji, həm də elmi – inadlı şəkildə kölgədə qoyurdular. Bunun ən bariz sübutlarından biri Lev Qumilyova nəinki hansısa fəxri adlar və ya mükafatların, heç professor elmi dərəcəsinin belə verilməməsidir.
Amma 1959-cu ildən bəri onun əsərləri az tirajla da olsa, nəşr edilirdi. Həmin vaxtdan sonra o, Ümumittifaq Coğrafiya Cəmiyyətinin Leninqrad şöbəsində işə başlamışdı. Cəmiyyətin çıxardığı topluların vasitəsilə o, qadağan olunmuş elmi işlərini çap edə bilirdi. İkinci doktorluq dissertasiyasından sonra, elmi "hakimiyyət" LDU-nin jurnalında L. Qumilyovun yazılarının nəşrinə qadağa qoymuşdu.
Lev Qumilyovu ancaq şərti olaraq, tarixçi adlandırmaq olar. O, dərin, üslub baxımından olduqca yenilikçi araşdırmaların müəllifi idi. Levin tarixini araşdırdığı xalqlar və tayfalar arasında Orta və Mərkəzi Asiyadakı köçərilər, Tibet və Pamir xalqları, qədim ruslar, türklər və s. vardı.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz