» » Təqvimdə bu gün - 4 aprel

Təqvimdə bu gün - 4 aprel

Müəllif: Vüsal от 4-04-2018, 00:15

4 aprel

İlin 94-cü (uzun illərdə 95-ci) günü.

Mühüm hadisələr:

1814 — Napoleon ilk dəfə taxtından əl çəkdi.
1949 — NATO quruldu.
1979 — Pakistanın başçısı Zülfiqar Əli Bhutto edam edildi.
1992 – Azərbaycan Respublikası Rusiya ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1913— Azərbaycan Respublikasının Xalq artisti , görkəmli aktyor Əli Yusif oğlu Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real Təqvimdə bu gün -  4 aprelhəyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.
Əli Yusif oğlu Zeynalov Salyanda anadan olub.
Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.
İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.
Əli Zeynalov "İki ömrüm olsaydı..." kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. - Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? - Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."
Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.

Təqvimdə bu gün -  4 aprel1917— Sovet İttifaqı Qəhrəmanı; "Lenin" ordeni, "Qırmızı Ulduz" ordeni, "İgidliyə görə" medalı ilə təltif olunmuş Qəzənfər Qulam oğlu Əkbərov Naxçıvanın Cəhri kəndində anadan olmuşdur.
Qəzənfər Əkbərov 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir.
Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.
1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.
 
Təqvimdə bu gün -  4 aprel1920 —Məşhur tarzən, Xalq artisti, bir çox yeni ifa üslublarının müəllifi, Azərbaycan Tibb Universitetinin müəllimi olmuş Hacı Məmmədov Şamaxı şəhərində anadan olub.
O, uşaq vaxtlarından tar çalmağa həvəs göstərib və böyük musiqi qabiliyyəti sayəsində hələ 11 yaşında ikən Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib.
1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, 1949-1970 illərdə həkim – cərrah işləmişdir.
Tarda çalmağı müstəqil öyrənmşdir. 1930-1948 ci illərdə Azərbaycan Xalq Çalğı Ansanblı Orkestrində işləmiş, 1949 cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işləyən H.Məmmədovun şux, oynaq ifa tərzi həmişə diqqəti cəlb edib. Təsadüfi deyil ki, o, rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub.
"Orta Mahur", "Çoban bayatı" və digər xalq mahnıları onun ifasında çox məşhurdur.
Hacı Məmmədovun tibbi təhsil almasına səbəb gələcək həyat yoldaşının valideynlərinin qızlarını musiqiçiyə vermək istəməmələri olmuşdur.
 
1935 — Azərbaycan Respublikasının Aalq artisti, məşhur kino aktyoru Muxtar Qəmbər oğlu Maniyev Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində Təqvimdə bu gün -  4 aprelalıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.
Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdur. Hadisələr Neft Daşlarında cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olmuşdur. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanmışdır ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir.
Bir aktyor kimi M.Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradır. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir. Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın böyük bir dövrü ilə bağlıdır. Onun 60-70-ci illərdən başlanan yaradıcılıq yolu bu gün də inamla davam edir.
Aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.
Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Doğrudan da, milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz xidmətlər göstərmişdir. Onun rolları milli, xarakterlidir, əsl azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. "Bəxt üzüyü"ndəki zırpı rolunu xatırlayırsınızmı? Yaxud, "Ölsəm...bağışla" filmindəki Seyidrza rolunu gözləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini gördü. Amma "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilmişdir.
Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[3] Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilirdi. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var.
Ömrünün kamillik dövründə o yenə də filmlərə çəkilir, tədbirlərdə iştirak edir, xatirələrini yazır və s. Deyir ki, imkanı olsa bir saat belə çəkiliş meydançasından aralı dayanmaz. Çünki insandan yalnız onun əməlləri yadigar qalır.
Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. aktyorun səhhəti 22 dekabrda daha pisləşmiş və səhər saatlarında dünyasını dəyişmişdir.
Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində  valideynlərinin yanında torpağa tapşırılmışdır.

Vəfat etmişdir:

1997 – Tanınmış şair, nasir,tərcüməçi, publisist, Azərbaycan komsomolu mükafatı laureatı (1984) Tofiq Mahmud oğlu Mehdiyev 65 yaşında Bakıda vəfat etmişdir.
Təqvimdə bu gün -  4 aprelTofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1949-1954). Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamış (1954), sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958-1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961).
İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.
Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmişdir.
Kinorejissor Hüseyn Mehdiyevin qardaşı, bəstəkar Azər Hacıəsgərlinin babasıdır.
 
2007 — Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı , Əməkdar İncəsənət Xadimi Qabil Allahverdi oğlu Təqvimdə bu gün -  4 aprelİmamverdiyev Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944-1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975-1979) vəzifələrində işləmişdir.
AYB Ağsaqqallar Şurasının sədri olmuşdur.
Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir[3]. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir - "POET QABİL"
Mükafatları
Azərbaycan SSR Dövlət mükafatı - 1976
"Əmək igidliyinə görə" medalı
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı - 1980
Azərbaycan SSR Əməkdar İncəsənət xadimi - 1984
Azərbaycan Respublikasının Xalq şairi - 1992
"Şöhrət" ordeni — 16.08.1996
"İstiqlal" ordeni - 2006
Ədəbiyyat Fondunun Rəsul Rza mükafatına layiq görülmüşdür – 1998
 
2016 — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid Gülağa oğlu İmanov 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Təqvimdə bu gün -  4 aprelSamid İmanov 1981-ci ilin 14 oktyabrında Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olub.
Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getdi, 1998-ci ildə isə həmin məktəbi bitirdi. Elə həmin ildəcə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdi və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görüldü.
Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatıldı. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həmdə Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak etdi.
2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edildi.
Samid İmanov həmdə bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra etdi.
Samid İmanov 2015-ci il 9 mayda Rusiya Federasiyasının Moskva şəhərində, "Qırmızı meydan"-da faşizm üzərində qələbənin (1941-1945) 70 illiyi ilə bağlı baş tutan hərbi parada qatılan. Bununla bağlı ona medalda təqdim olundu.
Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşdü.
Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından aparmağ istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlamışdı. Səhərə gədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.
Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləridə qatıldı. Azərbaycanın dövlət himni səsləndirilənsən sonra yaylım atəşinin sədaları altında mayor Samid İmanovun uğrunda şəhid olduğu torpaşa tapşırıldı. Mayorun tabutuna çəkilən bayrağ isə şəhidin qardaşı Sadiq İmanova təqdim olundu.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz