» » Tarixdə bu gün - 26 mart

Tarixdə bu gün - 26 mart


26 mart

İlin 85-ci (uzun illərdə 86-cı) günü.

Doğum günləri:
 

Tarixdə bu gün - 26 mart1910 — Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.
Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
31 yanvar 1963-cü ildə vəfat edib.
 
Tarixdə bu gün - 26 mart1910— Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhman Şəkidə ( keçmiş Nuxa rayonu) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə "Molla Nəsrəddin" jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, "Ulduz" musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur.  Bu gün Şəki Dram Teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
Bəstəkar Emin Sabitoğlunun atasıdır.
Musiqişünas Ceyran Mahmudovanın babasıdır.
Əsərləri
Hekayələri:
"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".
Povestləri:
"Vəfasız", "Son faciə".
Pyesləri:
"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.
Romanı:
"Nina".

1926— Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi Oqtay Əbdülkərim oğlu Əfəndiyev nin ən nüfuzlu ali Tarixdə bu gün - 26 marttəhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirmiş, SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. 1955-ci ildə namizədlik dissertasiyasını, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. Altmış ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışmışdır. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü idi.
O.Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdir. O.Əfəndiyevin araşdırmalarından əvvəl Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü demək olar ki heç tədqiq edilməmişdi.
O.Əfəndiyev Səfəvi tarixi ilə əlaqədar bir sıra kitablar – monoqrafiyalar və qaynaqlar nəşr etdirmişdir. Bunlardan əlavə, o, Azərbaycan tarixi üzrə 10-a qədər ümumiləşdirici əsərin yazılmasında yaxından iştirak etmiş, müstəqillik illərində çapdan çıxmış yeddicildlik "Azərbaycan tarixi”nin üçüncü cildinin məsul redaktoru və əsas müəlliflərindən olmuşdur.
O.Əfəndiyev öz elmi fəaliyyəti ərzində azərbaycanca, türkcə, rusca, ingiliscə, fransızca, farsca və s. dillərdə 200-dək elmi və ensiklopedik məqalə, məruzə, tezis, tarixi xəritə və s. nəşr etdirmişdir. Bu əsərlərin 50-dən çoxu respublikamızdan kənarda (Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda, Qazaxıstanda, Əfqanıstanda, Fransada, İngiltərədə, ABŞ-da və s.) çap olunmuşdur. O, 30-dək beynəlxalq elmi konfransın iştirakçısı olmuş, Sankt-Peterburqda, Moskvada, Almatı, Tiflisdə, Suxumidə, Batumidə, Londonda, Madisonda, İstanbulda, Kayseridə, Ankarada, Bodrumda, Bağdadda və s. şəhərlərdə keçirilən elmi toplantılarda oxuduğu məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir. Beynəlxalq ictimaiyyət tarixi keçmişimizlə bağlı bir çox gerçəklikləri məhz onun dilindən eşitmiş və onun qələmindən oxumuşdur.
O.Əfəndiyevin məqalələri başlıca olaraq Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi və sosial-iqtisadi tarixinin çoxşaxəli tədqiqinə, həmin dövr tariximizin mənbəşünaslığına və tarixşünaslığına həsr edilmişdir. Bundan başqa, Oqtay Əfəndiyev Azərbaycanın orta əsrlər tarixinin digər dövrlərinin və problemlərinin öyrənilməsinə, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Şirvanşahlar dövlətlərinin araşdırılmasına yönəlmiş məqalələrin də müəllifidir. O, Azərbaycan tarixinə dair farsdilli mənbələrə ("Təkmilətül-əxbar”, "Xülasətüt-təvarix”, Rəşidəddin "Oğuznamə”si, "Tarixi-elçiyi-Nizamşah”, "Zübdətüt-təvarix”, "Tarixi-Şah İsmayıl”, "Həbibüs-siyər”, "Kitabi-Diyarbəkriyyə”, Şah Təhmasibin təzkirəsi, N.Tusinin maliyyə risaləsi və s.), Osmanlı (İbrahim Rəhimizadənin əsərləri) və Avropa (Oruc bəy Bayatın, Minadoinin, Membrenin əsərləri və s.) qaynaqlarına aid məqalələri ilə neçə-neçə öyrənilməmiş və lazımi diqqətdən kənarda qalmış ilkin məxəzləri elmi ictimaiyyətə tanıtmışdır. O.Əfəndiyevin tarixşünaslığa dair məqalələri tarixçi alimlərimizin elmi fəaliyyətlərinin təhlilindən və Azərbaycan tarixinə həsr olunmuş ümumiləşdirici əsərlərin və monoqrafiyaların tənqidi dəyərləndirilməsindən ibarətdir. Onun Ə.Quliyevin, Ə.Əlizadənin, S.Aşurbəylinin, V.Bartoldun, F.Sümerin, F.Kırzıoğlunun, S.Erşahinin, R.Rəisniyanın, C.Heyətin və başqalarının elmi axtarışları və əsərləri haqqında yazdığı məqalələr bu səpkidəndir.
Tarixçinin bir sıra tədqiqatları Azərbaycanın dövlətçilik ənənələrinə, Azərbaycanın hərbi və ictimai-siyasi tarixinə həsr edilmişdir. O, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mülki və əsgəri təşkilatına, Səfəvilərin XV əsrdəki fəaliyyətlərinə, I Şah İsmayılın daxili və xarici siyasətinə, I Şah Təhmasibin şəxsiyyətinə, Şirvanşahlar dövlətinin son dövrünə, Səfəvilər dövlətinin qurulmasında türk tayfalarının roluna, Səfəvi – Osmanlı münasibətlərinə və s. bu kimi məsələlərə dair çoxsaylı məqalələrin müəllifidir. Orta əsrlər dövründə Azərbaycan tarixinin sosial-iqtisadi məsələləri tədqiqatçının diqqətini cəlb edən mühüm amillərdən olmuşdur. Alimin XIII-XVII əsrlərdə Bakıda neft hasilatı, XV-XVI əsrlərdə Azərbaycanda feodal torpaq mülkiyyəti formaları, soyurğal təsisatı, tamğa vergisi, monqol-tatar yürüşləri sonrasında Orta Şərqdə oturaq və köçəri əhali qrupları və s. haqqında məqalələri məhz Azərbaycanın və bütövlükdə Şərq aləminin sosial-iqtisadi tarixi üzrə problemlərin öyrənilməsinə həsr olunmuşdur.
O.Əfəndiyevin Azərbaycanın ayrı-ayrı bölgələrinin – Qarabağın, Gəncənin, Şirvanın, Təbrizin, Ərdəbilin tarixinə dair müxtəlif araşdırmaları mövcuddur.
O.Əfəndiyev həmçinin "Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada dərc edilmiş çoxcildlik "SSRİ tarixi”nin və "Sovet Tarix Ensiklopediyası”nın, İstanbulda yayımlanmış "İslam Ensiklopediyası”nın müəlliflərindən olmuşdur. O.Əfəndiyev "Azərbaycan Milli Ensiklopediyası”nın redaksiya heyətinin üzvü idi.
O.Əfəndiyev 20-dən artıq kitabın elmi redaktoru olmuşdur. Ağqoyunlu saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin "Tarixi-aləmarayi-Əmini” əsəri, Şah Təhmasibin təzkirəsi, bir sıra çağdaş tarixçilərin monoqrafiyaları məhz O.Əfəndiyevin redaktəsi altında elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim edilmişdir.
Uzun illər ərzində AMEA Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik edən O.Əfəndiyev 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirmişdir.
Nüfuzlu alim bir müddət həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və Türkiyənin Mərmərə Universitetində mühazirələr oxumuşdur. O.Əfəndiyev 1994-2004-cü illərdə Xəzər Universitetində çalışmış, burada fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru olmuşdur.
O.Əfəndiyevin 70 illik yubileyi Xəzər Universitetində, 85 illik yubileyi isə Dünya Azərbaycanlıları Konqresində təntənəli mərasimlə qeyd olunmuşdur.
1996-cı ildə Xəzər Universiteti, 2007-ci ildə isə AMEA Tarix İnstitutu tərəfindən alimin biblioqrafiyası nəşr edilmişdir.
2006-2007-ci illərdə görkəmli alim Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının sədri olmuşdur.
O.Əfəndiyev xarici ölkələrdə ən çox istinad olunan tarixçilərimizdən biridir. İ.P.Petruşevski, H.R.Roemer, Jan Pol Ru, F.Sümer, Y.E.Bregel, İ.Melikoff, A.Allouç, S.Kitaqava, O.Altştadt, K.K.Kutsiya, E.Qrüner, A.Yaman, M.Temizkan, N.Çetinkaya, Y.İ.Vasilyeva, L.P.Smirnova və dünyaca məşhur bir sıra digər əcnəbi tədqiqatçılar onun əsərlərinə dönə-dönə müraciət etmiş, öz tədqiqatları zamanı Oqtay Əfəndiyevin ortaya qoyduğu elmi nəticələrdən bəhrələnmişlər.
O.Əfəndiyev bütün bu nailiyyətləri Azərbaycanın, keçmiş SSRİ-nin, bəzi Avropa ölkələrinin və Türkiyənin arxivlərində, əlyazma kolleksiyalarında və kitab fondlarında keçirdiyi gərgin axtarışların sayəsində əldə etmişdir.
Oqtay Əbdülkərim oğlu Əfəndiyev 2013-cü il fevral ayının 26-dan 27-nə keçən gecə, 87 yaşında Bakı şəhərində vəfat etmişdir.

Vəfat etmişdir:

1918 — Azərbaycanlı zadəgan, milyonçu və xeyriyyəçi Aga Yusif Hacı Hacı ağa oğlu Dadaşov 48 yaşında vəfat etmişdir.
Tarixdə bu gün - 26 martAga Dadaşov 18 mart 1870-ci ildə əsilzadə ailəsində doğulmuşdur. Stokholm Universitetini (İsveç) əla qiymətlərlə bitirmiş, rus, fransız və digər Avropa dillərini mükəmməl öyrənmişdi, 12 dil bilirmiş, poliqlot idi.. Çar Rusiyasında həqiqi mülki müşavir rütbəsində olmuşdur. Ölkə xaricindəki fəaliyyətinə və xeyriyyə işlərinə görə Rusiyanın "Müqəddəs Anna", "Müqəddəs Stanislav", 2 dəfə İranın "Şiri-Xurşid", Buxara əmirliyinin "Buxarayi-şərif‖ ordenləri və bir çox medallarla təltif edilmiş, Dadaşov Rusiyanın "fəxri vətəndaşı" titulunu almışdır. Yeri gelmishken, Aga Yusif Dadashov Romanovlar sulalesinin 300 illiyi ile elaqedar Chari tebrik etmek uchun Azerbaycandan Peterburqa devet almis yegane Baki Dumasinin qlasnisi olub. Onun gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə (Qori Müəllimlər Seminariyası və "Qız məktəbi"nə) sərf edilirdi. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Bakı duması binasının inşasına xeyli vəsait sərf edən Dadaşov Maksim Qorkinin, D.İ. Mendeleyevin, neft geologiyası mütəxəssisi İ.M.Qubkinin Bakıya səfərlərini maliyyələşdirmişdi. Bakida muselmanlarin savadlanmasi istiqametinde yaradilmish «Nəşrül-Maarif» xeyriyye cemiyyetinin 5 fexri uzvden biri de Haci Haciaga Dadashovun oglu Aga Yusif idi. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub saxlanmasında yaxından iştirak edən Dadaşov Bibiheybət məscidini bərpa etdirmiş, həmçinin Buxara əmirinin Moskvada tikdirdiyi məscidə qırxçıraqlı qəndil və qiymətli xalılar bağışlamışdı.
Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918 ildə Bakıda mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Rus qoşunları Bakını əhatə etdiyindən, şəhərdə xüsusi vəziyyət yaranmışdı. 1918-ci il martında Ağa Yusif bey vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq, Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O bu işə bütün ətrafını səfərbər edir. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif bey hər yana özü gedər, kisələrlə qızıl xərcləyib Bakının müdafiəsinə qalxarmış. Onu məhv etmək üçün çox pusqular qururlar. Hətta bir dəfə güllə onun düz ürəyinə tuşlanır, amma döşündə gəzdirdiyi "Quran” onu qoruyur. Silah ardınca Rusiyaya göndərdiyi novbeti gəmiləri mart ayinin 26-si qarşılamağa gedən Dadaşov silahları arabalara yüklətdirib geri qayıdarkən, sayca defelerle cox olan bolshevik-ermeni quldur bascisi olan daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşmışdır. S.Lalayan ona qılıncının altından keçməyi təklif edərkən, Dadaşov "Mən türkəm. "Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz" cavabını vermişdir.Mən Vətənimin, xalqımın yolunda, öldürməyə və ölməyə hazıram. Qeyri-bərabər döyüşdə Dadaşov erməniləri burada yubadaraq,silahların daşnaklara yox, əliyalın döyüşən azərbaycanlılara çatmasına nail olmuşdur. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər. Ölümündən sonra ermənilər onun üzəri brilyant, zümrüd və yaqutla bəzədilmiş, yaxasından orden və medallar asılmış mundirini ələ keçirmişlər. Qəbri indiyədək aşkar edilməmişdir. Beş gün də ötəcək və martın 31-də daha böyük bir qırğın yaşanacaqdı.

Tarixdə bu gün - 26 mart1944 — Sovet İttifaqı Qəhrəmanı Əmi Ağa oğlu Məmmədov faşızmə qarşı mübarizədə qəhrənmancasına həlak olmuşdur.
Əmi Məmmədov 1922-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Suraxanı RHK-dan orduya çağırılmışdır.
Əmi Məmmədov Suxumi ətrafında ilk dəfə vuruşmaya girmiş və orada kəşfiyyatçı keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Nikolayev desantı əməliyyatı keçirilməzdən əvvəl o, artıq təcrübəli döyüşçü idi. Novorossiysk və Taqanroq yaxınlığındakı desant əməliyyatları Kerç, Mariupol, Feodosiya uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralanmış, döyüş ordenlərinə və medallarına layiq görülmüşdür.
1944-cü ilin martında Nikolayevdə desantçıların faşistlərlə qeyri-bərabər döyüşündə həlak olmuş 67 nəfərə 1944-cü ilin aprelində Sovet İttifaqı Qəhrəmanı adı verildi. 55 nəfər dəniz piyadasından, 10 nəfər istehkamçıdan və 2 nəfər radisdən ibarət olan Nikolayev desantının iştirakçılarının soyadları dəqiqləşdirərkən 4 nəfər bakılı olduğu müəyyənləşdirildi: Əzizbəyov rayonundakı (Xəzər rayonu) neft trestində nəqliyyat sexinin şoferi Əmi Ağa oğlu Məmmədov, Paris Kommunası adına zavodun dəmirçisi Pavel Osipov, Suraxanı neftçisi Nikolay Petruxin və Bakıdakı 4-cü dəyirmanın yükvuranı Mixail Xakimov. Həmyerlilər arasında Pavel başçı, Əmi ən cürətli, Mixail ən güclü, Petruxin ən müdrik adam sayılırdılar. 
26 mart 1944-cü ildə Ukrayna Respublikasının Nikolayev şəhərində həlak olub və orada dəfn edilmişdir.
Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 20 aprel tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Yeni Suraxanı qəsəbəsindəki 101 saylı orta məktəb Əmi Məmmədovun adını daşıyır.
 
Tarixdə bu gün - 26 mart1973 — Görkəmli tarzən, pedaqoq, musiqi xadimi, Xalq artisti Əhməd Bakıxanov 81 yaşında Bakıda vıfat etmişdir.
Əhməd Bakıxanov 1893-ci il süntyabrın 5-də doğulmuşdur.
Əhmədxan Bakıxanov ilk təhsilini iranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış, müəllimlik etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ADK-da, daha sonra ADMM-də muğamdan dərs demişdir (1930-1973). Azərbaycan radiosunun nəzdində x.ç.a. ansamblının təşkilatçısı və rəhbəri (1931-1973) olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Bu ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhmədxan Bakıxanov, tarzən Ə.Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi olmuş, ifaçılıq təcrübə­sində az ifa olunan "Nəva-nişapur”, "Əbu-əta" muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmışdır.
Ə.Bakıxanov "Azərbaycan xalq rəngləri” (1964), "Azərbaycan ritmik muğamları” (1968), "Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.
Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının tərbiyəsinə həsr etmişdir: Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Əliağa Quliyev, Əlikram Hüseynov onun tələ­bələri olmuşlar. Bir çox bəstəkarın (Arif Məlikov, Hacı Xanməmmədov, Nəriman Məmmədov və b.) muğam müəllimi olmuşdur. İranlı musiqiçilər Əli Səlimi və Adil Axundzadə onun yetirmələri olmuşlar.
Əhməd Bakıxanovun ifasından bəstəkar N. Məmməd ov tərəfindən bir çox instrumental muğamlar: "Rast”, "Şur”, "Bayatı-Şiraz”, "Segah-Zabul”, "Rahab”, "Şüştər”, "Hümayun”, "Şahnaz” muğamları nota salınaraq çap olunmuşdur. Ə.Bakıxanovun oğlu, bəstəkar, xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək, "Dügah”, "Nəva”, "Şahnaz”, "Hümayun”, "Rahab” simfonik muğamlarını bəstələmişdir. Əhməd Bakıxanovun mənzilində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı yaradılmış, burada tarzənin x.ç.a,-dan ibarət zəngin kolleksiyası sərgisi nümayiş olunur. 1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.
 
Tarixdə bu gün - 26 mart1993 – Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan Tofiq Bəhram oğlu Bəhramov vəfat edib.
Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb. 
Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə "Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə "Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.
Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb.
Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. 
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası "Qızıl fit”i və "Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.
Azərbaycanlı idman ustası, həmçinin 1970-ci il dünya çempionatında da hakim kimi futbol meydançasına çıxıb. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur "Futbol adamı” kitabını Azərbaycan arbitrinə həsr edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.

Tarixdə bu gün - 26 mart2003— Tanınmış şair, publisist, tərcüməçi Davud Məcid oğlu Nəsibov qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.
Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959-1963).
Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım - Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını doğma dilə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir (1966-1969).
Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971-1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur (1978-1980).
ÜİLKGİ - XVU qurultayına nümayəndə seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz