» » Tarixdə bu gün - 13 mart

Tarixdə bu gün - 13 mart

 
 
13 mart

İlin 72-ci (uzun illərdə 73-cü) günü.

Mühüm hadisələr:

1781 — İngilis astronom Uilyam Herşel öz əli ilə düzəltdiyi teleskop vasitəsilə Günəş sisteminin yeddinci planetini - Uranı kəşf etmişdir.
1869 — Rus kimyaçısı Dmitri Mendeleyev Dövrü sistemin tərtibini tamamlamışdır.
1930 — Amerikalı astronom Klod Tombo Günəş sisteminin doqquzuncu planetini - Plutonu kəşf etdiyini elan etmişdir.
1979 — Avropada valyuta sistemi işə salınmışdır.
1995 — Azərbaycan Respublikası Syerra-Leone ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1888 —SSRİ pedaqoqu və yazıçısı Anton Semyonoviç Makarenko Xarkov quberniyası, Belopolye kəndində anadan olmuşdur.
Tarixdə bu gün - 13 martO, sovet məktəb və pedaqoji fikrin ən məşhur siması Anton Makarenkodur. O, Poltava Müəllimlər İnstitutunu qızıl medalla bitirmiş və Kryukova ibtidai məktəb müfəttişi vəzifəsinə təyin olunmuşdur. A.S.Makarenko 1920-ci ildə davranış pozuntusu olan yeniyetmələr koloniyasına müdür təyin olunmuşdur.1926-cı ilin may ayında bu koloniya bərbad halda olan Kuryajdakı koloniya ilə birləşdirməli oldu. Bunun üçün koloniya Kuryaja köçdü. Makarenkonun rəhəbrlik etdiyi koloniyada 150-yə yaxın uşaq və yeniyetmə olduğu halda, Kuryajdakı koloniyada 280 uşaq vardı. Makarenkonun Qorki adına Koloniyadan gətirdiyi yaxşı ənənələrin dağılması və çoxluqda olan kuryajların təsiri altına düşüb əriməsi qorxusu vardı. Lakin Makarenkonun çox incə, psixoloji cəhətdən dəqiq düşünülmüş pedaqoji taktı və tədbirlər sistemi bu çətinliyə qalib gəldi. 1927-ci ildə Ukrayna çekistlərinin toplamış olduğu vəsait hesabına Dzerjinskiyə xatirə olaraq onun adına yurdsuz uşaqlar üçün bir kommuna təşkil etmək qərara alındı. 1927-ci ilin axırlarında kommunanın rəsmi açılışı oldu. Onun rəhbərliyi ilə idarə olunması A.S.Makarenkoya tapşırıldı. Elə həmin vaxt Ukraynada böyük şöhrət qazanan A.S.Makarenkonun iş üsuluna ciddi hücumlar başladı. 1928-ci ilin yayında Ukrayna XMK-nın elmi şurasında mühafizəkar pedaqoqların təsiri ilə A.S.Makarenko təqiblərə məruz qalmışdır. O fəaliyyətini yalnız 1928-1935-ci illərdə Dzerjinski adına kommunada davam etdirmişdir. Onun irəli sürdüyü təbiyəyə aid düşüncələr Sovet ideologiyasına zidd olaraq qiymətləndirilmişdir. Lakin o öz şöhrəti və M.Qorkinin köməyi ilə ölüm cəzasından yaxasını qurtarmağa müvvəffəq olmuşdur. Makarenko M.Qorkinin təkidi ilə Moskvaya köçür və ədəbi fəaliyyətlə məşğul olur.
A.S.Makarenkonun pedaqoji ideyasının əsasını kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün təriyə prinsipi təşkil edirdi. O, düşünürdü ki, pedaqoqların qarşısında duracaq məqsəd kollektivi təşkil və tərbiyə etməkdir. O, düşünürdü ki, kollektiv nail olmaq istədiyi hədəfə çatdıqda, yeni hədəfə çatmağı qarşıya məqsəd qoymalıdır. Yoxsa kollektivin fəaliyyəti tükənər, onda bir rahatlanma baş verər və onun üzvlərini ruhlandıran arzu və istək olmaz. Makarenko tərbiyədə "paralel təsir" prinsipi əsas yerlərdən birini tutur.
1 aprel 1839-cu ildə 51 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 13 mart1918 — Səməd Vurğunun həyat yoldaşı olmuş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub.Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində təhsil almışdı.1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) bitirib.1934-cü ildə Azərbaycanın Xalq şairi Səməd Vurğununla ailə həyatı qurub.
1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışdı. "Əməkdar mədəniyyət işçisi” adına, Prezidentin fərdi təqaüdünə layiq görüldü, ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışdı.
Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun anasıdır.
Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın anasıdır.
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun anasıdır.

1927 — Azərbaycan Respublikasının və Rusiyanın Xalq artisti Nodar İzzətoviç Şaşıqoğlu Batumidə anadan olmuşdur.
Tarixdə bu gün - 13 martO, təkcə bir filmin uğuru ilə Bakıya həmişəlik bağlandı. 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Yəni aktyorluq bizim ailəyə xas bir sənətdir.
"Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında çalışdım.
İlk rolum "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oldu. Orada mən türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynadım. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışdım.
Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Tezliklə "Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkildim.
Dövlət tədbirləri keçirilərkən Heydər Əliyev məni Bakıya iştirak etmək üçün dəvət edirdi. Təsəvvür edin ki, Moskvada "Sirano De Berjerak" əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə - şer oxumağa gəlirdim.
-"Uzaq sahillərdə"dən sonra bir qədər də məşhurlaşdım.
Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşlarda adam əlindən yer olmurdu. Çox çətin idi"
N. Şaşıqoğlu B.V.Şükin ad. Moskva şəhərinin teatr-məktəbində savad almışdır.Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin ad. teatrda aktyor işləyib.
"Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarda işləyib.
12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.
 

Tarixdə bu gün - 13 mart1928 — Görkəmli skripkaçı, Azərbaycan Respublikasının Xalq artisti Azad Əliyev anadan olmuşdur.
Azad Əliyev 1951-1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir.
Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur.
1970-1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.
Xalq artisti 17 avqust 1994-cü ildə 66 yaşında vəfat etmişdir.

1945— Tanınmış xanəndə, 1969-1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti olmuş Rövşən Behcət 1945-ci Tarixdə bu gün - 13 martCənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb.
 
"...Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı "Göy göl” xalq çalğı alətləri ansamblında çalışmağa başlayır. Az müddətdə repertuar təşkil olunur. Televiziyada çıxış edir. Filarmoniyada konsert vermək təklifi olunur: "Birinci konsertə gələn tamaşaçıları görəndə gözlərimə inanmadım. Zal bütünlüklə dolmuşdu. Tanınmış müğənnilər də gəlmişdi. İlk konsert çox böyük uğurla keçdi. Bir neçə həftədən sonra daha bir konsert verdik. Üçüncü dəfə isə bizi üç günlük konsertə dəvət etdilər. Bu konsertlərin də hər üçü anşlaqla keçdi”. 
Bütün bu müddət ərzində Rövşən Behcət Gəncədə yaşayır. 1972-də Bakıya köçmək istəsə də, Fikrət Verdiyev onu qərarından döndərir. Bakıya köçmək fikrindən daşınır. Amma arada buna görə peşmançılıq da çəkir. Deyir, "bəlkə də o vaxt Bakıya gəlsəydim, indi yaxşı şəraitim olardı, bu gündə yaşamazdım...” 
...Hələ ki, hər şey yaxşılığa doğru, yüksələn xətt üzrə gedirdi. "Göy göl” 1977-ci ildə artıq Dövlət mahnı və rəqs ansamblı statusu almışdı. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul etdiyinə görə, xarici ölkələrə də gedə bilirdi. İttifaq respublikalarında, Almaniyada, Meksikada keçirilən konsertlərdə iştirak edirdi. Ancaq hər şey birdən-birə əksinə çevrilməyə başlayır... 
1993-cü ildə isə heç gözləmədiyi halla rastlaşır – iflic olur.. "(Bax:(http://news.lent.az/news/45081)
 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır.
Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb.
Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da dünyasını dəyişib.

Tarixdə bu gün - 13 mart

Tarixdə bu gün - 13 mart

Tarixdə bu gün - 13 mart1975 — Azərbaycan Milli Qəhrəmanı Bəhruz Qəhrəman oğlu Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.
Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.
Oxuduğu orta məktəb onun adını daşıyır.
Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır.

Vəfat etmişdir:

Tarixdə bu gün - 13 mart1994—Tanınmış Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq olmuş Həsən Abbasqulu oğlu Əbluc 51 yaşında Bakıda vəfat etmişdir.
Həsən Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib. Ənvər Əbluc оnun haqqında "Həsən Əbluc" filmini lentə alıb.

1975 — Gökəmli mətnşünas alim Əli Fəhmi 56 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 13 mart
Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir.
Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır.
Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır. Lakin son anda bəlli olur ki, həmin iş digər bir aspirant tərəfindən işlənir. Sovet dövrünə xas olan haqsızlıq, süründürməçilik onu bezdirir, bu işi yarımçıq qoymağa vadar edir.
Əli Fəhmi ADU-da mətnşünaslıqdan dərs deyir, qəzəllərin elmi təhlilini verir, jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edirdi.
Əli Fəhminin klassiklərimizlə bağlı zəngin biliyindən kinoda, teatrda, televiziya və radioda geniş istifadə olunurdu. O, televiziyada əruzla bağlı çətin oxunan qəzəllər üzrə məsləhətçi idi.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz