» » Tarixdə bu gün - 12 mart

Tarixdə bu gün - 12 mart

 

12 mart 

İlin 71-ci (uzun illərdə 72-ci) günü.

Mühüm hadisələr:

1918 — Moskva Rusiyanın paytaxtı oldu.
1922 — Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət olan ZSFSR təşkil edilib.
1985 — Türkiyənin Kanadadakı səfirliyinə hücum edən erməni terrorçular mühafizəçini öldürüb, 4 əməkdaşı girov götürüb. Girovlar bir-neçə saat sonra azad edilib.
1992 — Azərbaycan Respublikası İran ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1870 — Götkəmli pedaqoq, folklorşünas Mirzə Abbas Kərbəlayı Ələkbər oğlu Abbaszadə Gəncədə Ozan məhəlləsində mütərəqqi fikirli ruhani, məktəbdar ailəsində Tarixdə bu gün - 12 martanadan olmuşdur. İlk təhsilini atasının xüsusi məktəbində almış, sonra Şah Abbas məscidi yanındakı məktəbdə davam etdirmişdir. 1885-ci ildə ibtidai təhsilini başa vurub, 1892-ci ilədək Gəncə mədrəsəsində oxumuşdur. Burada məşhur müdərrislər Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadədən dərs almış, ərəb, fars və turk dillərinə dərindəm yiyələnmişdir. Nizami, Füzuli, Sədi, Hafiz kimi sənətkarların əsərlərini mütailə etmiş, Şərq ədəbiyyatına, İslam mədəniyyətinə yaxından bələd olmuşdur.
M.A.Abbaszadə 1894-cü ildə Gəncə şəhər məktəbində işə düzələrək ana dili və şəriət fənlərini tədris etməyə başlamışdır.
Şəhər məktəbində işləməsi M.A.Abbaszadənin rus dilini mükəmməl öyrənməsinə əlverişli imkan yaratmışdı. O, hətta 1896-cı ildə Zaqafqaziyada yeganə müəllimlər institutu olan Tiflis Aleksandrovski Müəllimlər İnstitutunda açılmış müsəlmanlar üçün qısa müddətli kursda olmuşdur.
1896-cı ilin yayında alovlu publisist və pedaqoq Ömər Faiq Nemanzadənin Gəncəyə gəlməsi, bir az burada müəllim işləməsi, yerli müəllimlərlə, o cümlədən M.A.Abbaszadə ilə tez-tez görüşüb söhbət etməsi şəhərin mədəni həyatında bir canlanma yaratmaqla M.A.Abbaszadənin ictimai-siyasi baxışlarına çox böyük müsbət təsir göstərmişdir. Cəmi ikillik pedaqoji təcrübəyə malik olan M.A.Abbaszadə bundan sonra xalqı elmsizlikdən, savadsızlıqdan, cəhalətdən və zülmətdən xilas etmək üçün məktəbə, müəllimlik sənətinə daha coşqun məhəbbətlə bağlanmışdır.
1898-ci il aprelin 23-də Gəncənin Bağmanlar yaşayış sahəsində əhalinin topladığı vəsait hesabına ilk rus-tatar (Azərbaycan) məktəbi açılmışdır. M.A.Abbaszadə şəhər məktəbindən bu yeni tipli məktəbə köçürülərək Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir.
1900-cü ildə "Birinci il.Əlifba" dərsliyi tərtib edib əlyazma şəklində Gəncədə çap etdirmişdir. Bu kitabdan xəbər tutan cahil mollalar məktəblərə girib hay-küy salmış, onu müəllimlərin, şagirdlərin əllərindən alaraq cırıb atmışlar.
1901-ci ildə onun çalışdığı məktəbdə qız şöbəsi təşkil edilmişdir. Savadlı qadın müəllimi olmadığından orada da ana dili və şəriət fənlərini tədris etmək M.A.Abbaszadəyə tapşırılmışdır. O, həm oğlan, həm də qız şagirdlərinin dərsliyə ehtiyacını nəzərə alaraq "Birinci şöbə üçün şəriət dərsi" və "İkinci şöbə üçün şəriət dərsi" adlı iki kitab hazırlayıb 1901-ci ildə Gəncədə nəşr etdirmişdir. Bu kitabları müəllif özünün tərtib etdiyi tədris proqramı və təcrübədə tətbiq etdiyi yeni tədris üsulu əsasında yaratmışdır.
1907-1908-ci illərdə rus-Azərbaycan məktəbinin müəllimi kimi M.A.Abbaszadə 7 kitab nəşr etdirmişdir. 1900 və 1901-ci ildə ilk dəfə çap olunmuş, qaragüruhla qarşılanmış "Birinci kitab. Əlifba", "İkinci kitab. Qiraət" və şəriət dərslikləri ikinci dəfə çapdan çıxmışdır. Eyni zamanda "Türk dili. Qiraət" və "Lətaif" adlı dərs vəsaitləri, bir də "Məşq məcmuəsi" metodik göstərişi nəşr olunmuşdur.
M.A.Abbaszadə ərəb qrafikalı əski Azərbaycan əlifbasını dəyişdirməyin yox, sadələşdirməyin tərəfdarı idi. Lakin bu məqsədini həyata keçirərkən Rəşid bəy Əfəndiyevi təkrar etməmiş, əksinə, onun "Uşaq bağçası" kitabından fərqlənən orijinal əlifba dərsliyi yaratmışdır.
Dərsliyin "Birinci kitab" adlanan birinci hissəsi hərflərin öyrədilməsi ilə başlayır. Hər bir hərfə aid çəkilmiş şəkillər, sözlərin seçimi uşaqların dərsi asanlıqla qavramasına, yaddaşında saxlamasına və maraq dairəsinin genişlənməsinə imkan yaradır.
M.A.Abbaszadə əlifba dərsliyinin "İkinci kitab" adlı ikinci hissəsində bundan əvvəl öyrədilmiş hərflərdən bir neçəsini heca və söz daxilində təkrar nəzərdən keçirir, öyrədilməmiş 6 hərfdən bəhs edir, bununla da hərflər sistemini başa çatdırır. Sonra 6 bölmədə uşaqların yaş və bilik səviyyələrinə uyğun kiçik həcmli mətnlər verilir.Həmin mətnlərdə əxlaqi-etik keyfiyyətlər tövsiyə edilir və uşaqlarda elmə, təhsilə həvəs oyadılır.
Böyük istiqlal şairi Əhməd Cavad M.A.Abbaszadənin əlifbasını "türk dünyasının birinci əlifbası", müəllifin özünü isə "əlifba tədrisində tayı-bərabəri olmayan" müəllim adlandırmışdır.
Birinci rus inqilabı dövründə M.A.Abbaszadə "Şəriət dərsi" adlı iki kitabını da yenidən nəşr etdirməyə müvəffəq olmuşdur. O, bu dərsliklərini də yeni pedaqoji prinsiplərlə tərtib etmişdir."İkinci şöbə üçün şəriət dərsi"ndə İslam dininin tarixindən şagirdlərin yaş xüsusiyyətlərinə uyğun ən vacib məlumatlar verilmiş, əsas anlayışlar (Allah, Peyğəmbər, İmam) izah edilmiş, sonra isə məşhur peyğəmbərlər, imamlar haqqında qısaca bəhs olunmuşdur. Bunların ardınca müsəlmanlığın əsas şərtləri, dinin kök və budaqları öz əksini tapmışdır.
Dərslik 1909-cu ildə Gəncədə nəşr olunmuşdur. Ondan istifadə edən şagirdlər az vaxtda fars dilini öyrənə bilirdilər.
Bundan sonra xeyirxah, qayğıkeş və istedadlı pedaqoq olan Abdulla Sur M.A.Abbaszadəyə məsləhət görmüşdür ki, 1908-ci ildə çap etdirdiyi "Birinci il. Əlifba" dərsliyinin "İkinci kitab.Qiraət" hissəsini mövzu, dil və imla cəhətdən məzələsin. "İkinci kitab" üzərində onlar birgə işləmiş və oraya təlim-tərbiyə baxımından daha faydalı mətnlər daxil edərək pedaqoji-metodiki cəhətdən kamil bir dərslik hazırlamışlar. Dərslik elə "İkinci kitab" adı altında A.Məhəmmədzadə və A.Mollazadə imzaları ilə 1910-cu ildə "Nəşri-maarif" cəmiyyəti tərəfindən çap olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycanın müstəqil dövlət elan olunması, iyunun 16-da isə yeni hökumətin Gəncəyə köçməsi xəbərini M.A.Abbaszadə Ömər Faiqlə birlikdə Azqurda eşitmişdir. Az sonra məlumat almışdır ki, Bakı kommunası bu höküməti məhv etmək məqsədi ilə Gəncəyə hücuma keçmişdir. Onların qarşısını almaq üçün Nuru Paşanın komandanlıq etdiyi türk ordusu şəhərə girmişdir. M.A.Abbaszadə daha "orada qalmayıb ailəsilə bərabər yurdu bulunan Gəncəyə gəlir. Haman tarixdən maarif nəzarəti tərəfindən Gəncə qız edadiyyəsinə türkcə müəllim təyin olunur."("Azərbaycan" qəzeti, 2 iyun 1919-cu il).
M.A.Abbaszadə böyük ruh yüksəkliyi ilə qadınları savadlandırmaqla, yeni dərs kitabları tərtib etməklə, kasıb, yetim və kimsəsiz oğlan və qızları milli dövlət məktəblərinə, eləcə də özünün xüsusi məktəbinə cəlb etməklə, qəzetlərə məqalələr yazmaqla məşğul olurdu. O, dərs dediyi qızların qiraət kitablarına tələbatını ödəmək, eləcə də Azərbaycan qadınlarını ictimai-mədəni gerilikdən, mənəvi kasıblıqdan qurtarmaq üçün ilk dəfə 1914-cü ildə çap etdirdiyi "Arvad ağısı" kitabını 1918-ci ildə Azqurdan qayıdan kimi yenidən nəşrə vermişdir. Əlavələrlə 32 səhifədən ibarət bu kitab Qafur Rəşad Mirzəzadənin naşirliyi ilə Bakıda "Məktəb" jurnalının elektrik mətbəəsində çapdan çıxmışdır.
M.A.Abbaszadə görkəmli pedaqoq, alim, yazıçı və mədəniyyət xadimlərinin yetişməsində böyük rolu olmuşdur. Mir Cəlal Paşayev, Həmid Araslı, Əli Quliyev, Mirəli Qaşqay, Çingiz Cuvarlı, Qəmbər Hüseynli, Adil İsgəndərov və onlarca başqaları istər Azərbaycan Xalq Cumhuriyyəti dövründə, istərsə də sovet hakimiyyətinin ilk illərində ibtidai təhsil alarkən bu fədakar müəllimin "Əlifba" və şraət dərsliklərindən istifadə etmişlər.
Azərbaycanda xalq maarifi milli əsasda yenidən qurulurdu. M.A.Abbaszadə elmi-pedaqoji və ictimai fəaliyyətini genişləndirir, gənclərin tərbiyəsində xalq pedaqogikasından, milli pedaqoji sərvətlərdən, ictimai-mədəni və tarixi örnəklərdən istifadə edir, məqalələr yazıb ayrı-ayrı qəzetlərə göndərirdi. "Azərbaycan" qəzetinin 1920-ci il 15 mart tarixli sayında dərc etdirdiyi "Novruz bayramı" Gəncədə 50 ildən bəri Novruz bayramı tarixçəsi" adlı məqalə-xatirəsi öz aktuallığını bu gün də saxlamaqdadır.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. May ayında milli höküməti bərpa etmək uğrunda Gəncədə üsyan baş verdi. Qırmızı ordu üsyançılara divan tutdu. M.A.Abbaszadə öz evində güllələndi, bütün varı-yoxu dağıdılıb aparıldı.
Məmmədəmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində milli hökuməti müdafiə etmək yolunda Azərbaycan qurbanlarının siyahısına Nəsib bəy Yusufbəyli, Fətəlixan Xoyski, Xudadat bəy Rəfibəyli, Firudin bəy Köçərli, İslam bəy Qəbulzadə ilə birlikdə pedaqoji sahədə qimətli əməyi ilə ad qazanmış Mirzə Abbas Abbaszadənin də adını yazmışdır.

1872— Böyük aşıq, şair Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının Tarixdə bu gün - 12 martməktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir.
Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918-1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur. Aşıq Mirzə Bilalın represiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsi olmuşdur. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir. Aşıq Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir.
Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmiş, həmin ilin noyabr ayının 26-dan 27-nə keçən gecə "xalq düşməni" adı altında güllələnmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası 12 oktyabr 1955-ci ildə Mikayılov Bilal Mustafa oğlunun işinə yenidən baxaraq onun haqqında olan Azərbaycan SSR XDİK üçlüyünün 10 noyabr 1937-ci il tarixli qərarını ləğv etdi və o, bəraət aldı. Aşıq Mirzə Bilalın həbs olunarkən dediyi "Məni günahsız tuturlar" sözlərini ən nəhayət, dövlət özü də təsdiq etdi.
Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu yenidən bəraət almışdır.
Əbədiyaşar sənət piramidasının xüsusi mərhələsində - XIX əsrin sonlarında meydana çıxan Qəşədli Mirzə Bilal, Şirvan aşıq sənətini məna və məzmunca yeni inkişaf mərhələsinə yüksəltmiş, müasir Şirvan aşıq məktəbinin əsasını qoymuş, "Şirvan Aşıqlarının Atası" titulunu qazanmış nəhəng bir sima olmuşdur.
1880— Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, maarifçi
Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu Naxçıvanda mollaxanada, üçüncüdərəcəli şəhər məktəbində oxumuşdur. İrəvan müəllimlər seminariyasını bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş tələbəlik illərində buradakı "Azərbaycanlı həmyerlilər təşkilatı"nın başçılarından olmuşdur. 1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 1914-cü ildə Yelizavetpol qu berniyasının xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində işləmiş, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışmışdır.
Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən "İttihad" partiyasının üzvü idi. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar idi. Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinə lərin də maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur.
Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyuk əmək sərf etmişdir. Bakı Dövlət Universitetinin təşkilində xidməti olmuş, orada müəllim, prorektor (1919-25), həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləmişdir (1929-cu ildən professor). Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir (1928).
Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir.
Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.

1906 — Məşhur Xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (tam adı: Rüstəmzadə Süleyman Əliabbas oğlu) Tarixdə bu gün - 12 martBakının Novxanı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir . Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.
Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.
1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

1933 — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi və mənim ən çox sevdiyim şairlərdən birfincisi — Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü Xızı Tarixdə bu gün - 12 martrayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi", xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
 
1948 — Tanınmış nasir, publicist Məhəmməd Əhməd oğlu Əhmədov Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur.
Tarixdə bu gün - 12 martBurada orta məktəbi bitirdikdən sonra 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.
M.Baharlının nəsil şəcərəsi Orxan Zakiroğlunun (Baharlı) "Şərq tarixi: Baharlılar". (I kitab, Bakı, 2013), "Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri)" (Bakı,2015) adlı kitablarından bəzi dəyişikliklərlə yerləşdirilmişdir.
Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. 1970-1971-ci illərdə ordu sıralarında xidmət etmişdir. "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971-1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986-1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988-1989), "Gənclik" və "Molodost" jurnalları redaksiyasında məsul katib (1989-1992), "Təhsil" qəzetinin baş redaktoru (1992-1993)işləmişdir. 1993-cü ildən Azərbaycan müəllimi qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Hazırda Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktorudur.
Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunub. "Dan ulduzu", "Qızıl qələm", "Ustad" ali jurnalist və "Araz" ali ədəbi mükafatların laureatıdır.
"SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Qabaqcıl Maarif Xadimi" döş nişanlarına layiq görülmüşdür. Satira yaradıcılığı üzrə bir sıra müsabiqələrin qalibidir.

Tarixdə bu gün - 12 mart1987 — Məşhur şahmatçı Teymur Rəcəbov Bakıda anadan olmuşdur.
Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdir və şahmat vunderkindi hesab olunur.
Yüksək səviyyəli şahmatdakı ilk nailiyyətini 2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarlara udaraq əldə etmişdir. Bu qarşılaşma həmin il Linares-də ən yaxşı oyun mükafatına layiq görülmüşdür. Bu nəticəyə görə Rəcəbov şahmat tarixində dünya 1-cisini məğlub edən ən gənc şahmatçı hesab olunur.
Həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdir. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir.
2004-cü ildə FİDE dünya çempionatında yarım finala yüksəlmişdir.
2005-ci ildə güclü Dos Hermanas turnirini qazanmış və həmin il Avropa çempionatında 2-ci olmuşdur.
2006-cı ildə Linares-də hazırkı dünya çempionu bolqar şahmatçı Veselin Topalovu məğlub etmiş (qara fiqurlarla) və turniri 2-ci bitirmişdir.
2007-ci ildə XIX kateqoriyalı Korus turnirinin ortaq qalibi olmuşdur.

Vəfat etmişdir:

1209 —Böyük Azərbaycan şairi Nizami Gəncəvi 68 yaşında Gəncədə vəfat etmişdir.
Tarixdə bu gün - 12 martNizami 1141-ci il oktyabrın 20-də Gəncə şəhərində anadan olmuşdur.
O, təhsilini Gəncə mədrəsələrində alıb, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub.
Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.
Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənib, 1174-cü ildə oğlu Məhəmməd anadan olub.
Məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılıb. Həmin daşda olan yazı onun qriqorian təqvimi ilə 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyini güman etməyə əsas verir.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaradıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənib. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatıb. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazıb, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə edib.
Mütəfəkkir lirikası, yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Bundan başqa, dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olub. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırıb.
Qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirib və Atabəylər hökmdarı Məhəmməd Cahan Pəhləvana göndərib.
Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşüb, onun nəsihətlərini dinləyib və şairə Həmdünyan adlı kənd bağışlayıb. 1188-ci ildə Şirvan hökmdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş edib. Nizami bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaradıb.
1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqribən 1203-cü il) poemasını qələmə alıb.
Nizami Gəncəvinin ilkin Şərq intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Əsərlərini fars dilində yazıb. Türk dilində yazmamasını "Leyli və Məcnun", əsərində özünə qüsur tutub, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunub:
Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.

Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərib, dünya mədəniyyəti xəzinəsinə daxil olub.
Əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunub. Nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılıb.

1896 —Bütün Qafqazda tanınmış musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat – incəsənət himayəçisi Mahmud ağa Əhməd ağa Tarixdə bu gün - 12 martoğlu Məmmədzadə 70 yaşında vəfat etmişdir.
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1826-cı ildə Şamaxıda anadan olmuşdur.
O, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi. O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. Mahmud ağa görkəmli musiqişünas kimi tanınıb, mahir tar çalırmış, muğam bilicisi idi. O, həm də gözəl avazla pəsdən oxuyurmış. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu. O, öz malikanəsində musiqili gecələr keçirmək üçün düzəltdirdiyi xüsusi salonda tez-tez xanəndələrin müsabiqəsini keçirir, birinci yerləri tutanlara qiymətli hədiyyələr və mükafatlar verirdi. Mahmud ağanın musiqi məclisinin sədası nəinki bütün Qafqazda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda belə yayılmışdı. XIX əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə düşürdilər. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı knyaz Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur. Mahmud ağanın musiqi məclislərində yerli musiqiçilərlə birlikdə Tiflis, Qarabağ, İran musiqiçiləri də çıxış edirdilər. Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdı oğlu kimi dövrünün məşhur xanəndələri Mahmud ağanın qonağı olub, onun təşkil etdiyi musiqi məclislərində iştirak etmişlər. Bir çox tarixi sənədlərdən məlumdur ki, bu sənətkarlar içərisində Mahmud ağanın ən çox hörmət bəslədiyi və tez-tez Şamaxıya dəvət etdiyi xanəndə Hacı Hüsü və tarzən Sadıqcan olmuşdur. Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edib onlara klassik Şərq musiqisindən təlim verərmiş. Onun məclisi bütün Zaqafqaziyada musiqiçilər üçün bir növ sənətkarlıq məktəbi idi. Burada ifaçılıq təlimi alan və çalğısı bəyənilən hər bir musiqiçi təqdir olunardı. Şamaxıda yetişmiş Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olmuşlar. O zaman Şamaxı musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı. Azərbaycanın hər yerindən oxuyan, çalan, oynayan Şamaxıya gəlib Mahmud ağa qarşısında öz sənətini nümayiş etdirməyə can atardı. Təsadüfi deyildir ki, Mahmud ağanın adı və Şamaxı musiqi məclisi bu gün də xatırlanır və örnək kimi göstərilir. A.Düma Şamaxıda mesenat Mahmud ağa Əhməd ağa oğlunun qonağı olduğunu qeyd edir. Mahmud ağa Şamaxıda tez-tez muğam gecələri, yarışları keçirərmiş. Fransız A.Düma kimi, rus etnoqrafı və səyyahı İ.Yevlaxov, Peterburq Rəssamlıq Akademiyasının prezidenti, məşhur rus rəssamı, knyaz Q.Q.Qaqarin (1810-1893) də belə gecələrin qonağı olmuş, öz xoş təəssüratlarını xatirə və əsərlərində qələmə almışlar. Mahmud ağanın 1858-ci il noyabrın 24-də A.Dümanın şərəfinə təşkil etdiyi ziyafətdə rəqs edənləri (iki xanım və qız paltarı geymiş bir oğlan) 5 musiqiçi (tar, kamança, tütək, nağara və təbil ifaçıları) müşayiət edirdi. A.Düma qeyd edir: "Bazarda gəzərkən zəngin Şamaxı tatarı Mahmud bəydən dəvət aldıq: o, bizi fars şam yeməyinə və rəqqasələrlə gecəyə çağırdı. Şamaxı rəqqasələri nəinki Şirvanda, eyni zamanda bütün Qafqazda əvvəlki şöhrətini saxlamışdılar. ... Bizə çoxdan iki xidməti eyni zamanda göstərən bu gözəl kahinələrdən bəhs etmişdilər". Knyaz Dondyukov deyirdi: "Şamaxı rəqqasələrini mütləq görün!" Baqration xatırladırdı: "Şamaxı rəqqasələrini mütləq görün!" Bakıda hamı bir nəfəsə təkrarlayırdı: "Şamaxı rəqqasələrini mütləq görün!" Rəqqasələr xanların hökmranlığının qalıqlarıdır. Onlar saray rəqqasələri idi. Təəssüf ki, həm parslardan həm də rəqqasələrdən yalnız üçü qalıb: iki qadın və bir oğlan". "Biz Mahmud bəyin evinə gəldik. Onun evi Dərbənddən Tiflisə qədər gördüyüm heyranedici fars evlərindən biri idi. (Düma romanında "azərbaycanlılar" termini bəzi yerlərdə "farslar" adlandırır). ... Biz şərq zövqündə bəzədilmiş zala daxil olduq. Sadə, eyni zamanda zəngin bəzəkləri qələmlə ifadə etmək çətindir. Bütün qonaqlar qızılı güllərlə bəzədilmiş tül üzlü atlas yastıqların üstündə oturmuşdur. Yastıqüzü ən əlvan rənglərə qəribə zəriflik verirdi. Zalın axırında böyük pəncərə uzunluğunda üç rəqqasə və beş musiqiçi oturmuşdur. Təbii ki, belə ənənəvi rəqsi xüsusi musiqi müşayiət etməli idi". "Musiqi çalındı. Orkestr iki yerə bölünmüş böyük yumurtaya bənzər və dəmir ayaqlarda dayanan barabandan, bizim dəfə bənzər qavaldan, qədim fleytaya bənzər alətdən, metal simli, lələklə çalınan mandolinalar və nəhayət dəmir ayaqda, sol əldə hərəkət edən kupu olan çonqurdan ibarət idi. Maraqlıdır ki, çonqur özü simlərlə yayın üzərindən aparır, əksinə yox. Bütün bunlar şiddətli, çox da melodik olmayan, ancaq olduqca orijinal səs çıxarırdı". "Şərq rəqsi hər yerdə eynidir. Mən onu Əlcəzairdə, Tunisdə, Tripolidə, Şamaxıda görmüşəm. O, hər yerdə bu ya digər dərəcədə ayaqları yerə vurmaqdan, müxtəlif dərəcədə ifadəli bel hərəkətlərindən ibarətdir. Nisədə (Mahmud bəyin gecəsində olan rəqqasələrdən biri) bu hərəkətlər mükəmməl idi". Şamaxıda poeziya və musiqinin inkişafında əvəzsiz xidmətləri olmuş xeyriyyəçi Mahmud ağa Əhməd ağa oğlu öz məclisində Aşıq Bilaldan bir saz havası çalıb-oxumağını xahiş edir. Bilalın məlahətli, zil və yanıqlı səsi məclisi başına götürür. Həmin havanın yeni olduğunu duyan məclis içtirakçıları ondan havanın adını soruşurlar. O isə "bu yaxınlarda bəstələdiyim "Mahmud ağa gəraylısı"dır – deyir... Xurşudbanu Natəvan Bakı və Şamaxı məclisləri ilə də mütəmadi surətdə əlaqə saxlayır və bu məclislərdə oxunan şairlərin yeni qəzəlləri ilə tanış olurdu. Tarixi sənədlər Xan qızının Bakıda və Şamaxıda səfərdə olarkən bu musiqi məclisləri ilə maraqlandığını göstərir. Belə sənədlərdən biri Ağalar bəy Əliverdiybəyovun əlyazmasıdır: "Qarabağın məşhur xanəndələri Hacı Hüsü və Məşədi İsi 1884-cü ildə Mahmud ağanın hüzuruna gəlib, aylarla orada qalmışlar. Mahmud ağa məşhur Şamaxı xanəndəsi Məhəmmədhəsənin musiqi müəllimi olub. O, yaz fəsillərində xanəndə və müsahibləri ilə "Qız köşkü" naraında öz yaylağına övdət edib gün keçirərmiş. İbrahim xanın nəvəsi Xurşudbanu bəyim Natəvan Qarabağdan Bakı şəhərinə səfər edərək, Mahmud ağanın ziyarətinə gəlməyi özünə vacib bilib, onun görüşünə gelib, bir neçə gün onunla müsahibədə bulunmuşdu". Ruqiyyə Rzayeva "Mirzə Fərəc haqqında xatirələrim" məqaləsində yazır: "Şamaxıda dövlətli və alicənab şəxs olan Mahmudağa Əhmədağa oğlu Məmmədzadənin təşkil etdiyi xüsusi musiqi məclisi yığıncağı da vardı. Bu məclisin əhəmiyyəti onda idi ki, o, xanəndə və sazəndələr üçün geniş yarış meydanına çevrilmişdi. Hər musiqiçi ora ayaq basa bilməzdi. Mahmud ağa muğamlara çox yaxşı bələd idi. Ona görə hər sənətkarın qiymətini düzgün verə bilirdi. Odur ki, onun musiqi məclisinə ancaq yüksək musiqi mədəniyyətinə malik olan bacarıqlı, bilici, istedadlı musiqiçilər gedərdilər. Mirzə Fərəc öz quvvəsinə və sənətkarlığına inandığı üçün bu dəvətnaməni qəbul edir. O, bu məclisdə oranın daimi üzvü olan məşhur xanəndə Mirzə Məhəmməd Həsənlə birlikdə çıxış edir. Tarzənin özünün tərtib etdiyi proqramdan əlavə məclisdə olan mötəbər qonaqların arzuladığı musiqini, muğamları çalmalı idi. Mirzə Fərəc bu imtahandan qürurla çıxır. Mahmud ağa onun ifasına yüksək qiymə t verir. Bir neçə gün qonaq saxlayıb sonra hörmətlə yola salır". Seyid Əzim Şirvani yazırdı:
İki bəy düşmədi rüşvət təməinə əsla,
Biri Məmməd Əli bəydir, biri də Mahmud ağa.
Qaldığı vurdu işin, gözləmədı şərmü həya,
Getdilər xəlqin hamı başına yüz dərdü bəla,
Unudub Allahi bunlar hamı tüğyan elədi.
Mahmud ağa Məmmədzadə dövrünün əksər şairləri tərəfindən vəsf olunub.


Tarixdə bu gün - 12 mart1985
—Məşhur Azərbaycan yazıçısı, publicist Əlfi Şəhlik oğlu Qasımov 58 yaşında Bakıda ürək çatışmazlığından vəfat etmişdir.
1927-ci il 5 yanvarda Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. Oranı bitirdikdən sonra Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim işləyib (1943-1944). Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini davam etdirib (1944-1946).
1946-cı ildə ADU-nun jurnalistika fakültəsinə daxil olmuş, 1951-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir (1951-1958). Sonra "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib (1958-1966), Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində (1966-1983) çalışmışdır.
1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Avropa ölkələrində turist səfərində olub. Azərbaycan Dövlət Televiziyasında "Kitablar aləmi” verilişinin aparıcısı olub.

Tarixdə bu gün - 12 mart1992— Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərim oğlu Kərimov Vətən uğriunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı.
Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu.
İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.

Gündəlikdən sətirlər

"Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım", – Bu gün 91-ci ilin yanvar ayının 5-i, ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar" – deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin". Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı.
Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım.
Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürdülər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdiE Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralandım. Üç ay özümdə olmadım.
Yenidən silahdaşlarımızn yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi….”

Gündəlik yarımçıq qalıb. Həmin gün Elgiz Kərim oğlu Kərimov şəhid olub. Bəy otağı qara boyanıb, bəylik kostyumu görənlərin gözlərini göynədir. Nisgilli anaya oğlunun toyunda oynamaq qismət olmadı. 15 ildir Bərdədə, Şəhidlər xiyabanında oğlunun məzarını ziyarətə gəlir. Atanın, ananın, dost-tanışının bircə təskinlikləri var: Elgiz Kərimov qəhrəmanlıqla həlak olandan üç ay sonra respublika Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri ada layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bərdə rayonunda dəfn edilmişdir.

Bayramlar və xüsusi günlər:

Azərbaycan Respublikası Daxili Qoşunları Günü

Bu gün - martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 26 il ötür. Bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai Tarixdə bu gün - 12 martasayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparmış və aparmaqdadır.
1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf etmişdir.
1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuşlar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olmuşlar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar günü kimi müəyyən edilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərmiş, şəhidlər vermişlər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər isə itkin düşmüşdür.
1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - yəni 12 mart Daxili Qoşunlar günü elan olunmuşdur.
Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə ulu öndər Heydər Əliyev daim diqqət yetirmiş, onun formalaşmasında da ümummilli liderimizin misilsiz tarixi xidmətləri olmuşdur.
Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçmiş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf etmişdir.
2003-cü ildən Daxili Qoşunların inkişafında yeni bir mərhələ başlamışdır. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.
Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir.
Hazırda Daxili Qoşunların bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri vardır. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar. Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır.

Dünya Böyrək Günü

Tarixdə bu gün - 12 martHər il mart ayının ikinci həftəsində bütün dünyada "Ümumdünya Böyrək günü” qeyd olunur. Dünya Böyrək Gününün məqsədi böyrəklərimizin ümumi sağlamlığımızdakı əhəmiyyətini insanların diqqətinə çatdırmaq, böyrək xəstəliklərinin və ağırlaşmalarının rastgəlmə tezliyini azaltmaqdır.
Təşkilatçılar aşağıdakı məsələlərə nail olmağı qarşılarına məqsəd qoymuşlar.
Şəkərli diabet və hipertoniya xəstəliyinin xroniki böyrək çatışmazlığının əsəs risk faktorları olduğunu diqqətə çatdırmaq.
Hipertoniyalı və diabetli xəstələrin sistematik skrininqini və profilaktik tədbirlərin həyata keçirilməsini təşviq etmək.
Tibb işçilərinə yüksək risk qruplu xəstələrdə xroniki böyrək çatışmazlığının aşkarlanması və riskinin azaldılması haqqında təlim keçmək.
Yerli səhiyyə qurumlarının xroniki böyrək çatışmazlığının yayılmasının qarşısının alınmasındakı əhəmiyyətli rolunu vurğulamaq.
Böyrək köçürülməsini xroniki böyrək çatışmazlığı zamanı ən yaxşı nəticə verən müalicə üsulu kimi təşviq etmək.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz