» » Tarixdə bu gün - 11 mart

Tarixdə bu gün - 11 mart


11 fevral

İlin 42-ci günü.

Doğum günləri:

1925 — Məşhur teatr və kino aktyoru, Xalq artisti Səfərov Bəşir Səfər oğlu (Bəşir Səfəroğlu)
Bakıda doğulub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. Tarixdə bu gün - 11 mart1941-ci ildə müharibəyə yollanan Bəşir 1942-ci ildə yaralanaraq ordudan tərxis olunub.
Əli Bayramov klubunun nəzdində fəaliyyət göstərən dram dərnəyinə gedib. Dərnəyin rəhbəri Hüseynbala Zeynalov ona Cəfər Cabbarlının "Sevil” pyesində Gündüz rolunu tapşırıb. Bir müddət sonra isə o, Dənizçilərin Mədəniyyət Evində çıxış edib. Burada səhnəyə qoyulan "Ölülər” tamaşasında ifasını görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Şərifov onu teatrda işləməyə çağırıb.
1942-ci ildə Musiqili Komediya Teatrı fəaliyyətə başlayanda 17 yaşlı Bəşir Səfəroğlu teatrın aktyorlarından biri olub.
Niyaz Şərifov bir həftədən artıq hər gün Musiqili Komediya Teatrının qarşısında dayanıb həsrət-həsrət bu binaya boylanan Bəşir Səfəroğlunu çəkib teatra gətirib. Ona yenə də Musiqili Komediya Teatrında yer verilib. Əvvəlcə tamaşaçı, sonra isə kütləvi səhnələrin aktyorlarından biri kimi. Çox keçməyib ki, teatr sevgisi möcüzə yaradıb. Yuxusunda səhnəyə yararsızlığını görüb bərk həyəcanlanan Bəşir Səfəroğlunun dili də, qulaqları da açılıb, yaratdığı səhnə möcüzələri də elə bundan sonra başlanıb.
Tarixdə bu gün - 11 martAktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün ("Beş manatlıq gəlin", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote", Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara ("Xəsis", Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek ("Kəndimizin mahnısı", dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu ("Keçmişin məişət səhnələri",
Bəşir Səfəroğlu 1965-ci ildə Tacikistan istehsalı olan "Xoca Nəsrəddinin 12 Qəbri” (1965, Mosfilm, Tacikfilm, rej: Klementi Mints) filmində baş rola çəkilib, "Bizə Bircə Xal Lazımdır” musiqili komediyasının librettosunu yazıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

 1935 –Görkəmli teatr rejissoru, Xalq artisti, professorAğakişi Şəmməd oğlu Kazımov ildə anadan olub.
1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Tarixdə bu gün - 11 martİncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir.
1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilmişdir.
1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlamışdır.
1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 
Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər:
"Darıxma, ana!" (N.Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ.Əfəndiyev), "Mirzə Şəfi" (N.Xəzri), "Sehrli alma" (Y.Lada), "Çahargah fantaziyası" (K.Kərimov), "Od gəlini" (C.Cabbarlı), "Vaqif" (S.Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B.Vahabzadə).

1958 — Əməkdar artist, aktrisa Hicran Fətəli qızı Nəsirova anadan olmuşdur.
Hicran Nəsirova 1979-cu ildə M.Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali Tarixdə bu gün - 11 martməktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V.Həsənovun səhnə quruluşu verdiyi C.Cabbarlının "Yaylağa gedir əsərində  bacısı, S.Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir.
1986-cı ildən H.Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R.Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F.Q.Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B.Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə.Hacızadənin "İtkin gəlin" (Dünya), C.Cabbarlının "Almaz" (Yaxşı), R.Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.

Vəfat etmişdir:
1911 — Görkəmli nasir, publisist və maarifçi Mirzə Əbdürrəhim Talıbov Şimali Qafqazda Teymurxanşurada (indiki Buynaksk şəhərində) vəfat etmişdir.
Mirzə Əbdürrəhim Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhərinin, Sərxab məhəlləsində dülgər ailəsində anadan olmuşdur. Mollaxanada, sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Tiflisdə təhsilini davam etdirmiş, rus, ingilis və fransız dillərinə bələd olmuşdur. Bir müddət Tarixdə bu gün - 11 martyolçəkmə idarəsində çalışmışdır. Sonra müstəqil yol tikintisi kontoru açmış, günəmuzd fəhlələri Qafqaz-Stavropol şose yolu çəkilməsinə cəlb etmişdir. İranın birinci Milli Məclisinə deputat seçilsə də imtina etmişdir.
İlk orijinal bədii əsəri "Kitab yüklü eşşək" (1888) alleqorik romanında maarifçiliyi təbliğ edir. "Səfineyi-Talibi, ya Kitabi Əhməd" ("Talibin gəmisi, yaxud Əhmədin kitabı" iki cilddə, 1894-1895) əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Fars dilində yazıb yaratmışdır. "Məsalik ülməhsinin" ("Xeyirxahların yolu") , "Məsail ül-həyat" ("Həyat məsələləri") , "İzahat dər xüsusi azadi" ("Azadlıq haqqında izahat)" , "Siyasəti-Talibi" ("Talibin siyasəti" ədəbi-elmi və publisistik əsərlərini yazıb çap etdirmişdir. Bu kitablarda Şərq ictimai-siyasi problemlərinə toxunulur, qabaqcıl ideyalar, xeyirxah əməllər təbliğ olunur. İran inqilabı ideyalarının təşəkkül və formalaşmasına təsir göstərmişdir .

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz