» » Tarixdə bu gün - 9 mart

Tarixdə bu gün - 9 mart


9 mart

İlin 68-ci (uzun illərdə 69-cu) günü.

Mühüm hadisələr:

1918 — Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb.
1953 —5 martda vəfat edən sovet lideri Stalin dəfn edilib.
1956 — Sovet ordusu Tiflisdə dinc nümayişçilərə atəş açıb.
1959 — Nyu-Yorkda "Barbi" adlı yeni kukla təqdim edilib.
1990 —Berlində hər iki Almaniyanın birləşməsinə dair danışıqlar başlayıb.
1995 — İsrail və Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
2007 — Uydurma "erməni soyqırımı" haqqında qanuna qarşı çıxan Türk İşçi Partiyasının rəhbəri Doğu Perincək haqqında İsveçrənin Lozan şəhər məhkəməsi həbs qərarı verib.

Doğum günləri:

1929 —Məşhur diktor, Xalq artisti Gültəkin Cabbarlı Gültəkin Əjdər qızı Cabbarlı Bakıda anadan olmuşdur.
Tarixdə bu gün - 9 mart1947-cü ildə orta məktəbi bitirib.
1950-cı il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub.
1953-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub.
1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub.
1990-ci ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb.
1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.
Respublikanın əməkdar artisti Gültəkin Cabbarlı 1950-ci ildə radioya diktor vəzifəsinə qəbul olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmış radio fədailərindəndir. Gültəkin Cabbarlı yüksək bədii, lirik ifa imkanlarına malik olan bir diktor idi.
Onun səsinin Azərbaycan mədəniyyətində olduqca böyük rolu var. Gültəkin Cabbarlının səsini daha çox Güney Azərbaycan dinləyiciləri yaxşı tanımış, ona "Gültəkin ana" deyərək qəlblərində yer vermişlər. Çünki Gültəkin xanım uzun müddət Cənubi Azərbaycan redaksiyasında çalışaraq hər gün həmvətənlərimizlə təmasda olmuşdur.
Tanınmış diktorların bir çoxu (Ofeliya Sənani, Aygül Qaradağlı və b.) məhz Gültəkin Cabbarlı məktəbinin yetirmələridirlər. Azərbaycan radiosunun "Qızıl fond"unda Gültəkin Cabbarlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır. Dinləyicilər bu gün də Gültəkin xanımın oxuduğu, radionun səs xəzinəsini bəzəyən verilişləri böyük məhəbbətlə dinləyirlər.

1934 — İlk sovet kosmonavtı Yuri Qaqarin anadan olmuşdur.
Tarixdə bu gün - 9 mart1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.
9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.
1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.
14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.

Tarixdə bu gün - 9 mart1947 — Məşhur Kaman ustası Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Alxas qızı Eyvazova Bakıda anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963-76-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Ə. Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur.
1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast”, "Cahargah”, "Rahab”, "Şur”, "Şüştər” və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva ), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd ), eləcə də YUNESKO xətti ilə ABŞ-da keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir.
1974 ildən Azərbaycan Dövlət Konservatoriyasında ( indiki Bakı Musiqi Akademiyası ) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s. ) qastrolda olmuşdur.

1961 –İgid  kəşfiyyatçımız Ramazan Dünyamalı oğlu Quliyev Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.
1967-1978-ci illərdə Məmmədbəyli kənd orta məktəbində oxumuşdur.
Sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb.
1981-1983-cü illərdə Rusiyada hərbi xidmətdə olmuşdur.
9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşamışdır.
1992-ci ildə Zəngilan RHK-dan Milli Orduya çağırılmışdır. Baş çavuş 865-ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olmuşdur.
1992-ci ilin iyun ayında 2 erməni quldurunu əsir götürmüş və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirmişdir.
23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat etmişdir.
Ramazan Quliyev Zəngilan rayonunun Şəhidlər xiyabanında dəfn olunub. Baş çavuş Quliyev Ramazan Dünyamalı oğlu (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Tarixdə bu gün - 9 mart

Vəfat etmişdir:

1910 - Böyük yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Gorani 52 yaşında Gəncədə vəfat etmişdir.
Tarixdə bu gün - 9 martƏsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olub. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb.
Əsgər ağa Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist kimi fəaliyyət göstərib. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir.
Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Nizami məqbərəsi İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir.

1967 — Azərbaycanın maarif xadimi, Əməkdar müəllimi Qəribsoltan Həsən bəy qızı Məlikova 71 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 9 martQəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il (bəzi mənbələrdə 1896) iyun ayının 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabinin ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir.
Qərib Soltan Məlikovaya ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə. 1914-cü il 10 may
Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında Attestat. 1938-ci il 4 noyabr
1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gərərək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir.
1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir. Tiflisdə rus gimnaziyasında təhsil almışdır[2]. Pedaqoji fəaliyyətə 1910-cu ildən başlamışdır. Bakıdakı rus-tatar qız məktəblərində dərs demişdir (1918-1920). 1956-cı ilədək Bakı məktəblərində müəllim işləmişdir.
Ailə üzvlərinin repressiyası səbəbindən Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəmişdir. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Zərdaba getmiş və hər ikisi orta məktəblərdə müəllim kimi çalışmışlar. Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi təqib olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın dərdi ilə yaşamışdir. Həsən bəyin ailəsindən tək yadigar qalmış Qəribsoltan xanımı qardaşı Midhətin faciəli həyatı, anası Hənifə xanımın vaxtsız ölümü, Bibiheybət məscidinin yanından atası Həsən bəyin məzarı yerləşən qəbiristanlığın dağıdılması xəbəri çox sarsıtmışdır. Çox çətinliklə də olsa cənazənin qalıqlarını Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova-Abayevanın yanında basdırmışdır. Bütün bu çətinliklərə baxmayaraq vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak etmiş, qabaqcıl bir pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəməmişdir.
Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə "Azərbaycan SSR-in Əməkdar müəllimi” adı verilmiş, Lenin ordeni ilə təltif edilmişdir. Hətta bəzi tarixi mənbələrdə Qəribsoltan xanımın İmperator üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçərək "Xalq məktəblərinin müəllimi” adına layiq görüldüyü də göstərilir. Bu nailiyyət nəinki Qəribsoltan xanımın, eləcə də bütün Azərbaycanlı qadınlarının irəliləyişi, onların oxumaq imkanlarının təsdiqi idi.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz