» » Tarixdə bu gün - 21 fevral

Tarixdə bu gün - 21 fevral


21 fevral - İlin 52-ci günü

Mühüm hadisələr:

1848 - "Kommunist partiyasının manifesti" nəşr edilib.
1920 - SSRİ-də "QOELRO" planı qəbul edilib.
1976 - İlk "VAZ 2106" avtomobili konveyerdən çıxıb.
Azərbaycanda olan hadisələr[redaktə | əsas redaktə]
1921 - Yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başlayıb.
1992 - Azərbaycan Respublikası Fransa ilə diplomatik əlaqələr qurmuşdur.
1992 - Azərbaycan Respublikası Polşa ilə diplomatik əlaqələr qurmuşdur.
1998 - Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Saziş imzalanıb.
2001 - Bakıda TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin ofisi açılıb.

Doğum günləri:

Tarixdə bu gün - 21 fevral1921 — Görkəmli tərcüməçi, tənqidçi, ssenarist, Əməkdar İncəsənət xadimi İshaq İbrahim oğlu İbrahimov Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi.
Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984). Yazıçılar İttifaqı nümayəndələrinin tərkibində İraqda səfərdə olmuşdur. Azərbaycan KP 26 Bakı komissarı adına rayon komitəsi plenumunun, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Bakı şəhər Sovetinin deputatı seçilmişdir. SSRİ döyüş medalları ilə təltif olunmuşdur.
1987-ci il iyulun 5-də vəfat etmişdir.

1921 — Azərbaycanın Xalq rəssamı Böyükağa Məşədi oğlu Mirzəzadə Bakının Fatmayı  kəndində anadan olmuşdur.
Onun yaradıcılığına müxtəlif dövrlərin avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir. 1950-60-Tarixdə bu gün - 21 fevralcı illəri Böyukağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Artıq 1950- ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhval-ruhiyyəsini dəqiqliklə əks etdirməyə nail olub.
Böyükağa Mirzəzadənin fəhlə və kolxozçuların həyatına həsr olunmuş tematik rəsmləri həyat reallığını əks etdirir. Mirzəzadə neft mövzusuna müraciət edərək, industrial mənzərəni yaradır. Eyni zamanda yaddaqalan natürmortlar müəllifi kimi də tanınır.
1960-cı ildə Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında qoyulmuş "Milyonçunun dilənçi oğlu” tamaşası ilə debüt edən rəssam bu quruluşa görə Ü.Hacıbəyov adına Azərbaycan SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb, zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edib.
3 noyabr 2007-ci ildə Bakıda vəfat etmişdir.

Tarixdə bu gün - 21 fevral1955 – Tarzən, Əməkdar artist Elxan Mansurov Bakıda, musiqiçi ailəsində doğulmuşdur. Tar çalmağı uşaq yaşlarından atasından öyrənmişdir. Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 47 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır.
Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir. Elxan Mansurov 2005-ci ildə "əməkdar artist" fəxri adına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə - Finlandiya, Türkiyə, İraq, Rusiya və Orta Asiyada Azərbaycan musiqisini öz ifası ilə təbliğ etmişdir. Onun ifasında yazılmış CD və DVD disklər Fransa, İran, Kanada, Almaniya, Türkiyədə istehsal olunub yayımlanır.
Elxan Mansurov 2005-ci ildə qardaşı, bəstəkar Eldar Mansurovun məşhur "Bəhramnamə" layihəsində solo tar partiyalarını ifa etmişdir.

1968 — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Baba oğlu Babanlı anadan olub.
Tarixdə bu gün - 21 fevral1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır.
M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası” ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-2010-cu illərdə dosent, 2010-2015-ci illərdə professor vəzifəsində işləmişdir.
2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetində texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək "materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilmişdir.
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvüdür.
M. Babanlının çap olunmuş 138 elmi və elmi-metodik işi vardır. Müdafiədən sonra M. Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunmuşdur.

Vəfat etmişdir:

Tarixdə bu gün - 21 fevral1984 – Məşhur sovet yazıçısı Mixail Şoloxov 78 yaşında vəfat etmişdir.
Şoloxov 24 may 1905-ci ildə Donda anadan olmuşdur.
Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür.
Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daхil olmuşdu. Əvvəlcə arхa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı.
Miхail Şoloхov "Rusiya tariхi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə" 1965-ci ilin ədəbiyyat Nobelinə sahib olmuşdu. Onun Nobel nominantlığının tariхi isə 1954-cü ildən başlanmışdı. Yazıçı öz Nobel nitqində qarşısında dayanan əsas vəzifənin "əməkçilər, qurucular və qəhrəmanlar yetirən хalqı tərənnüm etmək olduğunu" bildirmişdi.

1997 – Şərqşunas və tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Ziya Bünyadov 73 yaşında xaincəsinə qətlə 
Tarixdə bu gün - 21 fevralyetirilmişdir.
Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur.
1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirib, İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci ildə ona Sovet İttifaqı Qəhramanı adı verilib.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib, namizədlik dissertasiyasını müdafiə edib və sonra Azərbaycana qayıdıb.
Alim Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biri idi. Eyni zamanda bir çox dünya alimlərinin elmi əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın həqiqi üzvü,Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib.
Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.

Bayramlar və Xüsusi Günlər

Beynəlxalq Ana Dili Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.