» » Tarixdə bu gün - 18 fevral

Tarixdə bu gün - 18 fevral

Müəllif: Vüsal от 18-02-2017, 00:15
 
18 fevral – İlin 49-cu günü.
Mühüm hadisələr:

1921 — Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb
1922 — Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb
1926 — Rus şair Vladimir Mayakovski Bakıya gəlib.
1929 – Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi – Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir.
1937 — İstanbulda eşşəklərin hərəkəti qadağan edilib
1952 — Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunmuşlar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
1990 — Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub.
2004 — İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub
2009 — "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirləri təntənəli mərasimlə açılıb.

Doğum günləri:

Tarixdə bu gün - 18 fevral1924— Əməkdar artist, görkəmli aktyor Osman İsmayıl oğlu Hacıbəyov Şuşa şəhərində ziyalı ailəsində anadan olub.
Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrmın səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib.
1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Ömrünün qırx ilə yaxın dövrünü bu teatrla bağlamışdır.
Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib. Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib.
Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.
 
1925 — Görkəmli tərcüməçi, publisist,1989-2006-cı illərdə Azərbaycan Jurnalistlər Birliyinin sədri işləmiş, Azərbaycanın əməkdar jurnalisti Hacı Əliheydər oğlu Tarixdə bu gün - 18 fevralHacıyev Bakı şəhərində sahibkar ailəsində anadan olmuşdur. 1950-1957 -ci illərdə ADU-nun filalogiya fakültəsində qiyabi təhsil almışdır . "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri , Azərbaycan radiosunda məsul redaktor və baş redaktor , Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor , "Ekran” Yaradıcılıq Birliyinin sədri, Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor vəzifələrində çalışmışdır.
Ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutur. Dünya ədəbiyyatından Azərbaycan dilinə çevirdiyi əsərləri vaxtaşırı nəşr etdirmiş, rəğbətlə qarşılanmışdır. A.Çexovun "Gecikmiş güllər" povesti, Misir ədiblərinin hekayələri onun tərcüməsində ayrı-ayrı kitablarda nəşr olunmuşdur. M.Qorkidən Azərbaycan dilinə çevirdiyi "Qoca" pyesi mavi ekranda və efirdə verilmişdir. Türkiyənin "Yeni forum" və "Tanıtım" jurnallarında, eləcə də bir sıra xarici mətbuatda siyasi publisistik məqalələri dərc edilmişdir. Türkiyənin Kayseri şəhərində Ümumdünya Azərbaycan konqresində, Bodrumda "Türk millətlərinin siyasi və iqtisadi gələcəyi" simpoziumunda Azərbaycanda milli istiqlal hərəkatı və siyasi vəziyyət probleminə dair məruzə ilə çıxış etmişdir.
Hacı Hacıyevın təşəbbüsü ilə Həsən bəy Zərdabi mükafatı təsis olunub
23 fevral 2008-ci ildə vəfat etmişdir.

Tarixdə bu gün - 18 fevral1931 — Görkəmli Azərbaycan şairi, dramaturq.şair, dramaturq, Heydər Əliyev mükafatı laureatı, "Şərəf" ordenli
Nəriman Həsənzadə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.
"Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur – 2009” diplomu verilmişdir.
2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Tarixdə bu gün - 18 fevral1934 - Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, Əməkdar jurnalist və mədəniyyət xadimi Şamil Xurşud oğlu Fərzəliyev Ucar rayonunda anadan olmuşdur.
Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir.
Keçən  əsrin altmışıncı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış etməyə başlamış, bir qədər sonra isə hekayələri, povest və pyesləri işıq üzü görmüşdür. Onun "Özüm və özün" ilk felyetonlar kitabı böyük marağa səbəb olmuş, daha sonra isə bir-birinin ardınca "Azarkeş nənə", "Xəstələr", "Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Bahar yağışları", "Sən tək deyilsən", Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Bəxtiyar deyil" kitabları nəşr olunmuşdur. Müxtəlif illərdə yazdığı səhnə əsərləri Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında, İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
 
Tarixdə bu gün - 18 fevral1944 — Tibb elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü,] AMEA-nın həqiqi üzvü Fazil Səməd oğlu Qurbanov Bakıda qulluqçu ailəsində anadan olub.
1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib.
1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M.A.Topçubaşov) olub.
F.Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturaya daxil olub.
1983-cü ildə "Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Tarixdə bu gün - 18 fevral1946 — Tanınmış  Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi  Aydın Əzim Kərimoğlu Bakının Əmircan kəndində anadan olmuşdur.
1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin mü- diri, "Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün "Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır.
Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir.
Aydın Kərim oğlu Əzimov "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq götülmüşdür.

 

Tarixdə bu gün - 18 fevral

1952 — tanlnmış nasir, dramaturq, esseist, filosof Firuz Mustafa (Firuz Qədimаlı оğlu Mustаfаyеv) Аzərbаycаn Rеspubliкаsı Gədəbəy rаyоnunun İsаlı кəndində Tarixdə bu gün - 18 fevral ziyаlı аiləsində аnаdаn оlmuşdur. 
1971- 1975-ci illərdə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini təhsil almış, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, "Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışmışdır.
 Firuz Mustаfаnın ilk mətbu yazıları "Azərbaycan gəncləri”, "Bakı”, "Kommunist”, "Tərəqqi”, "Elektrik” qəzetlərində, "Müxbir”, "Təşviqatcı”, "Ulduz” jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə "Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə "Elm” nəşriyyatında işıq üzü görmüşdür. Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə "Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir. Firuz Mustаfа 40-dan çox kitabın müəllifidir. Uzun illər Az.Tv-də "İlğım” və "İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuşdur.

Vəfat etmişdir:

Tarixdə bu gün - 18 fevral2016 — Dilçilik elimləri doktoru, professor Zahid Quliyev 79 yaşında Bakıda vəfat etmişdir.
Zahid Quliyev 21 dekabr 1936-cı ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Natamam orta təhsilini Mahmudlu kəndində, orta təhsilini isə Qubadlı qəsəbəsində alıb. 1959-cu ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun Alman dili fakultəsini bitirib. Əmək fəaliyyətinə Duvanlı qəsbəsindəki orta məktəbdən başlayıb. Əvvəl müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib.
1962-ci ildə bitirdiyi İnstituta qayıdaraq əmək fəaliyyətini davam etdirib. Baş müəllim, dekan müavini, dekan və 10 il kafedra müdüri olub. 1990-cı ildən Azərbaycan Dillər Universitetinin Roma-German filologiyası fakultəsinin dekanı işləyib.
Zahid Quliyev 1973-cü ildə "Tədrisin ilk mərhələsində şagirdlərə almanca danışığın öyrədilməsi metodikası" mövzusunda namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1991-ci ildə professor elmi dərəcəsi alıb.
Alimin elmi əsərlərinin sayı 40-dan çoxdur, 4 tədris kitabının müəllifidir.
Zahid Quliyev 10-dan çox dissertantın elmi rəhbəri olub.
 
1954— Azərbaycan müğənnisi, Azərbaycan Respublikası Əməkdar artisti Firuzə İbadova Bakı şəhərində anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib.
1963-ci ildə uşaq yaşlarında səhnəyə gələn müğənninin ilk oxuduğu ansambl Əfsər Cavanşirovun xoru olub.
Uzun illər "Azkonsert”in, "Dan ulduzu” ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti kimi çalışıb.
Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır.

1928 — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti , Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olmuş Əzizağa Qasım oğlu Qasımov 56 yaşında Bakıda vəfat etmişdir.
Əzizağa Qasımov 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub.Əsil adı Ağababa idi,lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.
1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub.Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb.Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib.Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib.
1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi.İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı.Teatrda çalışdığı üçün təhsilini yarımcıq qoyub.Ə.Qasımov teatrda çalışa-çalışa bir müddət Əbilov adına klubda dram dərnəyinə rəhbərlik edib.
Əzizağa Qasımovun səs tembiri bariton idi,cingiltili və gur ahəngi ilə seçilirdi.Nəfəsi geniş,ləhcəsi aydın və ifadəli dinlənilirdi.O uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub,həm də xarakterik rollar ifa edib.Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycanfilmin istehsalı olan bir çox ekran əsərlərində kiçik rollara çəkilib.
Maraqlı yaradıcılıq bioqrafiyası yaratmış Əzizağa Qasımov 1982-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz