» » Tarixdə bu gün - 16 fevral

Tarixdə bu gün - 16 fevral


16 fevral

İlin 47-ci günü

Mühüm hadisələr:

1992- Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Qeyd edək ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda təşkilata 10 ölkə daxildir.
1997 - Lissabon sammitinin yekunları ilə bağlı təxminən 2 ay sürən mübahisələrdən sonra ATƏT-in Minsk qrupunda daimi üçlü həmsədrlik institutunun yaradılması rəsmiləşmiş, Rusiya, ABŞ və Fransa nümayəndələri həmsədrlik formatında fəaliyyətə başlamışlar.
1999 - Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.

Doğum günləri:

1873   İlk ali təhsilli azərbaycanlı memar  Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Tarixdə bu gün - 16 fevralPeterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.
1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.
Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.
1917-ci ildə Z.Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır.
Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.
26 may 2011-ci ildə Bakıda "Nizami" metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

Tarixdə bu gün - 16 fevral1955 — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan( Əminə Gülbaran Ərdoğan) İstanbulun Fateh ilçəsində anadan olub. Siirtdən İstanbula gələn beşuşaqlı bir ailənin sonuncu övladı. Mithat Paşa Axşam İncəsənət Məktəbindən dərs qeydləri yaxşı olmasına baxmayaraq , öz arzusu ilə ayrılıb və "İdealist Qadınlar İttifaqına" qoşulub. Buradakı bir konfrans çalışması əsnasında Rəcəb Tayyib Ərdoğan ilə tanış olub və onlar 4 iyul 1978-ci ildə ailə qurmuşlar.
Əhməd Burak, Nəcməddin Bilal, Esra və Süməyya adlarında dörd uşağı var.
Əminə Ərdoğan Mynmardakı Arakan müsəlmanların yaşadığı faciəyə diqqətləri bir daha yönəltmək üçün dünya liderlərinin xanımlarına məktub göndərdi.
Əminə Ərdoğan dünya liderlərinin xanımlarına səsləndi
Əminə Ərdoğan məktubunda Banqladeş səfəri zaman keçirdiyi hiss-həyəcan, duyğu və düşüncələrini anladıb, Türkiyənin səylərini qeyd edib, Arakan müsəlmanlarının başına gətirilən faciənin, baş verənlərin İnsan Hüquqları Beynəlxalq Bəyannaməsində də yazıldığı kimi açıq hüquq pozuntusu olduğunu vurğulayıb.

Ə.Ərdoğan dünya liderlərinin xanımlarına bir ana, bir qadın və bir insan kimi səslənib: "Heç bir etnik və dini ayrı-seçkilik olmayan, hər kəsin birlikdə rahat yaşaya biləcəyi bir dünya qurmaq məcburiyyətində olduğumuzu düşünürəm. Beynəlxalq cəmiyyət təcili hərəkətə keçməlidir”. 

 


Vəfat etmişdir:

Tarixdə bu gün - 16 fevral
1871— Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin Şimali Qafqaz imamlığının(ru) imamı kimi tanınmış Şeyx Şamil 73 yaşında vəfat etmişdir.
Qafqaz xalqlarının milli qəhrəmanı, milliyyətcə avardır.
Şamilin atası avar özdəni dəmirçi Dengav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Bəhu Məsaddır. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".
Şamil 26 iyun 1797-ci ildə müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər.
Şamil dörddə bir əsr ruslara qarşı mübarizə aparmışdır.Amma ki əsrin 50-ci illərində onun hərəkatı zəiflədi. Kırım müharibəsi ərəfəsində – 1853—1856-cı illərdə, Şamil Böyük Britaniya və Türkiyənin köməyi hesabına öz fəaliyyətini aktivləşdirə bilsə də, uğur qazana bilmədi.
1856-ci ildə Paris sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya Şamilə qarşı böyük qüvvə yeritmək imkanı qazandı: Qafqaz korpusu orduya çevrildi (200 min nəfərədək). Yeni baş komandan — general Nikolay Muravyev(ru) (1854—1856) və general Aleksandr Baryatinski (1856—1860) imamlıq ətrafındakı blokada dairəsini daraltmağı davam etdirdilər. 1859-cu ilin aprelində Şamilin paytaxtı — Veden, rusların əlinə keçdi. İyunun ortalarında isə ruslar Çeçenistan ərazisindəki son müqavimət ocaqlarını da zərərsizləşdirə bildilər. Çeçenistanın qəti olaraq Rusiyaya birləşdirilməsindən sonra müharibə adıgeylərə (çərkəzlərə) qarşı hələ beş il davam etdi. Şamil müridləri ilə Dağıstanın Qunib auluna qaçdı.
6 sentyabr (25 avqust) 1859-cu ildə Şamil 400 müqavimətçi ilə birlikdə Qunibdə mühasirəyə alındı və 7 sentyabrda (26 avqustda) fəxri şərtlərinin qəbul edilməsi müqabilində özünü təslim etdi .
1870-ci il martın axırlarında — Həcc ziyarətinin başa çatmasından sonra, Şamil Mədinədə yaşamağa başladı və 16 fevral 1871-ci il tarixdə elə orada vəfat etdi..
Mədinədəki Bəqi qəbiristanlığında (indiki Səudiyyə Ərəbistanı) dəfn edildi.
Şamilin beş arvadı var idi. Onlardan biri Zahidat (1829—1871), qazıqumuxlu Camaləddinin qızı idi. Digəri, Şyanat (1824—1876), erməni mənşəli Anna İvanovna Uluxanovanın doğduğu qız idi; 1840-cı ildə Axberdil Məhəmmədin Mozdoka hücumu zamanı əsir götürülmüşdür.

Tarixdə bu gün - 16 fevral1955 — Azərbaycan professional musiqi teatrının banilərindən biri, opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın Xalq artisti     Hüseynqulu Məlik oğlu Rzayev (Hüseynqulu Sarabski) 65 yaşında Bakıda vəfat etmişdir.
Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi".
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərmək lazım gəlirdi. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən - dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu, yeni əsrin səsini eşidirdi. O, oxumaq, təhsil almaq üçün qazandığı pulu kitaba, dəftərə verirdi, ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçirdi, onlara bənzəmək istəyirdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirdi. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirdi. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış, Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.
Əziz Şərifin Sarabskinin Məcnunu haqda bunları yazır: "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı".

Tarixdə bu gün - 16 fevral1992 — Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Qurban oğlu Məmmədov Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Səfəralı Məmmədov 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılmışdır.
1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, cəbhəni seçir .
Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. 1992-ci il 16 fevral Səfəralının son döyüşü oldu. Faşist, azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Tarixdə bu gün - 16 fevral1994 — Azərbaycanın Milli Qəhrəmanı İbrahim İsmayıl oğlu Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
İbrahim Məmmədov20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olur. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görmüşdür.
İbrahim Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına yazılır və döyüşlərdə iştirak etməyə başlayır. Tezliklə Kəlbəcərə yollanır. 1994-cü il 16 fevral Kəlbəcər rayonunda qızğın döyüşlər gedirdi… İbrahim bu döyüşdə ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv etdi. Döyüşün qaynar anında snayper gülləsi onu yhədəf alır. Cəsur döyüşçü aldığı yaradan gözlərini əbədilik qapayır.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz