» » Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı Nizami Ələkbərov

Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı Nizami Ələkbərov

Müəllif: Vüsal от 17-01-2018, 08:00
Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı  Nizami Ələkbərov

Bu gün İgid kəşfiyyatçımız və şəhid qəhrəmanımız, "Azərbaycan Bayrağı" ordeni laureatı Nizami Səfi oğlu Ələkbərovun doğum günüdür.
Nizami Səfi oğlu Ələkbərov 1978-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Yaşasaydı, bu gün 50 yaşını qeyd edəcəkdi.
Nizami altı qardaşın ən kiçiyi idi. 1982-ci ildə Quzanlıdakı orta məktəbin I sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib. 1995-ci il iyul ayının 27-də hərbi xidmətə yollanıb. "N" saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib.
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı yerinə yetirmək üçün döyüş bölgəsinə göndərilib. 7 nəfər kəşfiyyatçı ilə birgə erməni hərbçilərinin arxa cəbhəsinə adlayıb. Üç gün burada qalıb və həmin istiqamətdə ermənilərin bütün mühüm hərbi obyektlərinin yerini öyrənərək radiostansiya vasitəsilə öz komandanlığına çatdırıb. Lakin əməliyyatı tamamlayıb geri dönərkən erməni hərbçiləri onların izinə düşüb. Döyüşdə xeyli sayda erməni hərbçisini məhv etsələr də, güllələri qurtardığına görə düşmən əlinə keçmək təhlükəsi ilə üz-üzə qalıblar. İgid kəşfiyyatçılarımız düşmən əlinə keçməmək üçün qumbara ilə özlərini partladaraq həlak olublar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 -üzvü Şəhid olub, onlardan yalnız biri - Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.
Şəhidlərimizin nəşi həmin il oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilmiş və iki gün sonra 16 oktyabrda Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.
İgid kəşfiyyatçılarımız Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşlar.Onları tanıyın:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır)

Bu qəhrəmanlarəmız da 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərində İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.
Vətənimizin toxunulmazlığı naminə şəhid olmuş qəhrəmanlarımızın hər biri xalqımız üçün, bizim hər birimiz üçün əzizdir, unudulmazdır.
Onlar cismən bizimlə olmasalar da, şöhrətləri torpağımızın gələcək nəsillərə əmanət olması haqqı ilə daim bir tutulacaq, adları birgə yad ediləcək, üzü işıqlı sabahlara hər zaman onların əziz adları ilə birgə addımlayacağıq.
Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı  Nizami Ələkbərov
Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı  Nizami Ələkbərov
Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı  Nizami Ələkbərov
Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı  Nizami Ələkbərov
Xatirələri özlərindən çox yaşayan oğullar _ şəhid kəşfiyyatçı  Nizami Ələkbərov

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz