» » Bu gün Horadiz əməliyyatından 24 il ötür

Bu gün Horadiz əməliyyatından 24 il ötür

Müəllif: Anaveusaq.az от 5-01-2018, 08:30

 

Bu gün Horadiz əməliyyatından 24 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür.
1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi. Oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi. 1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Mardakert və Kəlbəcər. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Mardakert rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi.
Azərbaycan hissələrinin Horadizə əsas zərbələri, Dağlıq Qarabağın cənub-şərqində Beyləqan rayonundan gəlirdi. Döyüş çöl zonasına keçmişdi. Azərbaycan hissələri bu şəraitdə düşmənin müdafiəsini dağıtdı və top atəşi və raket artilleriyasının altında Füzuli rayonunun daxilinə irəlləməyə başlamışdılar. 1994-cü ilin yanvar ayının əvvəlində, azərbaycanlılar 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini ələ keçirmişdi. 5 yanvarda Azərbaycan tərəfinin verdiyi məlumata görə, Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. Horadiz yaxınılığında Şükürbəyli uğrunda həlak olumuş kəşfiyyat bölməsinin 702-ci alayın kapitanı Elxan Zülfüqarov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 6 yanvar (digər mənbələrə görə - 8 yanvar) 702-ci alay düşmənin müqavimətini qırıb, Horadizə daxil oldu, qəsəbəni, Horadiz
 

Bu gün Horadiz əməliyyatından 24 il ötür

 

Bu gün Horadiz əməliyyatından 24 il ötür

Dəmiryol Stansiyasını və Araz çayı üzrə vacib strateji hədəf olan Xudafərin körpülərini (qısa olsa da) ələ keçirdi. Əməliyyata Şair Ramaldanov rəhbərlik edirdi. Horadiz — qərbdə Cəbrayıl, Qubadlı, Zəngilanrayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsi idi. Beləliklə Azərbaycan Araz çayı üzərində Horadiz dəmiryolunu və şimal istiqamətində Füzuliyə irəllədi. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Qorxmaz Eyvazov Füzuli rayonu ərazisində gedən döyüşdə və Horadiz əməliyyatı zamanı əsl igidlik göstərmişdi. Onu bölük komandiri təyin etmişdilər. O, Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan 21 min hektar sahə ərazini nəzarəti altına keçirmişdir.
Yanvarın sonunda ermənilərin müqavimətini qıran Azərbaycan qoşunları Füzuli və Cəbrayıl rayon mərkəzinin yaxınlığına çatsalar da, düşmənin əks-hücumları nəticəsində dayandırılmışdır. Buna baxmayaraq, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
2014-cü ildə Horadiz əməliyyatına "Böyük qələbəyə inamla" filmi həsr olunub.

Bu gün Horadiz əməliyyatından 24 il ötür 

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz