» » Tarixdə bu gün -31 dekabr

Tarixdə bu gün -31 dekabr

Müəllif: Vüsal от 31-12-2017, 00:15
 
 

31 dekabr

İlin 365-ci və sonuncu günü

Mühüm hadisələr:

1812
- Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər.
Talış xanlığının süqutu ilə müharibə faktiki başa çatdı.
Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Şimali Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) Rusiyaya birləşdirildi.
1998- dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədini keçərək Cənub Azərbaycandakı soydaşlarımıza qovuşublar. Bu hadisə Azərbaycan tarixinə ümumxalq həmrəyliyi aksiyası kimi düşdü.
1991 – ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.
1989 - İstanbulda dünya azərbaycanlılarının ilk konqresi işə başlayıb.Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdər hadisə idi.
1991 - Danimarka Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub.
1991 - İspaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il fevralın 11-də yaradılıb.

Doğum günləri:

1907 - Tanınmış Azərbaycan yazıçısı Eynulla Xankişi oğlu Ağayev Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində Tarixdə bu gün -31 dekabralmışdır. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur. Bu illərdə həm də qiyabi yolla pedaqoji institutda ədəbi təhsil almış, 1935-ci ildə institutu bitirdikdən sonra "Yeni yol" qəzetinin ədəbiyyat və incəsənət şöbəsində müdir, sonra isə məsul katib işləmişdir.
II dünya müharibəsinin ilk günlərindən səfərbərliyə alınmışdır. Kerç döyüşlərində ağır yaralanmış, müalicədən sonra yenidən ön cəbhəyə qayıtmışdır. 416-cı Taqanroq diviziyasının tərkibində ağır döyüş yolu keçmiş, Mozdok, Kuban, Krım, Qərbi Ukrayna, Polşa, Çexoslovakiya, Macarıstan uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, Krakovda hərbi xəstəxanada müalicədən sonra, 1946-cı ilin martında ordudan tərxis olunmuşdur. "Qırmızı ulduz", "Şərəf nişanı", "Hərbi xidmətə görə", "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər İkinci Dünya müharibəsinin qələbəsi uğrunda" və b. orden və medallarla təltif olunmuşdur. 1946-cı ilin mayından "Azərbaycan pioneri" qəzetinin məsul redaktoru olmuş, bütün yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir.
1978-ci il noyabnn 5-də Bakıda vəfat etmişdir.
Bakı şəhər orta məktəblərindən biri onun adını daşıyır.
1920— Azərbaycanın Əməkdar mədəniyyət İşçisi, tanınmış şair Zeynal Əliabbas oğlu Cabbarov Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Orta Tarixdə bu gün -31 dekabrməktəbi bitirdikdən sonra fəhlə fakültəsində , 1937-1941-ci illərdə APİ-nin ədəbiyyat fakültəsində təhsil almışdır. Eyni zamanda "mətbu orqanlarda fəaliyyət göstərmişdir.
1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.
İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941-1942-ci illərdə piyada məktəbində kursant olmuş, kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan baş leytenant rütbəsində tərxis olunmuşdur.
1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıma" n"da cəbhə şeirləri toplanmışdır.
Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir.
1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.
1914 — Sovet İttifaqı Qəhrəmanı Bahyəddin Şahvələd oğlu Mirzəyev İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan Tarixdə bu gün -31 dekabrorduya çağırılmışdır. Müharibə illərində
Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir.
Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi.
Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir.
1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq etdi.
Berlin uğurunda gedən döyüşlərdə yaralanıb.
SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli fərmanına əsasən, Mirzəyev Bahəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.
15 aprel 1987-ci ildə 73 yaşında vəfat etmişdir.
Şamaxı şəhərində adına küçə var.
1927 —Azərbaycanın Əməkdar rəssamı Rasim Hənifə oğlu Babayev Bakı şəhərində anadan olmuşdur. Rasim Babayev 1945-1949-cu illərdə Əzim Əzimzadə adına Tarixdə bu gün -31 dekabrAzərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1949-1956 –cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır. Boyakarlıq və dəzgah qrafikası janrlarında işləmişdir. "Daşkəsən", "Sumqayıt", "Qobustan", "Xınalıq" linoqravüra silsilələrinin, habelə "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer", "Göy" və s. boyakarlıq əsərlərinin müəllifidir. R.Babayev kitab tərtibatı və illüstrasiyası(Rabindranat Taqorun "Fəlakət", Nazim Hikmətin "Kəllə" əsərləri və s.) sahəsində də çalışmışdır. Bir sıra uşaq kitablarına rəngli illüstrasiyalar çəkmişdir. (Süleyman Sani Axundovun "Qorxulu Nağıllar" və s.). İfadəli monumental kompozisiya, lakonik xətlər və rənglər R. Babayevin yaradıcılığı üçün səciyyəvidir. Əsərləri bir sıra xarici ölkə sərgilərində nümayiş etdirilmişdir. Tretyakov qalereyasında (Moskva) və Şərq xalqları incəsənəti muzeyində (Moskva) əsərləri var.
Xalq rəssamı Rasim Babayevin yaradıcılığında Qobustan, Səma və bu qəbildən olan əsərləri ilə yanaşı yaradıcılığında xüsusi yer tutan "Xəyalpərəst div”, "Söhbət” əsərləri onun yaradıcılıq diapozonunun nə qədər geniş olduğunu göstərir. Bundan əlavə ekspozisiyada rəssamın "Püstə ağacı” (kətan, yağlı boya), "Sahil” (orqalit, yağlı boya), "Torpaq” (kətan, yağlı boya), "Səma” (kətan, yağlı boya) əsərləri nümayiş etdirilir.
29 oktyabr 2014-cü ildə Sankt-Peterburqda Rus Muzeyinin Mərmər Sarayında Rasim Babayevin əsərlərinin sərgisi keçirilib. Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tarixdə bu gün -31 dekabr1927Tanınmış opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev аnаdаn оlub.
Özünəməxsus ifa tərzinə, səs tembrinə malik olan Firudin Mehdiyev "Böyük dayaq” filmində Yastı Salman  obrazı ilə yaddaşlara köçüb. Firudin Mehdiyev ixtisasca opera müğənnisi olub. Səhnədə bir çox rolları canlandırıb.  Onun filmlərdə göstərdiyi yüksək aktyorluq qabiliyyəti   hamını heyran edirdii. Lakin çox təəssüflər olsun, indiki gənc nəsil Salman obrazını  dəfələrlə izləsələr də, Firudin Mehdiyevi tanımır.
Firudin Mehdiyev həm opera, həm də kino tarixində bu gün də xatırlanmasına səbəb olacaq işlər görüb.
1957-ci ildən Opera və Balet Teatrında çalışıb. 
Dramatik tenordur.  Əsas rolları: Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").
Tarixdə bu gün -31 dekabr1927 — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı olmuş Xuraman Abbasova Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir.
Təbiət etibarı ilə mərd, xeyirxah, səxavətli və qorxmaz bir qadın olan Xuraman xanım cəmiyyətdə və dövlət orqanlarında tutduğu yüksək mövqe və mənsəbdən insanlara xeyir vermək üçün istifadə etmiş, bir çox gənclərin ali təhsil almasına, savad qazanıb layiqli vətəndaş kimi yetişməsinə birbaşa səbəbkar olmuşdur.
O dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. Xuraman xanım əsil millət vəkili, el anası olmuşdur. Onun barəsində 2 seriyalı sənədli film çəkilmiş, bu mərd qadına nəğmələr qoşulmuşdur. Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında dünyasını dəyişmişdir.
Məzarı Fəxri xiyabandadır.
Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir. Beş oğlan, üç qız nəvəsi vardır. 
1932 - Şair Bəhmən Vətənoğlu Kəlbəcər rayonunun Seyidlər kəndində аnаdаn olmuşdur.
Tarixdə bu gün -31 dekabr1960-1965-ci illərdə qiyabi yolla Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.
1965-1970 –ci illərdə Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim işləmişdir .
1970-1993-cü illərdə Seyidlər kənd orta məktəbində direktor olmuşdur.
Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir оlub.
"Haqqa qardaş yaranmışam", "Allahsız dünya", "Vətən bizi bağışlamaz", "Qaldı ürəyimdə dağı dağların", "Nə yaman aldatdın Bəhməni, dünya" şeir topluları nəşr olunmuşdur. Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.
1928 — Ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, 1972-1992 –ci illərdə "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru işləmiş
Tarixdə bu gün -31 dekabrŞahin Tağı oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində müəllim ailəsində anadan olmuşdur.
1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olub. Tələbəlik dövründə ayrı-ayrı qəzetlərdə məqalələrlə çıxış edən Şahin Səfərov "Xəzər dənizçiliyi" qəzetinin müxbiri olub.
Ali təhsilini başa vurduqdan sonra 1952-1958-ci illərdə Bakı şəhərinin 121 və 129 saylı orta məktəblərində müəllim, 1958-ci ildən isə "Azərbaycan müəllimi" qəzetində jurnalist kimi fəaliyyətini davam etdirib.
Şahin Səfərovun redaktorluğu illərində "Azərbaycan müəllimi" qəzetinin şöbələrinin sayı 3-dən 12-yə çatmış, qəzetin tirajı 14 dəfəyədək artmışdı.
Şahin Səfərov "Azərbaycan Respublikasının əməkdar müəllimi", "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adlarına layiq görülub, "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, "Əməkdə igidliyə görə" medalı ilə təltif olunub.
Şahin Səfərov 1969-cu ildə "Yuxarı siniflərin ədəbiyyat dərslərində şagirdlərin siyasi məfkurə tərbiyəsi" mövzusunda namizədlik, 1983-cü ildə isə "Azərbaycan ədəbiyyatı və şagirdlərin dünyagörüşünün formalaşdırılması" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Klassik Azərbaycan ədəbiyyatının gözəl tədqiqatçılarından olmuş Şahin Səfərov ərəb və fars dillərini mükəmməl bilməsi hesabına bu sahədə də böyük nailiyyətlər əldə edib. Füzuli və Nizami yaradıcılığına dair sanballı tədqiqatlar ortaya qoyub. 1992-ci ildə İran İslam Respublikasında Məhəmməd Füzulinin 500 illiyi münasibəti ilə keçirilən Beynəlxalq konfransda "Füzuli - 500" mükafatına layiq görülüb.
1933 — Azərbaycan Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olmuş Tarixdə bu gün -31 dekabrEldar Yunis oğlu Salayev
Naxçıvan şəhərində dünyaya gəlmişdir.
1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.
1972-ci ildə Azərbaycan Dövlət Mükafatı Laureatı, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cı ildən professor idi.
1980-cı ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib.
1983-1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.
Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir. Salayev sürətli elktronlar dəstəsi vasitəsilə ilk dəfə laylı kristallarda induksiyalanmış şüalanmanı aşkara çıxarmış və bu sinif yarımkeçiri-cilərdə qeyri-xətti optik xassələri öyrənmişdir. Həmin tədqiqatlar lazer şüaları çevricilərinin yaranmasına imkan vermişdir. Salayevin rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tətdqiqatlar üçün qurğular yaradılmışdır. Yüksəkixtisaslı kadrların hazırlanmasında xidməti vardır.
Ölkədə və xaricdə çap olunmuş onlarla elmi əsər və monoqrafiyanın müəllifidir.
1946 – Azərbaycan Respublikası Xalq artisti Yalçın İmran oğlu Rzazadə Lənkəran rayonunda ziyalı ailəsində doğulub.
Tarixdə bu gün -31 dekabr1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib.
1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirib.1979-cu ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti adına layiq görülüb.
2 dəfə karate üzre çempionu olub. Gözəl qəlbə sahib mehriban, gülərüz, şən və zarafatcıl olmaqla seçilən bir insandır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə "Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına "Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.
Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
1969 – Əməkdar incəsənət xadimi , rəssam-modelyer, parfümer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, Tarixdə bu gün -31 dekabr"Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Rafiq qızı Xələfova Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. 
Bakı şəhəri 6 saylı orta məktəbdə oxumuşdur. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır. Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir. 1997-ci ildə Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir.
1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir.
"EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur. Beynəlxalq müsabiqələrdə diplom və mükafatlara layiq görülmüşdür. 
2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 
2015-ci ildə dosent elmi dərəcəsi verilmişdir. Hal-hazırda "Fakhriya Khalafova" Moda və dizayn mərkəzinin rəhbəridir.

Vəfat etmişdir:

1934
— Əməkdar incəsənət xadimi əşhur dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor və rejissor olmuş Cəfər Tarixdə bu gün -31 dekabrCabbarlı Bakıda vəfat etmişdir.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır.
1905-ci ildə Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1915-ci ildə Cəfər sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə verir.
Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.
1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmağa başlayır və 1924-cü ildən Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
1915-1920-ci illər Cəfər Cabbarlı bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazır.
Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi vardır. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.
C.Cabbarlının 1919-1923-cü illərdə "Aydın" və "Oqtay Eloğlu" pyeslərini yazıb, hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulub . Cabbarlı bu əsərlərdə pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.
Cəfər Cabbarlı 1922-1923-cü illərdə iki dəfə həbs olunub və işgəncələrə məruz qalıb.
1928-ci ildə dramaturq "Od gəlini" pyesini qələ aldı və həmin ildə də rejissoru A.A.Tuqanov tərəfindən tamaşaya qoyuldu.
1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.
Tarixdə bu gün -31 dekabr1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı.
"Sevil"dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi.
C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilmişdi. Tamaşa böyük müvəfəqiyyət qazanmışdı.
Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır.
1931-ci ildə Cabbarlı "1905-ci ildə" pyesini tamamlayıb teatra verdi. Əsər xalqlar dostluğundan bəhs edir.
Cabbarlının 1932-ci ildə "Dönüş" pyesini qələmə alır
"Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzərində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu. Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir. Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır. "Yaşar" Cabbarlının son tamamlanmış əsəri idi.
1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib. Qurultayın 16 iyun tarixli iclasında Cəfər Cabbarlı çıxış edərək Hüseyn Cavidin yaradıcılığını tənqid edib.
Tarixdə bu gün -31 dekabrUzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" adlı kino-film çəkilir. "Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi.
"Sevil" filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı "Almaz" və "1905-ci ildə" pyesləri üzrə kinossenarilər yazdı və "Sevil"dən sonra dərhal "Almaz" filminin çəkilişlərinə başladı.
Cəfər Cabbarlı Azərbaycanda milli kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.
O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi filmlər bəxş etmişdir.
C. Cabbarlı İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində çox zəifləmişdi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də vəfat etdi.
Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilir. Böyük bir izdiham sənətkarı son mənzilə, Fəxri Xiyabana yola salır.

Tarixi günlər və bayramlar:

Tarixdə bu gün -31 dekabrDünya Azərbaycanlılarının Həmrəylik günü - Hər il dekabrın 31-i Dünya Azərbaycanlıların Milli Həmrəyliyk Günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində - İranda (Cənubi Azərbaycan), Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaxın Şərq ölkələrində on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycanlıların ən böyük diasporu Rusiyadadır və 1,5-2 milyon nəfəri əhatə edir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra diasporun ictimai statusu dəyişmiş, o, Azərbaycan xalqının rifahı naminə özünün geniş əhatəli fəaliyyətini gücləndirmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz