» » Tarixdə bu gün - 30 dekabr

Tarixdə bu gün - 30 dekabr

Müəllif: Vüsal от 30-12-2017, 10:08

30 dekabr

İlin 364-cü günü (uzun illərdə 365-ci). İlin sonuna 1 gün qalır.

Mühüm hadisələr:

1898 — Gülhanə Hərbi Tibb Məktəbi açılıb.
1922 — SSRİ I Sovetlər qurultayı keçirilib. Sovet Sosialist Respublikaları İttifaqı təsis edilib.
1922 — Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi ZSFSR-dən 1-ci Sədri seçilib.

1989 — Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub.
1993 — Vatikanla İsrail arasında diplomatik münasibətlər qurulub
1999 — Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdulla Öcalanın şikayətini rədd edib.
2006 — İraqın keçmiş prezidenti Səddam Hüseyn səhər saat 5 radələrində asılaraq edam edilib.

Doğuml günləri:
1926 — Məşhur muğam və opera müğənnisi, Xalq artisti Əbülfət Əsəd oğlu Əliyev Şuşada anadan olmuşdur.

Tarixdə bu gün - 30 dekabrŞuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.

Qarabağın el şənliklərində oxuduğu "Ay bülbüllər”, "Kimə yalvarım”, "Uca barıdan aşaram mən”, "Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayır. Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə "Şuşanın dağları” mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Görkəmli xanəndənin repertuarında "Dinə bilmədim”, "Bu qala, daşlı qala”, "Ay Pəri”, "Endim bulaq başına”, "Bülbüllər gəzər bağı”, "Tel nazik”, "Saçları burma”, "Gəl-gəl”, "Xal yanağında”, "Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1946-cı ildə Elza xanımla ailə həyatı qurub. 1947-ci ildə oğlu Rauf, daha sonra qızı Rəisə dünyaya gəlib.
1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır. Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.
Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb.
27 dekabr 1990-cı ildə vəfat edib.

1930
— Azərbaycan alimi, psixologiya elmləri doktoru, Azərbaycan Respublikası Əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramov Ağdam Tarixdə bu gün - 30 dekabrrayonunun Əlimədətli kəndində anadan olmuşdur. 1949-1954 -cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və 1954-1957-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almış, 1957-1958-ci illərdə Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri, 1958-1960-cı illərdə elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir.
1959-cu ildə "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III - IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri" mövzusunda namizədlik və 1969-cu ildə "Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü, onun təşəbbüsü və yaxından köməyi ilə psixologiya elmləri üzrə BDU nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış müdafiə şurasının (1994-2000) sədri, Respublika Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur.
Professor Ə.S.Bayramov zəngin elmi-pedaqoji fəaliyyətinin 35-ildən artıq bir dövrü bilavasitə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

1962
— Azərbaycan Respublikasının Əməkdar artisti .Elşən Mansurov anadan olub. 
Tarixdə bu gün - 30 dekabrE.Mansurov1985-1990-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur.
1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur.
Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s. göstərmək olar. Dəfələrlə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq layihələrdə, Dövlət tədbirlərində iştirak etmişdir. 2000-ci ildə uşaqlardan ibarət "Azəri" muğam qrupunu yaratmışdır. 2000-ci ildə Almaniyanın Hanover şəhərində "Expo -2000"-də çıxış etmişdir.
2002-ci ildən Hollandiyada fəaliyyət göstərən Ümumdünya "Atlas" ansamblının üzvüdür. 2004-2006-cı illərdə "Azəri" muğam qrupu ilə bir sıra Avropa dövlətlərində konsertlərlə çıxış etmiş, 2005-ci ildə xanəndə Nəzakət Teymurovanın "Xarı Bülbül" muğam qrupunun tərkibində Yaponiyanın Naqoya şəhərində "Expo-2005"-də iştirak etmişdir.
2006-cı ildən UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında "Əbədi muğam" layihəsində yaxından iştirak edir. UNESCO-nun Şirvanşahlar sarayında (Bakı, İçərişəhər) keçirilən muğam konsertlərinin və nəzərdə tutulan Azərbaycanın rayonlarında keçiriləcək muğamın təbliği layihəsinin koordinatorudur.

Vəfat etmişdir:
Tarixdə bu gün - 30 dekabr1944 — Sovet İttifaqı QəhrəmanıVladimir Balandin (Balandin Vladimir Aleksandroviç) Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur. Milliyətcə rusdur. 1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir.
Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur.
Vladimir Balandin 30 dekabr 1944-cü ildə həlak olmuşdur. Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir.
Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz