Tarixdə bu gün - 28 dekabr
Mühüm hadisələr:
1997 — Ankara metrosu istifadəyə verilib
1989 — Cəlilabadda vəziyyəti nizama salmaq üçün rayona milis dəstələri yeridilib, kütləvi həbslər aparılıb. Buna cavab olaraq xalq raykom və milisin binalarını dağıdıb. Toqquşmalar zamanı 150 nəfər xəsarət alıb
1994 — Azərbaycan Respublikası Kamboca ilə diplomatik əlaqələr qurmuşdur.
1994 — Bakıda Cəlil Məmmədquluzadənin ev muzeyi açılıb.
1999 — Dövlət Neft Fondu təsis edilib.
Doğum günləri:

B.Axundov 1942-ci ildə Bakıya qayıtmış, Azərbaycan Dövlət Universitetində müəllim, Azərbaycan KP MK Partiya Tarixi İnstitutunda baş elmi işçi kimi fəaliyyətini davam etdirmişdir.
B.Axundov 1951-ci ildə "İnqilaba qədərki Bakı neft sənayesində inhisarçı kapital” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Gərgin əməyin məhsulu olan bu əsərin Moskvada monoqrafiya şəklində nəşr edilməsi qısa müddət ərzində alimi ümumittifaq miqyasında tanıtmışdır.
İqtisad elmi sahəsində respublikada ilk elmlər doktoru olan B.Axundov 1950-1956-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) Siyasi iqtisad kafedrasının professoru, 1966-1974-cü illərdə isə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrufatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1974-cü ildən ömrünün sonuna kimi həmin institutun Siyasi iqtisad kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. O, "Azərbaycan kommunisti” və "Azərbaycan SSR EA-nın Xəbərləri” jurnalının İqtisadiyyat bölməsinin redaksiya heyətinin üzvü, respublikada Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Elmi əsərlər” jurnalının məsul redaktoru olmuşdur.
1961-ci ildə "M.F.Axundov və H.B.Zərdabinin ictimai-iqtisadi göruşləri” kitabı rus dilində nəşr olunmuşdur. Üç cildlik "Azərbaycan tarixi” kitabının iqtisadiyyat hissəsinin yazılmasında da alimin xidməti böyükdur.
B.Axundov 1967-ci ildə Azərbaycanın Əməkdar iqtisadçısı adına layiq görülmüş, 1968-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
AMEA-nın müxbir üzvü Bəhmən Axundov 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.


Səməd Vurğunun poeması əsasında yazılmış "Humay" baleti 80-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında səhnə təcəssümü tapmışdır. "Humay” baletində muğamlarımızdan məharətlə istifadə edilmişdir. Respublikanın xalq artisti Cövdət Hacıyev o zaman demişdi: "Nəriman Məmmədov "Humay" ilə balet tariximizin yeni parlaq səhifəsi açdı".
Hazırda Nəriman Məmmədov Hüseyin Cavidin "Şeyx Sənan" baleti üzərində işini başa çatdırmışdır. Musiqili komediyaları - "Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (Tofiq Bakıxanovla birgə) və eləcə də dördüncü musiqili komediya "Olacağa çarə yoxdur" (Ramiz Abdullayevin librettosu əsasında) bəstəkarın uğurlarındandır.
Nəriman Məmmədov muğamlarımızın nota yazılmasında çox işlər görmüşdür. Müxtəlif illərdə Əhməd Bakıxanovun ifasında "Bayatı-Şiraz", "Şur" muğamları Moskvada çar olunmuşdur. Azərbaycanda "Rast", "Çahargah", "Humayun", "Segah-zabul", "Şahnaz" və "Rahab" muğamları nəfis şəkildə çıxmışdır. Vokal dəstgah formasında partitura Bəhram Mansurovun və xanəndə Hacıbaba Hüseynovun, Yaqub Məmmədov və Bəhram Mansurovun ifasında çap olunmuşdur. Bu muğamlara zəmanəmizin ən görkəmli sənətkarları Qara Qarayev, Tofiq Quliyev rəylər yazmışlar. N.Məmmədovun işləməlrilə İslam Rzayevin ifasında "Bayatı-Şiraz" dəstgahı, Zülfü Adıgözəlovun ifasında "Segah-Zabul” nota alınmışdır. Qeyd eləmək lazımdır ki, bəstəkar tamaşaya qoyulmuş xeyli əsərə də musiqi yazmışdır.
2 aprel 1985-ci ildə 87 yaşında vəfat etmişdir.

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.
Dünyanın əksər ölkələrində konsertlər vermişdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

1958-ci ildə Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır.
"Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur.

1993-cü ilin iyunun 30-da Bəxtiyar Milli orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edir.
Yeddi nəfər həlak olan əsgərlərimizi, o cümlədən Bəxtiyarı isə döyüş meydanından çıxarmaq mümkün olmur.
Oxşar postlar:
- Oxunub: 2 212
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar